Məhkəmə qərarları › İş №1(102)-1468/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1468/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1468/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli iİskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli h ökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.4, 182.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1960-cı il tarixdə Sabirabad rayonunun Zalqarağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ali təhsilli, evli, ün van 1 ünvanında qeydiyyatda olan və yaşamış, CM-in 178.2.4, 182.2.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə, CM-in 182.2.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-in 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadılqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 onun 2018-ci ilin iyun ayında Bakı şəhəri Nizami Rayon Pro kurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş övladı X9 guya həbsdən azad edilməsinə özünün Azərbaycan Respublikasının Baş Prokurorluğunun səlahiyyətli yüksək vəzifəli şəxsi ilə yaxın münasibətinin olması səbəbindən köməklik göstərmək imkanının olduğunu, bu səbəbdən guya X9un həbsdən azad edilməsi məsələsinin həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar X9un xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 10.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd etməklə Zərərçəkmiş şəxs1 aldadaraq onun inam və etibarını qazandıqd an sonra bu adla 2018-ci ilin iyun-avqust ayları ərzində müxtəlif tarixlərdə və vaxtlarda öz yaşadığı ünvan 1 ünvanında yerləşən ofis otağında Zərərçəkmiş şəxs1 əvvəlcə 3000 manat, bir neçə gün sonra 4000 manat, daha bir neçə gün sonra isə 3000 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 ona məxsus xeyli miqdarda 10.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar X9un xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 10.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlak ını ələ keçirmək məqsədi ilə 2019-cu ilin sentyabr ayında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Birləşmiş Sukanal Məhdud Məsuliyyətli Cəmiyyətinin Şirvan şəhər Sukanal İdarəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 onun xidməti fəaliyyətində guya bir sıra vətəndaşlardan rüşvət aldığına və digər qanun pozuntularına yol verdiyinə, xidməti iş yerində çalışan qadın işçilərlə guya intim münasibətdə olduğuna, xidməti fəaliyyətinin yarıtmaz olduğuna dair həqiqətə uyğun olmayan və rüsvayedici xarakter daşıyan məlumatları yaymaqla onun barəsində müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlayacağını, haqqında Şirvan şəhər ictimaiyyəti arasında və onun bilavasitə tabe olduğu yuxarı dövlət orqanında mənfi rəy və fikir formalaşdıracağını, nəticə etibarilə işdən azad olunmasına nail olacağını mobil telefon danışıqları vasitəsi ilə və bilavasitə Şirvan şəhərində özü ilə görüşüb bildirməklə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatları yaymamaq müqabilində Zərərçəkmiş şəxs4 150 manat pul tələb etmiş, bundan sonra 2019-cu ilin sentyabr ayının ortalarında öz yaşadığı ünvan 1 ünvanında yerləşən ofis otağında həmin məzmunlu hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs4 ona məxsus 150 manat pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin oktyabr ayının əvvəllərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Birləşmiş Sukanal Məhdud Məsuliyyətli Cəmiyyətinin Şirvan şəhər Sukanal İdarəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 onun xidməti fəaliyyətində guya bir sıra vət əndaşlardan rüşvət aldığına və digər qanun pozuntularına yol verdiyinə, xidməti iş yerində çalışan qadın işçilərlə guya intim münasibətdə olduğuna, xidməti fəaliyyətinin yarıtmaz olduğuna dair həqiqətə uyğun olmayan və rüsvayedici xarakter daşıyan məlumatları yaymaqla onun barəsində müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlayacağını, haqqında Şirvan şəhər ictimaiyyəti arasında və onun bilavasitə tabe olduğu yuxarı dövlət orqanında mənfi rəy və fikir formalaşdıracağını, nəticə etibarilə işdən azad olunmasına nail olacağını mobil telefon danışıqları vasitəsi ilə və bilavasitə Şirvan şəhərində özü ilə görüşüb bildirməklə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatları yaymamaq müqabilində Zərərçəkmiş şəxs4 200 manat pul tələb etmiş, bundan sonra 2019-cu ilin oktyabr ayının əvvəllərin də öz yaşadığı ünvan 1 ünvanında yerləşən ofis otağında həmin məzmunlu hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs4 sürücüsü Şahid1 vasitəsi ilə ona göndərdiyi Zərərçəkmiş şəxs4 məxsus 200 manat pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin noyabr ayının sonlarında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Birləşmiş Sukanal Məhdud Məsuliyyətli Cəmiyyətinin Şirvan şəhər Sukanal İdarəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 onun xidməti fəaliyyətində guya bir sıra vətəndaşlardan rüşvət aldığına və digər qanun pozuntularına yol verdiyinə, xidməti iş yerində çalışan qadın işçilərlə guya intim münasibətdə olduğuna, xidməti fəaliyyətinin yarıtmaz olduğuna dair həqiqətə uyğ un olmayan və rüsvayedici xarakter daşıyan məlumatları yaymaqla onun barəsində müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlayacağını, haqqında Şirvan şəhər ictimaiyyəti arasında və onun bilavasitə tabe olduğu yuxarı dövlət orqanında mənfi rəy və fikir formalaşdıracağını, nəticə etibarilə işdən azad olunmasına nail olacağını mobil telefon danışıqları vasitəsi ilə və bilavasitə Şirvan şəhərində özü ilə görüşüb bildirməklə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatları yaymamaq müqabilində Zərərçəkmiş şəxs4 300 manat pul tələb etmiş, bundan sonra 2019-cu ilin noyabr ayının sonlarında öz yaşadığı ünvan 1 ünvanında yerləşən ofis otağında həmin məzmunlu hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs4 sürücüsü Şahid1 vasitəsi ilə ona göndərdiyi Zərərçəkmiş şəxs4 məxsus 300 manat pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin fevral ayının əvvəllərində həmin dövrdə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 onun xidməti fəaliyyətində guya bir sıra vətəndaşlardan rüşvət aldığına və digər qanun pozuntularına yol verdiyinə, xidməti iş yerində çalışan qadın işçilərlə guya intim münasibətdə olduğuna, xidməti fəaliyyətinin yarıtmaz olduğuna dair həqiqətə uyğun olmayan və rüsvayedici xarakter daşıyan məlumatları yaymaqla onun barəsində müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlayacağını, haqqında Şirvan şəhər ictimaiyyəti arasında və onun bilavasitə tabe olduğu yuxarı dövlət orqanında mənfi rəy v ə fikir formalaşdıracağını, nəticə etibarilə işdən azad olunmasına nail olacağını mobil telefon danışıqları vasitəsi ilə bildirməklə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatları yaymamaq müqabilində Zərərçəkmiş şəxs5 50 manat pul tələb etmiş, bundan sonra 2020ci ilin fevral ayının əvvəllərində öz yaşadığı ünvan 1 ünvanında yerləşən ofis otağında həmin məzmunlu hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs5 ona məxsus 50 manat pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin fevral ayının sonlarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Şirvan şəhər Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs6 onun xidməti fəaliyyətində guya bir sıra vətəndaşlardan rüşvət aldığına və digər qanun pozuntularına yol verdiyinə, xidməti iş yerində çalışan qadın işçilərlə guya intim münasibətdə olduğuna, xidməti fəaliyyətinin yarıtmaz olduğuna dair həqiqətə uyğun olmayan və rüsvayedici xarakter daşıyan məlumatları yaymaqla onun barəsində müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlayacağını, haqqında Şirvan şəhər ictimaiyyəti arasında və onun bilavasitə tabe olduğu yuxarı dövlət orqanında mənfi rəy və fikir formalaşdıracağını, nəticə etibarilə işdən azad olunmasına nail olacağını mobil telefon danışıqları vasitəsi ilə bildirməklə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatları yaymamaq müqabilində Zərərçəkmiş şəxs6 2000 manat pul tələb etmiş, bundan sonra 2020-ci ilin mart ayı nın əvvəllərində öz yaşadığı ünvan 1 ünvanında yerləşən ofis otağında həmin məzmunlu hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs6 işçisi Şahid4 vasitəsi ilə ona göndərdiyi Zərərçəkmiş şəxs6 məxsus 200 manat pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin mart ayının ortalarında həmin dövrdə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 onun xidməti fəaliyyətində guya bir sıra vətəndaşlardan rüşvət aldığına və digər qanun pozuntularına yol verdiyinə, xidməti iş yerində çalışan qadın işçilərlə guya intim münasibətdə olduğuna, xidməti fəaliyyətinin yarıtmaz olduğuna dair həqiqətə uyğun olmayan və rüsvayedici xarakter daşıyan məlumatları yaymaqla onun barəsində müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlayacağını, haqqında Şirvan şəhər ictimaiyyəti arasında və onun bilavasitə tabe olduğu yuxarı dövlət orqanında mənfi rəy və fikir formalaşdıracağını, nəticə etibarilə işdən azad olunmasına nail olacağını mobil telefon danışıqları vasitəsi ilə bildirməklə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatları yaymamaq müqabilində Zərərçəkmiş şəxs5 200 manat pul tələb etmiş, bundan sonra 2020-ci ilin mart ayının ortalarında öz yaşadığı ünvan 1 ünvanında yerləşən ofis otağında həmin məzmunlu hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs5 ona məxsus 200 manat pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək m əqsədi ilə 2020-ci ilin aprel ayının əvvəllərində həmin dövrdə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 onun xidməti fəaliyyətində guya bir sıra vətəndaşlardan rüşvət aldığına və digər qanun pozuntularına yol verdiyinə, xidməti iş yerində çalışan qadın işçilərlə guya intim münasibətdə olduğuna, xidməti fəaliyyətinin yarıtmaz olduğuna dair həqiqətə uyğun olmayan və rüsvayedici xarakter daşıyan məlumatları yaymaqla onun barəsində müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlayacağını, haqqında Şirvan şəhər ictimaiyyəti arasında və onun bilavasitə tabe olduğu yuxarı dövlət orqanında mənfi rəy və fikir formalaşdıracağını, nəticə etibarilə işdən azad olunmasına nail olacağını mobil telefon danışıqları vasitəsi ilə bildirməklə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatları yaymamaq müqabilində Zərərçəkmiş şəxs5 100 manat pul tələb etmiş, bundan sonra 2020-ci ilin aprel ayının əvvəllərində öz yaşadığı ünvan 1 ünvanında yerləşən ofis otağında həmin məzmunlu hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs5 ona məxsus 100 manat pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin aprel ayının sonlarında həmin dövrdə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 onun xidməti fəaliyyətində guya bir sıra vətəndaşlardan rüşvət aldığına və digər qanun pozuntularına yol verdiyinə, xidməti iş yerində çalışan qadın işçilərlə guya intim münasibət də olduğuna, xidməti fəaliyyətinin yarıtmaz olduğuna dair həqiqətə uyğun olmayan və rüsvayedici xarakter daşıyan məlumatları yaymaqla onun barəsində müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlayacağını, haqqında Şirvan şəhər ictimaiyyəti arasında və onun bilavasitə tabe olduğu yuxarı dövlət orqanında mənfi rəy və fikir formalaşdıracağını, nəticə etibarilə işdən azad olunmasına nail olacağını mobil telefon danışıqları vasitəsi ilə bildirməklə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatları yaymamaq müqabilində Zərərçəkmiş şəxs5 40 manat pul tələb etmiş, bundan sonra 2020ci ilin aprel ayının sonlarında öz yaşadığı ünvan 1 ünvanında yerləşən ofis otağında həmin məzmunlu hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs5 ona məxsus 40 manat pulu hədəqorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin may ayında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şirvan Regional Poçt Filialının rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 onun xidməti fəaliyyətində guya bir sıra vətəndaşlardan rüşvət aldığına və digər qanun pozuntularına yol verdiyinə, xidməti iş yerində çalışan qadın işçilərlə guya intim münasibətdə olduğuna, xidməti fəaliyyətinin yarıtmaz olduğuna dair həqiqətə uyğun olmayan və rüsvayedici xarakter daşıyan məlumatları yaymaqla onun barəsində müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlayacağını, haqqında Şirvan şəhər ictimaiyyəti arasında və onun bilavasitə tabe olduğu yuxarı dövlət orqanında mənfi rəy və fikir formalaşdıracağını, nəticə etibarilə işdən azad olunmasına nail olacağını mobil telefon danışıqları vasitəsi ilə bildirməklə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatları yaymamaq müqabilində Zərərçəkmiş şəxs3 1000 manat pul tələb etmiş, bundan sonra 2020-ci ilin may ayının sonlarında öz yaşadığı ünvan 1 ünvanında yerləşən ofis otağında həmin məzmunlu hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs5 vasitəsi ilə ona göndərdiyi Zərərçəkmiş şəxs3 məxsus 550 manat pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 25 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehs alat Birliyinin Şirvan Telekommunikasiya Qovşağının rəisi vəzifəsini müvəqqəti icra edən Zərərçəkmiş şəxs2 onun xidməti fəaliyyətində guya bir sıra vətəndaşlardan rüşvət aldığına və digər qanun pozuntularına yol verdiyinə, xidməti iş yerində çalışan qadın işçilərlə guya intim münasibətdə olduğuna, xidməti fəaliyyətinin yarıtmaz olduğuna dair həqiqətə uyğun olmayan və rüsvayedici xarakter daşıyan məlumatları yaymaqla onun barəsində müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlayacağını, haqqında Şirvan şəhər ictimaiyyəti arasında və onun bilavasitə tabe olduğu yuxarı dövlət orqanında mənfi rəy və fikir formalaşdıracağını, nəticə etibarilə işdən azad olunmasına nail olacağını mobil telefon danışıqları vasitəsi ilə bildirməklə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatları yaymamaq müqabi lində Zərərçəkmiş şəxs2 300 manat pul tələb etmiş, bundan sonra 2020-ci ilin iyun ayının əvvəllərində öz yaşadığı ünvan 1 ünvanında yerləşən ofis otağında həmin məzmunlu hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs5 vasitəsi ilə ona göndərdiyi Zərərçəkmiş şəxs2 məxsus 200 manat pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin iyun ayının əvvəllərində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şirvan Regional Poçt Filialının rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 onun xidməti fəaliyyətində guya bir sıra vətəndaşlardan rüşvət aldığına və digər qanun pozuntularına yol verd iyinə, xidməti iş yerində çalışan qadın işçilərlə guya intim münasibətdə olduğuna, xidməti fəaliyyətinin yarıtmaz olduğuna dair həqiqətə uyğun olmayan və rüsvayedici xarakter daşıyan məlumatları yaymaqla onun barəsində müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlayacağını, haqqında Şirvan şəhər ictimaiyyəti arasında və onun bilavasitə tabe olduğu yuxarı dövlət orqanında mənfi rəy və fikir formalaşdıracağını, nəticə etibarilə işdən azad olunmasına nail olacağını mobil telefon danışıqları vasitəsi ilə bildirməklə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatları yaymamaq müqabilində Zərərçəkmiş şəxs3 100 manat pul tələb etmiş, bundan sonra 22 iyun 2020-ci il tarixdə öz yaşadığı ünvan 1 ünvanında yerləşən ofis otağında həmin məzmunlu hədə-qorxu təsiri altında Zərərçəkmiş şəxs3 işçisi X15 va sitəsi ilə ona göndərdiyi Zərərçəkmiş şəxs3 məxsus 100 manat pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 19 iyun 2020-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Birləşmiş Sukanal Məhdud Məsuliyyətli Cəmiyyətinin Şirvan şəhər Sukanal İdarəsinin rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 onun xidməti fəaliyyətində guya bir sıra vətəndaşlardan rüşvət aldığına və digər qanun pozuntularına yol verdiyinə, xidməti iş yerində çalışan qadın işçilərlə guya intim münasibətdə olduğuna, xidməti fəaliyyətinin yarıtmaz olduğuna dair həqiqətə uyğun olmayan və rüsvayedici xarakter daşıyan məlumatları yaymaqla onun barəsində müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlayacağını, haqqında Şirvan şəhər ictimaiyyəti arasında və onun bilavasitə tabe olduğu yuxarı dövlət orqanında mənfi rəy və fikir formalaşdıracağını, nəticə etibarilə işdən azad olunmasına nail olacağını mobil telefon danışıqları vasitəsi ilə bildirməklə hədə-qorxu gələrək bu kimi rüsvayedici məlumatları yaymamaq müqabilində Zərərçəkmiş şəxs4 30 manat pul tələb etmiş, bundan sonra 19 iyun 2020-ci il tarixdə pulu təhvil almaq məqsədi ilə özü tərəfindən Şirvan şəhər Sukanal İdarəsinə göndərilmiş, törədilən həmin cinayət əməlindən xəbərsiz və məlumatsız olan Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs4 həmin məzmunlu hədə-qorxu təsiri altında ona göndərdiyi Zərərçəkmiş şəxs4 məxsus 30 manat pulu həmin tarixdə öz yaşadığı ünvan 1 ünvanında yerləşən ofis otağında hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Lənkə ran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmündən Məhkum və onun müdafiəçisi Nuriyev Aqil Abdul oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 13 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Məhkum barəsi ndə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək həmin aktların qeyri-obyektiv və əsassız olmasını bildirməklə həmin şikayətini belə əsaslandırmışdır ki, o, həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında işin həqiqi hallarına uyğun əsaslı olaraq sübutları təqdim etməsinə baxmayaraq həmin sübutlar qəbul edilməmiş və nəticədə hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, polis əməkdaşları tərəfindən qanunsuz olaraq, qanunvericiliyin tələblərinə uyğun olmayan hərəkətlərlə saxlanılmış, evinə və həyətyanı sahəsinə qanunsuz olaraq baxış keçirilmiş, orada olan sənədlər və ona məxsus olan avadanlıqlar qanunsuz müsadirə edilməklə götürülmüşdür. BMCMİ-nin binasına gətirilərək qanunsuz olaraq orada saxlanıldıqdan və təzyiqlərə məruz qaldıqdan yalnız bir gün sonra ona müdafəçi təyin edilməklə kobud şəkildə qanun pozuntularına yol verilmiş, həbs olunmamışdan əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq ona heç bir çağırış və ya bildiriş göndərilməmiş, zərərçəkmiş şəxs qismində tanınan Təhminə Baxşəliyevanın ona qarşı heç bir şikayət və tələbi olmamış, verdiyi rəsmi ifadəsi qanuni şəkildə qiymətləndirilməmişdir. Şikayət müəllifi həmçinin bildirmişdir ki, cinayət təqibi zamanı toplanmış və məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilməmiş, CM-in 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə cinayət hadisəsi olmamasına, CM-in 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə isə təqsirinin sübuta yetirilməməsinə baxmayaraq onun barəsində ittiham hökmü çıxarılmışdır. Odur ki, kassasiya şikayətinin müəllifi qeyd edilənləri və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli Qərarını nəzərə alaraq barəsində ədalətli və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətindən göründüyü kimi, Məhkum həmin şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə araşdırılmış sübutların CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada tədqiq edilməməsini, törətdiyi cinayət əməllərinin düzgün tövsif edilmədiyini, həmçinin CM-in 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri sübuta yetirilmədiyi halda əsassız olaraq məhkum edilməsini iddia edərək kassasiya qaydasında mübahisələndirən qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şi kayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayaraq aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tə tbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya in stansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmi ş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 416 və 419-cu maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan s onra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması və araşdırılması zamanı sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib -edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol veri lmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, bu və ya digər cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildikdə barələrində bu və ya digər cinayəthüquqi xarakterli tədb irin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı qərarlarında ə ksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekunund a konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün mü əyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinay ətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfl i, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə m üəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegi yası həmçinin qeyd etməyi zəruri sayır ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törəd ilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilm əsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasın ı, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 138.1-ci maddəsində əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanıl mış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqs irləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəti cəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikavsı Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respub likası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbə b olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlə r üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında göstiərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların mə cmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən qanunvericiliyin normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisə etməklə Məhkum ona qarşı irəli sürülmüş ittiham da və təqsirli bilinərək məhkum olunduğu hökmün təsviri-əsaslandırıcı hissəsində təsvir edilmiş cinayət əməllərini törətməsi barədə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrin gəldikləri nəticə ilə razılaşaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkum kassasiya şikayətində onun CM-in 182.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinin sübuta yetirilməməsini və həmin maddədə nəzərdə tutulmuş cinayət əməllərini törətmədiyinə görə təqsirləndirilməsini mübahisələndirir və həməçinin onun əməllərinin CM-in 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilməməsini iddia edir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübut ları araşdırmaqla, yəni sübutların tədqiqindən imtina etməməklə və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət əməllərini törətmələri barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin həm sübutların tədqiqi, həm də onların qiymətləndirilməsi ilə bağlı gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həm in nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Eyni zamanda məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, birinci instansiya məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmü ilə razılaşaraq həmin hökmü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, məhkəmənin 13 may 2022-ci il tarixli bu yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutl arla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Məhkum istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında özünü CM-in 182.2.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək bu barədə inkar edici ifadələr verməsinə, kassasiya şikayətində də eyni məsələ üzrə həmin ifadələrə uyğun dəlillər irəli sürməsinə baxmayaraq onun həm etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda dələduzluq etməsi, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etməsi, həmçi nin təkrarən hədə qorxu ilə tələb etmə əməllərini, yəni zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə onların pul şəklində əmlaklarıını hədə-qorxu ilə tələb etməsi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X3, Zərərçəkmiş şəxs6, şahidlər Zərərçəkmiş şəxs1, Şahid1, Şahid3, Şahid4, Şahid5, Şahid6 və X7 ifadələri ilə, telefon danışıqlarının aparılması haqqında məlumatlarla, bir çox istintaq hərəkətlərinin keçirilməsi haqqında protokollarla, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə, habelə maddi sübutlarla təsdiq olunur. Bu sübutların həqiqiliyi, mötəbərliyi və əldə edilmə mənbəyi şübhə doğurmadığından, məhkəmə kollegiyası hesab edir ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi onlara istinad etməklə Məhkum yekun məhkəmə aktla rının təsviri-əsaslandırıcı hissələrində və hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişlər və məhkəmə kollegiyası bu nəticə ilə tam razıdaşır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Məhkum digər cinayət əməlləri ilə yanaşı həm də təkrarən hədə-qorxu ilə tələb etmə əməllərinə münasibətdə maddi hüquq normalarını tətbiq edən məhkkəmələr onun bu əməllərini CM-in 182.2.2-ci maddəsi ilə düzgün tövsif etmiş və belə dəyərləndirmə CM-in tələbləri ilə yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarı ilə dəyişikliklər edilmiş “Əmlakı zorla tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1998-ci il 25 dekabr tarixli 2 №-İi Qərarında əksini tapmış izah və tövsiyələrlə tam uzlaşır. Belə ki, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə əməllərinin törədilməsinə görə cinayət məsuliyyəti CM-in 182.1-ci maddəsində, bu əməllərin təkrarən törədilməsinə görə isə belə məsuliyyət CM-in 182.2.2-ci maddəsində nəzərdə tutulmuşdur. Cinayət qanununun bu normasının tələblərinə əs aslanan məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, əvvəla həmin normada “rüsvayedici məlumatlar” dedikdə hədə-qorxuya məruz qalmış şəxsin yayıılmasını istəməyən istənilən məlumat, o cümlədən onun həm hər hansı şəkildə təsdiq olunan, həm də təsdiq olunmayan qanunsuz, o cümlədən cinayət xarakterli əməlləri törətməsi, habelə ailə sirrini və ya işguzar fəaliyyətinə aid sirri təşkil edən hər hansı və bu kimi digər məlumatlar başa düşülür. Burada önəmli məsələ odur ki, zərərçəkmiş şəxs özü belə məlumatların yayılması nəticəsində rüsvay edilə biləcəyini dərk etsin, belə məlumatların yayılması ilə bağlı hədə qorxuya məruz qalsın, göstərilən məlumatların yayılmaması üçün isə təqsirkar tərəfindən onun əmlakı ya əmlak xarakteri daşıyan digər hərəkətlər edilməsi ondan tələb olunsun. Məh kəmə kollegiyası vurğulamağı lazım bilir ki, yuxarıda şərh edilən hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu də “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərarda göstərilmişdir ki,Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədəqorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zər ərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmay araq zərər çəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət k əsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd etmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Eyni hüquq mövqe həmçinin “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli Qrarında da (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş əlavələr və dəyişikliklərlə birlikdə) məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdə də əksini tapmışdır. Belə ki, həmin Qərarın 1-1-ci bəndində izah olunur ki, Cina yət Məcəlləsinin 182.1 ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini ehtiva edir. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən e htiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq jatrnək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçürr əhəmiyyət kəsb etmir. Eyni zamanda rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona plan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə u yğun olub-olmaması əhəmiyyət kəsb etmir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir yəni, hədə-qorxu ilə bağlı tələblərin irəli sürüldüyü andan cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən aşlı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil qismində çıxış edən digər əmlak münasibətlərinə qəsd edir. Hədə- qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri əldə etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqa zidd müdaxiləd ən ibarətdir. İstənilən hədəqorxu real olamlı və zərər çəkmiş şəxs tərəfindən icra edilə bilən hədə kimi qəbul edilməlidir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərdən çıxış edərək, eyni zamanda məhkəmə iclaslarında tam, hərtərəfli, obyektiv və qərəzsiz olaraq araşdırılmış sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Məhkum ona qarşı CM-in 182.2.2-ci maddəsi ilə irəli sürülmüş və təqsirli bilindiyi ittiham üzrə əməlinin başqa cür qiymətləndirilməsi, habelə iş üzrə başqa nəticəyə gəlmək, o cümlədən kassasiya şikayətinin təmin edilərək apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 13 may 2022-ci il tarixli qərarının bu hissədə ləğv edilməsi və cinayət işinin icraatına həmin hissədə hər hansı bəraətverici əsaslarla xitam verilməsi üçün əsaslar görmür və bunu mümkün bilmir. Məhkəmə kollegiyası Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə digər cinayət əməllərini - dələduzluq və rüşvət verməyə təhrik etmə cinayətlərini törətməkdə də təqsirliliyinin sübuta yetirilməsini və həmin əməllərin onun məhkum olunduğu dövrdə mövcud olmuş məhkəmə təcrübəsinə uyğun olaraq CM-in 178.2.4, 182.2.2 və 32.4, 312.2ci maddələri ilə düzgün tövsif edilməsini də qeyd edir. Belə təcrübə isə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndində məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə əsasən formala şmışdır. Belə ki, adı çəkilən Qərarın həmin bəndində məhkəmələrin diqqəti dələduzluq cinayətlərinə dair işlərə baxarkən bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilmişdir. Məhkəmələrə izah edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfi ndən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Qərarda həmçinin izah edilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-in 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-in 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddəsi) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviriəsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərə r vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023cü il tarixli Qərardadında vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan hüquqi mövqeyinə əsasla naraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli Qərarı ilə 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndini aşağıdakı redaksiyada vermişdir: “Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və y a uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını əl ə keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncun un əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci 3 maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddəsi) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əsasən “Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin, Konstitusiya Mə hkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında müraciətdə qaldırılan məsələnin Cinayət Məcəlləsinin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ə ks olunmuş hüquqi mövqelərə uyğun həll edilməsinin mümkün olduğunu nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etməkdən imtina etmiş və bu zaman sözügedən məsələ üzrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əks etdirən mənbə kimi “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 731, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsinin müddəalarına xüsusilə istinad etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər ə slində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərə k dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-in 29, 312-ci maddəsi ilə tövsif edilir, CM-in 312-ci maddəsinin Qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə zərərçəkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konst itusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Konstitusiya Məhkəməsinin P lenumu barəsində dələduzluq cinayəti törədilmiş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini mümkün saydığından və bunu həmin maddədə göstərilən hallarla, o cümlədən dəymiş ziyanın tamamilə ödənilməsi ilə şərtləndirdiyindən ziyanın zərərçəkmiş şəxsə ödənilməsi ilə əlaqədar artıq dələduzluq əməli nəticəsində ələ keçirilmiş əmlak və yaxud onun dəyərinə barəbər təqsirləndirilən şəxsə məxsus digər əmlak xüsusi müsadirə edilə bilməz. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində k öməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan suiistifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir”. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs1 onun 2018-ci ilin iyun ayında Bakı şəhəri Nizami Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş övladı X9 guya həbsdən azad edilməsinə özünün Azərbaycan Respublikasının Baş Prokurorluğunun səlahiyyətli yüksək vəzifəli şəxsi ilə yaxın münasibətinin olmasını bildirərək buna köm əklik göstərmək imkanının olduğunu, X9un həbsdən azad edilməsi məsələsinin həlli üçün müəyyən olunmamış vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1in mənafeyinə uyğun edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 10.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd etməklə Zərərçəkmiş şəxs1 aldadaraq onun inam və etibarını qazandıqdan sonra bu adla 2018-ci ilin iyun-avqust ayları ərzində ona qarşı irəli sürülmüş ittihamda göstərilən şəxsin etibarından sui-istifadə edərək və onu aldadaraq həmin şəxsin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirmək məqsədilə ona verdiyi vədlər üzrə xeyrinə heç bir iş görməyib etibardan sui-istifadə və aldatma yolu ilə həmin şəxsin əmlakını – 10.000 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirsə də, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul və ya digər maddi nemət şəklində rüşvət verməmiş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən isə yalnız dələduzluğun üsulu kimi istifadə etmişdir. Buna görə, məhkəmə kollegiyası işin müəyyən olunmuş bu faktiki hallarından, araşdırılmış sübutlardan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022-ci il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında əksini tapmış hüquqi mövqedən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarı ilə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndində edilmiş dəyişikliklərdən çıxış edərək belə nəticəyə gəlir ki, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarında dəyişiklik edilməklə həmin qərardan və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmündən Məhkum CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və cazalandırılmasına dair müddəalar xaric edilməli, CM-in 66.3-cü maddəsinə əsasən həmin Məcəllənin 178.2.4 və 182.2.2-ci maddələri ilə təyin edilmiş cəzalar qismən toplanılmaqla adı çəkilən məhkumun üzərində saxlanılan qəti cəzanın müddəti müəyyən edilməlidir. Məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinin tələblərinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq Məhkum cəza təyin edilməsi məsələsini də yoxlamış v ə müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi onun barəsində CM-in 178.2.4 və 182.2.2-ci maddələri ilə cəza təyin edilməsi məsələsini həll edərkən CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl edərək onun törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-in 59.2-ci maddəsinə əsasən Məhkum İİ dərəcəli əlil olmasını, onun yaşını, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona bu hallara uyğun olan qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu məsələ üzrə də həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası Məhkum CM-in 178.2.4 və 182.2.2-ci maddəl əri ilə (CM-in 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 182.2.2-ci maddəsinin sansksiyasında isə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur) təyin edilmiş cəzaların hər hansı şəkildə yüngülləşdirilməsi üçün əsaslar görmür və buna görə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının bu məsələyə dair hissədə dəyişdirilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, həmin şikayətin qismən təmin edilməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarında dəyişiklik edilərək, onun CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və cəzalandırılmasına dair müddəalar həmin qərardan və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmündən xaric edilməli və CM-in 66.3-cü maddəsinə əsasən ona həmin Məcəllənin 178.2.4 və 182.2.2-ci maddələri ilə təyin edilmiş cəzalar qismən toplanılmaqla adı çəkilən məhkuma yeni qəti cəza təyin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 182.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarı dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2022-ci il tarixli qərarından və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə və cəzalandırılmasına dair müddəalar xaric edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmü ilə CM-in 178.2.4 və 182.2.2-ci maddələri ilə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar