Məhkəmə qərarları › İş №1(102)-1471/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1471/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1471/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli,1(103)-877/2021 nömrəli qərarından Məhkum müdafiəçisi M üdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Məhkum xx xxxxxxxx 1986-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Şabran rayonu, Gilavar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır. 2. 18 noyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli,1(101)-429/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutula n cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 il 06 ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-419/2019 saylı hökmü ilə Məhkum təyin edilmiş 02 il 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, 01 il 11 gün müddətinə aza dlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə təqsirləndirilən şəxs Məhkum 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

4. Həmin hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 1(101)-429/2021 saylı hökmünün ləğv edilməsi və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir

5. Bakı Apellyasiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(103)-877/2021 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 1(101)-429/2021 saylı hökmündən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Məhkum Azərbaycan Respub likası CM-nin 228.1 və 234.4.3-cü maddələrilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tayin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona cinayətlərinin məcmusu üzrə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-419/2019 saylı hökmü ilə Məhkum təyin edilmiş 02 (iki) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, 01 il 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, hazırkı qərarla ona təyin edilmiş cəzaya qismən birləşdirilmiş və hökmlərin məcmusu üzrə Məhkum üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(103)-877/2021 saylı qərarından Məhkum tərəfindən kassasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir.

7. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarı ləğv edilməsini və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.

8. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kasassiya şikayətini geri göturməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2021-ci il tarixli, 1(102)-1 542/2021 saylı qərarı ilə məhkum tərəfindən verilmiş ərizə təmin edilmiş, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır

10. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

10. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətdə hüquqlarını müdafiə etdiyi şəxsin əsassız məhkum edildiyini iddia edərək, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-877/2021 saylı cinayət işi üzrə 02 iyun 2021-ci il tarixli qərarını ləğv edərək, cinayət işinin yeni apellyasiya baxışına qaytarıl masını xahiş edir. 11.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Hüquqi məsələlər 12.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 13.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 14.Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 15.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 16.Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxs Məhkum əməlində cinayət tərkibinin olmadığını nəzərə alaraq ona bəraət verilməli olduğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. 17.Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 18.Məhkum ona ittihamla istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

10. Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.2-cü maddələri ilə nəzərdə tutulan cinayətin əlamətlərinin olmamasına dair hazırki kassasiya şikayətinin dəlilləri, onların əksini iddia edən dövlət ittihamçısının apellyasiya protestinə apellyasiya instansiyası məh kəməsində baxılarkən ətraflı təhlil edilmiş, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, toplanmış və tədqiq olunmuş digər mötəbər və təkzibedilməz sübutlarla müqayisədə əsassız olması haqqında nəticəyə gəlmişdir.

11. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.2-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərə k, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

12. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi qənaəti işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar apellyasiya instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edildiyindən və apellyasiya instansiyası məhkəməsi öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

13. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclasında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

14. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 iyun 2021-ci il tarixli, 1(103)-877/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 iyun 2021-ci il tarixli, 1(103)-877/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. I.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar