Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-147/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Zərərçəkmiş şəxs, məhkumun müdafiəçiləri-vəkil Tağıyev Kamran Həsən oğlunun və Mustafayev Rafiq Həmid oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi-vəkil Tağıyev Kamran Həsən oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), Z.Q.Ağayev və N.A.Kərimovdan ibarət tərkibdə) Məhkum - xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ünvan1 -da yaşamış Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 06 iyun 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa xuliqanlıq niyyəti ilə ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Belə ki, Məhkum 06.06.2019-cu il tarixdə, saat təxminən 01:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış sahəsində küçədə Zərərçəkmiş şəxs onun avtomobilindən düşməsi xahişinə görə aralarında yaranmış mübahisə zamanı əsaslı səbəb olmadan qəsdən xuliqanlıq niyyəti ilə soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış qatlanan tipli məişət təyinatlı cib bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinə qəsdən bir dəfə vurmaqla ona daxili qanaxma, qaraciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə (qarın boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, dərəcəsinə görə yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərərvurmaya aid, sol bazu nahiyəsinə qəsdən bir dəfə vurmaqla ona sol bazunun ikibaşlı əzələsinin zədələnməsi ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın üzün müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətlərini yetirmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: N.E.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.İ.Qasımov və Ə.N.Bayramovdan ibarət tərkibdə) 09 dekabr 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli hökmü cəza təyininə aid hissədə dəyişdirilərək hökmlə Məhkum təyin olunmuş 07 (yeddi) il azadlıqdan məhrum etmə cəzası 06 (altı) ilə endirilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs, Məhkum müdafiəçiləri-vəkil Tağıyev Kamran Həsən oğlu və Mustafayev Rafiq Həmid oğlu tərəfindən kassasiya şikayətlərii verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayə ti verərək bildirmişdir ki, Məhkum ilə barışmış, o, ilk dəfə olaraq, hadisələrin təsadüfi axarı zəminində cinayət məsuliyyətinə cəlb edilmişdir. Himayəsində xəsta anası var, atası isə bu yaxınlarda rəhmətə getmişdir, hətta onun atasının hüzr yerində iştirak etmişdir. Məhkumun tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmiş, ona qarşı şikayəti və ya tələbi yoxdur, gələcəkdədə olmayacaqdır. Hesab edir ki, apelyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgün deyil, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almamış, təyin edilmiş cəza məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun deyildir. Odur ki qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 dekabr 2019-cu iltarixli qərarını ləğv edərək Məhkum əməlinin CM- n in 126.2.4-cü maddəsindən CM-nin 126-1-ci maddəsinə tövsif edilməsi və eyni zamanda barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi-vəkil Tağıyev Kamran Həsən oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, iş üzrə toplanmış materiallardan da aydın görünür ki, Məhkum cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməmişdir. Sadəcə hadisələrin təsadüfi axarı zəminində, zərərçəkmişlə aralarında avtomobilin içərisində yaranmış mübahisə sonradan çöldə davaya çevrilmiş və bu zaman Bəhruz zərərçəkmişi bir dəfə bıçaqla vurmuşdur. Bundan sonra zərərçəkmiş maşından açarı götürüb xəsarət yetirmək niyəti ilə Bəhruzun üzərinə gəldikdə, Bəhruz onun zərərsizləşdirmək, üçün ikinci zərbə ilə qolundan vurmuşdur. Bu səbəbdən də hesab edirəm ki, olmadığı üçün qanun əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif olunmalıdır. Həmçinin bildirmişdir ki, Məhkum ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilmiş, himayəsində xəsta anası var, atası bu yaxınlarda rəhmətə getmişdir, hazırda məhkum Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş zərər tam olaraq ödənilmişdir, zərərçəkmişin ona qarşı şikayəti və ya tələbi yoxdur. Hesab edirəm ki, apellyasiya məhkəsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgün deyil, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almamış, təyin edilmiş cəza məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun deyil. Odur ki qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarını ləğv edərək Məhkum əməlinin CM-nin 126.2.4-cü maddəsindən CM-nin 126-1-ci maddəsinə tövsif edilməsi və eyni zamanda barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun müdafiəçilərinin və zərərçəkmiş şəxsin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdak ı əsaslarla yekun nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxs X5 və Məhkum müdafiəçisi-vəkil Tağıyev Zərərçəkmiş şəxs Həsən oğlu eyni məzmulu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarını ləğv edərək Məhkum əməlinin CM- nin 126.2.4-cü maddəsindən CM-nin 126-1-ci maddəsinə tövsif edilməsi və eyni zamanda barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsi nin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il t arixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Kollegiyası ilk olaraq Məhkum əməlinin CM-nin 126.2.4-cü maddəsindən CM-nin 126-1-ci maddəsinə tövsif edilməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, Məhkum zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa xuliqanlıq niyyəti ilə ağır zərər vuran bədən xəsarəti yetirmsindən ibarət cinayət əməlini törətməsi qismən özünün etirafı ilə yanaşı məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs və şahid X3 ifadələri, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 02 iyul 2019-cu il tarixli, 611 saylı, məhkəmə tibbi-kriminalistik ekspertizasının 24 iyun 2019-cu il tarixli, ***-MTKŞ/2019 saylı və 25 iyun 2019-cu il tarixli, ***/****-MTBŞ saylı rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkum edilmiş şəxs Məhkum birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində ona istinad olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 05 iyun 2019-cü il tarixdə Mərdəkan qəsəbəsində tanışları ilə çörək yeyib spirtli içkilər qəbul etmiş, 06 iyun 2019-cü il tarixdə saat 01 radələrində Mərdəkandan “Koroğlu” metrostansiyasının yanına getmək üçün məh kəmə zalında gördüyü Zərərçəkmiş şəxs idarə etdiyi “London” taksisinə minmişdir. Maşında sürücünün yanında sağ tərəfdə bir qadın, arxada isə onunla yanaşı orta yaşlı bir kişi əyləşmişdir. Ürəyi siqaret çəkmək istədiyi üçün siqareti çıxarıb Zərərçəkmiş şəxs siqaret çəkmək üçün icazə istəmişdir. Zərərçəkmiş şəxs icazə vermədikdə siqareti yandırıb çəkmiş, sonuncunun siqareti söndürməsi barədə tələblərinə məhəl qoymamışdır. Bundan sonra sürücü maşını yolun “Şağan” qəsəbəsini keçib Binə atçılıq kompleksinin yanında saxlamış və ondan maşından düşməsini tələb etmişdir. O, maşından enərək maşından düşürüldüyü üçün Zərərçəkmiş şəxsla mübahisə etmiş, ikisi əlbəyaxa olmuş, dava zamanı üzərində olan açılıb-qatlanan cib bıçağını çıxararaq bir dəfə qarın nahiyyəsindən vurmuşdur. Zərbə Zərərçəkmiş şəxsın qarın boşluğuna dəymişdir. Zərərçəkmiş şəxs ondan əl çəkməyərək maşından, sürücü olan yerdən maşın açarını götürərək onun üzərinə gəlmiş, bu dəfə o, Zərərçəkmiş şəxsın ikinci dəfə bıçaqla qolundan vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs maşına minərək hadisə yerindən çıxıb getmişdir. O isə hadisə yerindən başqa maşına minərək evinə getmişdir. Həmin gün Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirildikdə cinayətin aləti olan bıçağı təhvil vermişdir. Etdiyi əməldən peşmandır. İş materiallarından göründüyü kimi Məhkum əməli CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddəyə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndində qeyd olunduğu kimi, “Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır”. Təqsirləndirilən şəxsinin qanunsuz və taksi avtomobilində sərnişin kimi gedərkən normal davranış qaydalarına uyğun olmayan kobud hərkətləriu nəticəsində onun avtomobildən düşməsi barədə zərərçəkmiş şəxsin xahişinə görə aralarında yaranmış mübahisə zamanı əsaslı səbəb olmadan qəsdən xuliqanlıq niyyəti ilə soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış qatlanan tipli məişət təyinatlı cib bıçağı ilə Zə rərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətlərini yetirmişdir. Bu hərəkətləri onun xuliqanlıq niyyəti ilə etməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarınn məcmusu ilə təsdiq edilmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 1 45.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları təhlil edərək hesab edir ki, cinayət işi üzrə yekun nəticəyə gəlməyə imkan verən, mötəbər, mümkün və bir-birini tamamlayan sübutların məcmusu birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkumun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətində həmçinin məhkum barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəzanın şərti hesab edilməsi xahiş olunur. Məhkəmə kollegiyasının qeyd edir ki, birinci instansiya məhkəməsi hökmdə Məhkum cəzasını yüngülləşdirən və Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdıran halların olmamasını göstərsə də, həmin halları cəza təyini zamanı kifayət qədər nəzərə almamış və Məhkum 07 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Lakin apelyasiya instansiya məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq iş üzrə müəyyən edilmiş cəzanı yüngüləşdirən halları, o cümlədən zərərçəkmiş şəxsin məhkuma qarşı hər hansı bir iddiasının, şikayətinin, maddi və mənəvi tələbinin olmamasını və onun ilk dəfə cinayət əməli törətməsini nəzərə alaraq Məhkum Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təyin olunmuş 07 il müddətində azadlıqdan məhrumetmə cəzasını həmin maddənin sanksiyası çərçivəsində 06 ilə endirməklə daha da ədalətli nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, X4 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törə dilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məcəllənin 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər Kassasiya məhkəmə kollegiyası cəza təyin etmə ilə bağlı apellyasiya məhkəməsinin mö vqeyi ilə razılaşaraq hesab edir ki, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə kollegiyası Məhkum tərəfindən törədilmiş cinayətin xara kterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən dəlillər də Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Tağıyev Kamran Həsən oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 09 dekabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-147/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-147/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver