Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1471/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və məhkum X13 müdafiəçisi Müdafiəçi7 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü ilə X13 Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 32.5,178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 dekabr 2022-ci il tarixli hökmündən məhkum X13 müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X21, (sədrlik edən), X14 və X9 ibarət tərkibdə) 20 may 2022-ci il tarixli hökmü ilə xx xxxxx 1962-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, Lənkəran şəhəri, Ş.Zahid küçəsi döngə 2, mənzil 16-da qeydiyyatda olub yaşamış X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmə kdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi- məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 ( iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 03 (üç) il müddətə dövlət və y erli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəli 20 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməsi, onun barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalında həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş dir. Hökmlə digər şəxslər- X3, Məhkum2, Məhkum3, Məhkum5 da məhkum olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsi ilə, X19 və X11 ibarət tərkibdə) 8 dekabr 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmişdir. Məhkumlar X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 294.3, 32.4, 308.2, 32.4, 313 və 320.2-ci maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 308.2 və 313-cü maddələri ilə, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 308.2 və 313-cü maddələri ilə, Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 314.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü Məhkum5 aid hissədə ləğv edilmişdir. Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməm işdir. Məhkum5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 08 dekabr 2022-ci il tarixdən hesablanmış, Məhkum5 məhkəmə iclas zalından dərhal həbs edilmişdir. Məhkum5 cəzaçəkmə müəssisəsinə etap olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmiş, hökm digər məhkumların barələrində və qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 308.2 və 313-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən, o, 2004-cü il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsində pensiya sektorunun məsləhətçisi vəzifəsində işləyərkən vəzifə təlimatına ə sasən təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi; qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi; pensiyaların təyin olunması və yenidən hesablanması üçün ərizələrə, zəruri olan digər sənədlərə baxılmasını, pensiyaçıların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasının həyata keçirilməsi; vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinin və baxılmasının təmin edilməsi; pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin həyata keçirilməsi; pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında iştirak etməklə zə ruri tədbirlərin yerinə yetirilməsi; pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektorunun aidiyyəti işçilərinə təqdim edilməsi; xidmət etdiyi sahə üzrə pensiya işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak edilməsi; təhkim olunduğu sahə üzrə pensiyaçıların sayı və pensiya məbləği barədə məlumatların tərtib edilməsi; müraciət edən vətəndaşlarla pensiya sahəsində qanunvericiliyə, pensiyaçıların hüquq və imtiyazlarına dair izahat işinin aparılması; vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi 2013- cü ilin may ayında müvafiq hüququ olmadığı halda pensiya alınması üçün köməklik göstərilməsi barədə özünə müraciət etmiş Bakı şəhər sakini X1 təhriki ilə həmin sektorun müdiri vəzifəsində işləyən Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Müqavimət Kələntərovun Bakı şəhəri, Cənub buxtası ünvanında yerləşən "xxxx" QSC-nin Bibiheybət Gəmi təmiri Zavodunun (“İ.Allahverdiyev” adına Gəmitəmirigəmiqayırma zavodu) işləməməsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə müraciət etmək hüququnun olmamasına baxmayaraq sonuncu ilə razılaşıb sövdələşərək əmək pensiyasının şəxsin (ərizəçinin) daimi ya şadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilməsinin müəyyən edilməsinə və sonuncunun Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 3 ünvanında qeydiyyat üzrə yaşamaqla pensiya almaq üçün tələb olunan sənədlərlə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə müraciət etməli olmasına baxmayaraq, özünün və Məhkum3 həmin pensiyanı saxta sənədlər əsasında işlədikləri Lənkəran rayon şöbəsində təyin edə biləcəklərinə dair məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edəcəklərini Məhkum1 qabaqcadan vəd etmələri ilə əlaqədar 2013-cü ilin may ayının əvvəllərindən həmin ilin noyabr ayının ortalarınadək olan müddətdə bilə-bilə qeyd olunan saxta sənədlərdən, yəni, xx.xx.2013-cü il tarixli əri zə, 1/281 nömrəli xx.xx.2014-cü il tarixli arayış, ******* nömrəli dublikat əmək kitabçası və 168 nömrəli xx.xx.2009-cu il tarixli arayışdan istifadə etməklə onları işlədiyi ünvan 4 ünvanında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinin pensiya sektoruna qəbul edib, Məhkum1 1995-2008ci illərdə “İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmi Qayırma zavodu”nun Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektirik-qaynaqçı peşəsində işləməsi ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması xahişini nəzərə alıb, sonuncunun təqdim etdiyi həmin sənədlər üzrə qeyd edilən şöbədə araşdırma aparılan zaman saxta əmək kitabçasında 1995-ci ildən deyil, 1996-cı ildən həmin sahədə işləməsinin göstərilməsi müəyyə n edildiyindən özünün və Məhkum3 məsləhət və istiqamətləndirməsi ilə 1995-ci ildən qeyd edilən zavodda işləməsinə dair saxta arayış əldə edilməsində köməklik göstərilməsindən ötrü həmin müddətdə yenidən qeyd olunan zavodun məsul işçisi Məhkum2 müraciətinə əsasən, sonuncunun rəsmi sənəd hesab edilən xx.xx.2009-cu il tarixli, 164 nömrəli arayışa guya Məhkum1 xx.xx.1995-ci ildən (ƏMR K-02, xx.xx.1995) xx.xx.2008-ci ilə qədər (Əmr 149k xx.xx.2008) İ.Allahverdiyev adına Gəmi Təmiri zavodunda əl ilə eiektirik- qaynaqçısı işləməsi barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi imzalı və zavodun möhürü ilə təsdiq edilmiş həmin arayışı Məhkum1 qəbul edib, Məhkum3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində sövdələşməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Məhkum1 üçün qa nunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək qeyd edilən saxta sənədlər əsasında şəxsi niyyətlə rəsmi sənəd hesab edilən DSMF- nin Lənkəran rayon şöbəsinin xx.xx.2013-cü il tarixli qərarının məzmununa şəxsi niyyətlə Məhkum1 barəsində yaşa görə güzəştli (1-ci Siyahı) ömürlük əmək pensiyası təyin edilməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib həmin qərarın qeyd olunan şöbədə təsdiq olunması nəticəsində 1973-2006-cı illər üzrə cəmi 31 il 5 ay 18 gün sosial sığorta stajına əsasən xx.xx.2013-cü il tarixdən aylıq 151,23 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasına, xx.xx.2008-xx.xx.2013- cü il dövrü üzrə 8.628,56 manat fərq məbləğinin 2013-cü ilin iyul ayında birdəfəlik olaraq adına "xxxx" ASC-də açılmış **********277996 nömrəli plastik kart hesabına köçürülməsinə nail olaraq həmin məbləği, habelə, özü, Məhkum3 və Məhkum1 aralarındakı cinayətkar razılaşmaya əsasən, sonuncunun barəsində xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın aylıq məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqlarına münasib hesablanmasından ötrü xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan müddətdə İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işləyibişləməməsinin müəyyən edilməsi ilə əlaqədar DSMF-nin Lənkəran rayon şöbəsinin sabiq müdiri Şahid8 tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli 54/2559 nömrəli sorğunun icrası ilə əlaqədar həmin Fondun Səbail rayon şöbəsinin müşai yət məktubu ilə göndərdiyi zavodun "paketlər və arayışlar üçün” möhürü ilə təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, məzmunu "Məhkum1 xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işləməsi» barədə olan aktı saxta olduğunu bilə-bilə sonuncunun pensiya sənədlərinə əlavə etməsinə nail olub, eyni niyyətlə, Məhkum1 xx.xx.2013- cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə ərizə ilə müraciətlə pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 20042005-ci illərin əmək haqqına əsasən hesablanması xahişini nəzərə alaraq, xx.xx.2013-cü il tarixli 54/2664 nömrəli cavab məktubu ilə müraciətinin təmin olunmasının mümkün olmaması barədə həmin məktubu Məhkum1 təqdim etdikdən sonra bu məsələnin həll olunmasına dair Lənkəran rayon məhkəməsinə müraciət üçün hüquqi əsasının olması görüntüsü yaratmaqla sonuncunun 2014-cü ilin yanvar ayında Lənkəran rayon məhkəməsinə müraciət edilməklə pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən təyin olunmuş əmək pensiyasının aylıq məbləğinin həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqqına əsasən hesablanması xahişinə əsasən xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işlədiyi illərin iş stajı faktı kimi müəyyən edilməsi barədə həmin Məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsini n çıxarılmasına nail olub həmin qətnamənin DSMF-nin Lənkəran rayon şöbəsinə icra üçün təqdim edilməsindən sonra Məhkum1 barəsində təyin edilmiş həmin pensiyanın xx.xx.2008-ci il tarixdən yenidən hesablanmasına, 2013-cü ilin dekabr ayında pensiyanın aylıq məbləğinin 890 manata çatdırılmasına, xx.xx.2013-cü ilədək olan dövr üzrə 54.172 manatın, 2014-cü ilin may ayında yenidən hesablanmaqla yaranmış 13.278,61 manat fərq məbləğinin xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixlərdə "xxxx" ASC-də olan plastik kart hesabına köçürülməsinə, aylıq pensiya məbləği təyin olunduğu tarixdən əmək pensiyalarının baza hissəsinin artırılmasına və sığorta hissəsinin indeksləşdirməsinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq artırılmaqla xx.xx.2019-cu il tarixdən 1. 526,29 manata çatdırılmasına nail olmaqla, qeyd edilən plastik kart hesabına ümumilikdə köçürülmüş cəmi 164.256,63 manat məbləğində pul vəsaitinin həmin müddət ərzində Respublikanın müxtəlif rayonları və Bakı şəhərində olan bankomatlar vasitəsilə Müqavimət Kələntərov tərəfindən həmin hesabdan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilərək aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq ələ keçirilməklə dələduzluq cinayətinin törətməsində Məhkum3la qabaqcadan əlbir olan bir qrup şəxs halında köməkçi qismində iştirak etmiş, Müqavimət Kələntərovun təhriki ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin pensiya təyinatının və məbləğlərin müəyyən edilməsinin qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün və buna əsas olan s ənədlərin obyektiv qiymətləndirilməklə aparılması, habelə pensiya hüququnun yaranması və hesablanması əsaslarının hüquqi müstəvidə düzgün araşdırılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla Məhkum3la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Müqavimət Kələntərovun təhriki ilə vəzifəli şəxs qismində rəsmi sənədin məzmununa Məhkum3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli hökmü əsassız və qanunsuzdur, maddi və prossesual hüquq normalarını kobud surətdə pozulması i lə qəbul edilmiş, istər ibtidai istintaq, istərsə də məhkəmədə işin faktiki halları tam, obyektiv araşdırıldığı halda, işdə olan sübutlar düzgün qiymətləndirilməmiş, yalnız ittiham aktına istinad edilməklə, məhkəmə araşdirması zamanı müəyyən edilmiş hallara, faktlara istinad edilmədən, obyektiv hüquqi qiymət verilmədən Qiyas Babayevin hərəkətləri cinayət əməli kimi düzgün tövsif edilməmiş, ona əsassız olaraq yuxarıda qeyd olunan maddələrlə ittiham verilmiş və bunun nəticəsində əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Belə ki, X20 istər ibtidai araşdirma zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı verdiyi ifadələrində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonar CM) 32.5, 178.3.2, 308.2 və 313-ci maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilməmiş, heç kimlə əlbir olub cinayət hadisəsi törətməmiş, saxtakarlıq etməmiş, vəzifəsində suiistifadə hallarına yol verməmişdir. Kimlərinsə də dələduzluq etməsinə köməklik göstərməmiş, saxta yolla pensiya almaqla bağlı kiməsə istiqamət verməmişdir. X4 adında şəxsi əvvəllər tanımamış, istintaq orqanı tərəfindən araşdirma aparılanadək belə bir şəxsə pensiya təyin edilməsindən məlumatı, xəbəri olmamışdır. Məhkum1 DSMF-nun Lənkəran rayon şöbəsinə ərizə ilə müraciət etməsindən, onun ərizəsinin qəbul olunmasından, ona məsləhətlər verilməsindən və yaxud da digər sənədlərin tərtib edilməsindən xəbəri olmamış, bu halların şahidi olmamış, Məhkum1 pensiya işi ilə bağlı Məhkum3la heç bir danışığı olmamış, Məhkum1 arayış tələb etməmiş, ümumiyyətlə onunla heç bir əlaqəsi olmamışdır. P ensiya təyinatı ilə bağlı tərtib edilmiş aktin arxasında onun adı qeyd edilmiş, lakin onun həmin aktdan xəbəri olmamış və onu imzalamamışdır. Məhkum X13 ifadəsi işdə olan, məhkəmə araşdırması zamanı müəyyən edilən hallarla tam təsdiqini tapmışdır. Belə ki, məhkum X3 həm istintaq zamanı, həm də məhkəmə araşdırmaları zamanı verdiyi ifadəsində X17 tanımadığını, pensiya işi ilə bağlı ona müraciət etmədiyini, istintaq zamanı ifadəsində Qiyas Babayevi 2014-cu ildə bir dəfə Lənkəran rayon məhkəməsində gördüyünü və orada Q.Babyevin ona “sakit qal qoy məhkəmə qərarını çıxartsın“ deməsini ( Məhkum4 isə prosses zamanı Məhkum1 danışdığından ona sakit qalmağı, məhkəməni dinləməyi söyləmişdir) göstərmişdir. Həm də göstərmişdir ki, onunla tanımadığı bir şəxs məhkəməyə getmiş, sonradan Qiyas Babayev olduğ unu bilmişdir. Məhkəmə zamanı verdiyi ifadəsində Məhkum4 verdiyi ifadəni təsdiq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum3 da ifadələrində Məhkum1 pensiya işi ilə bağlı X16 hər hansı bir tapşırıq vermədiyini, Məhkum4 həmin işlə məşğul olmadığını, ona pensiya təyin edilməsindən, təyin olunmuş pensiya pulunun alınmasından məlumatı olmadığını, Məhkum1 pensiya işi ilə bağlı onunla Məhkum4 arasında hər hansı danışıq, razılıq, sövdələşmə olmadığını, Qiyas Babayevlə Məhkum1 heç bir köməklik göstərmədiyini, ona hər hansı bir istiqamət vermədiyini bildirmişdir. Məhkum1 pensiya işi ilə kimin məşğul olduğunu xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş DSMF-nun Lənkəran rayon şöbəsinin müdiri Şahid8 ifadəsində göstərmişdir ki, Qiyas Babayev Məhkum1 pensiya işi ilə bağlı ona müraciət etməmiş, o da öz növbəsində Məhkum4 Məhkum1 pensiya işi ilə bağli heç bir göstəriş verməmişdir. Məhkum1 yaşayış yerinin Məhkum4 xidməti sahəsi olduğunu xatırlamır. Digər məhkumlar- Məhkum2 və Məhkum5 da ifadəslərində Qiyas Babayevlə nə tanışlıqları olmasını, nə də əlaqələri olmadığını, onu istintaqa kimi tanımadıqlarını bildirmişlər. Cinayət işində Məhkum4lə bağlı başqa heç bir sənəd, ifadə, sübut, dəlil yoxdur. Hökmdə bilavasitə Gəmi Qayırma zavodunda aparılmış saxtakarlıqla bağlı dindirilmiş bir necə şəxsin ifadəsinə və həmin sənədlərlə bağlı keçirilmiş ekspertiza rəylərinə istinad edilmişdir ki, bu ifadələrin və ekspertiza rəylərinin məhkum X16 heç bir aiddiyyəti yoxdur. Məhkəmələr hökmdə X13 ifadələrini özünü müdafiə kimi qiymətləndirmiş və onun əməlinin iş materialların da olan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq edildiyini göstərmişdir. Lakin hökmdə bu mötəbər və təkzibolunmaz sübutların nədən ibarət olduğu göstərilməmiş, onun cinayət əməli əsaslandırılmamışdır. Çünki olmayan cinayət əməlini əsaslandırmağa hər hansı bir sübut da işdə yoxdur. Məhkum1 pensiya təyin edilməsi barədə xx.xx.2013-cu il tarixli Qərarın 1-ci siyahısının sonunda “Məhkum4” sözü yazılmış, nə yazı xətti Məhkum4 məxsus deyildir, nə də həmin sənəd Məhkum4 tərəfindən imzalanmamışdır. Bu dəlil məhkəmə ekspertizasının rəyi ilə də təsdiq olunmuşdur ki, həmin sənədlər Məhkum4 tərəfindən icra edilməmişdir. Bundan başqa, Məhkum1 Lənkəran şəhərində yaşaması barədə arayışdan görünür ki, o Lənkəran şəhərinin ərazisində yaşamış, Qiyas Babayevin xidməti ərazisi isə həmin dövrdə Lənkəran rayonunun kənd ərazisini- Girdənin kəndini əhatə etmişdir. Bu da Məhkum4 həmin pensiya işi ilə heç cür məşğul ola bilməyəcəyini göstərir və təsdiq edir. Ona görə də müdafiə tərəfi hesab edir ki, ittihamın məhkum X16 heç bir aidiyyəti yoxdur və məhkəmə araşdırılaması zamanı ona verilmiş ittihamda qeyd olunan cinayət əməli sübuta yetirilməmişdir. Onun hərəkətlərində cinayət əməli yoxdur, onun barəsində CM-in 32.5, 178.3.2, 308.2-ci maddələri ilə əsassız və qanunsuz hökm çıxarılmışdır. İşdə Məhkum4 cinayət əməli törətməsinə dair heç bir sübut yoxdur. Kassasiya şikayətində məhkum X13 Azərbaycan Respublikası CM-in 32.5, 178.3.2, 308.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 dekabr 2022-ci il tarixli hökmünün X20 barəsində olan hissəsi əsassız və qanunsuz olduğundan və Məhkum4 hərəkətlərində cinayət əməli olmadığından hökmü həmin hissədə ləğv edərək Məhkum4 münasibətdə bəraətverici əsasla cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olu nan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkum X13 Cinayət Məcəlləsinin 32.5, 178.3.2, 308.2-ci maddələri ilə məhkum edilməsi mübahisələndirlməklə ona bəraət verilməsi iddia olunur. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Bununla əlaqədar m əhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı m ülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. İlk öncə məhkəmə kollegiyası kassasiya şikayətinin X13 barəsində dələduzluq cinayət əməlini törətməməsinə dair dəlillərini müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, zün ün etiraf etməməsinə baxmayaraq, ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən onların ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlinmiş və X13 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir, CM-in 178.3.2-cü maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya on a olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (ə mlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu hal ların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əl də etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən görünür ki, hazırki cinayət işi üzrə məhkum edilmiş şəxs tərəfindən törədilən cinayət əməlinin mahiyyəti saxta sənədlər əsasında şəxsi niyyətlə rəsmi sənəd hesab edilən DSMF- nin Lənkəran rayon şöbəsinin xx.xx.2013-cü il tarixli qərarının məzmununa şəxsi niyyətlə Məhkum1 barəsində yaşa görə güzəştli (1-ci Siyahı) ömürlük əmək pensiyası təyin edilməsinə dair bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib həmin qərarın qeyd olunan şö bədə təsdiq olunması nəticəsində əmək pensiyası təyin olunmasına, xx.xx.2008-xx.xx.2013- cü il dövrü üzrə 8.628,56 manat fərq məbləğinin 2013-cü ilin iyul ayında birdəfəlik olaraq adına "xxxx" ASC-də açılmış **********277996 nömrəli plastik kart hesabına köçürülməsinə nail olaraq həmin məbləği, habelə, özü, Məhkum3 və Məhkum1 aralarındakı cinayətkar razılaşmaya əsasən, sonuncunun barəsində xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın aylıq məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin şərtlərinə uyğun olaraq 2004-2005-ci illərin əmək haqlarına münasib hesablanmasından ötrü xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan müddətdə İ.Allahverdiyev adına Gəmi Təmiri Gəmiqayırma zavodunda işləyibişləməməsinin müəyyən edilməsi ilə əlaqədar DSMF-nin Lənkəran rayon şöbəsini n sabiq müdiri Şahid8 tərəfindən imzalanmış xx.xx.2013-cü il tarixli 54/2559 nömrəli sorğunun icrası ilə əlaqədar həmin Fondun Səbail rayon şöbəsinin müşaiyət məktubu ilə göndərdiyi zavodun “paketlər və arayışlar üçün” möhürü ilə təsdiq edilmiş aktı saxta olduğunu biləbilə sonuncunun pensiya sənədlərinə əlavə etməsinə nail olub, eyni niyyətlə, Lənkəran rayon məhkəməsinə müraciət üçün hüquqi əsasının olması görüntüsü yaratmaqla həmin Məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsinin çıxarılmasına nail olub həmin qətnamənin DSMF-nin Lənkəran rayon şöbəsinə icra üçün təqdim edilməsindən sonra Məhkum1 barəsində təyin edilmiş həmin pensiyanın xx.xx.2008-ci il tarixdən yenidən hesablanmasına və "xxxx" ASC-də olan plastik kart hesabına köçürülməsinə, aylıq pensiya məbləği təyin olunduğu tarixdən ə mək pensiyalarının baza hissəsinin artırılmasına və sığorta hissəsinin indeksləşdirməsinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq artırılmaqla xx.xx.2019-cu il tarixdən 1.526,29 manata çatdırılmasına nail olmaqla, qeyd edilən plastik kart hesabına ümumilikdə köçürülmüş cəmi 164.256,63 manat məbləğində pul vəsaitinin həmin müddət ərzində bankomatlar vasitəsilə Müqavimət Kələntərov tərəfindən həmin hesabdan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilərək aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq ələ keçirilməklə dələduzluq cinayətinin törətməsində Məhkum3la qabaqcadan əlbir olan bir qrup şəxs halında köməkçi qismində iştirak etməsindən ibarətdir. Cinayət işinin materiallarında olan və aşağı məhkəmə instansiyaları tərə findən tədqiq edilmiş: Məhkum1 adına olan “0263797 nömrəli dublikat əmək kitabça"sının 10-cu vərəqindəki “Xəzərdənizqəmitəmiri” İ.B.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu 370003, Bakı ş, Gülbala Əliyev 2” məzmunlu ştamp əksi və 13-cü vərəqindəki “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyin i.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu KADRLAR ŞÖBƏSİ” məzmunlu möhür əksi təqdim edilmiş X12 adına verilmiş 008336 nömrəli əmək kitabçasında olan “Gəmi təmiri və Gəmi qayırma İ.B.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu AZ1003, Bakı, Cənub buxtası-3” məzmunlu ştamp və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi “Gəmi təmiri və Gəmi qayırma” İstehsalat Birliyi İ.Allahverdiyev adına Gəmi təmiri Gəmi qayırma zavodu KADRLAR ŞÖBƏSİ” məzmun lu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər. X1 adına olan “xx.xx.2009-cu il tarixli 168 nömrəli pensiya hesablanması üçün əmək haqqı barədə arayış”ın üzərində “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyi İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu 370003 Bakı ş, Gülbala Əliyev 2” Tel: (99 412) 491 11 40; 491 07 45” məzmunlu ştamp əksi təqdim edilmiş X10 adına olan pensiya hesablanması üçün əmək haqqı barədə arayışın üzərində olan “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi “Xəzərdənizgəmitəmiri” istehsalat Birliyi İ.Allahverdiyev adına Gəmitəmiri Gəmiqayırma zavodu 370003 Bakı ş, Gülbala Əliyev 2” Tel: (99 412) 491 11 40; 491 07 45”məzmunlu ştampın sərbəst əks nümunəsi ilə eynilik təşkil edir. X1 adına olan “xx.xx.2013-cü il tarixli akt”ın üzərində “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi “gəmi təmiri və gəmi qayırma” İstehsalat Birliyi İ.Allahverdiyev adına Gəmi təmiri Gəmi qayırma zavodu” Paketlər üçün” məzmunlu möhür əksi təqdim edilmiş "Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilərin 2013-cü ildə tibbi müayinədən keçmgsi üçün siyahısının” üzərində olan "xxxx" Gəmi Təmiri və Gəmi Qayırma” İstehsalat Birliyi İ.Allahverdiyev adma Gəmi Təmiri Gəmi Qayırma zavodu Paketlər və arayışlar üçün” məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edir. DSMF tərəfindən təqdim olunmuş pensiya və müavinətlərin reyestri siyahısından görünür ki, X1 adına açılmış "xxxx" ASC-yə məxsus **********277996 nömrəli plastik kart hesabına xx.xx.2013-cü xx.xx.2019-cu il tarixlərdə 164.256,63 manat pul köçürülmüşdür. Müqa vimət Kələntərova məxsus ******* nömrəli dublikat əmək kitabçasında qeyd edilmişdir ki, Məhkum1 xx.xx.1996- cı il tarixli, K-02 nömrəli əmrlə Gəmi gövdə qaynaq sexində 4-cü dərəcəli əl ilə elektirik qaynaq elektirik qaynaqçı peşəsinə işə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixli, 97 K nömrəli əmrlə və xx.xx.1998- ci il tarixli, 3 nömrəli protokol ilə Müqavimət Kələntərov ixtisas artırma komissiyasının qərarına əsasən 5-ci dərəcəli əl ilə elektirik qaynaqçısı təyin edilmişdir. Müqavimət Kələntərov xx.xx.2008-ci il tarixli, 149 K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2009-cu il tarixli 168 nömrəli saxta arayışdan görünür ki, Müqavimət Kələntərova aylar üzrə əmək haqqı məbləği hes ablanmışdır "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (10 mart 2017ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə qədər olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, yeraltı işlərdə, yəni əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, istehsalatların, peşələrin, vəzifələrin və ya göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə çalışan sığorta olunan kişilərə münasibətdə onlar 57 yaşına çatıb azı 25 il sığorta stajına malik olmaqla bu müddətin azı 12 il 6 ayını həmin işlərdə işləməsi ilə əlaqədar əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. xx.xx.2013-cü tarixli 164 saylı güzəştli arayışdan görünür ki, X3 guya xx.xx.1995-ci ildən (əmr k-02, xx.xx.1995) x x.xx.2008-ci il tarixədək (əmr 149 k, xx.xx.2008-ci il) İ.Allahverdiyev adına G.T.G.Q zavodunda gəmi əl ilə elektrik qaynaqçısı işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının XXİ İİ ümumi peşələr paraqrafının 12100000-19906 koduna əsasən bütün göstərilən işlər ağır və zərərli sayılır və bu sahədə işləyən işçilərin güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ vardır. xx.xx.2013-cü il tarixli DSMF nin qərarından görünür ki, X2 yaşa görə güzəştli pensiya verilməsi barədə qərar qəbul olunmuşdur. DSMF-nin Səbail şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi Məhkum5 tərtib etdiyi xx.xx.2013-cü il tarixli aktdan görünür ki, həqiqətən X3 xx.xx.2004- xx.xx.2005-ci illərdə İ.Allahverdiyev adına Gəmiləri və Gəmi Qayırma zavodunda işləmişdir. Müqavi mət Kələntərovun DSMF-nin Lənkəran rayon şöbəsinə ünvanlanmış xx.xx.2013-cü il tarixli ərizədən görünür ki, o, əvvəllər yaşa görə pensiya ilə əlaqədar şöbəyə müraciət etmiş, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuşdur. Pensiyanın aylıq miqdarı 170 manat hesablanmışdır. Ərizədə onun pensiyasının aylıq miqdarının 2008-ci ildən qüvvədə olan qanuna əsasən 2004-2005-ci illərin əmək haqqından hesablanmasını və həmin dövrdə əmək haqqının yüksək olmasının nəzərə alınmasını xahiş etmişdir. DSMF-nin Lənkəran şəhər şöbəsinin xx.xx.2013-cü il tarixli cavab məktubundan görünür ki, Məhkum1 ərizəsi şöbədə pensiya təyin edən komissiyada araşdırılmışdır. «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyaları hesablanarkən onun xx.xx.2006- cı ilədək qazandığı əmək stajı 170 manatla müəyyən edilərək təyin edilmişdir. Ona görə də Məhkum1 pensiyasının aylıq miqdarı müəyyən edilərkən 2004-2005-ci ilin əmək haqqından hesablanması qanuna müvafiq deyildir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, X1 yaşayış yeri Lənkəran şəhəri, Nizami küçəsi, ev 86 göstərilmişdir. "Azərbaycan Dövlət Xəzər dəniz Gəmiçiliyi” QSC-nin Bibiheybət Gəmi təmiri Zavodu ("İ.Allahverdiyev” adına Gəmitəmiri-gəmiqayırma zavodu) ilə Məhkum2 arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin surətindən görünür ki, sonuncu Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunmuşdur Kadrlar və kadrların hazırlanması şöbəsi haqqında xx.xx.2011-ci il tarixli əsasnaməyə əsasən Məhkum2 kadrların ixtisasının yüksəlməsinə hazırlıq p lanın işlənməsi, kollektivin sosioloji inkişaf planının hazırlanmasında iştirakı, işə qəbul olunanlarla danışıqlar aparılması, sənədləri ilə tanış olunması, işçilərin iş xarakterlərinin öyrənilməsi və lazımi yerdə istifadə olunması üçün təklif hazırlanması, şəxsi heyətin uçotu, indiki və keçmiş zamanlarda əmək fəaliyyəti haqqında arayışlar verilməsi, əmək kitabçalarının doldurulması, pensiya təyini üçün lazımi sənədlərin hazırlanması, sosial müdafiə təşkilatlarına təqdim edilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxsdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin xx.xx.2012-ci il tarixli 434 nömrəli əmri ilə təsdiq olunmuş inzibati vəzifələr üzrə vəzifə təlimatına əsasən Qiyas Babayev təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi; qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi; pensiyaların təyin olunması və yenidən hesablanması üçün ərizələrə, zəruri olan digər sənədlərə baxılmasını, pensiyaçıların işlərinin və diger sənədlərin hazırlanması və saxlanılmasının həyata keçirilməsi; vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinin və baxılmasının təmin edilməsi; pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin heyata keçirilməsi; pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında iştirak etməklə zəruri tədbirlərin yerinə yetirilməsi; pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həy ata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektorunun aidiyyəti işçilərinə təqdim edilməsi; xidmət etdiyi sahə üzrə pensiya işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak edilməsi; təhkim olunduğu sahə üzrə pensiyaçıların sayı və pensiya məbləği barədə məlumatların tərtib edilməsi; müraciət edən vətəndaşlarla pensiya sahəsində qanunvericiliyə, pensiyaçıların hüquq və imtiyazlarına dair izahat işinin aparılması; vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxsdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində məhkumun dələduzluq cinayət əməli törətməməsi qeyd edilsə də, müdafiə tərəfinin qeyd edilən d əlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş hüquqi şəxs və şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkum tərəfindən dələduzluq cinayət əməlində iştirakının olmaması barədə kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Belə ki, Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etm işdir ki, Qiyas Babayevin ittiham olunaraq təqsirli bilindiyi dələduzluq əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, X13 Cinayət Məcəlləsinin 32.5,178.3.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş hüquqi şəxs və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini X13 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli olması hissəsində şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkuma Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə i stinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında X13 dələduzluq cinayət əməlini n tövsifi barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, X13 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, X16 bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Kassasiya şikayətinin X13 CM-in 308.2-ci maddəsi ilə əsassız məhkum edilməsi hissəsinə dair məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən olunmuş hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsaslanaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi X13 Cinayət Məcəlləsinin 308.2-ci maddəsi elan edilmiş ittihamın sübuta yetirilməsi barədə işin faktiki ha llarına uyğun olmayan nəticəyə gəlmiş və onun əməlini CM-in 308.2-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişdir. Belə ki, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarının 23-cü bəndindən görünür ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-in 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-in 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəy yən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-in 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-in 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Hazırki ittiham üzrə qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxs kimi X13 əməli 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğu halda bununla yanaşı əlavə olaraq onun əməlinin Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim e tdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə tövsif edilməsi üçün yetərli deyildir və bu hər bir halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə yanaşı və müqayisəli şəkildə qiymətləndirilməlidir. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafi q maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci m addəsi). Məhkəmə kollegiyası məhkum X13 əməlinin CM-in 308.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən X13 törətdiyi cinayət əməlinin hüquqi tövsifində səhvə yol verilmişdir. Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında vurğulayır ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən f aktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "X18rşı” 09 dekabr 1994-cü il və "Hacianast assion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutl arın elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qi ymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin məhkum X13 əməlinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair (CM-308.2 mad.) gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun hərəkətlərində məhz Cinayət Məcəlləsinin 178.2.3-cü ma ddəsində nəzərdə tutulan cinayət əməli mövcuddur ki, həmin maddə ilə törədilmiş əməl ona ittiham irəli sürülmüş CM-in 178.3.2-ci maddəsi ilə əhatə olunur. Belə ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqs irə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı) Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan Qərarında həmçinin vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq et məyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, X13 və Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən həmin iş üzrə məhkum edilmiş və barəsində kassasiya müraciəti olmayan Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilmələrinə və məhkum edilmələrinə, onlara cəza təyin edilməsinə dair müddəalar xaric edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 dekabr 2022-ci il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmündən X13 və Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən həmin iş üzrə məhkum edilmiş və barəsində kassasiya müraciəti olmayan Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilmələrinə və məhkum edilmələrinə, onlara cəza təyin edilməsinə dair müddəalar xaric edilsin. X13 üzərində Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsi ilə Cinayət Məcəll əsinin 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum3 üzərində Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1471/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1471/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver