Məhkəmə qərarları › İş №1(102)-1468/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1468/2019

22.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1468/2019 22.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q ƏR A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İbayev Vəfaddin Ələm oğlu (sədrlik edən və məruzəçi), Kalbalıyev Aslan Kalbalı oğlu və Allahverdiyev Qəhrəman Əli oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Məmmədov Anar Ələsgər oğlunun, həmçinin, Məhkum müdafiəçisi Cənnətov Qayıb Kamran oğlunun, zərərçəkmiş şəxslər X24, X25, X11, Zərərçəkmiş şəxs2, X12, X40, zərərçəkmi ş şəxslərin nümayəndəsi X26, maraqlarına toxunan şəxs X13 nümayəndəsi X53 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Cənnətov Qayıb Kamran oğlunun və maraqlarına toxunan şəxs X28 və nümayəndəsi X2 kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Əfqan Hacıyev, hakimlər Rasim Sadıxov və Fikrət Qəribovdan ibarət tərkibdə), Məhkum xx xxxx 1956-cı i ldə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “xxxx” MTK-nın sədri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 10 (on) il müddətinə, CM-in 308.2-ci maddəsi ilə 02 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 313-cü maddəsi ilə CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmiş, CM-in 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilən əsas c əzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə o, qəti olaraq 02 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hökmlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə X13 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X54 adına olan Bakı şəhəri, ünvan 2 ünvanında mənzillərin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həmin hökmlə həmçinin X82 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş, zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fi ziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Belə ki, o, 2004-cü ildən «xxxx» MTK-nın sədri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, 2004-ci ildən «xxxx» MTK tərəfindən ünvan 2 ünvanında və Yünvan 3 ünvanında tikintisinə başlanılmış 2 (iki), hər biri 1 girişli 16 mərtəbəli binalarda müvafiq alqı-satqı müqavilələri əsasında satılmış mənzilləri, tamah niyyətilə rəsmi sənədlərə, yəni cəmiyyətlə bağlanmış müqavilələrə və digər sənədlərə bilə- bilə yalan məlumatları daxil etməklə yenidən ayrı-ayrı şəxslərə, o cümlədən ünvan 2 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 121 kv.metr olan 39 №-li mənzili 27 may 2007ci il tarixli alqı-satqı mü qaviləsi əsasında X65 100.000 (yüz min) manata satmasına baxmayaraq, 07 avqust 2013-cü il tarixdə həmin mənzili yenidən 119.500 (yüz on doqquz min beş yüz) manata X116ma qanunsuz satıb, həmin pul vəsaitini MTK- nm göstərilən ünvandakı ofisində sonuncudan alaraq, mənzilin X100 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 07 avqust 2013-cü il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nm möhürü ilə təsdiq edərək, 119.500 (yüz on doqquz min beş yüz) manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, külli miqdarda törədilməklə Vera Volkovaya məx sus mənzilə - əmlaka olan hüquqlarını ələ keçirib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, bundan sonra 2014-cü ilin may ayında həmin mənzili Zərərçəkmiş şəxs1 ilə 180.000 manata razılaşıb 80.000 (səksən min) manatını Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvanında sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs1 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 21 may 2012-ci il tarixli alqı- satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nm möhürü ilə təsdiq etməklə, sonuncunun 80.000 (səksən min) manatı-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyin dən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, bundan əlavə Şirvan şəhər sakini X82 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək yenidən qeyd olunan mənzili 21 iyun 2014-cü il tarixdə 148.000 ABŞ dollarına (həmin dövrün məzənnəsi ilə 116.076 manata) X29 qanunsuz satıb, həmin pul vəsaitini Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Elite” Ticarət Mərkəzinin yaxınlığında sonuncudan alıb aralarında bölərək, mənzilin X29 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 21 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edib, sonuncuya məx sus 116.076 (yüz on altı min yetmiş altı) manat pulun - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmə məqsədilə, «xxxx» MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binada ümumi sahəsi 49 kv.m metr olan 87 №-li mənzili 2013-cu ildə X41ma 42.000 (qırx iki min) manata satmasına baxmayaraq, 04 oktyabr 2013-cü il tarixdə həmin mənzili yenidən 26950 (iyirmi altı min doqquz yüz əlli) manata X51 satmasına razılaşıb, həmin pul vəsaitinin 5000 (be ş min) manatını MTK-nın ofisində ondan alaraq, mənzilin X51 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 04 oktyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus 5.000(beş min) manatı özgənin xeyli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmə məqsədilə, «xxxx» MTK tərəfindən Bakı şəhəri, Yasamal r ayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 112 kv.m metr olan 85 №-li mənzili 29 avqust 2005-ci il tarixli müqavilə ilə X42 27.000 (iyirmi yeddi min) ABŞ dollarına (həmin dövrün məzənnəsi ilə 25.034 manata) satmasına baxmayaraq, həmin mənzili yenidən 13 dekabr 2013-cü il tarixdə X43ma 55.000 (əlli beş min) manata qanunsuz satıb, göstərilən məbləğdə pulu ondan MTK-nın ofisində alaraq tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə mənzilin sonuncunun övladı X14 adına rəsmiləşdirilməsi barədə saxta rəsmi sənədləri - 13 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarış tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək X14 məxsus 55.000 (əlli beş min) manat məbləğin də pulu özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmə məqsədilə, «xxxx» MTK tərəfindən inşa edilən ünvan 5 ünvandakı yaşayış binasında ümumi sahəsi 121 kv.m metr olan 81 №-li mənzili 12 mart 2008-ci il tarixli müqavilə ilə X30 121.000 (yüz iyirmi bir min) manata satdığı halda, 17 dekabr 2013-cü il tarixdə həmin mənzili yenidən X55ma 102.000 (yüz iki min) manata qanunsuz satıb, qeyd olunan pul vəsaitini MTK-nın göstərilən ünvandakı ofisində ondan alaraq, mənzilin X55 satılması bar ədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 17 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus 102.000 (yüz iki min) manat pulu - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmə məqsədilə, «xxxx» MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa edilən bina da ümumi sahəsi 108 kv.m metr olan 116 №-li mənzili 2008-ci ildə X72 60.000 (altmış min) ABŞ dollarına satmasına baxmayaraq, həmin mənzili 05 fevral 2014-cü il tarixdə yenidən 58.800 (əlli səkkiz min səkkiz yüz) manata X31 qanunsuz olaraq satıb, sonuncudan həmin pul vəsaitini MTK-nın ünvan 6 ünvanında yerləşən ofisində alaraq, mənzilin X31 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - alqı- satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, ona məxsus 58.800 (əlli səkkiz min səkkiz yüz) manat məbləğində külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib t əkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Həmçinin o, qeyd olunan vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, «xxxx» MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 46,8 kv.m metr olan 19 №-li mənzili 26 iyul 2013-cu il tarixli müqavilə ilə X56 40.000 (qırx min) manata satıldığını bildiyi halda, təkrarən özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, 26 fevral 2014-cü il tarixdə həmin mənzili yenidən 32.000 (otuz iki min) manata X17ma qanunsuz satıb, ondan həmin pul vəsaitini MTK-nın ünvan 7 ünvanında yerləşən ofisində ala raq, mənzilin X17 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus külli miqdar təşkil edən 32.000 (otuz iki min) manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmiş, külli miqdarda törədilməklə Elxan Abbaslıya məxsus mənzilə - əmlaka olan hüquqlarını ələ keçirib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlaiyyətlərindən sui-istifadə etmişdir. Həmçinin o, qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmə məqsədilə, «xxxx» MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 116 kv.m metr olan 60 №-li mənzili 07 aprel 2006-cı il tarixli müqavilə ilə X44 32432 (otuz iki min dörd yüz otuz iki) manata satmasına baxmayaraq, 12 mart 2014-cü il tarixdə qeyd olunan mənzili yenidən 70.000 (yetmiş min) manata X5 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın ünvan 7 ünvanında yerləşən ofisində sonuncudan alaraq, mənzilin X5 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 12 mart 2014-cü il tarixli alqı-satqı müqavilə si, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus 70.000 (yetmiş min) manatı - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra eyni niyyətlə, 07 may 2014-cü il tarixdə həmin mənzili yenidən 74480 manata X150 qanunsuz satıb, həmin pul vəsaitini Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən eyni adlı parkda sonuncudan alaraq, mənzilin Vəli Babaşova satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 04 oktyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, ona məxsus 74480 (yetmiş dörd min dörd yüz səksən) manatı - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmə məqsədilə, «xxxx» MTK tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 121 kv.m metr olan 58 №-li mənzili 28 aprel 2007-ci il tarixli müqavilə ilə X15 100.000 (yüz min) manata satdığı halda, 31 mart 2014-cü il tarixdə göstərilən mənzili yenidən 120.000 (yüz iyirmi min) manata X5 qanunsuz olaraq s atıb, sonuncudan həmin pul vəsaitini MTK-nın göstərilən ünvandakı ofisində alaraq, mənzilin X5 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 31 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus 120.000 (bir yüz iyirmi min) manat məbləğində pulu külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, qeyd olunan vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qu lluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, «xxxx» MTK tərəfindən inşa edilən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, İİ yaşayış massivində inşa edilən binada ümumi sahəsi 116 kv.m metr olan 53 №-li mənzili 03 aprel 2009-cu il tarixli alqı-satqı müqaviləsi ilə X57 65.500 ABŞ dollarına (həmin dövrün məzənnəsi ilə 52.583 manat) sataraq mənzili sonuncunun həyat yoldaşı X3 adına rəsmiləşdirdiyi halda, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, həmin mənzili yenidən 01 aprel 2014-cü il tarixdə X32 73.000 (yetmiş üç min) manata qanunsuz satıb, ondan həmin pul vəsaitini MTK-nın ünvan 6 ünvanında yerləşən ofisində alaraq, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə mənzilin X32 qeyd olunan tarixdə satı lması barədə saxta rəsmi sənədləri - 01 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus külli miqdar təşkil edən 73.000 (yetmiş üç min) manat məbləğində pulu öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, külli miqdarda törədilməklə X160 məxsus mənzilə - əmlaka olan hüquqlarını ələ keçirib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmiş, vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, qeyd olunan vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, «xxxx» MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasında ümumi sahəsi 47 kv.m metr olan 123 №-li mənzili 29 yanvar 2008-ci il tarixli müqavilə ilə Zərərçəkmiş şəxs3 25.185 (iyirmi beş min yüz səksən beş) manata satmasına baxmayaraq, 2014-cü ilin aprel ayında həmin mənzili yenidən 30.000 (otuz min) manata X33 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın ünvan 6 ünvanında yerləşən ofisində sonuncudan alaraq, 01 aprel 2014-cü il tarixli sənədləri - alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus 30.000 ( otuz min) manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmiş, külli miqdarda törədilməklə Zərərçəkmiş şəxs3 məxsus mənzilə-əmlaka olan hüquqlarını ələ keçirib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, özünün qeyd olunan qanunsuz əməllərini ört-basdır etmək məqsədilə X33 özünə məxsus olduğunu hesab etdiyi həmin mənzili 05 may 2014-cü il tarixdə 56.640 ( əlli altı min altı yüz qırx) manata X1 şərait yaradaraq, fiziki şəxsin, yəni X1 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə rəsmi sənədlərə bilə- bilə yalan məlumatları daxil etməklə, mənzilin X1 guya 05 may 2014-cü ildə 56640 manata satılması haqqında saxta sənədlər - həmin tarixli alqı-satqı müqaviləsini, həmin tarixli maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib və imzası ilə təsdiq edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmə məqsədilə, «xxxx» MTK tərəfindən tikintisi aparılan ünvan 2 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87,1 kv.metr olan 5 №-li mənzilin 14 sentyabr 2007-ci il tarixli müqavilə ilə X16 56.000 (əlli altı min) manata satmasına baxmayaraq, 05 aprel 2014-cü il tarixdə həmin mənzili yenidən 87.000 (səksən yeddi min) manata X18 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın göstərilən ünvandakı ofisində sonuncudan alaraq, mənzilin X18 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 05 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, ona məxsus 87.000 (səksən yeddi min) manatı - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, bundan sonra özünün cinayət əməllərini davam etdirərək eyni niyyətlə həmin mənzili 08 may 2014-cü il tarixli müqavilə ilə 90.000 (doxsan min) manata Zərərçəkmiş şəxs1 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın göstərilən ünvandakı ofisində sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs1 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 08 may 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nm möhürü ilə təsdiq edərək, ona məxsus 90.000 (doxsan min) manatı - özgənin külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçir ib təkrarən dələduzluq etmiş, bundan əlavə eyni məqsədlə həmin mənzili 17 may 2014-cü il tarixdə yenidən 88.000 (səksən səkkiz min) manata X19 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın göstərilən ünvandakı ofisində sonuncudan alaraq, mənzilin X19 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 17 may 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus 88.000 (səksən səkkiz min) manatı - özgənin külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra eyni niyyətlə 19 may 2014-cü il tarixdə qeyd olunan mənzili yenidən 94.000 (doxsan dörd min) manata Zərərçəkmiş şəxs2 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın göstərilən ünvandakı ofisində sonuncudan alaraq, mənzilin Zərərçəkmiş şəxs2 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 19 may 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, ona məxsus 94.000 (doxsan dörd min) manatı - özgənin külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra 06 iyun 2014-cü il tarixdə eyni məqsədlə həmin mənzili yenidən 70.000 (yetmiş min) manata X95 qanunsuz satıb, həmin pul v əsaitini MTK-nın göstərilən ünvandakı ofisində sonuncudan alaraq, mənzilin X95 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 06 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edib, sonuncuya məxsus 70.000 (yetmiş min) manatı - özgənin külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, qeyd olunan vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq isti fadə edərək, «xxxx» MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal İİ yaşayış massivində inşa etdiyi binasındakı dəyəri 50077,80 manat, ümumi sahəsi 116 kv.metr olan 108 №-li mənzilin Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30.03.2011-ci il tarixli sərəncamı ilə X58ma verildiyini bildiyi halda, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmə məqsədilə, qeyd olunan mənzili yenidən 15 aprel 2014-cü il tarixdə X45 60.000 (altmış min) manata qanunsuz olaraq satıb, ondan MTK-nın göstərilən ünvandakı ofisində həmin məbləği alaraq, mənzilin X45 satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 15 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protok olundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus 60.000 (altmış min) manatı - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmiş, külli miqdarda törədilməklə X45 məxsus mənzilə - əmlaka olan hüquqlarını ələ keçirib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlaiyyətlərindən suiistifadə etmişdir. Həmçinin o, qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edib təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, «xxxx» MTK tərəfindən ünvan 2 ünvanında tikintisi aparılan y aşayış binasında ümumi sahəsi 121 kv.m metr olan 3 otaqlı 70 №-li mənzili 15 oktyabr 2007-ci il tarixli müqavilə ilə X7 100.655 (yüz min altı yüz əlli beş) manata satmasına baxmayaraq, 23 aprel 2014-cü il tarixdə qeyd olunan mənzili yenidən X7 ilə 128.000 (yüz iyirmi səkkiz min) manata razılaşıb, həmin məbləğin 75.000 (yetmiş beş min) manatını MTK-nın göstərilən ünvandakı ofisində ondan alaraq, mənzilin X7 qohumu X96ma satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədlər əsasında, yəni 23 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib, eləcə də imzası və MTK-nın möhürü ilə təsdiq edib rəsmiləşdirməklə, ona məxsus 75.000 (yetmiş beş min) manat məbləğində pulu - külli mi qdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Eyni zamanda o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmə məqsədilə, «xxxx» MTK tərəfindən tikintisi aparılan ünvan 5 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87,1 kv.metr olan 2 otaqlı 32 №-li mənzili 23 iyul 2009-cu il tarixli müqavilə ilə X8 88.000 (səksən səkkiz min) manata satmasına baxmayaraq, başqası ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək 07 iyul 2014-cü il tarixdə sonuncunu həmin mənzilin sahibi kimi təqdim etməklə yenidən 90.000 (doxsan min) manata X20 qanunsu z satıb, həmin pul vəsaitini sonuncudan başqasının vasitəsi ilə ünvan 8 ünvanında alıb aralarında bölərək, mənzilin X20 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 07 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, ona məxsus 90.000 (doxsan min) manat pulu - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra eyni məqsədlə, Bakı şəhər sakini qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 16 iyul 2014-cü il tarixdə həmin mənzili yenidən X27 88.000 (səksən səkkiz min) manata satmasına razılaşaraq, həmin pul vəsaitinin 50.000 manatını Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 6 saylı notariat kontorunun qarşısında sonuncudan alaraq, mənzilin X27 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 16 iyul 2014-cü il tarixli alqı- satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus 50.000 (əlli min) manat pulu - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra eyni niyyətlə, başqası ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək 27 iyul 2014-cü il tarixdə yenidən qeyd olunan mənzili 100.000 (yüz min) manata X125 qanunsuz satıb, həmin pul vəsaitini sonuncudan X125 vasitəsi ilə ünvan 9 ünvanında alıb aralarında bölərək, mənzilin X27 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 21 iyul 2014-cü il tarixli alqı- satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, 100.000 (yüz min) manat pulu - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra başqası ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək eyni məqsədlə, 31 iyul 2014-cü il tarixdə sonuncunu qeyd olunan mənzilin sahibi kimi təqdim etməklə onu yenidən 114.000 (yüz on dörd min) manata X34 qanunsuz satıb, həmin pul vəsaitini sonuncudan başqasının vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki eyniadlı parkın yaxınlığında alıb aralarında bölərək, mənzilin X34 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 31 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, 114.000 ( yüz on dörd min) manat pulu - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra eyni niyyətlə, 02 avqust 2014-cü il tarixdə göstərilən mənzili yenidən 100.000 (yüz min) manata X21ma qanunsuz satıb, həmin pul vəsaitini Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki eyni adlı parkda sonuncudan alaraq, mənzilin X21 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 02 avqust 2014-cü il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nm möhürü ilə təsdiq edərək, 100.000 (yüz min) manat pulu - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, qeyd olunan v əzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmə məqsədilə, «xxxx» MTK tərəfindən inşa edilən ünvan 2 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87,1 kv.m metr olan 2 otaqlı 74 №-li mənzili 14 iyun 2012-ci il tarixli müqavilə ilə X46ma 94.300 (doxsan dörd min üç yüz) manata satdığı halda, 09 iyul 2014-cü il tarixdə həmin mənzili yenidən 80.000 (səksən min) ABŞ dollarına (həmin dövrün məzənnəsi isə 58.400 manata) X35 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nm göstərilən ünvandakı ofisində sonuncudan almış, bundan sonra həmin yaşayış binasında ümumi sahəsi 121 kv.m metr olan 46 №-li mənzili 14 yanvar 2010-cu il tarixli müqavilə ilə X36ma 98.550 manata satmasına baxmayaraq, 18 iyul 2014-cü il tarixdə həmin mənzili yenidən 100.000 (yüz min) ABŞ dollarına (həmin dövrün məzənnəsi isə 78300 manata) ona qanunsuz satıb, həmin pul vəsaitini Bakı Metropoliteninin Xətai stansiyasının yaxınlığında X36 alaraq, mənzillərin sonuncuya satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 09 iyul və 18 iyul 2014-cü il tarixli alqı-satqı müqavilələrini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışları tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edib, ümumilikdə 136.700 ( yüz otuz altı min yeddi yüz) manatı - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Həmçinin o, qeyd olu nan vəzifədə işlərkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmə məqsədilə, «xxxx» MTK tərəfindən tikintisi aparılan ünvan 5 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 87,1 kv.metr olan 2 otaqlı 77 №-li mənzili 15 sentyabr 2010-cu il tarixli müqavilə ilə X73 64.000 (altmış dörd min) manata satmasına baxmayaraq, 16 iyul 2014-cü il tarixdə yenidən həmin mənzili X83 ilə 88.000 (səksən səkkiz) manata razılaşıb sonuncudan həmin pulun dəyərində bir ədəd 2010-cu il buraxılışlı “Lexus” və bir ədəd 2008-ci il buraxılışlı “Volkswagen Touareg” markalı avtomobilləri alaraq, qeyd olunan mənzilin X83 qohumu X59 adına - məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədlər əsasında, yəni 16 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq etməklə rəsmiləşdirirək, ona məxsus 88.000 (səksən səkkiz min) manat pulu-özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, qeyd olunan cinayət əməllərini davam etdirərək həmin mənzili yenidən 07 avqust 2014-cü il tarixli müqavilə ilə 100.000 (yüz min) manata X47 qanunsuz satıb, həmin pul vəsaitini Bakı Metropoliteninin Xətai stansiyasının yaxınlığında alaraq, mənzilin X47 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 07 avqust 2014-cü il tarixli a lqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, sonuncuya məxsus 100.000 (yüz min) manat pulu - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Eləcə də o, qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirmə məqsədilə, «xxxx» MTK tərəfindən inşa olunan ünvan 2 ünvanında yerləşən yaşayış binasında ümumi sahəsi 121,1 kv.metr olan 3 otaqlı 46 №-li mənzili 14 yanvar 2010-cu il tarixli müqavilə ilə X36ma 98.550 (doxsan doqquz min beş yüz əlli) manata satdığı halda, 21 iyul 2014-cü il tarixdə həmin mənzili yenidən 200.000 (iki yüz min) manata X60 qanunsuz satıb, həmin pul vəsaitini MTK-nın qeyd olunan ofisində sonuncudan alaraq, mənzilin X36 həmin tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 21 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsini, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, ona məxsus 200.000 (iki yüz min) manat pulu - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, bundan sonra 28 iyul 2014-cü il tarixdə göstərilən mənzili yenidən 160.000 (yüz altmış min) manata X9 qanunsuz satı b, həmin pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki Dostluq” kinoteatrının yaxınlığında sonuncudan alaraq, mənzilin X9 qeyd olunan tarixdə satılması barədə məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri - 28 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, ona məxsus 160.000 (yüz altmış min) manat pulu - özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2016-cı il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Qail Məmmədov, hakimlər Rizvan Səfərov və Abid Abdinbəyovdan ibarət tərkibdə) iş üzrə zərərçəkmiş şəxslər X150, X86, X16, X125, X5, X12, Zərərçəkmiş şəxs2, X83, nümayəndələr X2 və X130 apellyasiya şikayətləri qismən, zərərçəkmişlər Zərərçəkmiş şəxs1, X160, X55 və X170 apellyasiya şikayətləri və apellyasiya protesti tam təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü dəyişdirilərək, hökmün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə X13 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X54 adına olan Bakı şəhəri, ünvan 5 ü nvanındaevin 16-17, 19 №-li mənzillərin üzərinə qoyulmuş həbsin ləğv edilməsi hissəsi ləğv edilmiş, zərərçəkmiş və mülki iddiaçılara mülki iddia məbləğlərinin ödənilməsini təmin etmək üçün ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyriyaşayış sahəsi və Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 13 №-li evin 16-17, 19 №-li mənzillərinin üzərinə Binəqədi Rayon Məhkəməsinin müvafiq olaraq 27 fevral 2015-ci il və 19 fevral 2015-ci il tarixli qərarları ilə qoyulmuş həbs bərpa edilmiş, ziyanın ödənilməsi həmin əmlaklara yönəldilmiş, hökmün Məhkum 5.000 manat alınaraq zərərçəkmiş X86, 30.000 manat alınaraq zərərçəkmiş X170, 58.800 manat alınaraq zərərçəkmiş X54, 55.000 manat alınaraq zərərçəkmiş X210, 40.000 manat alınaraq zərə rçəkmiş X200, 56.440 manat alınaraq zərərçəkmiş X200 ödənilməsi hissəsi həmin şəxslərin Məhkum qarşı mülki iddiaları olmadığından ləğv edilmiş, zərərçəkmişlər X170, X54, X200, X210, X86, X250 mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmiş, hökmün X83 Məhkum qarşı verdiyi 337.760 manat mülki iddiasının tam, X86 ümumilikdə Məhkum qarşı verdiyi 135.000 manat mülki iddiasını qismən, 100.000 manat həcmində təmin edilməsinə dair hissəsi ləğv edilmiş, X83 mülki iddiası 119.500 manat həcmində təmin edilmiş, qalan hissədə mülki iddia baxılmamış saxlanılmış, X86 mülki iddiası 55.000 manat həcmində təmin edilmiş, qalan hissədə mülki iddia baxılmamış saxlanılmışdır. Qərardan Ali Məhkəmənin sədri Ali Məhkəmənin Cinayət Kollegiyasına təqdimat verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2016-cı il tarixli qərarının X13 adına olan ünvan 2 ünvanda yerləşən 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması və həmin qeyri-yaşayış sahəsinin zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsinə dair hissədə ləğv edilməsi və cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2016-cı il tarixli qərarından həmçinin, Məhkum müdafiəçısi Qayıb Cənnətov və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və mə ruzəçi hakim Gülzar Rzayeva, hakimlər Fərhad Kərimov və İmran Hacıqayıbovdan ibarət tərkibdə) təqdimat təmin edilmiş və kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2016-cı il tarixli qərarı Məhkum aid hissədə-ziyanın ödənilməsinin X13 adına olan ünvan 2 ünvanda yerləşən 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinə və X54 adına olan Bakı şəhəri ünvan 1 ünvanında yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzillərə yönəldilməsinə dair hissədə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Mirpaşa Hüseynov, hakimlər Həsən Əhmədov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü X13 adına rəsmiləşdirilmiş ünvan 2 ünvanda yerləşən 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbsin və X54 adına olan Bakı şəhəri ünvan 5 ünvanında yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzillərin üzərinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbsin götürülməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Əli Seyfəliyev, hakimlər Tahir Kazımov və Fərhad Əliyev) dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən verilən kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2017-ci il tarixli qərarı X54 adına olan Bakı şəhəri ünvan 5 ünvanında yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsinə dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına təyin edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Əmir Bayramov, hakimlər Namiq Məmmədov və Əflatun Qasımovdan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü X54 adına o lan Bakı şəhəri ünvan 5 ünvanında yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzillərin üzərinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015ci il tarixli qərarı ilə qoyulmuş həbsin götürülməsinə dair hissədə ləğv edilmiş, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan üzrə onların mülki iddialarını təmin etmək məqsədilə X54 adına olan Bakı şəhəri ünvan 5 ünvanında yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzillərin üzərinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbs bərpa edilmiş və ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli qərarından zərərçəkmiş şəxslər X61, X117, X74, X48, X22, X62, X37, X38, X10 və X75 birgə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim İnqilab Nəsirov, hakimlər İlqar Qılıcov və Rahib Nəbizadə) zərərçəkmiş şəxslər tərəfindən verilmiş akassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2017-ci il tarixli qərarı hissəvi olaraq X13 adına rəsmiləşdirilmiş ünvan 2 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair hissədə zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinəmünasibətdə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına təyin edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2018-ci il tarix li qərarından məhkum edilmiş Məhkum müdafiəçisi Cənnətov Qayıl Kamran oğlunun kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Əli Rüstəmov, hakimlər Mehparə Əhmədova və Əhməd Nurməmmədov) Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2018-ci il tarixli qərarı məhkum edilmiş Məhkum müdafiəçisi Cənnətov Qayıl Kamran oğlunun kassasiya şikayətinə əsasən ləğv edilmiş və iş həmin qərarla bağlı hissədə yenidən baxılması üçün apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Qədim Babayev, hakimlər Habil Məmmədov və İlqar Murquzovdan ibarət tərkibdə) dövlət ittihamç ısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Məhkum Azərbayqan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2-ci və 313-cü maddələri ilə, X49 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə X13 adına rəsmiləşdirilmiş ünvan 2 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X54 adına olan Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 13 № -li evin 16-17, 19 №-li mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsi hissəsində ləğv edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə X13 adına rəsmiləşdirilmiş ünvan 2 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X54 adına olan Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 13 N°-li evin 16-17, 19 №-li mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilmiş və zərərçəkmişlərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönədilmiş, hökm apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Cənnətov Qayıb Kamran oğlu, maraqlarına toxunan şəxs X28 və nümayəndəsi Mahmudov Cahangir Fəxrədddin oğlu kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum müdafiəçisi Cənnətov Qayıb Kamran oğlu kassasiya şikayətini əsaslandıraraq qeyd etmişlər ki, Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi özünün 11 aprel 2019-cu il tarixli qərarında Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qərarını yenə də ləğv etmiş və bildirmişdir ki, məhkəmə Azərbaycan Respublikası CPM-hin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq m üdafiə tərəfin təqdim etdiyi sübutları tədqiq edib, onlara düzgün hüquqi qiymət verməmişdir. Lakin bütün bu toplanılan sübutlara baxmayaraq, Bakı Apellaysiya Məhkəməsi yenə də 13 iyun 2019-cu il tarixli əsassız və qanunsuz bir qərar qəbul etmiş, Ali Məhkəmnin bu göstərişlərini bir kənara qoyaraq, heç bir araşdırma aparmadan, subutları tədqiq etmədən Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Binəqədi rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X54 adma olan Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsi hissində ləğv ediləməsini, zərərçəkmişlərə vurulmuş maddi ziyan üzrə onların mülki iddialarının ödənilməsinin təmin etmək məqsədi ilə həmin əmlakların üzərinə Binəqədi ray on məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbsin bərpa edilməsini, zərərçəkmişlərə (mülki iddiaçılara) vurulmuş maddi ziyanın ödənilməsi Bakı şəhəri. T.Ulyançev küçəsində yerləşən 13№-li evin 16-17, 19 №-li mənzillərə yönəldilməsini qət etmişdir. Kassator kassasiya şikayətində həmçinin Azərbaycan Respublikası CPM-nin 183.2, 248.2, 148.3-cü, CM-nin 7.1, 7.2-ci maddələrinə istinad edərək qeyd etmişlər ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 13 saylı evin 16, 17, və 19 saylı mənzilləri 09 avqust 1997-ci il tarixində X54 adına formal olaraq daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçsə də, o, bu mənzillərin əsl mülkiyyətçisi deyildir, əsl mülkiyyətçi X97r, X300 və Məhkum bu mənzillərin heç yerini belə bilmirlər. X300 heç vaxt bu mənzillərə qeydiyyatı da olm amış, bu mənzildə həmişə onun bacısı X84 ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamış və yazırda yaşayırlar. Cinayət işi üzrə isə toplanmış sübutlardan görünür ki, mülki iddia predmeti olan Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 13 saylı evin 16, 17, və 19 saylı mənzillərin nə Məhkum, nə də X76 bir aidiyyatı yoxdur. Eyni zamanda həmin mənzillər üzərində Məhkum hər hansı payı da müəyyən edilməmişdir. Mübahisə edilən mənzilin əsl mülkiyyətçisi X118, uzaq qohumu Məhkum törətdiyi cinayət əməlinə görə nə cinayət hüquqi qaydada, nə də mülki hüquqi qaydada məsuliyyət daşıya bilməz. Qeyd edilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 308.2-ci maddələri ilə məhkum edilən Məhkum barəsində olan 1(103)-790/2019 saylı 13 iyun 2019-cu il tarixli qərarının qismənBakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə X54 adına olan Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzilləri üzərinə qoyulmuş həbsin götürülməsinə dair hissədə və vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsi hissəsində ləğv edilməsini xahiş edir. Kassator maraqlarına toxunan şəxs X28 və nümayəndəsi Mahmudov Cahangir Fəxrədddin oğlu kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası CPM-nin 18.1, 38.3, 183.2-ci maddələrinə istinad edərək bildirmişdir ki, “...mübahisəsi gedən ə mlak cinayət yolu ilə əldə edilməmişdir. Həmin əmlak illərdir halal zəhmət hesabına ərim və onun qardaşlarının əldə etdiyi əmlakdır. Biz cinayət prosesində şahid kimi cəlb edilmişik. Əgər hansısas qanunsuz əməlimiz olsaydı istintaq orqanı bizi də təqsirkar kimi cəlb edər və əmlakımızı müsadirə edərdi....Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248.2-ci “həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur”. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248.3-cü maddəsinə əsasən “həbs təqsirləndirilən şəxsin ər-arvadm birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə k imi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfmə alma bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur”. Həmin məcəllənin 183.2-ci maddəsinə əsasən “cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir”. Hazırkı cinayəti işində isə təqsirləndirilən şəxs Məhkum olsada X350 üzərinə əmlak məsuliyyəti qoyulmaq dadır. Bundan başqa məhkəmə “xxxx” MTK-nm 5 payçısının olduğunu müəyyən etsədə Məhkum törətdiyi əmələ görə digər payçıların hüquqlarını pozaraq onlarında paylarına tələb yönəltməkdədir. Digər tərəfdən də Məhkum arvadının adma olan mənzillərə münasibətdə də məhkəmə həmin əmlakların birgə nikah dövründə əldə edilməsini nəzərə almamışdır. Göründüyü kimi məhkəmə heç bir hüquq və qanun tanımadan qanunsuz və əsassız qərar qəbul etmişdir. 04.04.2019-cu il tarixli Ali Məhkəmənin qərarında ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 lcv.m olan qeyriyaşayış sahəsinin X13 adma rəsmiləşdirilməsinin guya mülki qanunvericiliyin tələblərinə uyğun olmaması məhkəmə kollegiyası tərəfindən sübut olunmağa çalışılır. Azərbaycan Respublikası Mülki Məcəlləs inin 178.2-ci maddəsinin tələbinə görə “Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.” Həmin Məcəllənin 178.8-ci maddəsinə görə isə kopperativ üzvü ona verilən əmlak üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Dəfələrlə bildirmişəm ki, binanın tikintisi demək olar ki, X370 və onun qardaşlarının vəsaiti hesabına başa gəlmişdir. Yalnız binanın tikildiyi torpaq sahəsində yerləşən əmlakların alınması üçün X370 tərəfindən 2004-2005-ci illərdə 1 661 600 000 manat (yeni manatla 332320 manat) vəsait xərclənmişdir. Bunu təsdiq edən alqı-satqı müqavilələri iş materiallarına əlavə edilmişdir. Biz sahibkar olarq pul qoymaqla gəlir əldə etməliyik. Əldə etdiyimi z gəlir isə hazırda əlimizdən alınmağa çalışılan bu qeyri-yaşayış sahəsidir. Göstərilənlərdən başqa isə ən əsas məsələ odur ki, “xxxx” MTK ilə X370 arasmda bağlanmış əmlakın alqı-satqısına dair mülki-hüquqi müqavilə nə qədər kiqüvvədədir və məhkəmə qaydasında həmin müqavilə etibarsız hesab edilməyib mülkiyyətçini öz mülkiyyətindən məhrum etmək Konstitusyon pozuntudur. Qeyd edilənlərə əsasən Ali Məhkəmənin 18.04.2018-ci il tarixli, 1(102)-137/201S saylı qərarı ilə Ai Məhkəmənin 04.04.2019-cu il tarixli, 1(102)-780/2019 saylı qərarı birbirlərinə tamamilə zidd olduğu üçün Ali Məhkəmənin sonuncu qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin çıxardığı 13.06.2019-cu il tarixli, 1(1031- 790/19 saylı qərar tamamilə qanunsuz olduğu üçün ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəm əsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, kassasiya şikayətlərinin təmin edilməməsinə dair zərərçəkmiş şəxslər X24, X25, X11, Zərərçəkmiş şəxs2, X12, X40, zərərçəkmiş şəxslərin nümayəndəsi X26, X12 və dövlət ittihamçısı Məmmədov Anar Ələsgər oğlunun, tərəflərindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum müdafiəçisi Cənnətov Qayıb Kamran oğlunun və maraqlarına toxunan şəxs X370 nümayəndəsi X2 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419 -cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator maraqlarına toxunan şəxs X28 və nümayəndəsi X4 adına rəsmiləşdirilmiş ünvan 5 ünvanda yerləşən 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə Binəqədi Rayon Məhkəməsin 27 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbsin götürülməsini mübahisələndirilmişdir. Apelyasiya instansiyası məhkəməsi ünvan 10 yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri yaşayış sahəsi üzərində həbs qoyulması ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Cinayət işinin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli “Əmlak üzərinə həbs qoyu lması haqqında” qərarından (hakim Vüqar Məmmədov) müəyyən olunur ki, məhkəmə qərarında belə nəticəyə gəlmişdir ki, “...İstintaqın hazırki mərhələsində müəyyən olunmuşdur ki, Məhkum tərəfindən ayrı-ayrı vətəndaşlara ümumilikdə 1.877.930.0 manat məbləğində ziyan vurulmuşdur. İstintaq materiallarından görünür ki, “xxxx” MTK 03 iyun 2004-cü il tarixdə Bakı şəhərində X104, X63, Məhkum, X98 və X77 tərəfindən təsis edilmişdir. Bundan başqa, istintaq materiallarından görünür ki, “xxxx” MTK-nın təsisçisi X64 həyat yoldaşı X13 adına 21 iyul 2007-ci il tarixli müqavilə ilə Məhkum simasında “xxxx” MTK tərəfindən ünvan 10 ünvanında yerləşən ümumi 890 kv.metr olan qeyri-yaşayış sahəsi rəsmiləşdirilmişdir. İstintaq zamanı müəyyən edimişdir ki, X13 adına göstərilən 890 kv.m olan qeyri yaşayış sahəsi forma l olaraq rəsmiləşdirimiş, müqavilədə göstərilən 214.000 manat MTK-nın kassasına ödənilməmiş, həmin əmlak faktiki olaraq “xxxx” MTK-ya məxsusdur. Odur ki, “xxxx” MTK-ya məxsus olan X13 adına rəsmiləşdirilmiş ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 890 kv.metr olan qeyriyaşayış sahəsinin özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədilə həmin əmlak üzərinə həbs qoyulması məqsədəmüvafiqdir”. Göründüyü kimi məhkəmə göstərilən qeyri-yaşayış sahəsinin “xxxx” MTK-ya məxsus olmasına və Kooperativin də təsisçilərindən biri və sədrinin təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məhkum olmasına görə 890 kv.m qeyri-yaşayış sahəsinin üçün üzərinə həbs qoymuşdur. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, istintaq materiallarına əlavə edilmiş 20 oktyabr 2015-ci il tar ixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m. olan qeyri- yaşayış sahəsinin bazar qiyməti 2.951.627,40 manat təşkil etdiyi halda, həmin obyektin 214.000 manat məblğində pul ödənilməklə əldə edilməsi inandırıcı və ağlabatan deyildir.” Apelyasiya instansiyası məhkəməsi həmin məsələ ilə əlaqədar hüquqi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “Birinci instansiyası məhkəməsi mübahisələndirilən hökmdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə istinad etmişdir ki, həmin normanın müddəaları xüsusi müsadirəni, yəni əmlakın dövlət nəfinə alınması məsələlərini tənzimləyir və bu müddəalar zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi üçün əmlak üzərinə həbsin qoy ulması məsələlərini tənzimləmir. Məhkəmə kollegiyası vurğulayır ki, “xxxx” MTK 5 nəfər təsisçi tərəfindən bərabər pay hüququ ilə təsis edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Cinayət Proses sual Məcəlləsinin 248.1.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən həbs, əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur.” Məhkəmə kollegiyası hesab edir ki, “xxxx” MTK ilə X28 arasında bağlanmış əqd yalan əqdir. Belə ki, faktiki olaraq həmin əqd “xxxx” MTK-nın təsisçiləri arasında pay bölgüsünün həyata keçirilməsi məqsədi ilə təsisçilərdən biri olan X78 MTK-da payının təmini məqsədi ilə bağlanmışdır. Azərbaycan Respublikası MM-nin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin əqd əhəmiyyətsiz əqd olduğuna görə MM-nin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Ona görə də Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, S.M.Rzayevanın kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə rədd edilməlidir. Məhkum müdafiəçisi Cənnətov Qayıb Kamran oğlu kassasiya şikayətində “xxxx” MTK-nın sədri Məhkum həyat yoldaşı X54 adına olan Bakı şəhəri ünvan 5 ünvanında yerləşən 13 saylı evin 16/17 və 19 saylı mənzillərin üzərinə Binəqədi rayon məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbsin götürülməsini, qeyd edilən mənzillərin məlum hadisələrdən əvvəl alındığını, bu səbəbdən də qeyd edilən mənzillin müsadirə olunmasını mübahisələndirmişdir. Məhkum kassasiya şikayəti ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materialları ilə X370 CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə məhkum olunması öz təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bu səbəbdən də qeyd edilən əmlak onların birgə nikah müddətində əldə edildiyi üçün qeyd edilən əmlakda Məhkum da payı vardır. Bu səbəbdən Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya i nstansiyası məhkəməsinin qərarının ləğv üçün əsas hesab etmir. Məhkum kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən 13 saylı evin 16, 17, və 19 saylı mənzilləri 09 avqust 1997-ci il tarixində X54 adına formal olaraq daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçsə də, o, bu mənzillərin əsl mülkiyyətçisi deyildir, əsl mülkiyyətçi X97r. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillini də əsaslı hesab etmir. Belə ki, qeyd edilən mənzillər 09 avqust 1997-ci il tarixdə X54 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmişdir. X85 həmin mənzilləri öz adına qeydiyyatdan keçirməsi üçün kifayət qədər vaxtı olmuş və bunu etməyə heç bir hüquqi maneə olmamışdır. Bu xüsusat kassasiya şikayətinin həmin dəlilinin əsassı zlığını göstərir. Kassasiya şikayətinin digər dəlili də ondan ibarətdir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 11aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlər kassasiya şikayəti verilən qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq və apellya siya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən,Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı Məhkum müdafiəçisi Cənnətov Qayıb Kamran oğlu və maraqlarına toxunan şəxs X28 və nümayəndəsi X2 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar