Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1469/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nü mayəndə, Məhkum, Müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Quliyev Sahib Şahbala oğlunun iştirakları ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Nümayəndə ilə birlikdə verilmiş və Məhkum müdafiəçisi Quliyev Sahib Şahbala oğlu ilə birlikdə verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmüilə (sədrlik edən hakim Tağıyev Azər Ramiz oğlu) xx xxxxxxx 2000-ci il tari xdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 18.01.2019-cu il tarirxdə saat 19 radələrində ƏN-İV № 686819 saylı etibarnamə əsasında idarə etdiyi, X1 məxsus olan “Mazda Tribute” markalı, AZ **-BD-*** dövlət nömrə nişanlı avtmobillə, ünvan 2 ünvanın qarşısında yolun sağ tərəfdən 1-ci hərəkət zolağında 60 km/saat sürətlə hərəkətdə olarkən, «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini, yəni piyada keçidləri və ümumi hərəkətdə olan nəqliyyat vasitələrinin dayanması qaydalarını pozmaqla ehtiyatsızlıqdan, həmin avtomobil yolunda olan piyada zolağı üzərində yolu keçən piyada X3 vuraraq, sonuncunun baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar, sağ təpə və gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, sol bazu sümüyünün orta ⅓-nin, sol baldır sümüklərinin aşağı ⅓-nin qəlpəli yerini dəyişmiş qapalı sınıqları, sağ bud sümüyünün aşağı ⅓-nin və baldır sümüklərinin yuxarı ⅓-nin yerini dəyişmiş qəlpəli açıq sınıqları, başın sağ təpə-gicgah nahiyəsində və sağ diz altı çuxur nahiyəsində əzilmiş-cırılmış yaralar, başın ənsə nahiyəsində sağ çiyinüstü nahiyədə, sağ bazunun orta ⅓-nin arxa səthində sıyrıqları kimi xəsarətlər alması səbəbindən ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hökmdən Məhkum müdafiəçisi N.F.Yaqubov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim F.A.Qasımov, hakimlər S.A.Mirzəyev və K.H.Əkbərovdan ibarət tərkibdə) 25 iyun 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü N.F.Yaqubovun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə təyin edilmiş 05 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Nümayəndə ilə birlikdə kassasiya şikayəti verərək Məhkum barəsində 03 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qəra r qəbul edilməsini xahiş etmişdir. Daha sonra Məhkum müdafiəçisi Quliyev Sahib Şahbala oğlu ilə birlikdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarının dəyişdirilərək Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş əsas cəzanın şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası məhkum barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlmişdir ki, “birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı CM-nin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai t əhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd edilməsini), cəzanı ağırlaşdıran halların olmamasını tamamilə nəzərə almayaraq Məhkum cəza təyin etmişdir”. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkum hadisədən sonra hadisə yerindən qaçmamış, X3nin həyatını qurtarmağa cəhd edərək təcili tibbi yardımın çağırılması ilə əlaqədar təcili tibbi yardım xidmətinə, polis orqanlarına zəng edərək məlumat vermiş, X3nin xəstəxanaya çatdırılması ilə əlaqədar səylər göstərmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etmiş və bununla da onun əməlində CM-nin 59-cu maddəsinin tərkibi yaranmışdır. Bundan əlavə Məhkum Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsidir, həmçinin Azərbaycan Atletika Federsiyasında milli yığma kom andanın üzvüdür və dəfələrlə Respublika çempionu və mükafatçısıdır və atletika üzrə hakimlik təcrübəsini artırır. Apellyasiya məhkəmənin qərarı ilə işin müəyyən edilmiş faktiki halları eləcə də, Sabir Talibimin əməlinin hüquqi tövsifi mübahisə doğurmur. Lakin, aşağıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası cəza təyini zamanı sübut edilməli halları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etmədiyindən, habelə cəzanı yüngülləşdirən halları düzgün müəyyənləşdirmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar barədə nəticələrini müvafiq sübutları göstərməklə əsaslandırsınlar. Cinayət-prosessual qanunun 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Bu cinayət-prosessual normaların mənasına, eləcə də hüquqi müəyyənlik prinsipindən irəli gələn məhkəmə qərarının əsaslandırılmış olması barədə tələbə görə apellyasiya məhkəməsinin cəzanı yüngülləşdirməklə və yaxud ağırlaşdırmaqla birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmək barədə qərarı, o cümlədən yeni halların cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilməsinə dair nəticələri CPM-in 143- cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Belə olmadıqda, hökmün cəzanın təyini hissəsində dəyişdirilməsinin qanuni əsaslardan irəli gəldiyini söyləmək, nəticə etibarı ilə apellyasiya məhkəməsi tərəfindən məhkuma təyin olunmuş cəzanın ədalətli olması, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətin ağırlığına uyğun gələn, cəzanın məqsədlərini təmin edən cəza olması haqqında mühakimə yürütmək mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi Məhkum hökmlə CM-nin 263.2-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması haqqınd a nəticəyə gələrkən həlledici şəkildə ona əsaslanmışdır ki, Məhkum hadisədən sonra hadisə yerindən qaçmamış, X3nin həyatını qurtarmağa cəhd edərək təcili tibbi yardımın çağırılması ilə əlaqədar təcili tibbi yardım xidmətinə, polis orqanlarına zəng edərək məlumat vermiş, X3nin xəstəxanaya çatdırılması ilə əlaqədar səylər göstərmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etmişdir. Lakin, apellyasiya məhkəməsinin həmin cəzanı yüngülləşdirən halları müəyyən edərkən əsaslandığı məlumatlar cinayət işinin həqiqi halları ilə uzlaşmır və cinayət-prosessual qanunun tələblərinə müvafiq qaydada yoxlanılmayan sübutlardan irəli gəlir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinə əsasən zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərmək və digər bu kimi tədbirləri yerinə yetirmək yol- nəqliyyat hadisəsi törətmiş sürücün vəzifəsi olaraq təsbit edilmişdir. Həmçinin həmin Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin 4-cü bəndində təsbit edilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Hazırkı iş üzrə yol-nəqliyyat hadisəsi b aş verdikdən sonra Məhkum “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hərəkətlərin hər hansı birini etdiyi müəyyən edilməmişdir. Məhkum hadisə baş verdikdən dərhal sonra “təcili tibbi yardım” maşını çağırmalı olduğu halda bunu etməmiş, zərər çəkmiş şəxsi səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməmiş, özünün nəqliyyat vasitəsi ilə aparmamışdır. Bundan başqa, cinayət işinin 3-cü vərəqinə əlavə edilmiş Səbail RPİ-nin məsul növbətçisi X5 18.01.2019-cu il tarixli 24 saylı raportundan müəyyən edilir ki, 18 yanvar 2019-cu il tarixdə saat 19:30 radələrində 3 saylı TTYS-dan həkim X zəng vuraraq, Səbail rayonu, Parlament prospekti 3 saylı ünvanın qarşısında yolu piyada olaraq keçən 1990-cı il təvəllüdlü X3ni Bakı şəhər sakini Məhkum i darə etdiyi Mazda markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə vurması və X3 aldığı xəsarətlər nəticəsində vəfat etməsi barədə məlumat vermişdir. Göründüyü kimi hadisə barədə polis orqanlarına məlumatı məhkəmə kollgeyasının iddia etdiyi kimi hadisəni törətmiş Məhkum yox, TTYSnin həkimi “X” soyadlı şəxs vermişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin mənası baxımından qanunla yol-nəqliyyat hadisəsi törətmiş sürücünün vəzifəsi olaraq təsbit edilmiş tədbirlərin yol-nəqliyyat hadisəsi törətmiş Məhkum tərəfindən yerinə yetirilməli olmasına diqqət yetirməyən məhkəmə kollegiyası hadisədən sonra onun hadisə yerindən qaçmamasını cəzaya təsir edə biləcək hal kimi xüsusi vurğulamaqda haqlı olmamışdır. Bundan başqa Məhkum ölmüş zərərçəkmiş şəxsin ailəsin ə köməklik edərək barışmağa cəhd etməsi də, CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallara aid edilməməlidir. Belə ki, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən halların sırasına daxildir. Yəni, Qanun təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməyə cəhd etməsi deyil, barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutur. Hazırki halda isə məhkum iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmişdir. Digər tərəfdən, iş materiallarında Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini təsdiq edən hər hansı rəsmi məlumat mövcud deyildir. Əksinə, zərər çəkmiş şəxsin hüquqi varisi birinci instansiya məhkəməsində Məhkum azadlıqda olmasından narazılığını bildirmiş, apellyasiya instansiya məhkəməsində isə ona daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi tərəfindən CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən yeni hallar müəyyən edilməmişdir. Cəza təyin edərkən birinci instansiya məhkəməsi hökmündə təqsirləndirilən şəxs Məhkum cəzasını yüngülləşdirən halların müəyyən edilməsini, ağırlaşdıran halların isə müəyyən edilməməsini göstərməklə gəldiyi nəticəni əsaslandırmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qərarının təsviriəsaslandırıcı hissəsində göstərmişdir ki, “...birinci instansiya məhkəməsi Məhkum CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin etməklə ədalətsiz cəza təyin etmək hallarına yol vermişdir”, (qərarın 4-cü vərəqinin 3-cü abzası). Apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, faktiki olaraq məhkəmə yuxarıdakı əsaslandırması zamanı cəzanın həddən artıq ağırlığını mübahisələndirsə də, qərarının nəticə hissəsində cəzanı cəmi 8 ay azaltmışdır. Bu isə məhkəmə kollegiyasının qərar qəbul edərkən əsl həqiqətdə niyyətinin cəzanın azaldılmasından çox, cəzaçəkmə müəssisəsi növünün dəyişdirilməsinə yönəldiyini təsdiq edir. Həmçinin, Apellyasiya Məhkəməsinin yekun qərarını təhlil etdikdə görünür ki, məhkəmə kollegiyası CM-in 58.3-cü maddəsinin nəzərdə tutduğu halları və cəzanın məqsədlərini müstəsna olaraq cəzanın müddəti ilə müqayisə etmiş, Məhkum cəzasını çəkməli olduğu müəssisənin n övünə isə əhəmiyyət verməmiş, məhkumun islah olunması, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından həmin cəzanın və cəzaçəkmə müəsisəsinin növünün təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə, ictimaitəhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticələrə uyğun olub- olmadığını lazımınca araşdırmamışdır. Məhkum CM-nin 263.2-ci maddəsi ilə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində deyil, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə nail olunmuşdur ki, bununla da məhkəmə kollegiyası əslində cəzanın humanistləşdirilməsinə, ədalətli olmasına deyil, cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejim qaydalarının yumşaldılmasına çalışmışdır. ClM-nin 119.3-cü maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə sutkada on iki saatdan artıq olmayan müddətdə müəssisədən kənarda nəzarətsiz hərəkət edə bilərlər. Bir şəxsin ölümü ilə nəticələnən az ağır cinayət əməli törətmiş şəxsin geniş ictimaiyyət arasında sərbəst hərəkət etməsini nəzərə alsaq, belə mövqe hal-hazırda respublikada insanların həyat və sağlamlığına etinasızlıq ifadə edən, ağır nəticələrə səbəb olan bu qəbildən cinayətlərlə mübarizədə məsuliyyət hissinin artırılmasına mənfi təsir göstərməklə cinayət qanununun ümumi xəbərdaredici məqsədinə nail olunmaya qətiyyən xidmət etmir, əksinə maneçilik törədir. Cinayət prosessual qanunverici liyə əsasən xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. İctimai ittiham üzrə cinayət təqibi isə, bir qayda olaraq yalnız zərər çəkmiş şəxsin hüquq və qanuni maraqlarını deyil, bütövlükdə cəmiyyət və dövlətin ictimai əhəmiyyət kəsb edən maraqlarına xələl yetirən cinayət əməlləri ilə bağlı həyata keçirilir. Xarakteri və ağırlıq dərəcəsi baxımından belə cinayətləri törətmiş şəxslərin təqib edilməsi bir vəzifə kimi səlahiyyətli dövlət orqanlarının üzərinə düşür. Müəyyən edilmiş və apellyasiya instansiyası məhkəməsinin özünün də qəbul etmiş olduğu işin faktiki hallarından və cinayət işinin materiallarından görünür ki, Məhkum “Yol hərəkəti haqqında” Qanunun tələblərini poz araq idarə etdiyi saz vəziyyətdə olan avtomobillə hərəkətdə olduğu Parlament prospekti 3 saylı ünvanda yerləşən piyada keçidi və qarşıda piyada keçidi olması barədə nişanın olmasına, həmçinin hadisə vaxtı önündə gedən avtomobilin dayanmasına baxmayaraq, avtomobili piyada keçidinə daxil etmədən dayandırmayıb (hadisə yerində şin və tormoz izləri olmamışdır) piyadaya yol verməyərək, hərəkət üçün təhlükəli şərait yaradıb yolun hərəkət hissəsinin sağ hissəsi ilə hərəkətini davam etdirib piyada keçidi üzərində yolu keçən piyada X3ni vurmuş, nəticədə ona ölümünə səbəb olan xəsarətlər yetirmişdir. Əməlin şərh olunan törədilmə üsulu və baş vermiş nəticənin ağırlığı məhkum edilmiş şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini səciyyələndirir. Cinayətin ictimai təhlükəliyini xa rakterizə edən həmin halların fonunda apellyasiya məhkəməsinin Məhkum cəzasını azaltması onu göstərir ki, məhkəmə təyin olunmuş cəzanın qanuniliyini yoxlayarkən hökmlə təyin olunmuş cəza və məntəqə tipli cəzaçəkmə müəssisəsi vasitəsi ilə cəzanın məqsədlərinin təmin edilib edilməyəcəyinə (o cümlədən, cəzanın məhkumun islah edilməsi, sosial ədalətin bərpa edilməsi, digərlərini cinayət törətməkədən çəkindirmək üçün kifayət edib-etməməsinə) lazımi əhəmiyyəti verməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə cəzaya təsir edə biləcək hadisənin törədilmə hallarını, baş vermə səbəbini, şəraitini, nəticələrini, başqa sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, eləcə də xarakterini nəzərə almayaraq yalnız cəzanı yüngülləşdirən hallara önəm vermişdir ki, bu da Məhkum törətmiş olduğu cinayə tə adekvat olmayan ədalətsiz cəza təyin edilməsi ilə nəticələnmişdir. Mübahisəsizdir ki, araşdırma nə qədər səmərəli olursa-olsun, təyin edilən cəza törədilmiş cinayətə adekvat olmadıqda onun əhəmiyyəti az olacaqdır. Cinayətin törədilməsinin sübut edilməsi adekvat cəzanın təyin edilməsi ilə nəticələnməlidir. Yalnız bu halda cinayət qanununun vəzifələri yerinə yetirilə, cəzanın məqsədlərinə nail oluna bilər. Beləliklə, məhkəmə kollegiyasının cəza təyini ilə bağlı gətirdiyi əsaslandırma CM-nin cəza təyin etmənin ümumi əsaslarını müəyyən edən 8-ci, 41-ci və 58-ci maddələrinin müddəaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarının tələbləri, Ali Məhkəmənin Plenumunun şərh olunan qərarlarındakı tövsiyələri baxımından əsaslı sayıla bilməz. Zərərçəkmiş şəxs in hüquqi varisi X2 nümayəndəsi Nümayəndə ilə birlikdə verdiyi kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli Qərarı Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinin pozulması ilə qəbul edilmişdir. Belə ki, qərarda guya Məhkum zərərçəkmiş şəxslə barışdığından hazırki cinayət işi üzrə CM-in 59-cu maddəsinin tərkibi yarandığı qeyd olunmuşdur. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi heç kimsə ilə barışmamışdır. Əksinə ən başdan etibarən müdafiə tərəfinə qızının qanı yerdə qaldığı kimi digər cavanların da qanının yerdə qalmasını istəmədiyini demişdir. Şəxsin islahı üçün onun cəzasını çəkməyi mütləqdir. Ancaq onun ana kimi vəziyyətinə məhəl qoyulmayaraq, əksinə onlara hədə-qorxu gəlinmiş və bildirilmişdir ki, barışıq üçün əri zə verməsə də, məhkum daha yüngül cəza alacaq. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyası onların əsaslandırmalarına məhəl qoymaraq, qərəzli mövqe nümayiş etdirmişdir. Hətta yol nəqliyyat hadisəsini məhkum törətməmiş kimi, bu qəzaların əsl səbəbkarı yol-piyada keçidləri olduğunu bildirilmişdir. Yekunda isə qərarda məhkumun cəzaçəkmə müddətini 5 ildən aşağı müəyyən edərək, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyinə şərait yaradılmışdır. Hər nə qədər məhkum bu cinayət əməlini qəsdən törətməmiş olsa da, məhkəmə cəza müəyyən edərkən CM-in 8-ci maddəsində göstərilən ədalət prinsipinə əməl etməli idi. Cinayət məcəlləsində nəzərdə tutulan bu prinsip yalnız təqsirləndirilən şəxs barəsində deyil, cəzanın təyin olunmasında bütün cəmiyyətin, eləcə də zərərçəkmiş şəxsin əd alətə olan inamına təsir imkanı nəzərə alınaraq hər kəsə münasibətdə tətbiq olunmalıdır. Çünki cəza təyini fəaliyyətinin həyata keçirilməsi, ədalətlilik haqqında hüquqi şüurun inkişafına müntəzəm təsir göstərir, vətəndaşları özünə və cəmiyyətə qarşı tələbkar edir, cinayət hüquq yaradıcılığında cəzanın tətbiqində yol verilən ədalətsizliyə qarşı barışmazlıq ruhu tərbiyə etməyə imkan verir. Ancaq bu yolla cəmiyyətdə onu yüksək pilləyə doğru inkişafa yönəldən qabaqcıl dünyəvi hüquq qaydaları təsdiq edilə bilər. Son illər ölkəmizdə yol-nəqliyyat hadisələri ilə bağlı artan statistika elə bu prinsipin özünə zərbə vuracaq nəticələr yaradır. Əgər bu statistika hər il artırsa, demək ki, bu pozuntular qarşısında tətbiq edilən cəza siyasəti kifayətsizdir. Hazırki iş üzrə məhkumun valideynləri hələ iş istintaqda olarkən onlara etdikləri pul təkliflərini geri çevirdikdən sonra bildirirmişlər ki, nə olursa olsun onlar oğullarının umumi rejimli cəzaçəkmə müəssisəsində qalmasına imkan verməyəcəklər. Hüquq sahəsində peşə bilikləri olmayan insanların ölüm hadisəsi baş verən cinayəti bu qədər əhəmiyyətsiz görməklərinə rəğmən, yəni cinayətkarın və ailəsinin əmələ münasibətini müşahidə edə-edə Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarı ilə cəzanı 4 il 6 aya endirməsi CM-in 8-ci maddəsinin pozuntusunu meydana gətirib. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də müttəhimin şəxsiyyətinin hərtərəfli təhlil edilməsidir. Bu zaman təqsirkarın həyat yolu, ictimai vəzifəyə, əməyə münasibəti, ailədə, məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşd ırılmalıdır. Lakin hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi 25 iyun 2019cu il tarixli qərarında yalnız tələbə olduğunu, atletika üzrə idmançı olduğu göstərilmişdir. Bu hallar isə təkbaşına həmin şəxsin şəxsiyyətini bütövlükdə təyin edə biləcək mahiyyətdə deyil. Üstəlik, heç bir əsas olmadan qərarda göstərilmişdir ki, guya məhkum 59.1.12-ci maddəyə uyğun olaraq, zərərçəkmiş şəxsin yaxın qohumu olan şəxslə barışdığından iş üzrə 59-cu maddənin tərkibi əmələ gəlmişdir. Halbuki,onlar müdafiə tərəfindən gələn heç bir pul təkliflərini qəbul etməməklə birlikdə, təhdidlərə rəğmən məhkumla barışmamışlar. Bütün bunlara baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 25 iyun 2019-cu il tarixli Qərarında zərərçəkmiş şəxsin varisi olaraq, onların vəziyyətini nəzərə almamış, Azərbaycan Res publikasında yerli məhkəmələr tərəfindən tətbiq edilən praktikanın ziddinə olaraq, heç bir xüsusi əsaslandırma etmədən Məhkum 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə təyin edilmiş 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 4 il 6 ay azadlıqdan məhrumetmə cəzasına endirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarını ləğv edərək, Məhkumov barəsində 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 6 il azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi və cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha son ra Məhkum müdafiəçisi Quliyev Sahib Şahbala oğlu ilə birlikdə vermiş olduğu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiya məhkəməsi əməlin faktiki tərəfləri və hüquqi tövsif məsələsində düzgün nəticəyə gəlmiş, işin faktiki hallarını tam, hərtərfli araşdırmış və müəyyən edilmiş halları obyektiv meyarlar əsasında qiymətləndirərək bu hissələrdə qanuni və əsaslı nəticəyə gəlmiş, məhkuma təyin edilmiş cəzanı dəyişdirərək yüngülləşdirsə də, faktiki məhkuma təyin etdiyi cəza ağırlığına görə açıqdan-açığa məhkumun əməlinə və şəxsiyyətinə, ədalət və humanizm prinsiplərinə uyğun deyil. Qərardan görünür ki, apellyasiya instansiyası məhkəməsi məhkumun hadisə vaxtı və bundan sonrakı davranışları, onun şəxsiyyəti, işdə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları öz qərarınd a qeyd etsə də, bunları kifayət qədər nəzərə almamış və məhkumun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsinin mümkünlüyünü ümumiyyətlə müzakirə etməmişdir. İş materialları və məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Məhkum hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətmiş, hadisə yerindən qaçmamış, zərərçəkmişin həyatını xilas etməyə cəhd göstərərək təcili tibbi yardım çağırılması və zərəçəkmişin xəstəxanaya çatdırılması ilə əlaqədar səylər göstərmiş, əməlindən səmimi peşman olduğunu bildirmiş, əməlini etiraf etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhdlər etmişdir. Həmçinin Bakı Dövlət Universitetinin İİ kurs tələbəsidir, Azərbaycan Atletika Federasiyasında milli yığma komandanın üzüdür, dəfələrlə respublika çempio nu və mükafatçısı olmuşdur, atletika üzrə hakimlik təcrübəsini artırır, ailənin yeganə uşağıdır, hökmlə heç bir ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Qeyd edilmiş bu yüngülləşdirici halların olmasına baxmayaraq, məhkəmə həmin halları lazımi qədər nəzərə almamış, ittihamla elan edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinə yaxın cəza - dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini əsaslı hesab etmişdir. Halbuki, məhkumun əməlində mövcud olan cəzanı yüngülləşdirən hallardan yalnız birinin mövcud olması onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün kifayət idi. Lakin apellyasiya instansiya məhkəməsi, təəssüf ki, təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının zəruriliyini əsaslandırmamış, məhkumun həmin cəzanın tətbiq edilmədən i slah olunub-olunmamasına münasibət bildirməmişdir. Göründüyü kimi, məhkəmə cəza təyin edərkən məhkumun şəxsiyyətini formal olaraq nəzərə almış, nəticədə məhkuma təyin etdiyi cəza ağırlığına görə açıqdan-açığa onun əməlinə və şəxsiyyətinə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarına əsasən məhkəmələrə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin kokret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla cəza təyin edilməsi məsələsinin müzakirə edilməsi tövsiyə edilmişdir. cinayət işinin materiallarından və hökmdən görünür ki, məhkum cinayət törətməyə meyilli şəxs olmamış, yəni əvvəllər nəinki yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törətməmiş, ümumi yyətlə ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət əməli törətmiş, törətdiyi əməlindən səmimi peşman olmuşdur. Belə ki, Məhkum törətdiyi əməlindən peşman olduğunu bildirmiş, səmimi ifadələr vermişdir ki, bu da onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışları ilə islah olunduğunu, yaxud da cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olduğunu göstərir. Cinayətin törədilməsinin ehtiyatsızlıqdan baş verməsi, həmçinin cinayəti törətdikdən sonra təqsirkarın hərəkətlərində müşahidə olunan cəzanı yüngülləşdirən halların məcmusu, yəni hadisə baş verdikdən dərhal sonra zərərçəkmişə yardım göstərərək, onu xəstəxanaya çatdırmağa cəhdlər göstərməsi, bundan sonra isə zərərçəkmişin hüquqi varisi ilə razılıq əldə etməyə cəhdlər göstərməsi, belə nəti cəyə gəlməyə əsas verir ki, məhkum cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmış, həm də özünün şəxsiyyətinin təhlükəli olmadığını isbat etmişdir. Qərardan isə görünür ki, məhkəmə cəza təyin edərkən, ədalət və humanizm prinsiplərini, cəzanın məhkumun islah olunmasını və ailəsinin həyat şəraitinə təsirini nəzərə almamışdır. Ona görə də, hökm dəyişdirilməklə Məhkum barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərsə, məhkum olunmuş şəxslə bağlı cəzanın məqsədlərinə daha tez nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını be lə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Bundan başqa «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də a ydın görünməlidir». Apellyasiya instansiya məhkəməsinin Məhkum barəsində təyin etdiyi cəza qanunvericiliyin tələblərinə əsasən, ağırlığına görə məhkumun əməlinə və şəxsiyyətinə uyğun hesab oluna bilməz və ona görə də, qərarın ona cəza təyin edilməsinə dair hissəsi dəyişdirilərək, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş əsas cəzanın şərti təbiq edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsinin kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, məhkumun m üdafiəçisi ilə birlikdə verdiyi kassasiya şikayətinin isə təmin olunmaması, məhkum və onun müdafiəçisinin özləri tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti tam, zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Nümayəndə ilə birlikdə verilmiş kassasiya şikayəti isə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarı ləğv olunmalı, Məhkum müdafiəçisi Quliyev Sahib Şahbala oğlu ilə birlikdə verilmiş kassasiya şikayəti təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə g örə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya protestində və kassasiya şikayətlərində Məhkum təqsirli bilinməsi və əməlinin tövsifi məsələləri mübahisələndirilmir, yalnız cəza təyini məsələsinə aid dəlillərə istinad edilir. Məhkəmə kollegiyası həmin dəlilləri də nəzərə almaqla, yuxarıda qeyd olunan normada göstərilən məsələləri yoxlayaraq belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qərarı qanuni hesab oluna bilməz. Həmin qərarda cəza təyini məsələsi ilə əlaqədar aşağıdakılar qeyd olunmuşdur:“...Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə Məhkum barəsində cəza tədbiri seçilməsi məsələs ini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı AR CM-in 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd edilməsini), cəzanı ağırlaşdıran halların olmamasını tamamilə nəzərə almayaraq Məhkum cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini qanunvericiliyin tələbləri baxımından mümkün hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi Məhkum, hadisədən sonra hadisə yerindən qaçmamış, X3nin həyatını qurtarmağa cəhd edərək təcili tibbi yardımın çağırılması əlaqədar təcili tibbi yardım xi dmətinə, polis orqanlarına zəng edərək məlumat vermiş, X3nin xəstəxanaya çatdırılması ilə əlaqədar səylər göstərmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etmişdir. Bununla da Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tərkibi yaranmışdır. Bundan əlavə iş materiallarından görünür ki, Məhkum Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsidir, həmçinin Azərbaycan Atletika Federsiyasında milli yığma komandanın üzvüdür və dəfələrlə respublika çempionu və mükafatçısıdır və atletika üzrə hakimlik təcrübəsini artırır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etmə həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən vurulmuş zərərin aradan qaldırılması üçün tədbirlər görməyə cəhd etməsi, tələbə olma sı, cavan olması, idmançı yüngülləşdirən hallardır və bu hallar mövcud olduğundan Məhkum münasibətdə nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əsasən, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar isə Məhkum münasibətdə müəyyən edilməmişdir. «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli ş əxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarda qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi isə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini özündə ehtiva edir. «M əhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin etməklə ədalətsiz cəza təyin etmək hallarına yol vermişdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını qərarda göstərsə də, bunlara aid hansı amillərin və halların Məhkum daha yüngül cəzanın (birinci instansiya məhkə məsinin təyin etdiyi cəza ilə müqayisədə) təyin edilməsinə əsas verdiyini açıqlamamışdır. Məhkum hadisə yerindən qaçmamasının apellyasiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində belə cəzanı yüngülləşdirən hal nəzərdə tutulmamışdır. Digər tərəfindən, yol-nəqliyyat hadisəsi yerindən qaçma Azərbaycan Respublikası CM-də cinayət kimi nəzərdə tutulmuş (CM-nin 264-cü maddəsi) və belə cinayətin törədilmədiyi törədilmiş digər cinayət üzrə cəza təyin edilərkən cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Məhkəmə kollegiyası həm də qeyd edir ki, iş materiallarında təcili tibbi yardın xidmətinə və polisə məhz Məhkum zəng etməsi və onun zərərçəkmiş şəxsi xəstəxanaya çatdır ılması ilə əlaqədar səy göstərməsi barədə birmənalı nəticəyə gəlməyə əsas verən məlumat da yoxdur. Bundan başqa, qərarda Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə istinad olunaraq həmin maddələrdə nəzərdə tutulan cəzanı yüngülləşdirən halların mövcud olduğu iddia edilir. Lakin apellyasiya məhkəməsi gəldiyi bu nəticə iş materiallarına uyğun deyildir. Qərarın özündə birmənalı olaraq göstərilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsinə və vurulmuş zərərin aradan qaldırılması üçün tədbirlər görülməsinə yalnız cəhd edilmişdir. Yuxarıda qeyd edilən maddələrdə isə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması c əzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Həmin halların mövcudluğu isə iş materialları ilə təsdiq edilmir. Əksinə, zərərçəkmiş şəxsin hüquqi varisi bütün ifadələrində və şikayətlərində Məhkum bağışlamadığını, sonuncu ilə barışmadığını göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin Məhkum ilə barışıbbarışmadığı isə onun hüququna aid məsələdir. Məhkəmə kollegiyası bunu da qeyd edir ki, Məhkum həmin normada göstərilən hərəkətlərin edilməsinə cəhd etməsi təsdiq olunduğu halda (müvafiq qaydada sübuta yetirildiyi təqdirdə), bu, yalnlz "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 4 №-li qərarının 4-cü bəndində göstərilən qaydada cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bi lər. Həmin bənddə izah edilmişdir ki, “... CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır...”. Apellyasiya məhkəməsi isə bu izaha riayət etməmiş, həmin hərəkətlərlə əlaqədar mövqeyini və Məhkum şəxsiyyətinə aid olan digər halları cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalı olduğuna dair nəticəni də faktiki olaraq heç cür əsaslandırmamışdır. Mübahisəssizdir ki, belə çatışmamazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CM-nin 8.1, 58.3 və 41.2-ci maddəsinin müddəalarını, Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsinin tələblərini də nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində qeyd olunmuşdur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respu blikası CM-nin 41.2-ci maddəsində təsbit olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. İş materiallarına və qanunun tələblərinə uyğun olan protestin və zərəçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, cəza təyininə aid məsələlər apellyasiya məhkəməsi tərəfindən bir daha dəqiq araşdırılmalı, yuxarıda göstərilən bir sıra halların cəzanı yüngülləşdirə n hallar kimi nəzərə alınması üçün əsasların olub-olmadığı məsələsi müzakirə edilərək həll edilməlidir. Odur ki, qərar ləğv edilməli, kassasiya protesti tam, zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Nümayəndə ilə birlikdə verilmiş kassasiya şikayəti isə qismən təmin edilməlidir. Məhkum müdafiəçisi Quliyev Sahib Şahbala oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, qərar yuxarıda göstərilən əsaslarla ləğv edilməli, cinayət işi yeni məhkəmə baxışına təyin edilməli olduğuna görə müdafiə tərəfinin kassasiya şikayəti (Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi xahişi) təmin edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azər baycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Nümayəndə ilə birlikdə verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya protesti tam, zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Nümayəndə ilə birlikdə verilmiş kassasiya şikayəti isə qismən təmin edilsin. Məhkum müdafiəçisi Quliyev Sahib Şahbala oğlu ilə birlikdə verilmiş kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1469/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1469/2019
13.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver