Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1467/2025 25.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X7 və Məhkum iştirakları ilə, xx.xx.1969-cu ildə Gürcüstan SSR-in Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmay an, ünvan 1 ünvanda qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-190/2025 nömrəli 26 fevral 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 1(012)-676/2024 nömrəli 17 dekabr 2024-cü il tarixli hökmü (hakim C.Səfiyeva) ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qərara alınmışdır. Birinc i instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)190/2025 nömrəli 26 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər R.O.Əsgərova (sədrlik edən), R.Ə.Ağayev və M.M.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına görə Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona görə məhkum olunmuşdur ki, o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa qəsdən yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Məhkum xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 6-cı km, piket 5 də yerləşən Xırdalan dəmir yolu stansiyasının ərazisindəki «Ağ göl» kafesinin ümumi müştərilər üçün nəzərdə tutulmuş zalında, tanışı Zərərçəkmiş şəxs ilə həmin kafenin aylıq icarə haqqının ödənişi ilə əlaqədar aralarında yaranmış münaqişə zəminində dalaşaraq sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq zərbələri endirməklə ona sol gicgah nahiyəsinin qançır-şişkinliyi və sıyrığı, sol çiyin qurşağı nahiyəsinin, döş qəfəsinin və sağ said nahiyəsinin qançırları, döş qəfəsinin qançırlı sıyrığı, sol təpə nahiyəsinin, alt dodağın dərisinin, sağ bazu nahiyəsinin sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin, sol əlin arxa səthinin sıyrıqları kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri, həmçinin sol bazu nahiyəsinin dərialtı hematoması kimi sağlamlığın qısa müddət ə pozulmasına səbəb olan, sağlamlığa qəsdən yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi, ona bəraət verilməsi xahiş olunur. Məhkum kassasiya şikayətində göstərmişdir ki, onun heç bir günahı olmamışdır. Zərərçəkmiş şəxs onu döydüyünü, özünü müdafiə etdiyini bildirsə də bunun heç bir müsbət nəticəsi olmamışdır. Yekin nəticədə Zərərçəkmiş şəxs onu vurub xəsarət yetirdiyinə görə Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən təqsirli bilinərək ona aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işi cəzası təyin edilmişdir. Bundan sonra eyni hakim tərəfin dən onun barəsində olan cinayət işinə baxılaraq 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin cinayət işləri bir icraatda istintaq edildiyi halda ayrı-ayrı cinayət işləri kimi məhkəməyə göndərilmiş və o, Zərərçəkmiş şəxs tərəfindən döyüldüyü halda, bununla bağlı özünü müdafiə etdiyi halda heç bir əsaslı səbəb olmadan daha ağır cəzaya məhkum edilmişdir. Cinayət işinin ayrılaraq ayrı-ayrı icraatlarda məhkəməyə göndərilməsi ona görə edilmişdir ki, onun zərərçəkmiş kimi tanındığı halda sonradan baxılan iş üzrə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb olunmağı yuxarıda göstərilən qanunsuzluqları ört-basdır etmək üçün edilmişdir. Bir icraatda məhkəməyə iş göndərilsəydi, onun həm zərər çəkmiş, həm də təqsirləndirilən şəxs qismində tanınmağı gülüş doğurardı. Bun a görə də həmin cinayət işi üzrə ayrı-ayrı icraatlarda işə baxılsın deyə cinayət işi üzrə icraat heç bir əsaslı səbəb olmadan istintaq orqanı tərəfindən ayrılaraq məhkəməyə göndərilmişdir. Hətta məhkəmə onun himayəsində üç yetkinlik yaşma çatmayan uşağı olduğu halda hökümdən himayəsində bir azyaşlı övladının olması göstərilmişdir. xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X4 onun himayəsində yaşayırlar. X2 həyat yoldaşı olmaqla Ukrayına vətəndaşıdır və onunla olan birgə nikahlarından bir uşaqları olmuş, digər iki uşaq isə faktiki olaraq onun himayəsində yaşayırlar. Bu qədər pozğunluqla aparılmış cinayət işi üzrə çıxarılmış məhkəmə hökmü Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Koolegiyası tərəfindən dəyişdirilmədən saxlanmışdır. Hüquqi m əsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhk əmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şa hidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 128-ci maddəsində “Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilə dək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davran ışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qəra rı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X6rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflər ə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmə tin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq a raşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə qərarlarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəində bild irmişdir ki, 2023-cü ilin yanvar ayında Abşeron rayonu Xırdalan şəhəri, Xırdalan dəmir yolu st-nın ərazisində yerləşən «Ağ göl» adlı kafeni "xxxx" QSC-dən müqavilə əsasında icarəyə götürüb işlətmiş, 2023-cü ilin fevral ayında tanışı Fizuli adlı şəxsin qohumu olan Akif adlı şəxsə 600 (altı yüz) manat müqabilində icarəyə vermişdir. Hər ay 600 (altı yüz) manat omaqla Akif ona icarə haqqını ödəmiş, iyul və avqust aylarının icarə haqqım ödəmədiyinə görə dəfələrlə Akifə kafeni təhvil verməsini bildirmişdir. Lakin, Akif kafenin icarə haqqını ödəməkdən yayınmaqla yanaşı kafeni təhvil vermək istəməmişdir. Kafenin şüşəsi qırıq olduğundan 27 avqust 2023-cü il tarixdə təxminən saat 11:00 radələrində kafenin şüşəsini yenisi ilə əvəz etmək üçün oraya gəlmiş, bu zaman Akif kafeyə gələrək əsəbi halda on u kafenin zalına çağırmış, qapını arxadan bağlayaraq onun boynundan tutub sifətinin sol nahiyəsinə dəfələrlə yumruqla vurmağa başlamışdır. O, Akifi qucaqlayaraq əl qolunu tutmağa çalışmış, daha sonra Akifi itələyərək kafenin arxa qapısından çölə çıxaraq X11 məntəqəsinə tərəf getmişdir. Həmin vaxt məntəqədə heç-kim olmamış, geri qayıdanda Akiflə polis əməkdaşı Şahid1 məntəqəyə gəldiklərini görmüş, polis əməkdaşları onları X12 Şöbəsinə aparmışdır.Bədənində aşkar olunmuş xəsarətlər ona Məhkum tərəfindən yetirilmiş, ola bilsin ki, dava- dalaş əsnasında özünü müdafiə edərkən Akifi vurmuş və ona xəsarət yetirmişdir. Hadisə zamanı kafedə başqa şəxslər olmamış, dava-dalaş təxminən 1-2 dəqiqə davam etmişdir. Məhkəmə qərarlarında olan cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bil dirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan dəmir yolu stansiyasının ərazisində yerləşən «Ağ Göl» kafesini xx.xx.2023-cü il tarixdə aylıq 600 manata "xxxx" QSC-dən icarəyə götürmüş və işlətməsi üçün ona vermişdir. O, kafeni 1 ay işlətsə də səhhəti ilə əlaqədar işlədə bilmədiyi üçün qardaşı Fuad həmin kafeni tanışları Fizulinin qohumu Akif adlı şəxsə aylıq 600 manata icarəyə vermişdir. Akif kafenin icarə haqqını bir neçə ay versə də sonradan alverin zəif olduğunu bəhanə gətirərək icarə haqqını verməmiş, özü isə kafedən çıxmaq istəməmişdir. Bu səbəbdən də qardaşı Fuadla onun arasında mübahisə yaranmış, bir neçə dəfə ona kafedən çıxmasını bildirsələr də Akif təkid edərək kafeni boşaltmamışdır. Sonradan Akiflə qardaşı Fuadın kafedə dalaşdıqlarını eşitmiş, həmin vaxt orada ol mamışdır. Şahid2 həmçinin ifadəsində bildirmişdir ki, Akif ona icarə haqqı kimi 7200 (yeddi min iki yüz) manat pul verməmişdir. Məhkəmə qərarlarından görünür ki, ibtidai istintaqda şahid qismində dindirilən, birinci instansiya məhkəməsində ifadəsi elan edilən Şahid1 ifadəsində bildirmişdir ki, o 2019-cu ildən DİO-da, hal hazırda isə Biləcəri st. XPŞ-nin Xırdalan st. XPM-nin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. xx.xx.2023cü il tarixdə xidmətdə olarkən saat 11:30 radələrində məntəqənin inzibati ərazisində yerləşən «Ağ göl» adlı kafedən səs-küy gəldiyini eşidərək həmin kafeyə tərəf getmiş, kafeyə çatmamış kafeni icarəyə götürərək işlədən Məhkum kafedən çıxaraq onun yanına gəlmişdir. Həmin vaxt Akifin sifət nahiyəsindən qan axdığını görmüş, Akif ona kafedə Fuadla dalaşdıqla rını, bir-birlərini yumruq, təpiklə vuraraq xəsarət yetirdiklərini bildirmişdir. Kafeyə girsə də orada heç kimin olmadığını görmüş, Akiflə məntəqəyə gələn zaman Fuadla yolda qarşılaşmışlar. Həmin vaxt Fuadın da sifət nahiyəsində xəsarətlərin olduğunu görmüş, Fuad da ona Akiflə kafedə dalaşıb birbirlərini yumruqla vuraraq xəsarət yetirdiklərini bildinnişdir. Hər iki şəxsin xəsarəti olduğundan bu barədə Biləcəsi st. XPŞ-yə məlumat vermiş, əməliyyat qrupu gələrək həmin şəxsləri şöbəyə aparmışlar. Şahid1 həmçinin ifadəsində bildirmişdir ki, səs küy eşidib kafeyə getmiş, həmin vaxt kafedə Məhkum tək olmuş, Fuadla isə stansiyada rastlaşmışdır. Hər iki şəxsin ona bir-birləri ilə dalaşdıqlarını bildirmələrinə görə tərtib etdiyi raportda onların əlbəyaxa dalaşdıqlarını qeyd etmişdir. İş materiallar ında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1657 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər sol bazu nahiyəsinin dərialtı hematoması, sol gicgah nahiyəsinin qançırşişkinliyi və sıyrığı, sol çiyin qurşağı nahiyəsinin döş qəfəsinin və sağ said nahiyəsinin qançırları, döş qəfəsinin qançırlı sıyrığı, sol təpə nahiyəsinin, alt dodağın dərisinin sağ bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin sol əlin arxa səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq və s) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərlər. Məhkəmə qərarlarında olan əlavə məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 10/1657 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni səthində aşkar olunmuş xəsarətlər-sol bazu nahiyəsinin dərialtı hematoması, sol gicgah nahiyəsinin qançır-şişkinliyi və sıyrığı, sol çiyin qurşağı nahiyəsinin döş qəfəsinin və sağ said nahiyəsinin qançırları, döş qəfəsinin qançırlı sıyrığı, sol təpə nahiyəsinin, alt dodağın dərisinin sağ bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin sol əlin arxa səthinin sıyrıqları bərk küt ə şyanın (əşyaların) təsirindən qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sol bazu nahiyəsinin dərialtı hematoması dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol gicgah nahiyəsinin qançır-şişkinliyi və sıyrığı, sol çiyin qurşağı nahiyəsinin, döş qəfəsinin və sağ said nahiyəsinin qançırları, döş qəfəsinin qançırlı sıyrığı, sol təpə nahiyəsinin, alt dodağın dərisinin, sağ bazu nahiyəsinin sol dirsək oynağı nahiəsinin, sol said nahiyəsinin, sol əlin arxa səthinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrı ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur.-Vət: Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasmı nəzərə ala raq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq, təpik və s) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər.-Vət: Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yetirilmələrinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri üçün xarakterik deyildir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 128-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiall arından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə d ə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya münasibətdədə qeyd edir ki, cəza məhkumun törətdiyi əməlin sanksiyasına uyğun ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasları n olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şika yəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-190/2025 nömrəli 26 fevral 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1467/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1467/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver