Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1468/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun, Məhkum2 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum2 və Məhkum1 Azərbayca n Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(103)-688/2024 nömrəli qərarından məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum2 xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Məhkum1 xx xxxx 1988-ci ildə Masallı rayonu, Qarğalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum1 qeyri-rəsmi ər-arvad kimi yaşadığı Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs yarı çılpaq halda olan görüntülərini və fotoşəkillərini əldə etdikdən sonra onun ailə üzvlərinə göstərməkl ə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “İnstagram” və digər internet sosial şəbəkələrində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə 3.000 manat pul vəsaitini hədə-qorxu ilə tələb edib 15 noyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən binanın qarşısında 600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.020 manat, 15 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı Metropolitenin Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında 500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 1.100 (bir min yüz) ABŞ dolları, dövrün məzənnəsi ilə 1.870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitini hədə-qorx u ilə tələb edərək ələ keçirmişdir.
4. Bundan başqa o, təkrarən qeyri-rəsmi ər-arvad kimi yaşadığı Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs yarı çılpaq halda olan görüntülər və fotoşəkillərini əldə etdikdən sonra ailə üzvülərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “İnstagram” və digər internet sosial şəbəkələrində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə 1.000 manat pul vəsaitini hədə-qorxu ilə tələb edib, 17 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən binanın 114 nömrəli mənzilindən “Birbank” mobil tətbiqi vasitəsilə Məhkum2 məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 1403 6921 nömrəli bank kartına Zərərçəkmiş şəxs köçürdüyü 130 manat pul vəsaitini alaraq Zərərçəkmiş şəxs ümumilikdə 130 manat məbləğində pul vəsaitini hədəqorxu ilə tələb edərək ələ keçirmişdir.
5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum2 qeyri-rəsmi ər-arvad kimi yaşadığı Məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs yarı çılpaq halda olan görüntülərini və fotoşəkillərini əldə etdikdən sonra onun ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “İnstagram” və digər internet sosial şəbəkələrində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə 3.000 manat pul vəsaitini hədə-qorxu ilə tələb edib 15 noyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən binanın qarşısında 600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.020 manat, 15 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı Metropolitenin Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında 500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 1.100 (bir min yüz) ABŞ dolları, dövrün məzənnəsi ilə 1.870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir.
6. Bundan başqa o, təkrarən qeyri-rəsmi ər-arvad kimi yaşadığı Məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs yarı çılpaq halda olan görüntülər və fotoşəkillərini əldə etdikdən sonra ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “İnstagram” və digər internet sosial şəbəkələ rində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə 1.000 manat pul vəsaitini hədə-qorxu ilə tələb edib 17 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən binanın 114 nömrəli mənzilindən “Birbank” mobil tətbiqi vasitəsilə Məhkum2 məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 1403 6921 nömrəli bank kartına Zərərçəkmiş şəxs köçürdüyü 130 manat pul vəsaitini alaraq Zərərçəkmiş şəxs ümumilikdə 130 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir.
7. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X9 və X4 ibarət məhkəmə tərkibində) 25 yanvar 2024-cü il tarixli, 1(101)-260/2024 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təq sirli bilinməsi, ona 6 (altı) il 6 (ay) müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22.2.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının qismən birləşdirilməklə ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 1 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 7 fevral 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
8. Həmin hökmdən məhkum edilmiş şəxslər tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət məhkəmə tərkibində) 12 mart 2024-cü il tarixli, 1(103)688/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum2 və Məhkum1 CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinmələrinə dair 1(101)-260/2024 saylı, 25.1.2024-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(103)-688/2024 nömrəli qərarından məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri və Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayə tinə əlavə (bundan sonra mətndə: kassasiya şikayətləri) verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
11. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinin və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin dəlillərində apellyasiya müraciətinin məzmunu təkrarlanmaqla, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qənaətlərinə istinadlar edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin nəticəsindən qismən narazıdır, məhkumun himayəsində bir azyaşlı, biri isə yetkinlik yaşına çatmayan uşağının olması, əməlindən səmimi peşman olması nəzərə alınmadan barəsində ağır cəza təyin edilmişdir. Qeyd etdiklərinə əsasən, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(103)688/2 024 nömrəli qərarının cəzanın təyin edilməsi hissəsində ləğv edilməsini, məhkum edilmiş şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini, ona 3 il müddətə azadlıqdan məhrumetmə cəzasının verilməsi və həmin cəzanın çəkilməmiş hissəsinin təxirə salınmasını xahiş etmişdirlər.
12. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərində apellyasiya müraciətinin məzmunu təkrarlanmaqla, onun dəlilləri qismində birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qənaətlərinə istinadlar edilərək qeyd edilmişdir ki, məhkəmələrin qərarları qeyri-obyektiv olmuş, himayəsində iki azyaşlı uşağının olması, ailəli olması, əsəb xəstəsi olması nəzərə alınmadan barəsində ağır cəza təyin edilmişdir. Qeyd etdiklərinə əsasən, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 2 mart 2024-cü il tarixli, 1(103)-688/2024 nömrəli qərarının ləğv edilməsini, barəsində daha yüngül və ədalətli cəza təyin edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.
14. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum2 və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətlərinin dəlillərini müdafiə edib, ona uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından müraciətlərinin təmin edilməsini xahiş etdilər.
16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı İmanov Nazim Nəriman oğlu kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini x ahiş etdi. İV. Hüquqi məsələlər:
17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
18. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
19. Qanunun bu tələbind ən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
21. Məhkumlar Mə hkum1 və Məhkum2, həmçinin sonuncunun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya müraciətlərində məhkumlar barəsində təyin edilmiş cəzanın həddindən artıq ağır olması mübahisələndirilsə də, tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1-ci maddələrində nəzərdə tutulan hər hansı hallarla əlaqələndirməmişdilər.
22. Bununla belə, kollegiya müdafiə tərəfindən məhkumlar və müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(103)688/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxla yıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
23. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
24. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
25. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM -in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
26. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
27. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61. 1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
28. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
29. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
30. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasın ı yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
31. Qeyd olunan cinayət-hüquqi normaların məzmununa münasibətdə Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun özünə münasibətdə həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
32. Belə ki, Məhkum1 barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 1(101)-260/2024 nömrəli hökmü ilə təyin edilmiş 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
33. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum1 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (himayəsində yetkinlik yaşına çatmayan övladının olması), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum1 şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.
34. Göründüyü kimi, Məhkum1 birinci instansiya m əhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
35. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum1 cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hes ab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
36. Kassasiya kollegiyası eyni zamanda Məhkum2 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya müraciətlərində qeyd edilən məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə cəzasının yüngülləşdirilməsi ilə bağlı dəlillərlə razılaşmayaraq qeyd edir ki, məhkəmə yalnız işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq, CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda həmin maddəyə istinad edə bilər. Hazırki halda isə istər cinayət işi materiallarında, istərsə də kassasiya müraciətlərinin dəlillərində Məhkum2 barəsində C M-in 62-ci maddəsinin tətbiqinə əsas verən hallar (həmçinin müstəsna hallar) müəyyən edilməmişdir.
37. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası Məhkum2 təyin edilmiş cəza məsələsini müzakirə edərək apellyasiya instansiyası məhkəməsinin ona münasibətdə cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmır və hesab edir ki, təyin olunmuş cəza cinayətin ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır.
38. Kassasiya məhkəmə kollegiyası Məhkum2 barəsində olan cəzanı yüngülləşdirən halları (qadın olması, zərərçəkmiş şəxslə notarial qaydada təsdiq edilmiş barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması) nəzərə almaqla, daha az müddətə cəmiyyətdən təcrid edilməklə təyin edilmiş cəzanın daha ədalətli olacağ ını hesab edir.
39. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.
40. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşd irən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
41. Məhkum2 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya müraciətlərinin iş materialları ilə müqayisəli təhlilindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ə dalətli cəza təyin edilməmişdir.
42. Məhkəmə kollegiyası qeyd edilən halları qiymətləndirərək hesab edir ki, cəzanın məqsədinin təmin edilməsi üçün məhkum barəsində təyin edilmiş cəza endirilməlidir. Bu cəza vasitəsi ilə onun islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.
43. Məhkəmə kollegiyası törədilmiş əməllərin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir.
44. Qeyd olunanları yuxarıda sadalanan cinayət-hüquqi normalarına və məhkəmə kollegiy asının hüquqi mövqeyinə nəzərən baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağı instansiya məhkəməsinin məhkuma cəzanın qeyd edilən normaların tələblərini düzgün nəzərə alınmaması ilə təyin edildiyi müəyyən edilir.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı məhkuma Məhkum2 cəza təyini ilə bağlı hissədə dəyişdirilməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən azaldılmaqla, məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və təqsirkarın şəxsiyyətinə adekvat olaraq cəza təyin edilməsi məqsədəmüvafiqdir.
46. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(103)688/2024 nömrəli qərarı Məhkum2 münasibətdə dəyişdirilməlidir.
47. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(103)-688/2024 nömrəli qərarı Məhkum2 tərəfindən verimiş kassasiya şikayətinə və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilsin. Məhkum2 barəsində təyin edilmiş azadlıqdan məhru m etmə cəzasının həddi 5 (beş) il müddətinə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum2 tərəfindən verimiş kassasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.