Məhkəmə qərarları › İş №1(102)-1470/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1470/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1470/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbayca n Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: N.A.Kırimov (sədrlik edən), R.A.Allahverdiyeva və T.X.Nəsrullayevadan ibarət tərkibdə) 21 noyabr 2017-ci il tarixli hökmü ilə xx xxxxxx 1995-ci il tarixdə Quba rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Abşeron rayonunun Fatmayı kəndində qeydiyyatda olan və Abşeron rayonu yaşamış Məhkum1, Məhkum1 Azərbaycan Respub likasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun 01 avqust 2016-cı il tarixdən 06 avqust 2016-cı il tarixədək həbsdə, 06 avqust 2016-cı il tarixdən 30 noyabr 2016-cı il tarixədək ev dustaqlığında saxlanıldığı 03 ay 29 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 07 il 08 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Dərhal məhkəmə iclas zalında həbsə alınmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 21 noyabr 2017-ci ildən hesablanması, xx xxxxxx 2001-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Qobustan rayonu fərdi evdə yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun 01 avqust 2016cı il tarixdən 30 noyabr 2016-cı il tarixədək həbsdə saxlanıldığı 03 ay 29 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 il 08 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə cəzasının əvvəli 21 noyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur. Hökmdən verilmiş ape llyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2018-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və V.Ə.Mursaqulov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum1, X1 və Məhkum2 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrindən həmin məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilmiş, Məhkum1 CM-nin 180.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 avqust 2016-cı il tarixdən 06 avqust 2016-cı il tarixədək həbsdə saxlanıldığı, 06 avqust 2016-cı il tarixdən 30 noyabr 2016-cı il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay2 9 (iyirmi doqquz) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 3 (üç) il 2 (iki) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, 01 avqust 2016-cı il tarixdən30 noyabr 2016-cı il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay29 (iyirmi doqquz) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 1 (bir) il 8 (səkkiz) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər: H.Q.Nəsibov (sədrlik edən və məruzəçi), Ə.S.Seyfəliyev və T.L.Kazımov) kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının kassasiya protesti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: R.K.Səfərov (sədrlik edən və məruzəçi), E.E.Rəhim ov və Ə.İ.Qasımov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum1, X1 və Məhkum2 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 181.2.1 və 182.2.5-ci maddələrindən həmin məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilmiş, Məhkum1 CM-nin 180.2.1 -ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 avqust 2016-cı il tarixdən06 avqust 2016-cı il tarixədək həbsdə saxlanıldığı, 06 avqust 2016-cı il tarixdən 30 noyabr 2016-cı il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay29 (iyirmi doqquz) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 3 (üç) il 8 (səkkiz) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X2 Azərbaycan Respublikası CM-nin 180.2.1 -ci ma ddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-nin 180.2.1 -ci maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, 06 avqust 2016-cı il tarixdən30 noyabr 2016-cı il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay29 (iyirmi doqquz) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 1 (bir) il 8 (səkkiz) ay 1 (bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun həmin cəzanı artıq çəkib qurtarması nəzərə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qərarı i lə (hakimlər: F.A.Kərimov (sədrlik edən və məruzəçi), Ş.Y.Yusifov və Ə.Ə.Novruzov) dövlət ittihamçısının kassasiya protesti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarı ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət tərkibdə) Məhkum2 müdafiəçisi X6, Məhkum1 və müdafiəçisi X11 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkum1 ümumilikdə cəza çəkdiyi 3 (üç) il 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddət təqsirl i bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin olunmuş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, cəzasının əvvəli 21 aprel 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun üzərində qəti olaraq 4 (dörd) il 3 (üç) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının icrası Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Konvoy taboruna tapşırılmış, Məhkum2 ümumilikdə cəza çəkdiyi 2 (iki) il müddət təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, təyin olunmuş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaq la, cəzasının əvvəli 21 aprel 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, dərhal məhkəmə iclas zalında həbsə alınmış, cəzasının icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xədmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy taboruna tapşırılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 01 avqust 2016-cı il tarixdə saat 01-02 radələrində, özünün idarə etdiyi “VAZ-2107” markalı AZ **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildə tanışları X3 və Məhkum2 ilə birlikdə olarkən, Zərərçəkmiş şəxs və İran İslam Respublikası vətəndaşı X19 20 manat müqabilində fərdi taksi xidməti göstərməklə onları Bakı şəhəri Sabunçu rayonu Pirşağı q əsəbəsində olan “Qala” klubu kafesinə aparmasını, onlar istirahət etdikdən sonra Biləcəri qəsəbəsinə gətirməyi vəd edib aparmış və özləri də həmin kafeyə daxil olaraq spirtli içki qəbul edib əyləndikdən sonra Məhkum1, M1 M1ov və Məhkum2 öz aralarında özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saat 03:30 radələrində Zərərçəkmiş şəxs və Z1 ilə birlikdə Biləcəri istiqamətində geri qayıdarkən, aralarında olan razılığa əsasən, Məhkum1 BinəqədiFatmayı nəqliyyat yolunun kənarında olan yeni yaşayış massivinin ərazisində avtomobili saxlayaraq, Zərərçəkmiş şəxslə Z1nı avtomobildən düşürüb restoranda xərclədikləri pulun da Zərərçəkmiş şəxslə Z1 tərəfindən ödənilməli olmasını bəhanə edərək, onlardan pul tələb etmişlər. Zərərçəkmiş şəxslə Z1 də hansı səbəbdən onların hesabını ödəməli olduqlarını soruşaraq onlara pul verməkdən imtina etdikdə Məhkum1, M1 M1ov və Məhkum2 hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla Zərərçəkmiş şəxslə Z1a basqın edib taxta parçası ilə Zərərçəkmiş şəxs sifət-burun nahiyyəsindən vurmaqla, Z1ı yerə yıxıb yumruq, sillə, təpik və taxta parçası ilə bədəninin müxtəlif nahiyyələrinə qəsdən zərbələr endirərək Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aidsol yanaq nahiyyəsinin yumşaq toxumasının əziyi və sıyrığı, sol yanaq nahiyyəsinin selikli qişasının cırılmış yarası, sol dirsək oynağı nahiyyəsinin sıyrılmış yarası, sağ və sol diz nahiyələrin sıyrıqları və Z1ya sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən-sağ gözaltı nahiyyənin qançırı və sol dirsək oynağının sıyrığı kimi xəsarətlər yetirdikdən sonra, Z1nın 100 manatını alıb ələ keçirərək quldurluq etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi2 və Məhkum1 ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Məhkum1 kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu vurğulayaraq, ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətmədiyini, heç kimdən zorla pul almadığını, Mortazanın özünün ona könüllü olaraq 50 manat verməsini qeyd edərək heç bir cinayət əməli törətmədiyini bildirmişdir. Məhkum həmçinin kassasiya şikayətində qeyd etmişdir ki, Bakı Apellyasiy a Məhkəməsinin cinayət kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarı ilə bağlı işə baxarkən məhkəmə iclası eyni məhkəmə iclası katibinin iştirakı ilə keçirilmişdir ki, bu da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 116.1-cı maddəsinin tələblərinə ziddir. Məhkum apellyasiya məhkəməsinin əməli düzgün tövsif etməməsi ilə bərabər, prosessual pozuntuya yol verdiyini də vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-78/2021 saylı 21 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və barəsində bəraət qərarı çıxarılmasını xahiş etmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətindı qeyd etmişdir ki, hal-hazırki cinayət İşi üzrə həm Məhkum2, həm də dig ər şəxslərin AR CM-nin 181 -ci maddəsində göstərilən cinayət əməlini törətməsini sübut edən heç bir dəlil olmadığı halda, onlar əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmişlər. Bu isə həm qanunvericilik, həm də haqq-ədalət baxımından yolverilməz bir haldır. Müdafiəçi bildirmişdir ki, hadisə ilə əlaqədar polis idarəsində aparılan araşdırma zamanı AR CPM-nin tələbləri kobud şəkildə pozulsa da, heç bir məhkəmə instansiyası onlara hüquqi qiymət verməmiş və ətraflı, obyektiv araşdırma aparmadan hər 3 şəxsi AR CM-nin 181.2.1 və 281,2.5-ci maddələri ilə təqsirli olması qənaətinə gəlmişdir. Çox qəribədir ki, bu işin məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmiş şəxslər tamamilə başqa ifadələr versələr də, nə səbəbdənsə məhkəmə tərəfindən onların ifadəsinə düzgün hü quqi qiymət verilməmiş və bununla da AR CPM-nin tələbləri kobud şəkildə pozulmuşdur. Cinayət işinin materiallarından da görünür ki, bu işin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs və Z1 təqsirləndirlən şəxslərdən heç bİr şikayətlərinin olmadığını, onlara qarşı heç bir quludurluq və ya soyğunçuluq əməlinin törədilməməsini bildirdikləri halda, məhkəmə tərəfindən nə səbəbdənsə onların ifadələri başqa cür qiymətləndirilmiş və əsassız olaraq təqsirləndirlən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə gətirib çıxarmışdır. Müdafiəçi həmçinin qeyd etmişdir ki, zərərçəkmiş şəxslər həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı sərxoş olduqlarını və təqsirləndirilən şəxslərin onlardan pul tələb etmədiyini bildirsələr də, məhkəmə tərəfindən onların bu ifadələ ri təqsirləndirilən şəxsləri cəzadan qurtarmaq cəhdi kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarına baxdıqda açıq-aydın görünür ki, burada nə soyğunçuluq, nə də quldurluq cinayətinin heç bir tərkibi yoxdur. Zərərçəkmişlərlə təqsirləndirilən şəxslər birlikdə istirahət mərkəzində vaxt keçirmiş və sonradan zərərçəkmişlərdən biri üstündə olan pulu itirsə də, həmin pulun təqsirləndirilən şəxslər tərəfindən oğurlandığını fikirləşmişdir. Həmin vaxt o, AR DİN-nin 102 saylı qaynar xəttinə zəng edib məlumat vermiş və sonradan itirdiyi 100 manatı tapdığını görüb səhv etdiyini və pulunun oğurlandığını fikirləşərək polisə belə məlumat verdiyini bildirmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, ibtidai istintaq vaxtı da zərərçəkmişlər təqsirləndirlən şəxslər tərəfindən heç bir quldurluq və soyğunçuluq cinayətinin törədilmədiyini və aralarında olan anlaşılmamazlıq səbəbindən belə bir şikayəti verdiklərini bildirsələr də, əfsuslar olsun ki, ibtidai istintaqı aparan orqan AR CPM-nin ümumi prinsip və vəzifələrinə zidd şəkildə addım ataraq belə bir əsassız ittiham aktının tərtib olunmasına və nəticə etibarilə ittiham barədə hökmün çıxarılmasına gətirib çıxarmış hərəkətlərə yol vermişlər. Müdafiəçi qənaətincə cinayət işinin materiallarından da görünür ki, həm Məhkum2, həm də digər şəxslərin təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil edir, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmışdır və məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxarmışdır. Müdafiə tərəfi Bakı Apellyasiya Məhkəmə sinin 21.04.2021-ci il tarixli 1(103)78/2021 saylı qərarının ləğv edilməsi və Məhkum2 bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya in stansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifa yətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmün ün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətlərində məhkumların təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkumların təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin ifadələri ekspertiza rəyləri və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Apellyasiya məhkəməsinin gəldiyi qənaətə görə Z1 və Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin kafenin hesabını ödəyə bilmədiklərini, ona görə də Məhkum1, M1 M1ov, Məhkum2la birlikdə ora gələn Ş1un kafedə qaldığını görüb digər halları müşahidə etmişlər. Zərərçəkmiş şəxslərin həmçinin həmin hesabı ödəməli olmadıqlarını, Məhkum1 və sonuncu ilə birlikdə olan şəxslərin qalıq borcunun 32 manat olduğunu, bunun üçün M1 M1ovun öz mobil telefonunu kafedə girov saxladığını bilmişlər. Bu səbəbdən də məhkəmə, Z1nın təqsirləndirilən şəxslərin kafenin hesabını ödəyə bilmədiklərini hadisə yerində bilib orada kafenin hesabının qalığını ödəmək üçün Məhkum2 könüllü pul verməsinə dair iddiasının yalan olduğu qənaətinə gəlmişdir. Çünki kafedə hesabın qalıq borcunu təşkil edən 32 manatı ödəməyib sonradan bunun əvəzində zərərçəkmiş Z1nın 100 manatı könüllü verməsi ağlabatan hesab oluna bilməz və pulun verilməsi şəraiti, vaxtı və yeri də təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəmədə bu barədə verdikləri ifadələrini təkzib edir. Təqsirləndirilən şəxsləri n pulu zərərçəkmiş şəxslərdən "Qala” kafesindən çıxıb avtomobillə şəhər istiqamətində qayıdarkən, 01 avqust 2016-cı ildə gecə saat 03:30 radələrində sonuncuları avtomobildən düşürüb onlara qarşı həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla basqın edib almaları, zərərçəkmişlərin həmin vaxt xəsarət almaları və pulu təqsirləndirilən şəxslərə verdikdən sonra gecə vaxtı hadisə yerində qoyulub tərk edilmələri, təqsirləndirilən şəxslərin oradan kafeyə gedib kafenin hesabının ödənildiyini bilib oradan şahid Ş1u da götürüb şəhərə gedib qalıq pulun bir hissəsini yeyib-içməyə sərf etmələri, digər hissəsini öz aralarında bölüşdürmələri, təqsirləndirilən M1 M1ovun ona çatmış puldan özünə qol saatı alması, ələ keçirdikləri pulun 15 manat qalığını isə ibtidai istintaq orqanına təqdim edilməsi toplan mış sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxslərin elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı verdikləri ifadələri ilə məhkəmədə verdikləri ifadələri müqayisəli tədqiq edilərkən, keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəyləri ilə zərərçəkmişlərin hadisə zamanı xəsarətlər almaları, xəsarətlərin yetirilməsi mexanizmi və lokalizasiyası barədə məhkəmədə araşdırılmış ibtidai istintaq zamanı verdikləri ifadələri öz təsdiqini tapmışdır. Apellyasiya məhkəməsi qərar qəbul edərkən ibtidai istintaq zamanı verilmiş ifadələrlə ekspert rəyləri arasında uyğunluğu əsas götürərək qeyd etmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs aldığı xəsarətlər və xəsarətlərin mənşəyi, lokalizasiyası, yetirilməsi mexanizmi və vaxtı barədə ibti dai istintaqda verdiyi ifadələri məhkəmə-tibbi ekspertizasının 04 avqust 2016-cı il tarixli 79/1074 nömrəli rəyi ilə, zərərçəkmiş X17 aldığı xəsarətlər, həmin xəsarətlərin mənşəyi, lokalizasiyası, yetirilməsi mexanizmi və vaxtı barədə ibtidai istintaqda verdiyi ifadələri isə məhkəmə-tibbi ekspertizasının 04 avqust 2016-cı il tarixli, 78/1073 saylı rəyi ilə öz təsdiqini tamamilə tapmışdır. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxslərin hadisə vaxtı aldıqları xəsarətlərlə bağlı istər onların özlərinin, istərsə də təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrinin yalan olması, onların məhkəmədə elan olunaraq araşdırılmış istintaq zamanı verdikləri ifadələrinin isə işin faktiki hallarına və sübutlara uyğun olduğu qənaətinə gəlmişdir. Təqsirlə ndirilən şəxslərə könüllü pul vermələri üçün səbəb və motiv olmamışdır. Məhkəmənin gəldiyi bu qənaət həm təqsirləndirilən şəxslərin, həm də zərərçəkmiş şəxslərin hadisədən sonrakı davranışları ilə də təsdiq edilir. Belə ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsləri gecənin qaranlığında hadisə yerində qoyub avmaşına minib getmiş, sonuncular isə baş vermiş hadisə barədə DİN-nin «102» xidmətinə zəng edib məlumat vermişlər. İbtidai istintaq zamanı polis orqanlarına hadisə barədə ətraflı ifadələr verərək, məhkəmədə təqsirləndirilən şəxslərə könüllü verdiklərini iddia etdikləri 100 manatı ibtidai istintaq orqanının köməkliyi ilə geri almışlar. Məhkəmə, könüllü görülən işin və ya başqasına verilən əmlakın sonradan peşmançılıqla müşayiət oluna bilməsini mümkün hesab edir, lakin könüllülük mənf əət götürənin təziqi və təsiri ilə baş verməyibsə əmlakın qaytarılması qanunla müəyyən edilmiş başqa qaydada həyata keçirilir. Buna görə də, cinayət işi üzrə zərərçəkmiş Z1nın məhkəmədə verdiyi hadisə vaxtı 100 manatı könüllü şəkildə təqsirləndirilən şəxslərə verməsi barədə ifadələri təqsirləndirilən şəxslər - Məhkum1, M1 M1ovun və Məhkum2 bilavasitə müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirilmişdir. İşin materiallarında olan 78/1073 nömrəli 20 avqust 2016-cı il tarixli rəydən görünür ki, zərərçəkmiş X8 bədən nahiyyəsində aşkar olunmuş xəsarətlər onun sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri müəyyən edilmir. İşin materiallarında olan 78/1073 nömrəli 20 avqust 2016-cı il tarixli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs bədən nahiyyələrində olan xəsarətl ər küt əşya təsirindən törənmiş, törənmə müddəti müayinə gününə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 7-ci bəndində göstərildiyi kimi, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Bu qərarın 15-ci bəndinə əsasən, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə olunan predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və yaxud silah qismində istifadə olunan predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumların təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CP M-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum1 və Məhkum2 münasibətdə müəyyən edilməmişdir. təqsirləndirilən şəxslərin əməli Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə kollegiyası Məhkum1 kassasiya şikayətində Apellyasiya məhkəməsi tərəfindən prosessual pozuntulara yol verilərək, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 noyabr 2019-cu il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarı ilə bağlı işə baxarkən məhkəmə iclası eyni məhkəmə iclası katibinin iştirakı ilə keçirilməsinə dair vurğuladığı dəlillərlə bağlı qeyd etmək istəyir ki, həmin dəlillər də əsassızdır, təmin olunması üçün heç bir əsas yoxdur. Azərbaycan resp ublikası CPM-nin 116.2-ci maddəsində qeyd olunmuşdur ki, Şəxsin məhkəmə iclasında məhkəmə iclasının katibi qismində əvvəlki iştirakı onun sonrakı məhkəmə iclaslarında həmin qisimdə iştirakını istisna etmir. İş materiallarında olan, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 28 oktyabr 2020-ci il tarixli məhkəmə baxış iclasının protokolundan görünür ki, məhkumlar və müdafiəçilərinin iştirakları ilə keçirilmiş məhkəmə iclasında sədrlik edən tərəflərdən məhkəmənin tərkibinə və məhkəmə iclas katibinə qarşı hər hansı bir etirazın olub olmadığını soruşmuş, məhkumlar və müdafiəçiləri tərəfindən heç bir etiraz olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxslər Məhkum1 və M əhkum2 müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmiş, cinayət və cinayətprosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası. Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarı məhkumlar Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar