Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1472/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-614/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyə ti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum X8 XXXXX-ci il tarixdə Türkiyə Respublikası, İğdır şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində texnoloq-qablaşdırma vəzifəsində işləyən, X ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayır. 2. 08 fevral 2024-cü il tarixli ittiham aktına görə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 06 mart 2024-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X8 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X8 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 15 may 2023-cü il tarixli əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həmin MMC-nin istifadəsinə verilmiş Sabirabad rayonu Qalaqayın kəndində Sabirabad Sənaye Məhəlləsində yerləşən bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr istehsal olunan müəssisədə texnoloqqablaşdırma vəzifəsində işləyərkən, üzərinə cəmiyyət rəhbərinin 16 may 2023-cü il tarixli, 05/22 nömrəli əmri ilə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməklə, müəssisədə məhsul istehsalını həyata keçirməli, istehsal prosesinə nəzarət etməli və müəssisədə avadanlıqlardan istifadə normativlərinə riayət edilməsinə nəzarət etməli olduğu halda, “Təzyiq altında işləyən tutumların quraşdırılması və təhlükəsiz istismar qaydaları”nın 5.1.1, 5.5.1, 5.5.4, 5.5.20 bəndlərinin, “İstehsalat prosesləri” 12.3.002-75* DST-nə /Dövlət standartına/ 1.1, 2.7.1, 2.9.1 bəndlərinin və “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST”-a /Dövlət standartı/ 1.2, 1.4, 2.1.2 bəndlərinin tələblərini pozub, 01 iyun 2023-cü il tarixli, 01/23 nömrəli əmr və eyni tarixli əmək müqaviləsi əsasında müəssisəyə mühafizəçi vəzifəsinə işə götürülməklə faktiki olaraq 2023-cü ilin may ayının əvvəllərindən həmin vəzifədə işləyən Zərərçəkmiş şəxs sonuncunun vəzifə öhdəliklərinə aid olmadığı halda, eyni zamanda aqrokimyəvi maddə istehsalı üzrə müvafiq proqramlar əsasında peşə hazırlığı və təlim keçmədən, işlərin təhlükəsiz üsul və metodlarla yerinə yetirilməsini öyrətmədən, xüsusi geyim və qorunma vasitələri ilə təmin etmədən müəssisədə istehsal prosesinə cəlb edərək, sərbəst şəkildə işə buraxmış, nəticədə Zərərçəkmiş şəxs 04 iyun 2023cü il tarixdə, saat 22 radələrində müəssisədə aqrokimyəvi maddə istehsalı məqsədilə istifadə olunan qarışdırıcı çənin içərisində olan kimyəvi məhlulun qəfildən təzyiqlə ətrafa daşaraq bədəninin müxtəlif nahiyələrinə düşməsi səbəbindən aldığı, bəzi yerlərdə bozumtul nekrozlaşmış, bəzi hissələrdə tünd qırmızımtıl çəhrayı rəngdə ümumi bədən səthinin 80 faizini təşkil edən İİİ-İV dərəcəli kimyəvi yanıq yaralarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, ölüm lə birbaşa səbəbli əlaqəli olan xəsarətlər nəticəsində inkişaf etmiş orqanizminin ümumi intoksikasiyasından 20 iyun 2023-cü il tarixdə, saat 05:05-də Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində ölmüş, bununla da o, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur.
5. Sabirabad Rayon Məhkəməsinin 1(056)-77/2024 nömrəli, 15 may 2024-cü il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətinə texnoloqqablaşdırıcı vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün cinayət qanunu normasının düzgün tətbiq olunaraq dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Hökmdən təqsirləndirilən şəxs X8 da apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, 01 (bir) il müdətinə texnoloq-qablaşdırıcı vəzifəsi tutmaq hüququndan məhrum edilməsi barədə əlavə cəzanı ləğv etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə t əyin ediləcək yeni cəzanı şərti hesab edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-614/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 1(056)77/2024 nömrəli, 15 may 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən cəza təyini hissəsində dəyişdirilmiş, X6 təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kass asiya protestində qeyd edilmişdir ki, məhkəmə X6 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin etməməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş qərarda Məhkumun "xxxx" MMC-nin təsisçisi olmaqla 10 faiz payçı olması, müəssisənin direktoru tərəfindən təqdim olunmuş müraciətdə Azərbaycan Respublikasında Məhkum kimi mütəxəssislərin az olması səbəbindən sonuncunun müəssisənin fəaliyyətinin davamlı olmasında, istehsalatda texnoloji proseslərin həyata keçirilməsində texnoloq kimi əhəmiyyətinin böyük olması vurğulanaraq onsuzda aşağı həddə təyin edilmiş cəza demək olar ki, cəza təyin edilməmə səviyyəsinə çatdırılmaqla 01 (bir) il müddətinə endirilmişdir. Apellyasiya instansiyası məhkəməsi imperativ norma ilə bağlı verilmiş apell yasiya protestinin dəlillərini süni şəkildə əsassızlaşdırmaq üçün əsaslandırma belə aparmadan Məhkumun cəzasını azaltmaqla protestin təmin edilməməsi qənaətinə gəlmişdir. Bundan başqa birinci instansiya məhkəməsi Məhkumə 01 (bir) il müddətinə texnoloq-qablaşdırıcı vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməsinə baxmayaraq qərarının nəticə hissəsindən görünür ki, sanki sonuncuya yalnız azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Qərarın təsviri hissəsində məhkuma əlavə cəzanın təyin edilməsi ilə bağlı heç bir məlumat göstərilməmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan po zuntu kimi qiymətləndirib həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)614/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya protestinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud s übutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkə məsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Dövlət ittihamçısı kassasiya protestində məhkum X6 təyin edilmiş cəzanı mübahisələndirərək, ilk növbədə məhkuma təyin edilmiş əsas cəzanın yüngül olduğunu, daha sonra ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə cəzanın təyin edilməli olduğunu, həmçinin əcnəbi olduğundan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın da tətbiq edilməli olduğunu iddia edərək, xahişini Azərb aycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və onlarla əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)614/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
20. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
21. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
22. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
23. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CMnin 61-ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
24. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cə zanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
25. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
26. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
27. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilm əsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinay ət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
28. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
29. Kassasiya müraciətində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, onlar məhkum X6 təyin olunmuş əsas cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
30. Belə ki, məhkum X5 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
31. Birinci instansiya məhkəməsi tərəfindən məhkum X6 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi üzrə 01 (bir) il müddətinə texnoloq-qablaşdırıcı vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
32. Hökmdən verilmiş apellyasiya protesti və apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi Məhkumun şəxsiyyətini, hadisədən sonrakı davranışını, Azərbaycan Respublikasında yaşamaqla işləməsində səbəb və məqsədi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmaqla maddi və mənəvi ziyana görə 25000 manat pul ödənilməsini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisənin gələcək fəaliyyətində onun rolu kimi halları xüsusilə müstəsna hallar kimi nəzərə alıb, birinci instansiya məhkəməsi tərəfindən təyin olunm uş cəzanın həddini bir daha müzakirə edərək, ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının onun islah təsiri üçün yetərli olması, həmçinin əlavə cəza təyin edilməməsi qənaətinə gəlmişdir.
33. Həmin qənaətini onunla əsaslandırmışdır ki, məhkum Məhkumun əməli ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir. O, ilk dəfə məhkum olunmaqla, əməlindən səmimi peşman olmasını ifadə etməklə yanaşı, islahedici davranışlar nümayiş etdirib zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, işəgötürən olaraq müəssisə hüquqi varisə 25000 manat maddi və mənəvi ziyan ödəmiş, zərərçəkmiş şəxsin hüquqi varisi birinci və apellyasiya instansiyası məhkəməsinə notariat qaydada təsdiq olunmuş ərizə göndərərək şikayətinin olmadığını, ona dəymiş maddi və mənəvi ziyana görə 25000 manat ö dənilməsini bildirmişdir. Cinayət işinin materiallarında olan müəssisə nizamnaməsi ilə onun "xxxx" MMC-nin təsisçisi olması və 10 faiz payçı olması müəyyən olunur. Bundan başqa müəssisənin direktoru tərəfindən edilmiş müraciətdən görünür ki, Azərbaycan Respubikasında bu tip mütəxəssislərin az olması səbəbindən Məhkum istehsalat texnoloqu kimi dəvət olunmuşdur. Müəssisənin fəaliyyətinin davamlı olmasında, istehsalatda texnoloji proseslərin həyata keçirilməsində texnoloq kimi onun əhəmiyyəti böyükdür. Eyni zamanda yetkinlik yaşına çatmayan övladının saxlanılması üçün aliment öhdəliyi vardır.
34. Məhkəmə kollegiyası məhkum X6 əsas cəza təyin edilməsinə aid apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmənin bu hissədə gəldiyi nəticə yuxarıda istinad edil ən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.
35. Kassasiya protestinin məhkum edilmiş şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə əlavə cəzanın təyin edilməli olduğu, lakin mübahisələndirilən qərarın nəticəvi hissəsində bunun öz əksini tapmadığı barədə dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxsin təqsirli bilindiyi maddənin sanksiyasına nəzər yetirdikdə müəyyən olunur ki, həmin maddənin sanksiyasın da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə cəza, əlavə cəza kimi nəzərdə tutulmuşdur, onu tətbiqi ilə bağlı məsələ məhkəmənin vəzifəsi kimi deyil, hüququ kimi təsbit olunmuşdur.
36. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarı).
37. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında əsas cəzanın yüngülləşdirilməsi ilə bağlı gətirdiyi əsasları əlavə cəzanın təyin olunmasını istisna edən hallar kimi qiymətləndirərək, məhkum edilmiş şəxsə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 01 (bir) il müddətinə texnoloq-qablaşdırıcı vəzifəsi tutmaq hüququndan məhrum edilməsinə dair əlavə cəzanın təyin edilməsinin zəruri olmadığı qənaətinə gəlmiş, qərarın təsviri-əsaslandırıcı hissəsində bu barədə müvafiq əsaslandırma aparmaqla, birinci instansiya məhkəməsinin hökmünü həmin hissədə dəyişdirmişdir. Təsviri-əsaslandırıcı hissəyə uyğun olaraq, mübahisəsi aparılan mə hkəmə aktının nəticəvi hissəsində də əlavə cəzanın təyin olunmaması öz əksini tapmışdır.
38. Məhkum edilmiş şəxsə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməli olması ilə bağlı kassasiya protestinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə də apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
39. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.
40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edildiyi, eləcə də yuxarıda təsviri verilmiş Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələbləri nəzərə alındıqda, məhkuma ölkə hüdudlarından kənara məcburi çıxarma cəzasının tətbiq edilməməsi barədə nəticə düzgün qənaət kimi qəbul edilməlidir.
41. Qeyd edilənlər kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müə yyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
42. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X5 barəsində olan 1(106)-614/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-614/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlan