Məhkəmə qərarları › İş №1(102)-1473/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1473/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1473/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X9, Bəraət almış şəxs- X2, Müdafiəçi – Müdafiəçi1 iştirakları ilə, Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş şəxs X2 barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmü ilə (Sədrlik edən hakim: X3) 19 oktyabr 1970-ci ildə Sabirabad rayonu Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvəllər məhkum edilməmiş, işləməyən, ünvan 1 ünvanda yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilini b 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclası zalından dərhal həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 15 fevral 2023-cü il tarixdən hesablanması barədə yekun qərar qəbul edilmiş, iş üzrə məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 1(106)-262/2023 saylı hökmü (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X12 və X13 ibarət tərkibdə) ilə X2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 15 fevral 2023-ci il tarixli, 1(056)-08/2023 nömrəli hökmü ləğv edilmiş, X4 Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilərək qərarın ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsi xahiş olunur. Kassasiya protestinə qarşı X2 müdafiəçisi Müdafiəçi1 tərəfindən etiraz verilərək kassasiya protestinin əsassız olduğundan təmin edilməməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli hökmünün qanu ni və ədalətli olduğu üçün dəyişdirilmədən saxlanılması xahiş olunur. İşin halları: İstintaq orqanı tərəfindən X4 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 22 aprel 2022-ci il tarixdə saat 21 radələrində etibarnamə əsasında “VAZ 2106” markalı 54-BA- 921 dövlət qeydiyyat nişanlı avtomobili Sabirabad-Həşimxanlı-Qaragüney yolu ilə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkətdə olduğu zaman təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair tələblərini pozaraq, hərəkət istiqamətin də yolu sağ tərəfdən sola doğru keçən piyada X6 hərəkətə başladığı anda yaranmış təhlükəni gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanmaq həddinə qədər azaltmaq üçün tədbirlər görməli olduğu halda bunları etməmiş, avtomobilin qabaq hissəsi ilə Səfa Sariyevi vurmuş, nəticədə o, ehtiyyatsızlıqdan sonuncunun plevra boşluqlarına hava və qan toplanması ilə müşayiət olunan və ağciyərlərin ikitərəfli diffuz seroz pnevmoniyası ilə fəsadlaşan ağciyərlərin zədələnməsi, alın, xəlbir, əng, burun sümüklərinin, sağdan Vİİİ, soldan Vİİİ, İX qabırğaların, sol bud sümüyünün sınıqları, alın, burun nahiyələrinin, sol bazunun, hər iki saidin, hər iki əlin, sağ diz oynağı nahiyəsinin, sağ baldırın sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vurulmasın a aid bədən xəsarətlərindən Bakı şəhəri 1 saylı kliniki tibbi xəstəxanasında ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protestdə apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olmadığını əsas gətirərək qərarın ləğv edilməsini xahiş edərək aşağıdakıları göstərir. Cinayət işində olan yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 05 avqust 2022- ci il tarixli 8/1975 saylı rəyindən görünür ki, “VAZ 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Əlavə yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 16 yanvar 2023-cü il tarixli 8/3630 saylı rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 23.4.2022-ci il tarixli protokolun sxemində piyadanın vurulma yerinin avtomobilin hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 2,1 metr məsafədə, şahidin ifadəsinin yerində yoxlanması haqqında 25.7.2022-ci il tarixli protokolun sxemində isə piyadanın vurulma yerinin avtomobilin hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarında sola doğru 3,5 metr məsafədə yerləşməsi göstərilmişdir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 23.4.2022-ci il tarixli protokolda və onun sxemində göstərilən 7,4 metr uzunluğunda tormoz izinin olması na uyğun deyildir. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Vaz 2106 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr piyadanın vurulma anında dayanmış vəziyyətdə olmasına uyğundur. Məhkəmə tərəfindən piyadanın dayandığı andan vurulmaya kimi keçən vaxt təqdim edilmədiyindən yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 23.4.2022-ci il tarixli protokolun sxemində göstərildiyi kimi piyadanın vurulma yerinin avtomobilin hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 2,1 metr məsafədə yerləşməsi şəraitində sürücü X2 hadisənin qarşısını alması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İfadənin yerində yoxlanması zamanı müəyyən edildiyi kimi piyadanın hərəkət hissəsinin sağ kənarından hərəkətə başlandığı andan vurulma yerinə kimi 3,5 metr məsafə qət etməsi şəraitində Vaz 2106 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bununla da məhkəmənin hökmündə qabardaraq qeyd etdiyi, “müstəntiqin ikinci dəfə hansı səbəblərdən hadisə yerinə baxış keçirmə istintaq hərəkəti aparması zəruriliyi” nə səbəb təqsirləndirilən şəxs hadisə baş verən gün izahatında qarşıdan gələn maşının işıqlarının gözlərini qamaşdırdığına görə piyadanı görə bilmədiyi üçün avtomaşınla piyadanı vurmasını qeyd etməsi, hadisə günü piyadanı vurduğu məsafəni sonrakı ifadələrində, yolun orta hissəsinə doğru çəkməklə təzadlı fikirlər səsləndirməsi olmuşdur. Yuxarıda qeyd olunana halların tədqiq edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2023 qərarı ilə, iş üzrə əlavə “məhkəmə yolnəqliyyat hadisələri” ekspertizası təyin edilməsi barədə qərar qəbul edilmiş və apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallara uyğun olaraq ekspert qarşısında “Hadisə zamanı sürücü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmaması və onun hadisənin qarşısını almağa texniki imkanı olub olmaması” barədə suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2023-cü il tarixli 8/2434 nömrəli rəyində göstərilmişdir ki, məhkəmə tərəfindən müəyyən edildiy i kimi, təhlükə yaranan andan vurulmaya kimi piyadanın iti yerişlə hərəkətdə olması və həmin andan vurulmaya kimi piyadanın 2,1 metr məsafə qət etməsi şəraitində VAZ 2106 markalı 54BA921 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İş üçün əhəmiyyətli hal olması nəzərə alınmaqla Cinayət Prosessual Məcəlləsinin 97.6.4 maddəsinin tələbləri rəhbər tutularaq ekspert təşəbbüsü ilə aşağıdakılar göstərilir: Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə əsasən VAZ-2106 markalı 54BA921 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr piyadanın vurulma anında dayanmış vəziyyətdə olmasına uyğundur. Lakin məhkəmə tərəfindən piyadanın dayandığı andan vurulmaya kimi keçən vaxt təqdim edilməmişdir. Ona görə də məhkəmə tərəfindən müəyyən edildiyi kimi təhlükə yaranan andan vurulmaya kimi piyadanın iti yerişlə hərəkətdə olması real hadisə mexanizminə uyğun deyildir. Piyadanın dayandığı andan vurulmaya kimi keçən vaxtın nəzərə alınmaması hazırkı rəyin nəticəsinə təsir edə bilər. Göründüyü kimi qeyd olunan rəyin elə birinci cümləsində “məhkəmə tərəfindən müəyyən edildiyi kimi” sözləri yazılmışdır. Məhkəmə görəsən hansı şahid ifadələrinə, hansı hadisə yerinə baxış protokoluna və ya xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxsin ifadəsini yerində yoxlayan zamanmı müəyyən etdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı mərhum qaçaraq yolu sağdan sola tərəfə keçirmiş. Məhkəmə kollegiyası özü də tam olaraq gördü k i, mərhumun yolu sağdan sola keçməsində heç bir ağlabatan məqsəd ola bilməzdi. Çünki qeyd olunan yolun sol tərəfindən nə bir dayanacaq, nə bir iaşə obyekti, nə bir tikili və s olmamış, əksinə yolun sol tərəfi tam boş, çöllük bir ərazi olmuş, ərazinin relyefi isə dağlıq, dərə-təpədir. Rəyin ikinci abzastında da qeyd edilir ki, VAZ-2106 markalı 54BA921 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr piyadanın Vurulma anında dayanmış vəziyyətdə olmasına uyğundur. Lakin məhkəmə tərəfindən piyadanın dayandığı andan vurulmaya kimi keçən vaxt təqdim edilməmişdir. Ona görə də məhkəmə tərəfindən müəyyən edildiyi kimi təhlükə yaranan andan vurulmaya kimi piyadanın iti yerişlə hərəkətdə olması real hadisə mexanizminə uyğun deyildir. Piyadanın dayandığı andan vurulmaya kimi keçən Vaxtın nəz ərə alınmaması hazırkı rəyin nəticəsinə təsir edə bilər. Göründüyü kimi, məhkəmə birmənalı şəkildə təqsirləndirilən şəxsə nəyin bahasına olursa-olsun “bəraət verməliyəm” prinsipini əsas götürərək heç ekspert rəyinin ikinci hissəsinə məhəl qoymadan, hüquqi qiymətləndirmə aparmadan iş materialları ilə uzlaşmayan nəticəyə gəlmişdir. Əgər mərhumun “məhkəmənin müəyyən etdiyi kimi” guya yolu sağdan sola keçmək fikrini ağlabatan hesab etsəydik onda gərək, təqsirləndirlən şəxsin qeyd etdiyi kimi aralarında 70 metr məsafə olanda keçərdi, yoxsa necə olur ki, 3-4 metr məsafə qalmış, birdən mərhum anidən yolu keçmək qərarına gəlir. Bu fikir ağlabatan deyil və ekspert rəyi də piyadanın vurulma anından dayanmış vəziyyətdə olmasını təsdiq edir. Yuxarıda şərh edilənlərə əsasən dövlət ittihamçısı Şirvan Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilərək apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, bəraət almış şəxs X2 və müdafiəçisinin kassasiya protestinin təmin edilməməsi, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəl illərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəmə sinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair qaydalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla, yekun nəticəni yolverilməz sübutlarla əsaslandırmaqla X2 təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona əsassız olaraq bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq a şağıdakıları qeyd edir. Kassasiya protestində X4 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həl li: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Bununla bağlı apellyasiya məhkəməsi öz qərarın da mövqeyini əsaslandırarkən müəyyən etmişdir ki,... Məhkəmə kollegiyası ilk növbədə ittihamın əsasını təşkil edən və birinci instansiya məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi “Yol-nəqliyyat hadisələri” ekspertizasının 05 avqust 2022-ci il tarixli 8/1975 saylı və 16 yanvar 2023-cü il tarixli 8/3630 saylı rəylərinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cinayət işi materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 23 aprel 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş yol-nəqliyyat hadisəsi yerinin sxemindən görünür ki, X5, eləcə də 2 nəfər hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, yolun hərəkət hissəsinin eni 7,4 metrdir, sağ ehtiyyat hissəsi 3 metr, sol ehtiyyat hissəsi isə 2 metrdir. Piyada asfalt yolun sağ kənarından sola doğru 2,1 metr məsafədə vurulmuşdur. Hadisə yerində 7,4 metr tormoz izi vardır. Həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür X5 hadisənin baş vermə mexanizmini müstəntiqə izah etməklə yanaşı piyadanın vurulma yerini, tormoz izini, həmçinin piyadanın avtomobilin üzərindən düşdüyü yeri və yerdə olan qan izlərini əyani şəkildə göstərmişdir. İş materiallarında olan “Şahidin ifadəsinin yerində yoxlanması” haqqında xx.xx.2022ci il tarixli protokol və “yol nəqliyyat hadisəsinin” sxemində hadisənin yolun asfalt örtüyünün orta hissəsində olan qırıq-qırıq xəttin üzərində, yəni yolun sağ kənarından sola doğru 3,5 metrliyində piyadanın vurulması qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsində aparılan məhkəmə istintaqı zamanı X5 bildirdi ki, ifadə sinin yerində yoxlanması haqqında xx.xx.2022-ci il tarixli protokola əlavə edilmiş fotoşəkildə o, həqiqətən də yolun asfalt örtüyünün orta hissəsində olan qırıq-qırıq xətti göstərmişdir. Qeyd olunan qırıq-qırıq xətti göstərməkdə məqsədi müstəntiqin ona ünvanladığı “hadisə zamanı avtomobilin sol tərəfi yolun hansı hissəsində dayanmasına” dair sualına cavab vermək olmuş və həmin vaxt fotoşəkil çəkilmişdir. Sonradan ona məlum olmuşdur ki, müstəntiq piyadanın vurulma yerini yolun sağ kənarından sola doğru 2,1 metr məsafədə deyil, 3,5 metr məsafədə baş verdiyini növbəti dəfə tərtib edilən sxemdə qeyd etmişdir. Bu səbəbdən də o, həmin protokolu və sxemi imzalamaqdan imtina etmişdir. Yuxarıda göstərilən protokol və “yol nəqliyyat hadisəsinin” sxemindən görünür ki, həqiqətən də X5 piyadanın vurulm a yerinin yolun asfalt örtüyünün orta hissəsində olan qırıq-qırıq xəttin üzərində qeyd edilməsinə dair xx.xx.2023-cü tarixli protokol və həmin protokola əlavə edilən “yol nəqliyyat hadisəsinin” sxeminə etirazını bildirərək imzalamaqdan imtina etmiş, həmin protokol və sxem yalnız ibtidai istintaqı aparan Sabirabad RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Emin Əliyev, Sabirabad RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqləri Nurlan Mirzəyev və Mirzahid Abasov tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası Sabirabad RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Emin Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli protokol və həmin protokola əlavə edilən “yol nəqliyyat hadisəsinin” sxeminə münasibətdə qeyd edir ki, əvvəla cinayət işi materialları ilə müstəntiqin yenidən hadisə yerinə baxış keçirməs i və yol nəqliyyat hadisəsinin yeni sxeminin tərtib edilməsinin zəruriliyinin nədən ibarət olması müəyyən olunmur. İkincisi isə müstəntiq tərəfindən xx.xx.2023-cü tarixdə tərtib olunmuş “yol nəqliyyat hadisəsinin” sxemi Qanunvericilikdə nəzərdə tutulmuş tələblər pozulmaqla əldə edilmişdir”.... Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gələrək haqlı olaraq ədalətli və qanuna uyğun qərar qəbul etmişdir. ''Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (ş übhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcə llənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirili r; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 20213-cü il tarixli hökmündə müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyy əti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək cinayət hadisəsinin olmaması barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Bütün bunlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək bəraət hökmü çıxarmış apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyin i, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə çıxarılmış hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X1 bəraət almasına dair Şirvan Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-262/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar