Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1473/2023 20.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, zərərçəkmiş şəxs Abdurrəhmanov Zərifə Abdurrəhman qızı, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakl arı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 1(103)-2276/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, smayılov Elmir Kamil oğlu tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 01-02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 2 mərtəbəli evin həyətinə hasard an aşmaqla düşmüş, evin pəncərəsinin açmaqla evə qanunsuz daxil olmaqla birinci mərtəbədəki otaqdan bir ədəd 500 manat dəyərində qədim mis samovarı, hər topun qiyməti 50 manat olan ümumi dəyəri 100 manat təşkil edən iki top elektrik naqilini və ümumi dəyəri 150 manat təşkil edən «dinozavr» uşaq oyuncalarını gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 750 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Bolluq yaşayış massivində yerləşən tikintisi başa çatmamış evin qapısının yerinə quraşdırılmış dəmir barmaqlığı sındırıb evə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 70 manat dəyərində direli, iki ədəd hər birinin qiyməti 150 manat olan, ümumi dəyəri 300 manat təşkil edən «Zubir» markalı prefaratorları, bir ədəd 150 manat dəyərində, bir ədəd 40 manat dəyərində «Makute» markalı laqondaları, bir ədəd 85 manat dəyərində «Candan» markalı plastik boru ütüsünü, bir ədəd 420 manat dəyərində «Ural-Zid» markalı qaynaq aparatını, 4 ədəd hər birinin qiyməti 100 manat olan ümumi dəyəri 400 manat təşkil edən kombi aparatının kollektorlarını, həmin kombi aparatının 4 ədəd hər birinin qiyməti 17 manat olan ümumi dəyəri 68 manat təşkil edən krantlarını və 28 metr uzunluqda 1 metrinin qiyməti 11 manat olan ümümi dəyəri 198 manat təşkil edən elektrik naqilini gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 1731 manat dəyərində ziyan vurmaqla oğur luq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,420 qram narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 16:40-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi R.Məcidov küçəsində «Bərəkət» marketin yaxınlığında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-ci PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki qəhvəyi rəngli gödəkəçəsinin sağ yan cibidən 01 ədəd gümüşü kağıza bükülmüş içərisində təmiz çəkisi 0,420 qram qəhvəyi rəngil tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim H.İ.Hüseynli) 25 oktyabr 2022-ci il tarixli, 1(003)-367/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 1772.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
4. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının (sədrlik edən hakim Q.X.Babayev, hakimlər C.V.Hüseyn və K.H.Əkbərovdan ibarət tərkibdə) 29 dekabr 2022-ci il tarixli, 1(103)-2276/2022 saylı qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 1(003)-367/2022 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 1(103)-2276/2022 saylı qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri
7. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində qeyd olunmuşdur ki, iş üzrə hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsiz olmuşdur. Belə ki, istintaq orqanı tərəfin dən cinayət işi qeyri-qanuni aparılmışdır. 8.Bundan başqa, ittiham olunduğu oğurluq cinayətini törətməmişdir. İstintaq orqanı məhkumun iradəsinə zidd olaraq və fiziki təsir göstərərək oğurluq cinayəti üzrə ona ittiham elan etmişdir. Bundan əlavə, birinci və apellyasiya instansiyası məhkəməsi ittiham orqanının tərtib etdiyi cinayət işini olduğu kimi qəbul edib Məhkum cəza vermişdir. Həmçinin, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslər də təsdiq edə bilərlər ki, onların mülkiyyətindən Məhkum tərəfindən oğurluq edilməmişdir.
9. Kassasiya şikayətinin müəllifi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 1(103)-2276/2022 saylı qərarının ləğv edilməsini və cinayət işinin yenidən baxılması məhkəməsinə göndərilməsini xahiş etmişdir. üçün a pellyasiya instansiya III. Hüquqi məsələlər
10. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunu n bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib, qiymətləndirilmədiyi əsas gətirilərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 1(103)-2276/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaql a Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
19. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarında cinayət işi üzrə toplanmış sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək, hesab etmişdir ki, istər birinci instansiya məhkəməsində tətqiq edilmiş sübutlar, istərsə də ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı müdafiəçilərinin iştirakı ilə verdiyi ifadələri ilə yanaşı digər təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur.
20. Belə ki, apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməs i Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.,177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
21. Kassasiya məhkəməsi cinayət kollegiyası şika yətlə əlaqədar qeyd edir ki, apelyasiya məhkəməsi cinayət işi materialları üzrə tədqiq edilmiş sübutlara əsaslanmış, onlara qiymət verərək işin faktiki halı üzrə qənaətə gəlmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi qəbul etdiyi qərar üzrə heç bir prosessual və maddi hüquq normalarının pozulması hallarına yol verməmişdir. 23. əlavə olaraq qeyd etmək lazımdır ki, birinci instansiya və apelyasiya məhkəməsinin istinad edib tədqiq etdiyi sübutlar bir-biriləri ilə əlaqəli şəkildə, kompleks olaraq, işin faktiki hallarını müəyyən edir. 24.Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prose ssual hüquq normalarına uyğun qəbul edilmişdir.
25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 26.Məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 1(103)-2276/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 27.Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 29 dekabr 2022-ci il tarixli, 1(103)-2276/2022 saylı qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.