Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1468/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmas ı barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X12 (sədrlik edən), X14 və X6 ibarət tərkibdə) 18 may 2021-ci il tarixli 1(099)-31/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) müddətə dövlət və y erli özünü idarə orqanlarında, bələdiyyə, müəsisə, idarə və təşkilatlarında təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından dərhal həbsə alınması, seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə cəza çəkməsinin başlanğıcının 18 may 2021-ci il tarixdən hesab edilməsi, iş üzrə rüşvət alma cinayətinin predmeti olan 600 (altı yüz) manat pul vəsaiti CMin 99-1.1.2-ci maddəsi tələbinə əsasən xüsusi müsadirə olunmaqla Məhkum məcburi qaydada dövlət nəfinə alınması, iş üzrə ekspertiza xərci 300 manat Məhkum alınaraq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 sentyabr 2021-ci il tarixli, 1(106)-632/2021 nömrəli qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(106)632/2021 nömrəli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2021-ci il tarixli, 1(106)-632/2021 saylı qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayətinə baxılması üçün cinayət işi Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatınd a olan zaman, Azərbaycan Respublikası Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum məhkəməyə ərizə ilə müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası (hakimlər X13 (sədrlik edən və məruzəçi), X9 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə)1(102)-1451/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Məhkum ərizəsi təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2021-ci il tarixli, 1(106)-632/2021 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2021 -ci il tarixli, 1(106)-632/2021 s aylı qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrlıqda yenidən kassasiya şikayətləri verilmiş, lakin kassasiya şikayəti qanunla müəyyən edilmiş 12 aylıq müddət buraxıldıqdan sonra verildiklərindən və prosessual müddətin bərpası barədə vəsatət qaldırılmadığından, o, kassasiya şikayəti vermək hüququna malik olmayan şəxs sayılmış və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2023-cü il tarixli, 1(106)-632/2021 saylı qərarı ilə kassasiya şikayəti hərəkətsiz saxlanılaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 415.1-ci maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilmişdir. Məhkum müdaiəçisi Müdafiəçi3 kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti xx.xx. 2023-cü il tarixdə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2023-ci il tarixli məktubu ilə göndərilmiş Məhkum kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti xx.xx.2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Hər iki vəsatət onunla əsaslandırmışdır ki, məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi Müdafiəçi3 tərəfindən prossesual müddət pozuntusuna yol verilməmişdir. Prosessual müddətlər şəxsə hər hansı prosessual hüququnun həyata keçirilməsi üçün verilən zaman aralığıdır və şəxs həmin müddətdə prosessual hüququndan istifadə edirsə müddət axımı dayanır. Müdafiəçi birinci kassasiya şikayətini tətbiq edilən prosessual müddəti ötürmədən təqdim etmişdir. Hesab edilir ki, prosessual hü quqdan istifadə edilən dövr prosessual müddətdən çıxılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: hakimlər X7 (sədrlik edən), X10 və Əliyev Elşad ibiş oğlundan ibarət tərkibdə) 17 mart 2023-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2021-ci il tarixli, 1(106)-632/2021 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş vəsatətlər rədd edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, tərəfindən prossesual müddət pozuntusuna yol verilmə mişdir. Prosessual müddətlər şəxsə hər hansı prosessual hüququnun həyata keçirilməsi üçün verilən zaman aralığıdır və şəxs həmin müddətdə prosessual hüququndan istifadə edirsə müddət axımı dayanır. Müdafiəçi birinci kassasiya şikayətini tətbiq edilən prosessual müddəti ötürmədən təqdim etmişdir. Hesab edir ki, prosessual hüquqdan istifadə edilən dövr prosessual müddətdən çıxılmalıdır. Müdafiəçi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2023-cü il tarixli qərarını ləğv edərək müddətin bərpa edilməsi barədə qərar edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hü quqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual q anun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün müəyyən olunmuş müddəti üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini müəyyən etmiş və bu səbəbdən vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətl əri etməkdən çəkinməlidirlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının CPM-in 412.6-cı maddəsinə görə kassasiya şikayətinin və ya kassasiya protestinin geri götürülməsi haqqında müraciət bu Məcəllənin 410.1 -ci maddəsi ilə kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində təkrar kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi hüququnun həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəz siz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrıayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1 -1 -ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Cinayət-Pr osessual Məcəlləsinin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1 -ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Qanunvericiliyin normalarının məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi müddəti qərarın elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız istisna hal kimi nəzərə alaraq, kassasiya şikayəti verilməsi müddətini qərar elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün qərarın surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. Cinayət işinin materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 03 sentyabr 2021-ci il tarixli, 1(106)-632/2021 saylı qərarı elan olunarkən Məhkum müdafiəçisi X4 ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, ona və həmçinin məhkəmə iclasında iştirak edən digər proses iştirakçılarına qərardan kassasiya şikayəti verilmə müddəti və qaydası izah olunmuşdur. Məhkəmə qəbzindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2021-ci il tarixli qərarının surəti xx.xx.2021-ci il tarixdə Məhkum qəbzə imza etdirilməklə təqdim olunmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 sentyabr 2021-ci il tarixli, 1 (106)-632/2021 saylı qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 12 aylıq prosessual müddətin axımı məhkuma münasibətdə xx. xx.2021-ci il tarixdən başlamış xx.xx.2022-ci il tarixdə başa çatmışdır, müdafiəçiyə münasibətdə isə xx.xx.2021-ci il tarixdən başlamış xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olaraq N-503 nömrə ilə qeydə alınmışdır. Məhkum xx.xx.2022-ci il tarixli kassasiya şikayəti isə xx.xx.2022-ci il tarixdə cəza çəkdiyi Penitensiar Xidmətin 17 saylı X2 Apellyasiya Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olaraq N-723 nömrə ilə qeydə alınmışdır Göründüyü kimi, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 12 aylıq müddət buraxıldıqdan sonra kassasiya şikayəti verilmişdir. Apellyasiya məhkəməsi hesab e tmişdir ki, Məhkum haqqında olan cinayət işinin kassasiya şikayətinin verilməsinə görə Azərbaycan Respublikası Ali Məhkəməsində olduğu zaman həmin kassasiya şikayətinin məhkum tərəfindən geri götürülməsi və bütün bu müddətin kassasiya şikayətinin verilməsi müddətinə daxil edilməməsi barədə dəlilləri Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə zidd olduğundan, həmin dəlillər müdddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən amil kimi qəbul edilə bilməz. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatətdə göstərilənlər buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul oluna bilməz. Müdafiəçi buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini, yaxud onun vaxtında kassasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini təsdiq edən sübutlar əlavə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 3 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət məhkum və müdafiəçi tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində göstərilən dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən oluna n hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Cinayət-Prosessual Məcəlləsinə görə cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bər pa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çə kinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edil məsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X15rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kol legiyası hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1468/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1468/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver