Məhkəmə qərarları › İş №1(102)-1472/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1472/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1472/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 1(106)-164/2024 nömrəli qərarından apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiy a protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Neftçala Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 1(053)-58/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim:S.Quliyev) xx xxxxxx 2005-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəmənin həmin qərarından Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 1(106)-164/2024 nömrəli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və E.İ.Əliyev) verilmiş apellyasiya protesti təmin edilməmiş Neftçala Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən kassasiya protesti vermişdir. İşin halları: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin Hərbi-Həkim Komissiyası tərəfindən 12 dek abr 2022-ci il tarixdə müayinə olunarkən tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı, 11 yanvar 2023-cü il tarixdə Neftçala rayon X7 Hüquqi Şəxs tərəfindən təkrar müayinə olunarkən ona "burun kapillyaropatiyası" diaqnozu qoyulmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin "49"-cu maddəsinin "ç" bəndinin I qrafasına (A-3) əsasən 12 yanvar 2023-cü il tarixdə tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin Hərbi-Həkim Komissiyası tərəfindən 28 yanvar 2023-cü il tarixdə təkrar müayinə olunarkən Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin "49"-cu maddəsnin "ç" bəndinin 1 qrafasına (A-3) əsasən tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 30 may 2023-cü il tarixli göndərişinə əsasən 08 iyun 2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında təkrar müayinə olunarkən ona "burun çəpərinin əyriliyi, tənəffüsün davamsız pozulması, burun kapillyaropatiyası" diaqnozu qoyulmaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 10 iyul 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qə rarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin "49"-cu maddəsinin "ç" bəndinin I qrafasına (A-3) əsasən tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı hesab olunmasına və Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə 2023-cü ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmət keçmək üçün N saylı hərbi hissəyə təyin edilməsinə baxmayaraq heç bir qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına, CM-nin müvafiq maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenumunun bir sıra qərarlarına istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətdikdən sonra şərait in dəyişməsi kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, əsasız olaraq CMnin 74-cü maddəsinə əsasən onu cinayət məsuliyyətindən azad etmiş, apellyasiya instansiya məhkəməsi də öz növbəsində qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymaqla, birinci instansiya məhkəməsi tərəfindən onun CM-nin 321.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini qüvvədə saxlamaqla eyni pozuntuya yol vermişdir. Protest müəllifi iddia edir ki, məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Belə ki, məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun cinayəti törətdikdən sonra şəraitin dəyişməsi kimi işdə olan digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmiş dir. Bütün bunların da nəticəsində Təqsirləndirilən şəxs əsassız və qanunsuz olaraq CM-nin 321.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduq da Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Təqsirləndirilən şəxs sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə əsassız və qanunsuz olaraq cinayət məsuliyyətindən azad edilməsini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.14cü maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsin in tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində diqqət etdikdə müəyyən olunur ki, protest müəllifi Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə razılaşmaqla, sonuncuya münasibətdə CM-nin 74-cü maddəsində nəzərdə tutulmuş şəraitin dəyişməsi kimi güzəştli institutun tətbiq edilməsini mübahisləndirmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs həmin cinayətə görə məsuliyyətdən azad edilməsinin mübahisələndirilməsi üzrə kassasiya protestində irəli sürülmüş iddia ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 74-cü maddəsinə əsasən CM-nin 321.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edərkən qərarı onunla əsaslandırmışdır (apellyasiya məhkəməsinin də, razılaşdığı mövqe) ki, “ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs xəstəliyini əsas gətirərək hərbi xidmət keçməkdən boyun qaçırsa da, məhkəmə baxışı zamanı artıq ona verilmiş ittihamın mahiyyətini, xarakterini dərk edərək hər bir vətəndaş kimi vətəndaşlıq borcunu yerinə yetirməyə hazır olduğunu göstərmiş, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətə getmək üçün könüllü və səmimi iradə nümayiş etdirdiyindən məhkəmə şəraitin dəyişməsi ilə əlaqədar onun cinayət məsuliyyətindən azad edilməsini daha məqsədəmüvafiq hesab edir.” Məhkəmələr qeyd olunan nəticəyə gələrkən Təqsirləndirilən şəxs məhkəməyə ünvanlandığı 06 dekabr 2023-cü il tarixli ərizədən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsindən daxil olmuş 16 noyabr 2023-cü il tarixli məktubdan çıxış etmişlər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Neftçala rayonu, Aşağı Surra kənd sakini Mehtiyev X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinə ərizə ilə müraciət edərək, tutduğu əməldən peşman olduğunu, səhhətindən şikayəti olmadığını və 2024-cü ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə getməyinə hazır olduğunu bildirmişdir. Şöbə tərəfindən növbəti h əqiqi hərbi xidmətə çağırışa cəlb olunaraq, adı çağırışçıların sərəncamına daxil ediləcəkdir. Vətəndaş Təqsirləndirilən şəxs atası X-in müddətli həqiqi hərbi xidmətə göndərilməsinə etiraz etmir. Həmçinin Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixli ərizəsində əməlindən peşman olduğunu, əsgər getmək istədiyini, növbəti çağırışda əsgər getməyi söz verdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsində təsbit edilmiş qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Başqa sözlə desək qanunçuluq prinsipinə görə - cinayət törədən şəxsə cinayəthüquqi təsir tədbirlərini tətbiqi, onun məsuliyyətdən və cəzadan azad edilməsi yalnız cinayət qanununda nəzərdə tutulan hallarda tətbiq edilə bilər. Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs barəsində tətbiq etdiyi (apellyasiya instansiya məhkəməsi bu nəticə ilə razılaşaraq) CM-nin 74-cü maddəsi ilə bağlı məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, CM-nin 74.1-ci maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Maddənin dispozisiyasına diqqət etdikdə müəyyən olunur ki, bu maddənin tətbiqi imperativ deyil, dispozitiv xarakter daşıyır, yəni səlahiyyətverici normadır, vəzifə müəyyənedici norma deyil. Göstər ilən normanın təhlili belə nəticəyə gəlməyək üçün əsas verir ki, cinayət əməlinin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəliliyini itirib-itirməməsi, şəraitin dəyişməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olubolmamasına dair sübutlara məcmu halında, məhkəmə baxışı mərhələsində qiymət verilməlidir. Məsələyə belə hüquqi mövqedən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli Qərarında yanaşmışdır. Həmin Qərara əsasən cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətl ə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 40.4-cü maddələri imp erativ qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutduğu halda, həmin Məcəllənin 40.2-ci maddəsində göstərilən hallar üzrə (CM-in 72.1, 73.1, 73-1.3 və 74-cü maddələri) şəxsin cinayət məsuliyyətindən azad edilməsi cinayət prosesini həyata keçirən orqanın vəzifəsi kimi nəzərdə tutulmamış və qanunverici bu hallan cinayət təqibini həyata keçirən orqanların və ya məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyası tərəfindən öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab olunmaqla, 2023-cü ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmət keçmək üçün çağırışdan boyun qaçırmış, cinayət təqibinin başlandığı tarixdən (08 iyun 2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında təkrar müayinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 10 iyul 2023-cü il tarixli qərarı nəzərə alınmaqla), məhkəmə hökmü elan edildiyi tarixədək (13 dekabr 2023-cü tarixədək) “könüllü və səmimi iradə nümayiş” (məhkəmələrin CM-nin 74-cü maddəsinin tətbiq edilməsi üçün əsas xususat) etdirməklə həqiqi hərbi xidmət keçməsi üçün (həmin ilin aprel, iyul və oktyabr çağırışları) kifayət qədər vaxtı olmasına baxmayaraq heç bir real addım atmamış, işə apellyasiya icraatı qaydasında (artıq 2024-cü ilin yanvar çağırışı) baxılarkən də, bununla bağlı dəyişən heç bir hal olmamışdır. Belə olan halda protest müəllifinə aydın olmadığı kimi, məhkəmə kollegiyasına aydın deyil ki, birinci və apellyasiya məhkəmələrinin Təqsirləndirilən şəxs cinayət törə dilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə onun həyatında şəraitin ciddi surətdə dəyişməsi əsas ola biləcək hansı hal baş vermişdir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 74-cü maddəsinin tətbiqi üçün əsas olsun. Hazırki işin hallarını Konstitusiya Məhkəməsinin Cinayət Məcəlləsinin 74-cü maddəsinə verdiyi təfsirlə müqayisə etdikdə, aydın olur ki, birinci instansiya məhkəməsinin Cinayət Məcəlləsinin 321.1-ci maddəsində nəzərdə tutulmuş hərbi xidmətdən boyun qaçırma cinayəti törətmiş Təqsirləndirilən şəxs gələcəyə dair həqiqi hərbi xidmət keçməsi ilə bağlı ərizəsini (könüllü və səmimi iradə nümayiş etdirməsini) şəraitin dəyişməsi kimi qəbul edib göstərilən haldan çıxış edərək onun cinayət məsuliyyətindən azad etməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqey i, müvafiq olaraq da Cinayət Məcəlləsinin 74-cü maddəsinin tələbləri ilə uzlaşmayan nəticə kimi özünü göstərir. Belə olan halda, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 74-cü maddəsinə əsasən CM-nin 321.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə bu hissədə cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarı və onun dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarı məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və sözügedən məsələyə yenidən apellyasiya qaydasında baxılmasını tələb edən Cinayət-Prosessual Məcəllənin 416.1.14-cü maddəsində nəzərdə tutulmuş hal (cinayət təqibini istisna edən halın olmamasına baxmayaraq, cinayət işi üzrə icraata xitam verilməsi) kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiya sı kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 1(106)-164/2024 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Qərara aldı: Kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 13 fevral 2024-cü il tarixli, 1(106)-164/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar