Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1471/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, bəraət almış şəxs X12, onun müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxs1, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəki Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 1(039)-6/2023 saylı hökmü ilə (hakim Ruslan Əlizadə) xx.xx.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkumluğu olmayan, işsiz, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olmaqla yaşayan, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırıl ması cəzasına məhkum edilməsi X12 10 iyun 2022-ci il tarixdən 11 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 04 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması və X16 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsi hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X13 sədrliyi və məruzəsi, Akif Eyvazov və İmanverdi Şükürovdan ibarət tərkibdə) 11 yanvar 2 024-cü il 1(107)-3/2024 nömrəli hökmü ilə S.Vəliyevin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Müdafiəçi2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X12 Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair Yevlax Rayon Məhkəməsinin 1(039)-6/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli hökmü ləğv edilmiş, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş, X12 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilmişdir. İŞİN HALLARİ: Hökmə əsasən, S.Vəliyev Yevlax rayon Qaraməmmədli kəndində Zərərçəkmiş şəxs1 mülkiyyətində ol an 1.17 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini və 2012-ci ilin mövsümi əkin ayından Yevlax rayon Qaraməmmədli bələdiyyəsinin mülkiyyətində olan 0,58 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini istifadə və ya icarə hüququ olmadan özbaşına tutmuşdur. Belə ki, X16 2012-ci ilin mövsümi əkin ayından istintaqla müəyyən edilməyən gündə Yevlax rayon Qaraməmmədli kəndində Zərərçəkmiş şəxs1 mülkiyyətində olan torpaq sahəsinin 1.17 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini və 2012-ci ilin mövsimi əkin ayından istintaqla müəyyən edilməyən gündə Yevlax rayon Qaraməmmədli bələdiyyəsinin mülkiyyətində olmaqla 0,58 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan vahid niyyətlə özbaşına tutmuşdur. KASSASİYA PROTESTİNİN VƏ KASSASİ YA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Kassasiya protesti onunla əsaslandırılmışdır ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, S.Vəliyevin Şahid1 satın aldığı torpaq sahəsinə dair mülkiyyət hüququnun təsbit edildiyi Dövlət aktı saxtadır. Məhz qeyd edilən aktın saxta olmasını və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını bilə-bilə S.Vəliyev həmin torpaqdan istifadə etməyə və faktiki sahiblik etməyə davam etmişdir. Məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, S.Vəliyev təqsirli olmasına baxmayaraq məhkəmə əsassız bəraət hökmü çıxarmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətindən görünür ki, mübahisəli torpaq sahəsi qanuni əsaslarla zərərçəkmiş şəxsə məxsusdur. S.Vəliyevin Şahid1 aldığı torpaq sənədləri saxtadır, S.Vəliyev v icdanlı əldə edən deyil, 2016-cı ildən S.Vəliyevə məlum olmuşdur ki, o, başqasının torpaq sahəsini istifadə edir. Ekspert rəyi ilə də təsdiq edilmişdir ki, torpaq sahəsi zərərçəkmiş şəxsə məxsusdur. Apellyasiya Məhkəməsinin hökmü qanunsuzdur və ləğv edilməlidir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmasını və X14 Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsini və işin yeni baxışa göndər ilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs və nümayəndəsi kassasiya şikayətini və kassasiya protestini müdafiə etdilər və təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət alan şəxs və onun müdafiəçisi kassasiya protestinə və kassasiya şikayətinə etiraz etdilər və təmin edilməməsini xahiş etdilər. Bəraət almış şəxs əlavə olaraq göstərdi ki, torpaq sahəsinin mübahisəli olduğunu bilən kimi, yəni 2022-ci ildən boşaltmış, istifadə etmir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya müraciətlərinin təmin olunması barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, k assasiya müraciətlərinin təmin olunmaması barədə bəraət almış şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ape llyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. İttiham tərəfi S.Vəliyevə bəraət verilməsini mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi barədə tələbləriini CPM-in 416.1.2 və 416.1.15 maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdi rilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdı r. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan R espublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi h əyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törəd ilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Həm kassasiya protestində, həm də kassasiya şikayətinə apellyasiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığı mübahisəl əndirilərək ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası itiiham tərəfinin müraciətlərinə və dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Apellyasiya Məhkəməsinin iclasında X16 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1 1998-ci ildə torpaq sahəsi verilib. Həmin torpaq sahəsi də onların torpaq sahəsi ilə qoşuluqda yerləşirdi. Şahid1 məxsus torpaq sahəsi Ədalət Ələkbərova məxsus torpaq sahəsi ilə qonşu olub və bir cizginin tərkibində olublar. Bir cizginin tərkibində 7-8 ailəyə məxsus torpaq sahəsi var. Şahid1 torpaq sahəsi iki dəfə ölçüldükdən sonra verilmişdir. İkinci dəfə ölçüldükdən sonra, onların torpaq sahəsinin yanında Şahid1 torpaq sahəsi verilmişdir. Şahid1 həmin torpaq sahəsini 17 il əkib-becər mişdir. Şahid1 2012-ci ildə oğlu ilə mənə xəbər göndərmişdir ki, torpaq sahəsini icarəyə verir. O, həmin torpaq sahəsini icarəyə götürmüş, lakin nə qədər pul verdiyini xatırlamır. 2014-cü ildə Şahid1 torpaq sahəsini satmaq istədiyini bildirmişdir. İlk olaraq həmin torpaq sahəsini almaq üçün ona təklif etmişdir. O, həmin torpaq sahəsini 3000 manata almışdır. Torpaq sahəsinə aid sənədləri rəsmiləşdirmək üçün Yevlax rayon Notariat kontoruna getmişlər. Notariusda alqı-satqı olunan vaxt Şahid1 oğluna demişdir ki, torpaqağa dair “Forma-1” sənəd alıb gətirsin. Həmin “Forma-1”-ə əsasən alqı-satqı etmişdirlər. İki ildən sonra alqı-satqı müqaviləsinə əsasən çıxarış almışdır. 2017-ci ildə subsidiya almaq üçün kənd sovetinə müraciət etmişdir. Subsidiya alan vaxt bildirmişdir ki, 2,24 ha torpaq sahəsin ə arpa əkmişdir. Kənd soveti sənədə baxıb ona bildirmişdir ki, sənəd üzrə torpaq sahəsi 2,24 ha deyil, 0,26 ha qeyd olunubdur. O da bildirmişdir ki, 2,24 ha torpaq sahəsi almışdır. Bununla bağlı o, reyestr xidmətinə müraciət etmişdir. Reyestr xidmətində ona bildirmişlər ki, sənəddə problem var, ölkə rəhbərinin fərmanına əsasən pilot layihə hazırlanır. Bütün bu problemlər həll olunacaqdır. Reyestr xidmətində ondan soruşmuşlar ki, kimsə ondan yer tələb edir? O da kimsənin ondan yer tələb etmədiyini bildirmişdir. O da pilot layihəni gözləyənə qədər işlər məhkəməyə gəlib çatmışdır. Zərərçəkmiş şəxsin şikayətindən sonra onu Yevkax RPŞ-yə aparmışdılar. X6 bildirmişdir ki, onu şübhəli şəxs kimi saxlayırlar. Onu MSY-də iki “sutka” saxlamışlar. Onu buraxandan sonra “102” xidmətinə şikayət etmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs1 dedikləri hamısı yalandır. Belə ki, Şahid1 və onun ailə üzvlərinə verilən torpaq sahəsi 2,24 ha idi, onlara da islahat dövründə torpaq sahəsi verilmişdir. Şahid1 alqı-satqı müqaviləsinə əsasən 2,24 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin 0,24 ha hissəsi başqa ərazidə yerləşir, lakin ona verilən çıxarışda torpaq sahəsi 0,26 ha qeyd olunmuşdur. Həmin vaxt bir “Dövləti Aktı” verilirdi, lakin xəritələr 2-3 dənə ola bilərdi. Çünki onun aldığı torpaq sahəsinin 2 ha hissəsi bir yerdə, qalan 0,24 ha hissəsi başqa yerdə yerləşir. Çıxarış da həmin 0,24 ha hissəsi üçün verilmişdir. Məhkəmədən müdafiəçisi tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş apelyas iya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin əlavə etmişdir ki, iş üzrə şübhəli şəxs qismində saxlanılaraq buraxıldıqdan sonra Əhməd Hüseynovdan aldığı torpaq sahəsinə yaxınlaşmamış, bu barədə Şahid1 bildirdikdə Şahid1 bildirmişdir ki, torpaq sahəsinin sənədləri saxta olsaydı notarius həmin sənədi təqdiqləməzdi. Apellyasiya Məhkəməsinin iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində Yevlax rayon Məhkəməsində təqsirləndirilən şəxs Sabir Vəliyevdən şikayətçi olmadıqlarını, onlarda olan 2006-cı ilin kadstr sənədlərində 0,58 ha torpaq sahəsinin olmadığını, yəni həmin torpaq sahəsinin bələdiyyəyə məxsus olmamasını, bir müddət əvvəl torpaqların yeni xəritəsinin çəkildiyini bu prosesə qədər 0,58 ha torpaq sahəsinin bələdiyyəyə aid olmasını bilmədiklərini, çünki əvvəlki sənədlərdə qeyd olunan torpaq sahəsinin görünmədiyini göstərmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, 2006-cı ildə təsdiq olunmuş yerquruluşu planı olduğunu, həmin planda 0,58 ha torpaq sahəsi qeyd olunmadığını, yeni tərtib olunan olunan torpaq sahəsinin görünmədiyini göstərmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, 2006-cı ildə təsdiq olunmuş yerquruluşu planı olduğunu, həmin planda 0,58 ha torpaq sahəsi qeyd olunmadığını, yeni tərtib olunan xəritədə 0,58 ha torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi göstərildiyini, lakin yeni xəritə və sənədlərin onlara təqdim olunmadığını, 2006-cı ildə təsdiq olunmuş yerquruluşu planını istintaqa təqdim etmədiklərini, onlar bu gün həmin torpaq sahəsinin bələdiyyəyə aid olduğunu deyə bilmədiklərini, bələdiyyəyə aid torpaq sahəl ərindən xəbəri olduğunu, halhazırda 2006-cı ildə təsdiq olunmuş sənədlərlə işlədiklərini, həmin sənədlərdə 0,58 ha torpaq sahəsinin zəbt olunmuş torpaq sahəsi kimi görünmədiyini, 0,58 ha torpaq sahəsinin naturada yerində görmədiyini, polis araşdırma aparanadək 0,58 ha torpaq sahəsinin Sabir Vəliyevə məxsus olduğunu bildiyini, bir il yarım bundan əvvəl torpaqların yeni xəritəsi çəkildiyini, lakin həmin torpaqlara dair sənədlər onlara təqdim olunmadığını, 0,58 ha torpaq sahəsinin zəbt olunub-olunmamasından indiyədək xəbərlərinin olmadığını göstərmişdir. Həmin torpaq sahəsini Sabir Vəliyevə aid pay torpaq sahəsi kimi bildiklərini, ibtidai istintaq zamanı və məhkəmədə də 0,58 ha torpaq sahəsinin Sabir Vəliyevə aid pay torpağı olduğunu bildirdiyini, 2016-cı ildə o, bələdiyyədə işləmədiyi üçün z ərərçəkmiş şəxsə aid torpaq sahəsinə çıxarışın necə verilməsindən xəbəri olmadığını, köhnə xəritəni məhkəməyə təqdim edərək yaşıl xətlə qeyd olunanların bələdiyyəyə aid torpaq sahələri olmasını bildirdi. Apellyasiya Məhkəməsinin iclasında Zərərçəkmiş şəxs1 ifadəsində verdikləri apellyasiya şikayətini müdafiə etdiyini, Şahid1, X4 və X9 Dövlət Əmlak Komitəsinin torpaq payı ayırmadığını, yuxarıda adları qeyd edilən üç nəfərin adına reyestr xidmətində torpaq sahəsi qeydə alınmadığını, Şahid1 təqsirləndirilən şəxsə torpaq sahəsini saxta sənədlər əsasında satdığını, Şahid1 da torpaq sahəsini qeyri qanuni olaraq təqsirləndirilən şəxsin əmisinin qayınatası verdiyini, həmin adam torpaq bölgü komitəsinin sədri olduğunu, onları sıxışdıraraq Şahid1 0.2 ha torpaq sahəsi verdiyini, Şahid1 bir müddət həm in torpaq sahəsindən istifadə etdikdən sonra Sabir Vəliyevə icarəyə verdiyini, Sabir Vəliyevin saxta aktlar əsasında həmin torpaq sahəsini 2014-cü ildə aldığını, torpaq sahəsini sənədləşdirmək üçün dövlət reyestr xidmətinə müraciət etdiyini, həmin xidmətdə sənədləri araşdırarkən Elçin Hüseynovun adına 0,26 ha torpaq sahəsi olduğunun məlum olmasını bildirmişdir. Əlavə olaraq göstərmişdir ki, Sabir Vəliyev orada rüşvət verərək 2.24 ha torpaq sahəsi üçün “Forma-1” almış, həmin saxta sənədi alıb, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə getmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Elçin Hüseynovun adına olan 0,26 ha torpaq sahəsinə çıxarış verilmiş, bundan sonra X20 Əhmədovun yanına getmiş, Şahid1 da Sabir Vəliyevdən torpaq sahəsinin sənədlərini istəmiş, onun verdiyi pulu qaytarmış, b u da torpaq sahəsinin Sabir Vəliyevin əlindən çıxaraq ziyanına olmasını, təqsirləndirilən şəxsin bilərəkdən və qərəzçiliklə onun yerinə girərək, onun yerini 2014-cü ildə zəbt etdiyini bildirmişdir. Həmçinin ifadəsinə əlavə olaraq göstərmişdir ki, zəbt olunmuş torpaq sahəsi təqsirləndirilən şəxsin olsun deyə ekskovatorla onun yerini köndələninə 2 metr enində, 2 metr dərinliyində və 550 metr uzunluğunda kanal çəkdirmiş, bununla bağlı o, təqsirləndirilən şəxsin əmilərinə şikayət etmişdir. Şahid1 adına olan torpaq aktını Yevlax rayon Məhkəmsi yoxlanılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərməmişdir. Bu hallar məhkəmənin hökmünə salınmamışdır. Sabir Vəliyevin aldığı 0,26 ha torpaq sahəsi onun torpaq sahəsindən 5 kilometr aralıda yerləşir. İş materiallarında olan Məhkəmə Ekspe rtizası Mərkəzinin 01 iyun 2022-ci il tarixli 10/3413 nömrəli rəyində göstərilir ki, 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən “Yevlax rayon Qaraməmmədli bələdiyyəsi ərazisindən bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planı”na əsasən X12 istifadə etdiyi 1,75 ha torpaq sahəsinin 1.17 ha hissəsinin xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən 069895 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə Zərərçəkmiş şəxs1 mülkiyyətinə verilmiş 2.9937 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əlavə olunmuş sxemdən görünür ki, üst-üstə düşən 1.17 ha torpaq sahəsi xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən Zərərçəkmiş şəxs1 mülkiyyətinə verilmiş 2.9937 ha torpaq sahəsinin şimal hissəsində (sxemə əsasən) yerləşir. 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə və qərara əlavə olunmuş çıxarışlara, üst-üstə düşən 1.17 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu müəyyən olundu. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli 10/3754 nömrəli rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyevin tərtib etdiyi məktubda qeyd edilir ki, Yevlax rayon polis şöbəsinin nümayəndəsinin naturada göstərdiyi və X12 istifadə etdiyi torpaq sahəsi 1.75 ha-dır. El ektron məlumat bazasında mövcud olan “Yevlax rayon Qaraməmmədli bələdiyyəsi ərazisindən bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planı”na əsasən X12 istifadə etdiyi 1,75 ha torpaq sahəsinin 1.17 ha hissəsinin xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən 069895 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə Zərərçəkmiş şəxs1 mülkiyyətinə verilmiş 2.9937 ha torpaq sahəsi ilə üst-üstə düşür. Qalan 0,58 ha hissəsi Yevlax rayon Qaraməmmədli bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatlı (əkin) torpaq sahəsində yerləşir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 10/5723 nömrəli rəyində göstərilir ki, 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxə ssis rəyinə əsasən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan 2.9937 ha torpaq sahəsinin 1.17 ha hissəsi X12 istifadəsindədir. Mülkiyyətçi Zərərçəkmiş şəxs1dur. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan reyestr nömrəsi ilə qeydiyyata alınmış 2.9937 ha torpaq sahəsi X16 tərəfindən naturada istifadə olunur. İş üzrə mübahisəli sayılan 0.58 ha torpaq sahəsi Yevlax rayonu Qaraməmmədli bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi olmaqla X12 istifadə etdiyi 1.75 ha torpaq sahəsinin daxilində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tər əfindən verilmiş tələbnamədən görünür ki, X12 əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Qarabağ klinikası tərəfindən təqdim olunmuş arayışdan görünür ki, X12 qızı X5 mütəmadi olaraq müayinələrə getməsi məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyevin tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2-2308/2023 saylı məktubda qeyd edilir ki, Şahid1, X10 və X7 adlarına JN-173 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 2.24 ha torpaq sahəsinin 0.2625 ha (173B) hissəsi Yevlax rayon X1 tərəfindən təsdiq edilmiş xx.xx.20 14-cü il tarixli 4Ə-136 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X14 özgəninkiləşdirilmişdir və onun tam mülkiyyət hüququ xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin dövlət aktının 173A nömrəli kontrunda göstərilən 1.98 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-xəttşünaslıq ekspertizasının “xətt və imzaları təqiqi barəə” 26 oktyabr 2023-cü il tarixli 4/1665 nömrəli ekspert rəyində göstərilir:
1. Ekspertizaya təqdim edilmiş, 1 (107)-113/2023 nömrəli cinayət işinin 1-ci cildinin 172-173-cü vərəqlərində “Şübhəli şəxsə hüquqlarının izah edilməsi barədə” 10 iyun 2022- ci il tarixli bildirişdə “Şübhəli şə xs: X16" qrafasındakı imza, 175-ci vərəqində olan “Şübhəli şəxsə tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnun təmin edilməsi haqqında” 10 iyun 2022-ci il tarixli protokolda “Şübhəli şəxs: X16” qrafasındakı imza, 181-ci vərəqində olan “Şübhəli şəxsə etiraz edə bilən şəxslərin siyahısının elan edilməsi barədə” 10 iyun 2022-ci il tarixli protokolda “Şübhəli şəxs: X16” qrafasındakı imza, 182-183-cü vərəqində olan 10 iyun 2022-ci il tarixli “Şübhəli şəxsi dindirmə” protokolunda “Şübhəli şəxs: X16” qrafasındakı imzalar, 190-cı vərəqində olan 11 iyun 2022-ci il tarixli qərarla tanış olma haqqında sənəddə “Təqsirləndirilən şəxs: X16” qrafasındakı imza, 193-194-cü vərəqlərində olan 11 iyun 2022-ci il tarixli “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası nın 5 və 6-cı maddələrinin mətninin izah edilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs: X16” qrafasındakı imza, 195-ci vərəqində olan 11 iyun 2022-ci il tarixli “Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilməsi barədə cəlb etmə qərarının surətinin verilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs: X16” qrafasındakı imza - X16 tərəfindən icra olunmuşdur. 2.1 Ekspertizaya təqdim edilmiş, 1(107)-113/2023 nömrəli cinayət işinin 1-ci cildinin 170-171- ci vərəqlərində olan “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 10 iyun 2022-ci il tarixli protokolda və qərarın surətinin 10 iyun 2022-ci il tarixdə alınması barədə sənəddə “Şübhəli şəxs: X16” qrafalarındakı imzalar, 185-ci vərəqində olan 10 iyun 2022-ci il tar ixli “Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” protokolda “Şübhəli şəxs: X16” qrafasındakı imza, 186-cı vərəqində olan 10 iyun 2022-ci il tarixli “Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda “Şübhəli şəxs: X16” qrafasındakı imza, 192-ci vərəqində olan 10 iyun 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə” bildirişdə “Təqsirləndirilən şəxs: X16” qrafasındakı imza, 197-199-cu vərəqlərində olan 11 iyun 2022-ci il tarixli “Təqsirləndirilən şəxsi dindirmə” protokolun 1-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs: Sabir Vəliyev” qrafalarındakı imzalar və vərəqin aşağı hissəsindəki imza, 3-cü v ərəqində “Şübhəli şəxs: Sabir Vəliyev” qrafasındakı imza, 223-cü vərəqində olan 11 iyun 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda “X16” qrafalarındakı imza - X16 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2 Ekspertizaya təqdim edilmiş, 1(107)-113/2023 nömrəli cinayət işinin 1-ci cildinin 184-cü vərəqində olan 10 iyun 2022-ci il tarixli “Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” protokolda, 185-ci vərəqində olan 10 iyun 2022-ci il tarixli “Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” protokolda, 186-cı vərəqində olan 10 iyun 2022-ci il tarixli “Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda, 190-cı vərəqində olan 11 iyun 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarla tanış etmə haqqında sənəddə, 192-ci vərəqində olan 11 iyun 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə” bildirişdə, 193-194-cü vərəqlərində olan 11 iyun 2022-ci il tarixli “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 5-6 maddələrinin mətninin izah edilməst haqqında” protokolda, 195-ci vərəqində olan 11 iyun 2022-ci il tarixli “Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilməsi barədə cəlb etmə qərarının surətinin verilməsi haqqında” protokolda, 196-cı vərəqində olan “Təqsirləndirilən şəxsə: etiraz edilə bilən şəxslər haqqında məlumat verilməsi bar ədə” 11 iyun 2022-ci il tarixli protokolda, 197-199-cu vərəqlərində olan 11 iyun 2022-ci il tarixli “Təqsirləndirilən şəxsi dindirmə” protokolunda “Müdafiəçi: Müdafiəçi1” qrafalarındakı imzalar - Müdafiəçi1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
3. Ekspertizaya təqdim edilmiş, 184-cü vərəqində 10 iyun 2022-ci il tarixli “Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” protokolda “Şübhəli şəxs: X16” qrafasındakı imzanın - X16 tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Apellyasiya instasniyası məhkəməsi S.Vəliyevə bəraət verərkən ona əsaslanmışdır ki, Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhəti birbaşa q əsdən ibarətdir. Yəni əməldə cinayət tərkibinin olması üçün təqsirkar tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasını dərk etməli, bu əməli törətməyi arzu etməli və ya çatmaq istədiyi əsas məqsəd olmalıdır. Lakin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin faktiki hallarını cinayət əməlinin tərkib əlamətləri ilə uzlaşdırarkən müəyyən olunur ki, Sabir Vəliyevin əməlində birbaşa qəsd olmamış, yəni Zərərçəkmiş şəxs1 mülkiyyətində olan torpaq sahəsinin 1.17 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini və Yevlax rayon Qaraməmmədli bələdiyyəsinin mülkiyyətində olmaqla 0,58 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini zəbt etmək onun çatmaq istədiyi məqsədi olmamış, həmin ərazini ona müvafiq qaydalara əsasən verilmiş ərazi kimi qəbul edərək becərmişdir. Eyn i zamanda, torpaq sahəsinin mübahisəli olduğunu bildiyi andan həmin torpaq sahəsindən istifadəni dayandırmışdır. İttiham tərəfinin kassasiya müraciətində irəli sürdüyü bütün dəlilləri cinayət işində olan sübutlar əsasında yoxlayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Apellyasiya instansiyası Məhkəməsinin bəraət hökmü qanuni, əsaslı və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərba ycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfində verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə bəraət verilmiş X12 barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılsın.