Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-147/2022 27.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2021-ci il tarixli, 1(103)-103/2 021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs xx xxx 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 dekabr 2019-cu il tarixdə, saat 17 radələrində Sərdarlı Minəxanım Oruc qızının yaşadığı Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 528-ci məhəllə, ev “D”, 21 zaylı mənzilin giriş qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsi hesab edilən mənzilə qanunsuz daxil olaraq mənzilin yataq otağında çarpayının üzərində olan Minəxanım Sərdarlıya məxsus üzərində 10,0 manat dəyərində “Bakcell” mobil operatoruna məxsus ***-***-**-** və 3,0 manat dəyərində “Azerfon” mobil operatoruna məxsus ******-**-** mobil nömrələri olan 350 manat dəyərində “Xiaomi” markalı mobil telefon aparatını, həmin otaqda stulun üzərində olan və sonuncuya məxsus əl çantasından içərisində 600 manat nağd pul vəsaiti, 10,0 manat dəyərində olan “Pasha Bank”-a aid **********079327 nömrəli bank kartı, 10,0 manat dəyərində olan ”Bank of Baku”-ya aid “Bolkart” adlı **********804642 nömrəli bank kartı, 10,0 manat dəyərində “Bank of Baku”-ya aid “Briliant” adlı **********172850 nömrəli bank kartı olan 339 manat dəyərində İspaniya Respublikasında ist ehsal olunmuş “Alexandra Coleccion” markalı qadın pul kisəsini gizli olaraq talamaqla Minəxanım Sərdarlıyə ümumilikdə 1332 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Kipçatov Ceyhun Fərid oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib 16 dekabr 2019-cu il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 3, ev 6, 12 saylı mənzilinin giriş qapısını əvvəlcədən əldə etdiyi həmin mənzilin giriş qapısına aid açarla açıb həmin mənzilə qanunsuz daxil olaraq mənzildən 1 dəst 1200 manat dəyərində üzərində markalanmasına dair heç bir məlumat olmayan, qolsuz, təbii xəz materialdan hazırlanmış gödəkcəni, 1 dəst 50 manat dəyər ində yaşıl rəngli gödəkcəni və həmin gödəkcənin cibində olan həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları nağd pul vəsaitini, 1 ədəd 50 manat dəyərində qolbaq və üzükdən ibarət olan bijuteriya dəstini, 1 dəst 200 manat dəyərində qadın paltarını, 1 dəst 30 manat dəyərində qadın şalvarını, 1 dəst 25 manat dəyərində kişi köynəyini, 1 ədəd 20 manat dəyərində kişi bel kəməri, 1 ədəd 80 manat dəyərində üstü qaşlı qadın əl çantasını, 1 dəst 15 manat dəyərində lasin formalı qadın şalvarını, 60 manat dəyərində müxtəlif qolbaq, üzük, klonlardan ibarət gümüş bijuteriyaları, 1 ədəd 200 manat dəyərində “FUA Spitenr” markalı su dispenserini, 1 ədəd 30 manat dəyərində “LG markalı” kompüter monitorunu, 1 ədəd 200 manat dəyərində “Toshiba” markalı 24HV10E modelli 24 düyümlü televizoru, 1 ədəd 15 manat dəyərində “TP-link” markalı TDW8151N modelli modemi, 1 ədəd 20 manat dəyərində “Airpod” qulaqcıqları gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Könül Qafaraovaya ümumilikdə 3895 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(009)99/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 dekabr 2019-cu il tarixdən 07 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 14 (on dörd) gün müddət nəzə rə alınmaqla həmin müddət hökmlə təyin edilmiş cəza müddətindən çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 09 ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.
4. Hökmlə həmçinin Kipçatov Ceyhun Fərid oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
5. Hökmdən dövlət ittihamçısı apelyasiya protesti verərək, hökmü Təqsirləndirilən şəxs aid hissədə ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yanaşı, cinayət qanununun normasını düzgün tətbiq etməklə dəyişdirilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2021-ci il tarixli, 1(103)-103/2021 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(009)-99/2020 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 dekabr 2019-cu il tarixdən 20 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və hazırki cinayət işi üzrə 24 dekabr 2019-cu il tarixdən 07 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 14 (on dörd) gün, cəmi 07 (yeddi) ay 16 (on altı) gün ona təyin edilmiş cəza müddətindən çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 04 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır.
7. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2021-ci il tarixli, 1(103)-103/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
8. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağırlığı mübahisələndirilmişdir. Məhkum edilmiş şəxs məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2021ci il tarixli, 1(103)-103/2021 nömrəli qərarının ləğv edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(009)-99/2020 nömrəli hökmünün qüvvədə saxlanılmasını xahiş edir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olması mübahisələndirilmiş, məhkum kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaq əli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2021-ci il tarixli, 1(103)103/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci mad dəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
17. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
18. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərba ycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
19. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
20. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üç ün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
21. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəx s cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab etmişdir.
23. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməllərini etiraf etməsinə istinad etsə də, onun şəxsiyyətini, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə almamı şdır.
24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təqsirini boynuna alması və cinayətin açılmasına köməklik göstərməsini yüngülləşdirici hal kimi nəzərə alsa da, cinayət işinin materiallarından görünür ki, o, törətdiyi əmələ görə könüllü sürətdə dövlət orqanına gələrək yazılı və ya şifahi formada məlumat verməmiş, onun istintaqa cəlb edilməsi əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olmuş, bu hal bir daha apellyasiya baxışı zamanı öz təsdiqini tapmışdır.
25. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 18 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə şübhəl i şəxs qismində tutulmuş, 20 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. 24 fevral 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi hazırki ********* nömrəli cinayət işinə birləşdirilmişdir.
26. Bununla yanaşı, apellyasiya baxışı zamanı məhkəmə iclaslarının keçirilmə vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təqsirləndirilən şəxs məhkəmə proseslərindən yayındığı üçün barəsində Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, qeyd olunan qərarın icrası ilə əlaqədar olaraq, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 fevral 2021-ci il tarixdə tutulmuş və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Mərkəzi Saxlanılma yerinə, daha sonra isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir.
27. Qeyd olunan hal da apellyasiya instansiya məhkəməsi tərəfindən məhkumun şəxsiyyətini mənfi xarakterizə edən hal olaraq nəzərə alınmışdır.
28. Apellyasiya instansiya məhkəməsi qeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sa nksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 18 dekabr 2019-cu il tarixdən 20 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və hazırki ********* nömrəli cinayət işi üzrə 24 dekabr 2019-cu il tarixdən 07 avqust 2020ci il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 14 (on dörd) gün, cəmi 07 (yeddi) ay 16 (on altı) gün müddət hazırki qərarla ona təyin edilmiş cəza müddətindən çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkum edilmiş şəxsə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası t əyin edərək, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs oğlunun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2021-ci il tarixli, 1(103)-103/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 16 mart 2021-ci il tarixli, 1(103)-103/2021 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılsın.