Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1469/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1, Məhkum və Müdafiəçi3 iştirakları ilə, Sumqay ıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim Sevinc Quliyeva) 23 aprel 2024-cü il tarixli 1(012)-227/2024 nömrəli hökmü ilə, xx xxxxxxxx 1994-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba şəhəri, Polad Həşimov küçəsi, 22-23-cü məhəllədə yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-c ü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron Rayon Polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddət nəzərə alınaraq təyin edilmiş azadlıqdan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qonşusu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, özün ü alqı-satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib inandıraraq Zərərçəkmiş şəxs1 xx.xx.2021ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində satıb pulunu hissə-hissə ödəyəcəyini vəd edib aldadaraq müxtəlif vaxtlarda və miqdarda ümumi dəyəri 56225 manat olan geyim, məişət və qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən evindən götürdükdən sonra həmin malların dəyərindən 27474 manatını hissə-hissə ödəməklə etibarını qazandıqdan sonra nəticədə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 28751 manat məbləğində geyim, məişət və qızıl-zinət əşyalarını ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 28751 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, özünü alqı-satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib inandıraraq sonuncudan Zərərçəkmiş şəxs1 vasitəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət ərzində satıb pulunu hissə-hissə ödəyəcəyini vəd edib aldadaraq müxtəlif vaxtlarda və miqdarda ümumi dəyəri 14419 manat olan qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən evindən götürdükdən sonra həmin malların dəyərindən 9477 manatını hissəhissə ödəməklə etibarını qazandıqdan sonra nəticədə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4942 manat məbləğində qızıl-zinət əşyalarını ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şə xs4 ümumilikdə 4942 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, özünü alqı-satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib inandıraraq sonuncudan Zərərçəkmiş şəxs1 vasitəsi ilə xx.xx.2021-ci il tarixdə 620 manat dəyərində 01 ədəd qızıl qolbaq və xx.xx.2022-ci il tarixdə 41.68 qramlıq brilyant komplekti satıb pulunu hissə-hissə ödəyəcəyini vəd edib aldadaraq ümumi dəyəri 6259 manat olan qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən evindən götürdükdən sonra həmin malların dəyərindən 1580 manatını hissə-hissə ödəməklə etibarını qazandıqdan sonra nəticədə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4679 manat məbləğində qızıl-zinət əşyalarını ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 4679 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, özünü alqı satqı münasibətlərinin etibarlı tərəfdaşı kimi göstərib inandıraraq sonuncudan Zərərçəkmiş şəxs1 vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 5300 manat olan 35.84 qram qızıl boyunbağ və qolbağı satıb pulunu hissə-hissə ödəyəcəyini vəd edib aldadaraq ümumi dəyəri 5300 manat olan qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən evindən götürdükdən sonra həmin malların dəyərindən 1000 manatını hissə-hissə ödəməklə etibarını qazandıqdan sonra nəticədə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4300 manat məbləğində qızıl-zinət əşyalarını ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 4300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Azər İsmayılov) 03 oktyabr 2024-cü il tarixli 1(105)-481/2024 nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 1(012)-227/2024 nömrəli hökmü zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi hissəsində dəyişdirilmiş, Məhkum dəymiş maddi zərər hesabına 28751 (iyirmi səkkiz min yeddi yüz əlli bir) manat Zərərçəkmiş şəxs1, 4942 (dörd min doqquz yüz qırx iki) manat Zərərçəkmiş şəxs4, 4679 (dörd min altı yüz yetmiş doqquz) manat Zərərçəkmiş şəxs3 və 4300 (dörd min üç yüz) manat Zərərçəkmiş şəxs2 xeyrinə tutularaq ödənilməsi qərara alınmış, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 1(105)-481/2024 nömrəli qərarı ləğv edilərək, onun haqqındakı cinayət işi üzrə icraata həmin maddələrlə bəraətverici əsaslarla icraata xitam verilməsini xahiş etmişdir. Zə rərçəkmiş şəxs1 Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə etiraz ərizəsi daxil olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilərkən, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, ittiham hökmünün əsasına yolverilməz sübutları qoymuşlar, verilmiş ittihamın hər bir epizodu üzrə məhkəmələr fikir bildirməmişlər, təqsirləndirilən şəxsin əməlində ona ittiham olunan cinayətin əlamətləri olmadığı halda barəsində ittiham hökmü çıxarmışdır. Həmçinin məhkəmələr məhkuma cəza təyin edilməsinə dair hissədə əsassız və ədalətsiz olm uş, ona ağırlığına görə açıqdan-açığa onun əməlinə və şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişlər. Məhkum özünü elan olunmuş ittiham üzrə təqsirli bilməmiş, onun nə Zərərçəkmiş şəxs1, nə də digərlərinə qarşı dələduzluq etmək niyyətinin olmadığını bildirmiş və göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 pul deyil, dəyərindən qat-qat baha qiymətə qızıl-zinət və geyim əşyaları aldığını və həmin aldığı əşyaların da dəyərini tam ödədiyini göstərmişdir. Həmçinin göstərmişdir ki, o, birbaşa digər zərərçəkmiş şəxslərdən birbaşa hər hansı əşya almamış, digər zərərçəkmiş şəxslərə məxsus olan əşyaları da ona Zərərçəkmiş şəxs1 vermişdir. Qeyd olunan fakt zərərçəkmiş Zərərçəkmiş şəxs1 verdiyi izahat və ifadələrlə də təsdiq olunmuşdur. Cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, ibtidai istintaq orqanı və məhkəmələr ittihamın əsasına yalnız Zərərçəkmiş şəxs1 həqiqətə uyğun olmayan və hər hansı digər mötəbər sübutla təsdiq edilməyən ifadəsini qoymuşlar. Zərərçəkmiş şəxs1 ilkin ərizə və izahatlarını, həmçinin ibtidai istintaqda zərərçəkmiş şəxs qismində verdiyi ifadələrini nəzərə alsaq, onu dəymiş maddi ziyan 28.751 manat məbləğində deyil, 10.939 manat olmuşdur və həmin məbləğində 1.786 manatı iş üzrə şahid Əziz Əzizliyə, 3.750 manatı isə iş üzrə digər zərərçəkmiş Zərərçəkmiş şəxs3 aid olmuşdur. İttiham aktından və məhkəmə aktlarından görünür ki, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum hansı əməlinin hansı hissəsinin sübuta yetirilməsinin müəyyən olunduğuna hüquqi qiymət verilməmiş və ümumilikdə guya işdə olan sübutlarla onun əməlinin təsdiq edildiyi qeyd olunmuşdur. Məhkum verilmiş ittihamı sübut etmək ittiham tərəfinin vəzifəsidir, ittiham tərəfi isə yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsinə əsaslanmış, məhkəmə də bununla kifayətlənərək, əsassız və qanunsuz olaraq Məhkum təqsirli bilərək, onun barəsində ittiham olunduğu maddələrlə ittiham hökmü çıxarmışdır. Zərərçəkmiş şəxs1 təqdim etdiyi həmin cızma-qara hesablamalarda məhkumun onu qəbul etməsi barədə imzası və ya hər hansı qeydi olmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkuma verdiyi əşyalar əsasən qızıl-zinət əşyalarından ibarət olmuşdur. Cinayət işinin materialları ilə həmin qızıl-zinət əşyalarının çəkisini, keyfiyyətini (əyarını), görünüşünü təsvir və təsdiq edən sübuta istinad olunmamışdır. İstintaq orqanı və məhkəmələr yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs1 h əqiqəti əks etdirməyən sözlərinə əsaslanmışlar. Yəni, qanunsuz və əsassız olaraq Zərərçəkmiş şəxs1 hansı qiyməti qoyubsa, istintaq və məhkəmələr də həmin qiyməti həqiqi hesab edərək qəbul etmiş və ittihamın əsasına qoymuşlar. Bundan əlavə, Məhkum ittihamı qəbul etməyərək, zərərçəkmiş Məsimə Zeynalovadan aldığı əşyaların dəyərlərini tam ödədiyini bildirməsini istintaq orqanı və məhkəmələr qəbul etməsələr də onlar tərəfindən zərərçəkmiş şəxslərin dairəsi düzgün müəyyən edilməmiş və zərərçəkmişlərdən konkret olaraq hansına, hansı miqdarda maddi ziyan vurulmasını dəqiq müəyyən edə bilməmişlər. Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin dispozisiyasını hal hazırkı cinayət işinə münasibətdə təhlil etdikdə görünür ki, Məhkum niyyəti özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyəti nə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlməmişdir. O, maddi ehtiyacı üzündən qonşusu zərərçəkmiş Zərərçəkmiş şəxs1 borc pul istəmiş və Zərərçəkmiş şəxs1 da ona pul deyil, əsasən müxtəlif qızıl-zinət əşyalar vermiş və həmin qızıl-zinət əşyalarını da məhz Zərərçəkmiş şəxs1 iştirakı ilə, Məsmənin əvvəldən tanıdığı və əlaqəsi olan bank, Lombardlara qoyub, Məsmə ilə razılaşdığı məbləğdən də az məbləğdə pul götürmüş və dərhal da həmin puldan Məsməyə ilkin ödənişlər etmişdir. Əgər Məhkum zərərçəkmiş Məsmənin dediyi kimi ondan aldığı qızıl-zinət əşyalarının və digər əşyalarının dəyərini ödəməmişdirsə, onda sual yaranır ki, Məsmə nəyə görə əlavə olaraq ona yenidən özünə məxsus, həmçinin digər qohumlarına məxsus əşyaları da məhkuma verirdi. Məhkum isə ifadələrində Məsməyə heç bir b orcunun qalmadığını və ona tam ödədiyini göstərmişdir. Hətta, məhkum zərərçəkmiş Məsməyə vurduğu maddi ziyanı tam ödəmiş olmasa belə onların arasındakı münasibətlər cinayət xarakterli olmamış, mülki münasibətlərdən əmələ gəlmişdir. Məhkumun əvvəlcədən zərərçəkmişi aldatmaq, onun etibarından istifadə etmək kimi niyyəti olmamış, iş üzrə toplanmış sübutlarla da məhkumun belə bir niyyətinin olması təsdiqini tapmamışdır. Kassasiya şikayətinə dari etiraz: Zərərçəkmiş şəxs1 kassasiya şikayətinə etirazında bildirmişdir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti əsassızdır. O, kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə e dilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr əsassız olaraq Məhkum əməllərini dələduzluq cinayəti kimi qiymətləndirmiş və onun təqsiri mümkün olmayan sübutlarla əsaslandırmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilləri əsaslı hesab etmir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 №-li qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqların ı əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkum edilmiş şəxs özünü ittiham olunduğu müvafiq maddə ilə təqsirli bilməsə də, verilmiş ittihamda göstərilən xüsusatlar təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, yalnız zərərçəkmiş şəxslərin ifadələrində göstərilən hallar deyil, eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu izahat və ifadələrində Məhkum etiraf etmişdir ki, Zərərçəkmiş şə xs1 50.000 manata yaxın qızıl-zinət əşyalarını götürmüş, 29.000 manata yaxın hissəsini qaytarmış olsa da 26.000 manat borcu qalmış, bu halı şübhəli şəxs qismində dindirilərkən də təsdiq etmiş, təqsirləndirilən şəxs qismində ifadə verərkən isə Zərərçəkmiş şəxs1 təxminən 28.000 manat məbləğində borcunun olduğunu bildirmiş, üzləşmə protokolunda isə Zərərçəkmiş şəxs1 28000-30000 manat borcu olmasını bildirmişdir, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı həmin hallara dair istintaq orqanının qənaəti üzrə ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə isə tamamilə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv və şübhə yaratm ayan sübutların məcmusu ilə sübuta yetirilmişdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gə ldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hü quqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəm ə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkum əməllərinin tövsifi ilə əlaqədar kollegiya qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum əməllərinin Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi "Dələduzluq cinayətlərinə dair iş lər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında bu kateqoriya cinayət işlərinə baxan məhkəmələrə verilmiş izahlara tam uyğundur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansi yası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışlar. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun himayəsində xx.xx.2019-cu il təvəllüdlü Ayla Yaqubova adlı bir azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən dəymiş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halların isə olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 1(105)481/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2024-cü il tarixli 1(105)-481/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1469/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1469/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver