Məhkəmə qərarları › İş №1(102)-1468/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1468/2021

29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1468/2021 29.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X5, Məhkum müdafiəçisi X2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2020-ci il tarixli, 1(104)-112/2020 nömrəli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 17 sentyabr 1981-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Göygöl rayonu Balçılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 1(088)-34/2018 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 120.2.1, 120.2.5, 177.2.1 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasın ı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və həbsdə saxlandığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəlinin 03 mart 2016-cı il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.

3. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən apelyasiya şikayəti vermə müddətin bərpasına dair vəsatət verilmişdir.

4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2020-ci tarixli, 1(088)-34/2018 nömrəli qərarı ilə apelyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edilmişdir.

5. Həmin qərardan Məhkum tərəfindən apelyasiya şikayəti verilmişdir.

6. Gəncə Apelyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qərarına əsasən apelyasiya şikayətinin v erilməsi müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2020-ci tarixli, 1(088)34/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2020-ci il tarixli ilkin baxış qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilib, apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. II. Kassasiya şikayətinin dəlilləri və şikayətə qarşı etirazlar

8. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddəti hüquqi savadının olmamasına görə buraxmışdır. Apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləs inin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir.

12. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.

13. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.

14. Cinayət işinin olan materiallarından görünür ki, Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclasında iştirak etmiş, birinci instansiya məhkəməsinin hökmü sədrlik edən tərəfindən məhkəmə iclas zalında olan bütün şəxslərə, o cümlədən Məhkum elan edildikdən sonra ayrıca olaraq həmin hökmdən apellyasiya şikayəti vermək hüququ, qaydası və müddəti onlara bir daha izah edilmişdir.

15. Bundan başqa, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti vermək hüququna və qaydasına dair izahı da əks etdirən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2018-ci il tarixli hök münün surətini Məhkum 03 may 2018-ci il tarixdə almasını öz imzası ilə təsdiq etdiyi qəbz cinayət işinin materiallarına əlavə edilmişdir.

16. Lakin, Məhkum 22 dekabr 2019-cu il tarixdə apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətlə Gəncə Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş, həmin vəsatət 13 yanvar 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Bununla da, məhkum tərəfindən hökmdən apelyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 01 il 08 aydan çox bir vaxt keçmişdir.

17. Təsvir olunanlardan görünür ki, məhkumun birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürməsi onun hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətdən, şikayətin verilməsi qaydasından məlumatsız olmasından irəli gəlməmişdir.

18. Məhkum birinci instansiya məhkəməsinin hökmündən qanunla müəyyən olunmuş müddətdə apellyasiya şikayəti verməməsini hüquqi savadının olmaması ilə izah etmişdir. Qeyd edilən dəlil əsaslı sayıla və prosessual müddətin üzrlü səbəblərdən buraxıldığını göstərən əsas kimi nəzərdən keçirilə bilməz. Bununla yanaşı, məhkum həmçinin vəsatətinə müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı sübut əlavə etməmişdir.

19. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası müddətin bərpası barədə məhkumun vəsatətinə baxarkən, düzgün nəticəyə gəlib müddətin bərpasına əsas verən qanuni əsaslar müəyyən etməmişdir.

20. E yni zamanda, məhkəmə kollegiyası nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir

21. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2020-ci il tarixli, 1(104)-112/2020 nömrəli ilkin baxış qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar