Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1472/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi4 iştir akları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (hakim Aynurə Sadıqova) 1(001)712/2022 nömrəli 01 dekabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 78.000 ABŞ dolları məbləğində pul vəsaitini ödəniş gününə olan məzənnə üzrə Azərbaycan manatı ilə, həmçinin ödənilmiş 15,00 manat dövlət rüsumunu və ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2(001)-1787/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 3(001)-1339/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün 21 may 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirməklə borcunu ödəməməklə qeyd edilən məbləğdə tələbkara maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi) Mirzəli Abbasov və Anar İbrahimov) 1(103)472/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs və Məhkum tərəfindən verilmiş a pellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli 1(103)-472/2023 nömrəli qərarının ləğv edilməsini və Məhkum barəsində azadlıqdan məhrum edilmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası nəinki əsaslandırma aparmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halların əsassız olmasına baxmayaraq qərarında həmin halların hansı səbəbdən cəzanın yüngülləşdirilməsinə əsas verməsini göstərməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş t əqsirləndirilən şəxsin müsbət xarakterizə olunması, apellyasiya instansiyası tərəfindən müəyyən edilmiş təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi kimi hallar tamamilə əsassız olmaqla formal xarakter daşımışdır. CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmçinin təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılığı onun əməlinin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması istiqamətində hərəkətləri, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsi, əməlinin nəticələrinə neqativ münasibəti nəzərdən keçirilməklə müəyyən edilə bilər. İşin hallarından görünür ki, təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra, ci nayət təqibi boyunca əməlindən səmimi peşman olması qənaəti verəcək hər hansı bir hərəkətlər etməmişdir. Həmçinin onun əməlinin nəticələrinə laqeyd münasibətinin nəticəsi olaraq zərərçəkmiş şəxslə barışıq əldə edilməmişdir. Məhkəmə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halİarı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq o qənaətə gəlmişdir ki, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən haldır. Məsələ ondan ibarətdir ki, hər hansı bir fərdin yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun borcu qərəzli şəkildə qəsdən ödəməkdən yayınmasında nəzərə alınmamalıdır. Belə ki, yaşayış yeri üzrə hər hansı bir qonşusuna və ətrafına borcu olmayan və ya gündəlik yaşayış tərzi ilə bağlı məişət problemi yaşamayan şəxs, təbii ki, həmin adamlar üçün müsbət xarakterizə olunacaqdır. Odur ki, Məhkum şəxsiyyəti konkret olaraq tələbkarın tələbinin icra olunmasına münasibətdə müəyyənləşdirilərək səciyyələndirilməlidir ki, məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə o halı da nəzərə almamışdır ki, müvafiq məhkəmə qətnaməsi qanuni qüvvəsini atdıqdan sonra, Məhkum 78000 ABŞ dolları miqdarında tələbkara olan borcunu və ya onun bir hissəsini könüllü şəkildə ödəməmiş və ya bunu ödəməyə cəhd göstərməmişdir. Əksinə, təqsirləndirilən şəxs həmin məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrinə şikayətlər etmişdir. Sözügedən məhkəmə hökmündən də göründüyü kimi, Bakı şəhəri Bi nəqədi Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(001)-8036/2017 saylı qərardadı ilə Məhkum məxsus ünvan 2 ünvanda yerləşən qeyri- yaşayış sahəsinin 15%-dən bir hissəsinə həbs qoyulduğundan sonra icra şöbəsi tərəfindən qiymətləndiricinin dəvət edilməsi barədə 12 dekabr 2019-cu il tarixdə qərar qəbul edildi və göstərilən qeyri-yaşayış sahəsinin borclu Məhkum məxsus 15% hissəsi "xxxx" MMC tərəfindən 10 iyun 2020-ci il tarixli ekspert rəyinə əsasən 25000 manata qiymətləndirildiyi üçün 16 iyun 2020-ci il tarixdə açıq hərracda satılması barədə "X3" MMC-yə sifariş göndərilmiş və hərracın 26 oktyabr 2020-ci il tarixli, 73 saylı protokoluna əsasən qeyd edilən yaşayış sahəsi 19600 manat dəyərində qiymətləndirilərək səlahiyyətli nümayəndəsinə verilmişdir. Yəni, ümumi borcun ödənilən 19600 manat hissəsi Zemfira Məmmədova tərəfindən könüllü şəkildə deyil, icra məmurunun məcburi tədbirləri nəticəsində ödənilmişdir. Məhkəmələrin Məhkum törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü barədə qənaəti də səhvdir. Belə ki, bu iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində ibtidai istintaq aparılan zaman Məhkum həbs olunacağından qorxaraq özü və qızının əri vasitəsilə öz adına rəsmiləşdirilməmiş torpaq sahəsinin, obyektin və mənzilin olduğunu bildirmiş, onu tez bir zamanda sataraq borcunu tam ödəyəcəyini demişdir. Lakin istintaq dövründə barəsində həbs qətimkan tədbirinin seçilmədiyini gö rdükdə, Zenfira əvvəlki vədini danmış, nə özü, nə də onun qızının əri onunla və qardaşıyla həmin əmlakların satılaraq borcun ödənilməsi söhbətindən yayınmışlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə akt ları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili birinci instansiya məhkəməsinin cinayət qanunu normasını düzgün tətbiq etməməsi və təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəzanın təyin edilməsidir. İş materiallından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakte rizə olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hökmdən verilmiş zərərçəkmiş şəxsin apellyasiya şikayətini təmin etməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkar ın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət tör ətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyi qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin ed ilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədi r. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cinayət-hüquq normalarının mənasına görə təqsirkara təyin edilmiş cəzanın ədalətli hesab edilməsi üçün sadalanan halların ayrı-ayrılıqda, bir-birindən asılı olmayan kateqoriyalar kimi deyil, birlikdə götürülməklə nəzərə alınması tələb olunur, yəni CM-in 58ci maddəsinin nəzərdə tutduğu müəyyən hallara həddindən artıq önəm verilməsi, digər halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qiymətləndirilməsini istisna edir. İş materiallarından görünür ki, Məhkum 78.000 ABŞ dolları məbləğində pul vəsaitini ödəniş gününə olan məzənnə üzrə Azərbaycan manatı ilə, həmçinin ödənilmiş 15 manat dövlət rüsumunu və ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli, 2(001)-1787/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etməmişdir. Hətta qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə olunmuş, lakin bundan sonra da qanuni qüvvədə olan məhkəmənin qətnaməsini icra etməmişdir. İcra s ənədindəki tələbi icra etmədiyi üçün Məhkum icra məmuru tərəfindən 21 may 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirməklə borcunu ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Bu hallar məhkəmə tərəfindən Məhkum şəxsiyyətini səciyyələndirən hal kimi qiymətləndirilməmiş və cəza təyini zamanı nəzərə alınmamışdır. İş materiallardan görünür ki, məhkum zərərçəkmiş şəxsə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası ilə əlaqədar pul ödəməmiş, sonuncu ilə barışıq əldə etməmişdir. Kassasiya şikayətinə baxılarkən Məhkum çıxışında bildirmişdir ki, o, məhkəmə qətnaməsi ilə razı deyil və həmin qətnaməni icra etməyəcək. Göründüyü kimi məhkəmə tərəfindən Məhkum təyin edilmiş cəza hər hansı bir islahedici təsirə malik olmamış, onun antisosial davranışına son qoymamışdır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanunun bu normasının mənasına görə məhkəmələr digər halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasında sərbəstdirlər. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmələr Məhkum məhkəmə qətnaməsinin icra etməməsi barədə tək idlə bildirməsinə baxmayaraq, ona cəza təyin edərkən heç bir əsaslandırma aparılmadan onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilm işdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab etmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı ədalətli hesab edib hökmü dəyişdirmədən saxlayarkən cinayət qanunvericiliyinin yuxarıda qeyd edilmiş normaların tələblərinə formal yanaşmış və məhkuma cəza təyin edilməsi ilə əlaqədar mövqeyi kifayət qədər əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi həmin qərarın kassasiya qayd asında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan şikayət qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum oğlunun haqqında 21 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli və iş həmin məhkəməyə yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Zərərçəkmiş şəxs kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli qə rarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1472/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1472/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver