Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1469/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 178.3.2, 32.5, 308.2-ci maddələri ilə, Məhkum5, Məhkum4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2-ci maddələri ilə, Məhkum3 və Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından maraqlarına toxunan şəxs Şahid52 və nümayəndəsi Zeynalova Elnurə Salman qızı tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 1(101)-72/2019 saylı hökmünə əsasən (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), R.Ə.Sadıxov və F.A.Qəribov) Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.5, 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməl ini törətməkdə təqsirli bilinib, 02 il müddətinə müəyyən vəzifələri tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2019-cu il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum5, Məhkum4, Məhkum3 və Məhkum2 da təqsirli bilinib məhkum edilmişdirlər. Hökmlə həmçinin zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədi ilə üzərinə həbs qoyulmuş "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 30/78A ünvanında inşa etdiyi çox mərtəbəli binanın həyatyanı sahəsində yerləşən ümumi sahəsi 200 kvm., dəyəri 446500 manat olan “Uşaq əyləncə mərkəzi”, ümumi sahəsi 72 kvm., dəyəri 174.420 manat olan “Kafe-res toran sahəsi”, ümumi sahəsi 31 kvm., dəyəri 55960 manat olan “Kompüter oyun salonu”, ümumi sahəsi 30 kvm., dəyəri 55960 manat olan “Gözəllik salonu, ümumi sahəsi 28 kv.m.olan “Market sahəsi”, ümumi sahəsi 26 kv.m. olan “Meyvə-tərəvəz mağazası”, ümumi sahəsi 12 kv.m. olan “Bərbərxana sahəsi”, ümumi sahəsi 11 kv.m. olan “Dərzi” sahəsi, ümumi sahəsi 200 kv.m. olan “Qaraj sahəsi”, ümumi sahəsi 800 kv.m. olan “Əyləncə istirahət kompleksi”, Bakı şəhəri, Xətai rayonu Nobel prospektində istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1043 kv.m. olan, faktiki olaraq "xxxx" MMC-nin mülkiyyəti hesab olunan Mikayılov Vidadi Hidayət oğlunun adına olan Bakı şəhəri, Xətai rayonu Nobel prospektində istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 6-cı mərtəbəsində ümum i sahəsi 118,9 kvm təşkil edən qeyri-yaşayış sahəsi, "xxxx" MMC-nin hesab olunduğu Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr. 3078A ünvanında inşa etdiyi yaşayış binasının A4 korpusunun 18-ci mərtəbəsində yerləşən 3- otaqlı ümumi sahəsi 145,11 kv.m., A4 korpusunun 18-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 138,97 kv.m., A5 korpusunun 17-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 186 kv.m., E korpusunun 2-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 214,14 kv.m., E korpusunun 17-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 214,14 kv.m., E korpusunun 17-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 213,51 kv.m., B korpusunun 18-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 155,08 kv.m. və B korpusunun 18-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 115,57 kv.m. və E korpus unun 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 213,51 kv.m. olan mənzillər xüsusi müsadirə olunaraq satılmaqla zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin ödənilməsinə yönəldilməsi, zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənildikdən sonra qalan əmlakın üzərinə qoyulmuş həbs götürülməklə həbsdən azad edilərək "xxxx" MMC-yə qaytarılması hökm edilmişdir. Hökmdən maraqlarına toxunan şəxs Şahid52 apellyasiya şikayəti verərək Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 5(001)-442/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qərarın ləğv edilməsini və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin aparılmış istintaq zamanı İdarənin ********* nömrəli, 21 oktyabr 2016-cı il tarixli məktubu ilə qoyulmuş qadağanın götürülməsini xahiş etmişdir. Həmçinin, Bakı Ağ ır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmündən maraqlarına toxunan şəxs Maraqlı şəxs1 da apellyasiya şikayəti verərək mülkiyyətlərində olan Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X12 prospekti, korpus B, mənzil 39, Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X12 prospekti, korpus A4, mənzil 35, Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X12 prospekti, korpus A5, mənzil 24 və 34 nömrəli mənzillərin, korpus A4, mənzil 34 və 36 nömrəli mənzillərin üzərlərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər - Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 və Şahid52 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019cu il tarixli hökmü maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 və Şahid52 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan maraqlarına toxunan şəxs Şahid52 və nümayəndəsi Zeynalova Elnurə Salman qızı tərəfindən birgə kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Maraqlarına toxunan şəxsin nümayəndəsi ilə birgə verdiyi kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Belə ki, əmlakının üzərinə əsassız qadağa və həbs qoyu lmuş, əmlakı istintaq zamanı mülki iddiaya və maddi sübutlar siyahısında olan əmlaklara aid edilməmişdir. Belə ki, "xxxx" MMC-nin direktoru Şahid47 ünvanlanmış olduğu Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, ********* nömrəli məktubunda Bakı şəhəri, Binəqədi rayonu, X12 prospekti 3078 A məhəlləsində "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən və araşdırma predmeti olan yaşayış sahələrin ünvanı və birinci mülkiyyətçiləri göstərilmişdir. Həmin məktuba və Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 1(101 )-72/2019 saylı hökmünə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X12 prospekti, korpus E, 24 saylı mənzili cinayət işi üzrə araşdırma predmeti olmamış və cinayət işi üzrə istintaq zamanı üzərinə əsassız qoyulmuş qadağa və həbs hələ də qalmaqdadır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarının qərarını ləğv edilməsi, mənzili üzərinə qoyulmuş əsassız və qanunsuz qadağanın, həbsin götürülməsi barədə qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlillərini təkzib etdiyini, həmin mənzil barədə məhkəmə qərarlarında hər hansı göstəriş olmadığını, bu baxımdan şikayətin əsassız olduğunu bildirib, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddə si müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Cinayət işi üzrə maraqlarına toxunan şəxs kassasiya şikayətində məhkəmələrin ona məxsus əmlaklara qoyulmuş həbsin götürülməməsi ilə bağlı gəldiyi nəticənin əsassız olduğu iddia edilmiş və ona məxsus əmlakların üzərində olan həbs əsassız və qanunsuz olduğundan götürülməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət M əcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.2 və 99-1.3-cü maddəsi ilə şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 99-3.1-ci maddəsinə əsasən isə müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nə finə keçirilməlidir (zərərçəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). İş materiallarına əsasən müəyyən olunur ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-442/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qərarı ilə, Xudafərin» MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 «A» ünvanında inşa edilən yaşayış binasından Bakı şəhər sakinləri X8 və onun oğlu Maraqlı şəxs1 adına 0608132, 0608133, 0608146, 0608147, 0608148, ******* və ******* №-li «Çıxarış» sənədləri ilə rəsmiləşdirilmiş 7 ədəd mənzilə sərəncam verilməsinin və onlardan istifadənin qadağan edilməsindən ötrü əmlak üzərinə həbs qoyulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmü ilə isə,....."xxxx" MMC-nin hesab olunduğu Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr. 3078A ünvanında inşa etdiyi yaşayış binasının A4 korpusunun 18-ci mərtəbəsində yerləşən 3otaqlı ümumi sahəsi 145,11 kv.m., A4 korpusunun 18-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 138,97 kv.m., A5 korpusunun 17-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 186 kv.m., E korpusunun 2-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 214,14 kv.m., E korpusunun 17-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 214,14 kv.m., E korpusunun 17-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 213,51 kv.m., B korpusunun 18-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 155,08 kv.m. və B korpusunun 18-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 115,57 kv.m. və E korpusunun 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 213,51 kv.m. olan mənzillər xüsusi müsadirə olunaraq satılmaqla zərərçəkmi ş şəxslərə dəymiş maddi zərərin ödənilməsinə yönəldilməsi qərara alınmışdır”. İş materiallarında əlavə edilmiş kassasiya şikayətində mübahisələndirilən mənzilin (Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078 A, X12 prospekti, korpus E, 24 saylı) çıxarış sənədini nömrəsi 0937071, mənzilin sahəsi 203.66 kv.m kimi qeyd edilmişdir. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olunur ki, kassasiya şikayətində qeyd edilən mənzil, həm Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarında, həm də Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-cu il tarixli hökmündə müvafiq olaraq həbs və xüsusi müsadirə edilən əmlakların siyahısında olmamış və həmin mənzillər məhkəmənin baxış predmeti olmamışdır. Göründüyü kimi, cinayət işi üzrə hazırda üzərindən həbsin götürülməsi xahiş edilən əmlakların təqsirləndirilə n şəxsə və ya mülki cavabdehə aidiyyatı müəyyən olunmamış, sözügedən mənzillər maddi zərərin ödənilməsinə yönəldiləcək və ya xüsusi müsadirəni təmin edəcək əmlakların dairəsinə daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları n əzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, maraqlarına toxunan şəxs Şahid52 və nümayəndəsi Zeynalova Elnurə Salman qızı tərəfindən birgə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlarına toxunan şəxs Şahid52 və nümayəndəsi Zeynalova Elnurə Salman qızı tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2019-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.2-ci maddələri ilə, Məhkum5, Məhkum4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2-ci maddələri ilə, Məhkum3 və Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı maraqlarına toxunan şəxs Şahid52 və nümayəndəsi Zeynalova Elnurə Salman qızı tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1469/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1469/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver