Məhkəmə qərarları › İş №1(102)-1470/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1470/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1470/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apelyasiya Məhk əməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarından Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azad Məcidov (sədrlik edən), Zeynal Ağayev və Səbuhi Hüseynov) 1(101)-245/2022 nömrəli 16 fevral 2022-ci il tarixli hökmü ilə 30 dekabr 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 11 (on bir) ay 13 (on üç) gün müddət nəzərə alınmaqla Məhku m1 üzərində qəti olaraq 4 (dörd) il 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2022-ci il tarixdən hesablanmışdır. Barəsində xüsusi müsadirənin tətbiq edilməməsi hökm edilmişdir. Hökmlə həmçinin X4, Məhkum3 və Məhkum4 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş-hüquqi şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Məhkum1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2019-cu ilin may ayının əvvəlindən həmin ilin noyabr ayının əvvəlinə, daha sonra 2020-ci ilin may ayının ortalarından həmin ilin may ayının axırına qədər olan müddət ərzində gecə saatlarında işlədiyi ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-nin anbarına pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq anbarın giriş qapısını içəridən açaraq daxil olaraq vahid niyyətlə davamlı olaraq hər birinin qiyməti 135 manat, ümumi dəyəri 540 manat olan 4 ədəd «zadvişka 80», hər birinin qiyməti 135 manat, ümumi dəyəri 135 manat olan 1 ədəd «zadvişka 60», hər birinin qiyməti 3,5 manat, ümumi dəyəri 87,5 manat olan 25 ədəd «şayba M10», hər birinin qiyməti 3,8 manat, ümumi dəyəri 190 manat olan 50 ədəd «şayba M8», hər birinin qiyməti 3,8 manat, ümumi dəyəri 91,2 manat olan 24 ədəd «qayka M10», hər birinin qiyməti 0,18 manat, ümumi dəyəri 270 manat olan 1.500 ədəd «köşə», hər birinin qiyməti 0,16 manat, ümumi dəyəri 80 manat olan 500 ədəd «sıxıcı vent», hər birinin qiyməti 0,77 manat, ümumi dəyəri 249,48 manat olan 324 ədəd «izolyasiya 13x18 mm», hər birinin qiyməti 1,32 manat, ümumi dəyəri 79,2 manat olan 60 ədəd «dirsək 2015 çöl diş», hər birinin qiyməti 1,58 manat, ümumi dəyəri 31,6 manat olan 20 ədəd «dirsək 32-20 iç diş», hər birinin qiyməti 1,84 manat, ümumi dəyəri 18,4 manat olan 10 ədəd «dirsək 25-20 iç diş», hər birinin qiyməti 3,88 manat, ümumi dəyəri 116,4 manat olan 30 ədəd «dirsək 32-25 çöl diş», hər birinin qiyməti 2,67 manat, ümumi dəyəri 32,04 manat olan 12 ədəd «dirsək 32- 25 iç diş», hər birinin qiyməti 1,12 manat, ümumi dəyəri 113,12 manat olan 101 ədəd «dirsək 25-15 iç diş», hər birinin qiyməti 1,38 manat, ümumi dəyəri 71,76 mana t olan 52 ədəd «dirsək 25-15 çöl diş», hər birinin qiyməti 0,98 manat, ümumi dəyəri 19,6 manat olan 20 ədəd «dirsək 20-15 iç diş», hər birinin qiyməti 0,09 manat, ümumi dəyəri 0,09 manat olan 1 ədəd «mufta 20», hər birinin qiyməti 3,42 manat, ümumi dəyəri 27,36 manat olan 8 ədəd «mufta 32-25 çöl diş», hər birinin qiyməti 2,27 manat, ümumi dəyəri 360,93 manat olan 159 ədəd «mufta 32-25 iş diş», hər birinin qiyməti 9,92 manat, ümumi dəyəri 178,56 manat olan 18 ədəd «mufta 40 çöl diş», hər birinin qiyməti 18,12 manat, ümumi dəyəri 579,84 manat olan 32 ədəd «mufta 63 çöl diş», hər birinin qiyməti 1,27 manat, ümumi dəyəri 2,54 manat olan 2 ədəd «rakor 25-20 çöl diş», hər birinin qiyməti 3,88 manat, ümumi dəyəri 3,88 manat olan 1 ədəd «mufta 25 iç diş», hər birinin qiyməti 23,12 manat, ümumi dəy əri 184,96 manat olan 8 ədəd «mufta 75 iç diş», hər birinin qiyməti 38,59 manat, ümumi dəyəri 77,18 manat olan 2 ədəd «mufta 75 çöl diş», hər birinin qiyməti 1,41 manat, ümumi dəyəri 100,11 manat olan 71 ədəd «mufta 3220 iç diş», hər birinin qiyməti 10,38 manat, ümumi dəyəri 249,12 manat olan 24 ədəd «mufta 50 çöl diş», hər birinin qiyməti 1,27 manat, ümumi dəyəri 1,27 manat olan 1 ədəd «mufta 25-20 iç diş», hər birinin qiyməti 0,92 manat, ümumi dəyəri 82,8 manat olan 90 ədəd «mufta 25-15 iç diş », hər birinin qiyməti 26,28 manat, ümumi dəyəri 289,08 manat olan 11 ədəd «amerikanka 63 çöl diş», hər birinin qiyməti 0,23 manat, ümumi dəyəri 0,23 manat olan 1 ədəd «zaqluşka 32», hər birinin qiyməti 7,99 manat, ümumi dəyəri 39,95 manat olan 5 ədəd «amerikanka 40 iç diş», hər birinin qiyməti 23, 18 manat, ümumi dəyəri 254,98 manat olan 11 ədəd «amerikanka 63 iç diş», hər birinin qiyməti 38,33 manat, ümumi dəyəri 268,31 manat olan 7 ədəd «ventil 63», hər birinin qiyməti 13,75 manat, ümumi dəyəri 123,75 manat olan 9 ədəd «ventil kafel altı 32», hər birinin qiyməti 8,94 manat, ümumi dəyəri 44,7 manat olan 5 ədəd «ventil kafel altı 25», hər birinin qiyməti 10,38 manat, ümumi dəyəri 20,76 manat olan 2 ədəd «rakor 50 çöl diş», hər birinin qiyməti 4,77 manat, ümumi dəyəri 1001,7 manat olan 210 ədəd «ventil 25», hər birinin qiyməti 0,12 manat, ümumi dəyəri 36 manat olan 300 ədəd «dirsək 20/45», hər birinin qiyməti 0,17 manat, ümumi dəyəri 5,95 manat olan 35 ədəd «keçid 32-25», hər birinin qiyməti 0,23 manat, ümumi dəyəri 0,23 manat olan 1 ədəd «traynik 25», hər birinin qiyməti 0,09 manat, ümumi dəyəri 0,09 manat olan 1 ədəd «mufta 20», hər birinin qiyməti 1,65 manat, ümumi dəyəri 75,9 manat olan 46 ədəd «silikon vent», hər birinin qiyməti 14,06 manat, ümumi dəyəri 492,1 manat olan 35 ədəd «amerikanka 50 iç diş», hər birinin qiyməti 9,17 manat, ümumi dəyəri 146,72 manat olan 16 ədəd «amerikanka 40 çöl diş», hər birinin qiyməti 4,57 manat, ümumi dəyəri 265,06 manat olan 58 ədəd «amerikanka 32 iç diş», hər birinin qiyməti 2,47 manat, ümumi dəyəri 123,5 manat olan 50 ədəd «amerikanka 20 iç diş», hər birinin qiyməti 3,88 manat, ümumi dəyəri 364,72 manat olan 94 ədəd «amerikanka 25 iç diş», hər birinin qiyməti 2,93 manat, ümumi dəyəri 52,74 manat olan 18 ədəd «amerikanka 20 çöl diş», hər birinin qiyməti 4,63 manat, ümumi dəyəri 4,63 manat olan 1 ədəd «amerikanka 25 çöl diş», h ər birinin qiyməti 1,24 manat, ümumi dəyəri 124 manat olan 100 ədəd «mufta 25-15 çöl diş», hər birinin qiyməti 7,39 manat, ümumi dəyəri 14,78 manat olan 2 ədəd «mufta 50-40 çöl diş», hər birinin qiyməti 11,7 manat, ümumi dəyəri 152,1 manat olan 13 ədəd «mufta 63 iç diş», hər birinin qiyməti 1,21 manat, ümumi dəyəri 151,25 manat olan 125 ədəd «mufta 20-15 çöl diş», hər birinin qiyməti 12,02 manat, ümumi dəyəri 192,32 manat olan 16 ədəd «mufta 50 iç diş», hər birinin qiyməti 23,87 manat, ümumi dəyəri 477,4 manat olan 20 ədəd «ventil 50», hər birinin qiyməti 1,58 manat, ümumi dəyəri 154,84 manat olan 98 ədəd «dirsək 32- 20 iç diş», hər birinin qiyməti 1,78 manat, ümumi dəyəri 106,8 manat olan 60 ədəd «dirsək 32-15 iç diş», hər birinin qiyməti 1,7 manat, ümumi dəyəri 102 manat olan 60 ədəd «ra kor 25-20 çöl diş», hər birinin qiyməti 5,06 manat, ümumi dəyəri 597,08 manat olan 118 ədəd «mufta 32-20 çöl diş», hər birinin qiyməti 28 manat, ümumi dəyəri 56 manat olan 2 ədəd «yanğın ventili 50», hər birinin qiyməti 3,5 manat, ümumi dəyəri 3,5 manat olan 1 ədəd «baçonka 40», hər birinin qiyməti 6,5 manat, ümumi dəyəri 6,5 manat olan 1 ədəd «traynik 25 bronza», hər birinin qiyməti 6,5 manat, ümumi dəyəri 6,5 manat olan 1 ədəd «ventil kəpənək 20», hər birinin qiyməti 4,5 manat, ümumi dəyəri 211,5 manat olan 47 ədəd «amerikanka 20 bronza», hər birinin qiyməti 4,5 manat, ümumi dəyəri 27 manat olan 6 ədəd «mufta 26 press», hər birinin qiyməti 0,9 manat, ümumi dəyəri 7,20 manat olan 8 ədəd «keçid 2015», hər birinin qiyməti 4,77 manat, ümumi dəyəri 9,54 manat olan 2 ədəd «ventil 25», hər biri nin qiyməti 27,9 manat, ümumi dəyəri 753,3 manat olan 27 ədəd «izofleks 203», hər birinin qiyməti 22,59 manat, ümumi dəyəri 1423,17 manat olan 63 ədəd «izofleks 152», hər birinin qiyməti 20,92 manat, ümumi dəyəri 125,52 manat olan 6 ədəd «izofleks 127», hər birinin qiyməti 17,68 manat, ümumi dəyəri 212,16 manat olan 12 ədəd «izofleks 102», hər birinin qiyməti 11,19 manat, ümumi dəyəri 805,68 manat olan 72 ədəd «sadə fleks 203», hər birinin qiyməti 4,68 manat, ümumi dəyəri 84,24 manat olan 18 ədəd «sadə fleks 102», hər birinin qiyməti 7,04 manat, ümumi dəyəri 77,44 manat olan 11 ədəd «sadə fleks 152», hər birinin qiyməti 356,92 manat, ümumi dəyəri 713,84 manat olan 2 ədəd «fankoyl MKT3- 1000G30», hər birinin qiyməti 335,67 manat, ümumi dəyəri 671,34 manat olan 2 ədəd «fankoyl MKT3-80031», h ər birinin qiyməti 184,83 manat, ümumi dəyəri 369,66 manat olan 2 ədəd «fankoyl MKF5-300», hər birinin qiyməti 289 manat, ümumi dəyəri 1734 manat olan 6 ədəd «fankoyl MKF5-250», hər metrinin qiyməti 1,4 manat, ümumi dəyəri 1122,8 manat olan 802 metr «rot M10», hər metrinin qiyməti 0,9 manat, ümumi dəyəri 775,8 manat olan 862 metr «rot M8», hər metrinin qiyməti 2 manat, ümumi dəyəri 808 manat olan 404 metr «profil C», hər birinin qiyməti 17,04 manat, ümumi dəyəri 3834 manat olan 225 ədəd «pult bv», hər kvadrat metrinin qiyməti 8 manat, ümumi dəyəri 1008 manat olan 126 kvadrat metr «izolyasiya 13mm», hər qutusunun qiyməti 7,04 manat, ümumi dəyəri 91,52 manat olan 13 qutu «fleks sadə 152 mm», hər qutusunun qiyməti 5,84 manat, ümumi dəyəri 99,28 manat olan 17 qutu «fleks sadə 127 mm», hər biri nin qiyməti 0,18 manat, ümumi dəyəri 810 manat olan 4500 ədəd «köşə», hər birinin qiyməti 0,16 manat, ümumi dəyəri 320 manat olan 2000 ədəd «sıxıcı vent», hər qutusunun qiyməti 130 manat, ümumi dəyəri 520 manat olan 4 qutu «led işıq», hər birinin qiyməti 5,2 manat, ümumi dəyəri 473,2 manat olan 91 ədəd «vintil 15 mm dəmir proaqro», hər birinin qiyməti 32 manat, ümumi dəyəri 64 manat olan 2 ədəd «vintil 50 mm dəmir proaqro», hər birinin qiyməti 18,2 manat, ümumi dəyəri 54,6 manat olan 3 ədəd «vintil 40 mm dəmir proaqro», hər birinin qiyməti 22,36 manat, ümumi dəyəri 22,36 manat olan 1 ədəd «vintil 32 mm dəmir proaqro», hər birinin qiyməti 13,94 manat, ümumi dəyəri 1352,18 manat olan 97 ədəd «vintil 25 mm dəmir proaqro», hər birinin qiyməti 7,6 manat, ümumi dəyəri 53,2 manat olan 7 ədəd «v intil 20 mm dəmir proaqro», hər birinin qiyməti 0,55 manat, ümumi dəyəri 16,5 manat olan 30 ədəd «mufta 20 mm rezba», hər birinin qiyməti 7,22 manat, ümumi dəyəri 7,22 manat olan 1 ədəd «vintil amerikanka 20 mm», hər birinin qiyməti 17,38 manat, ümumi dəyəri 34,76 manat olan 2 ədəd «vintil amerikanka 25 mm», hər birinin qiyməti 20,49 manat, ümumi dəyəri 40,98 manat olan 2 ədəd «amerikanka 32 mm» vintili gizli olaraq talayıb cəmi 28.464,1 manat məbləğində, daha sonra 10 iyun 2020-ci il tarixdə gecə saatlarında tanışı Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında həmin anbara pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq anbarın giriş qapısını içəridən açaraq daxil olaraq vahid niyyətlə davamlı olaraq oradan hər birinin qiyməti 4 manat, ümumi dəyəri 8 ma nat olan 2 ədəd «slikon qri», hər birinin qiyməti 15 manat, ümumi dəyəri 135 manat olan 9 ədəd «fleks sadə 203», hər metrinin qiyməti 0,9 manat, ümumi dəyəri 25,2 manat olan 28 metr «rot M8», hər birinin qiyməti 356,92 manat, ümumi dəyəri 713,84 manat olan 2 ədəd «fankoy MKT3-1000», hər birinin qiyməti 35 manat, ümumi dəyəri 35 manat olan 1 ədəd «fleks 203 izolyasiyalı», hər birinin qiyməti 11,7 manat, ümumi dəyəri 140,4 manat olan 12 ədəd «rakor 63 iç diş», hər birinin qiyməti 10,38 manat, ümumi dəyəri 249,12 manat olan 24 ədəd «rakor 50 çöl diş», hər birinin qiyməti 1,58 manat, ümumi dəyəri 126,4 manat olan 80 ədəd «uqolnik 32-20 iç diş», hər birinin qiyməti 1,21 manat, ümumi dəyəri 42,35 manat olan 35 ədəd «rakor 20-15 çöl diş», hər birinin qiyməti 1,27 manat, ümumi dəyəri 163,83 manat olan 129 ədəd «rakor 25-20 iç diş», hər birinin qiyməti 1,41 manat, ümumi dəyəri 14,1 manat olan 10 ədəd «rakor 32-20 iç diş», hər birinin qiyməti 1,7 manat, ümumi dəyəri 103,7 manat olan 61 ədəd «rakor 25-20 çöl diş», hər birinin qiyməti 3,42 manat, ümumi dəyəri 471,96 manat olan 138 ədəd «rakor 32-25 çöl diş», hər birinin qiyməti 23,12 manat, ümumi dəyəri 23,12 manat olan 1 ədəd «rakor 75 iç diş», hər birinin qiyməti 1,84 manat, ümumi dəyəri 92 manat olan 50 ədəd «uqolnik 25-20 çöl diş», hər birinin qiyməti 1,38 manat, ümumi dəyəri 13,8 manat olan 10 ədəd «uqolnik 25-15 çöl diş», hər birinin qiyməti 9,17 manat, ümumi dəyəri 64,19 manat olan 7 ədəd «amerikanka 40-32 çöl diş», hər birinin qiyməti 223,27 manat, ümumi dəyəri 1116,35 manat olan 5 ədəd «fankoyl MKT3- 400 G30», hər birinin qiym əti 0,14 manat, ümumi dəyəri 1.050 manat olan 7.500 ədəd «köşə 25», hər metrinin qiyməti 1,3 manat, ümumi dəyəri 2.210 manat olan 1.700 metr «fiəns 25mm», hər birinin qiyməti 0,14 manat, ümumi dəyəri 210 manat olan 1.500 ədəd «klips 25mm», hər birinin qiyməti 0,14 manat, ümumi dəyəri 70 manat olan 500 ədəd «klips 25mm», hər metrinin qiyməti 1,3 manat, ümumi dəyəri 260 manat olan 200 metr «fiəns 25», hər metrinin qiyməti 1,3 manat, ümumi dəyəri 130 manat olan 100 metr «fiəns 25», hər qutusunun qiyməti 4,5 manat, ümumi dəyəri 9 manat olan 2 qutu «çonra 13mm», hər kvadrat metrinin qiyməti 8 manat, ümumi dəyəri 720 manat olan 90 kvadrat metr «izolyasiya 13 mm yapışqan», hər kvadrat metrinin qiyməti 7 manat, ümumi dəyəri 840 manat olan 120 kvadrat metr «izolyasiya 10 mm yapışqan», hər birinin q iyməti 7,60 manat, ümumi dəyəri 486,4 manat olan 64 ədəd «dəmir proaqro 20 mm» vintili gizli olaraq talayıb cəmi 9523,76 manat məbləğində, daha sonra 14, 21 və 26 iyun 2020-ci il tarixlərdə gecə saatlarında tanışı Məhkum4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında həmin anbara pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq anbarın giriş qapısını içəridən açaraq daxil olaraq vahid niyyətlə davamlı olaraq oradan hər birinin qiyməti 7,60 manat, ümumi dəyəri 1276,8 manat olan 168 ədəd «vintil dəmir proaqro 20 mm», hər birinin qiyməti 434,47 manat, ümumi dəyəri 1303,41 manat olan 3 ədəd «fancoil», hər birinin qiyməti 1,07 manat, ümumi dəyəri 2.990,65 manat olan 2795 ədəd «flans», hər birinin qiyməti 8,31 manat, ümumi dəyəri 74,79 manat olan 9 ədəd «Meta-flexiva U ninsulated Flex metalized - none 152», hər birinin qiyməti 11,19 manat, ümumi dəyəri 2349,9 manat olan 210 ədəd «Meta-flexiva Uninsulated Flex metalized - none 203», hər kvadrat metrinin qiyməti 8,5 manat, ümumi dəyəri 1071 manat olan 126 kvadrat metr «izolyasiya 13 mm», hər kvadrat metrinin qiyməti 7,08 manat, ümumi dəyəri 5210,88 manat olan 736 kvadrat metr «izolyasiya 9 kv.m (10 kv.m)», hər birinin qiyməti 1,27 manat, ümumi dəyəri 266,70 manat olan 210 ədəd «rakor 25-20 iç/d», hər birinin qiyməti 1,38 manat, ümumi dəyəri 13,8 manat olan 10 ədəd «rakor 25-15 iç/d», hər birinin qiyməti 1,21 manat, ümumi dəyəri 66,55 manat olan 55 ədəd «rakor 20-15 çöl /d», hər birinin qiyməti 0,94 manat, ümumi dəyəri 836,6 manat olan 890 ədəd «rot M-8», hər birinin qiyməti 1,59 manat, ümumi dəyəri 1.275,18 manat olan 802 ədəd «rot M-10», hər birinin qiyməti 135 manat, ümumi dəyəri 2.025 manat olan 15 ədəd «zadvişka 8 mm», hər birinin qiyməti 7,6 manat, ümumi dəyəri 53,2 manat olan 7 ədəd «vintil dəmir proaqro», hər birinin qiyməti 16,5 manat, ümumi dəyəri 511,5 manat olan 31 ədəd «pl amerikanka 63/50 i/d-ç/d», hər birinin qiyməti 9 manat, ümumi dəyəri 225 manat olan 25 ədəd «pl amerikanka 40/32 i/d», hər birinin qiyməti 3,5 manat, ümumi dəyəri 84 manat olan 24 ədəd «qayka M10», hər birinin qiyməti 3,5 manat, ümumi dəyəri 280 manat olan 80 ədəd «şayba M10», hər birinin qiyməti 1,42 manat, ümumi dəyəri 1109,02 manat olan 781 ədəd «25/20 mm iç/d» dirsək rekorunu gizli olaraq talayıb cəmi 21.023,98 manat məbləğində, daha sonra 28 iyun 2020-ci il tarixdə gecə saatlarında tanışları Məhkum2 və Məhkum3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında həmin anbara pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq anbarın giriş qapısını içəridən açaraq daxil olaraq vahid niyyətlə davamlı olaraq oradan hər birinin qiyməti 1,84 manat, ümumi dəyəri 283,36 manat olan 154 ədəd «dirsək retor 25/20 mm iç/d», hər birinin qiyməti 1,69 manat, ümumi dəyəri 196,04 manat olan 116 ədəd «dirsək retor 32/25 mm iç/d», hər birinin qiyməti 0,1 manat, ümumi dəyəri 350 manat olan 3500 ədəd «mufta 20», hər birinin qiyməti 2,27 manat, ümumi dəyəri 908 manat olan 400 ədəd «mufta 32/25 rezbalı», hər birinin qiyməti 23,12 manat, ümumi dəyəri 971,4 manat olan 42 ədəd «mufta 46/63 rezbalı», hər birinin qiyməti 0,77 manat, ümumi dəyəri 99,33 manat olan 129 ədəd «izolyasiya 18/13», hər bi rinin qiyməti 2,5 manat, ümumi dəyəri 262,5 manat olan 105 ədəd «baçonka 20 br», hər birinin qiyməti 0,23 manat, ümumi dəyəri 210,68 manat olan 916 ədəd «qapama 32 payka», hər birinin qiyməti 130 manat, ümumi dəyəri 4.550 manat olan 35 ədəd «led» işığı gizli olaraq talayıb 7830,95 manat məbləğində olmaqla zərərçəkmiş-hüquqi şəxs "xxxx" MMC-nə ümumilikdə 66.842,79 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Zəki Babayev) 1(103)-827/2022 nömrəli 28 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli hökmü Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin təsis çisi Nümayəndə1, Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı ləğv edilməsi və onun əməlini Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif etməklə Məhkum1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ilə məhkumun əməli düzgün tövsif edilməmiş və ona təyin edilmiş cəza törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcə sinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmadığı üçün hədsiz ağırdır və bu mənada ədalətli cəza kimi xarakterizə oluna bilməz. Belə ki, iş materiallarından göründüyü kimi "xxxx" MMC-yə dəymiş 66.842,79 manat məbləğində maddi zərərdən 29.029 manat məbləğində mallar Şahid1, 483,68 manat dəyərində mallar Eldəniz adlı şəxsdən, 1273,60 manat dəyərində mallar Xəyyam adlı şəxsdən, 9203,96 manat dəyərində mallar isə Xəyal adlı şəxsdən geri alınaraq "xxxx" MMC-yə qaytarılmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən və şahid ifadələrindən də aydın göründüyü kimi yalnız zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindəki səhlənkarlıqlar səbəbindən heç zaman MMC-nin anbarına hansı məbləğdə və hansı adlarda malla rın-avadanlıqların daxil olub-olmamasının, eləcə də anbardan çıxarılan malların qeydiyyatı-uçotu aparılmamaqla, qısa zaman ərzində tez-tez dəyişilən anbardarlar arasında da ümumiyyətlə hər hansı bir təhvil-təslim işləri aparılmamışdır. İş materiallarından da göründüyü kimi zərərçəkmiş hüquqi şəxs ”Bakvent” MMC-nə dəymiş maddi ziyan hüquqlarını müdafiə etdiyi Məhkum1 tərəfindən tam olaraq ödənildiyindən ‘‘Bakvent” MMC-nin nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək Cəmiyyətə dəymiş maddi ziyanın təqsirləndirilən şəxs Məhkum1 tərəfindən tam olaraq ödənildiyini və Məhkum1 qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı ilə hüquqlarını Məhkum1 təyin edilmiş cəzanın hədsiz ağır o lduğundan, onun gənc, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, özünü qismən təqsirli bilməklə əməlindən peşmançılıq çəkməsini, həmçinin, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə dəymiş maddi ziyanı tam olaraq ödəməsini, ailəsinin tək oğul övladı olmaqla, himayəsində xəstə anasının olmasını cəzanı yüngülləşdirən hallar kimi tam nəzərə almadığından, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı təyin edilən cəzanın ağırlığına və təqsirləndirilən şəxsin şəxsiyyətinə qəti uyğun olmaması səbəbindən dəyişdirilməli və Məhkum1 cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri olan, humanizm prinsipi nəzərə alınmaqla, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177. 2.4-cü maddələrinə tövsif edilməklə, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelya siya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum X3 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nə ticəni əsaslı hesab edir. Kassasiya şikayətinin başlıca dəlili Məhkum1 əməlinə düzgün hüquqi qiymət verilməməsidir. Kassator hesab edir ki, məhkumun əməli Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməlidir. O, zərərçəkmiş - hüquqi şəxsə külli miqdarda maddi ziyan vurmamış, ona görə də onun əməlinin Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə tövsif edilməsi üçün Azərbaycan Respublikası CM-in 177.1 və 177.2-ci maddəsində nəzərdə tutulmuş oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməli külli miqdarda ziyan vurulmaqla törədilməlidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsin ə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İşin materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərə k belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum1 zərərçəkmiş hüquqi-şəxs "xxxx" MMC-nin anbarına pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq anbarın giriş qapısını içəridən açıb daxil olaraq vahid niyyətlə davamlı olaraq külli miqdarda ziyan vurmaqla talama əməli törətmişdir. İş materiallarında qeyd edilmiş hadisənin gedişatı, hadisənin məhz hökmün təsviri hissəsində qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadəsi ilə yanaşı, digər təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuş və bununla da təqsirləndirilən şəxs Məhkum1 məhz külli miqdarda oğurluq əməlini törətməsi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan sübutlardan görünür ki, törədilən oğurl uq cinayəti nəticəsində "xxxx" MMC-yə ümumilikdə 66.842,79 manat məbləğində, yəni külli miqdarda ziyan dəyişdir. Odur ki, birinci instansiya və apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara düzgün qiymət verib, məhkumun əməli düzgün olaraq CM-in 177.3.2-ci maddəsi ilə tövsif olunmuşdur və əməlin CM-in 177,2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq orqanı, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sü butlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Odur ki, Məhkum1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməlinin həmin maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Bundan əlavə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmü ş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlinin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum1 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş h allardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apelyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apelyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 barəsində 28 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum1 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar