Məhkəmə qərarları › İş №1(102)-1474/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1474/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1474/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, xx.xx.1963-cü ildə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında kiray ədə yaşayan, halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 1(103)-484/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 1(005)159/2021 nömrəli hökmü ilə (hakim: V.R.Qurbanov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi reji mli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2021-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq Məhkum azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Zərərçəkmiş şəxs və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyasiya şikayətləri təmin ed ilməmiş, Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs İran İslam Respublikasından «Soda Aş» kimyəvi xammalını gətirib sataraq birgə qazanc əldə edəcəklərinə dair yalan vəd verərək, 06 fevral 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs 20.000 ABŞ dolları alıb vəd etdiyi həmin xammalı Azərbaycan Respublikasına gətirib sataraq pulunu ələ keçirməklə, Zərərçəkmiş şəxs həmin məbləği ondan aldığ ı ildə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə 34.000 manat təşkil edən, 20.000 ABŞ dolları məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təxminən 20 ilə yaxındır ki, Azərbaycan Respublikasının vətəndaşı ilə rəsmi nikahda olmaqla burada yaşayır, qanuni sahibkarlıqla məşğul olur və bununla bağlı vergilər ödəyir. Ona qarşı irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq etməsi sübuta yetirilmədiyi halda, o, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Məhkum kassasiya şikayətində göstərilənlər ə əsasən ona təyin olunmuş cəzadan CM-nin 52-ci maddəsinin xaric olunmasını, ona təyin olunmuş əsas cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasını və cəzanın çəkilməmiş hissəsindən azad olunmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məs ələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətinin məzmunundan görünür ki, sonuncu məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələblərinin pozulduğunu, zərərçəkmiş şəxsə qarşı hərəkətlərində dələduzluq cinayətinin əlamətlə ri müəyyən olunmadığı və təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə - etibardan sui-istifadə etmə və aldatma yolu ilə, yəni İran İslam Respublikasından «Soda Aş» kimyəvi xammalını gətirib sataraq birgə qazanc əldə edəcəklərinə dair Zərərçəkmiş şəxs yalan vəd verərək sonuncudan Azərbaycan manatı ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pulu ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi barədə ittiham irəli sürülmüş, birinci instansiya məhkəməsi Məhkum ittihamda göstərilən həmin əməli törətməkdə təqsirli bilmiş, bununla apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Dələduzluq cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində isə dələduzluğun bu maddədə göstərilən ağırlaşdırıcı əlamətlə - xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, sözügedən cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan hallar olaraq özgə əmlakının ələ keçirilməsi, onun cinayət məsuliyyətinin yaranması (hazırki halda “xeyli” miqdar təşkil etməsi) üçün tələb olunan miqdarda olması, özgə əmlakının ələ keçirilməsi üçün təqsirkarın yalandan və yaxud zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməsi, aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçir ən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olması və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə, özünün və yaxud mənafeyi naminə hərəkət etdiyi üçüncü şəxsin əmlak kütləsini talanmış əmlak hesabına qanunsuz olaraq artırmağa) yönəlməsi baxılan işin sübutetmə predmetini təşkil edən mühüm hallar kimi çıxış edir. Odur ki, Məhkum Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilmək üçün Cinayət Məcəlləsinin 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə və məhkəmə hökmünün əsaslılığına dair 139, 143-146, 349.5-ci maddələrinin müddəalarına əsasən t ələb olunurdu ki, yuxarıda qeyd olunan (cinayət tərkibinin obyektiv və subyektiv cəhətlərinə aid olub baxılan ittiham üzrə sübutetmə predmetini təşkil edən) halların mövcudluğu barədə nəticələr belə qənaətə gəlmək üçün kifayət edən, cinayət-prosessual qanunun 125-ci maddəsinin, digər prosessual normaların müddəalarına uyğun şəkildə əldə olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə təsdiq olunsun. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mü hakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və apellyas iya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının, o cümlədən sübutetmə predmetinə daxil olan yuxarıda qeyd olunan halların sübuta yetirilməsinə dair nəticələrin təsvir edilən cinayət-prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına, eləcə də CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, Məhkum birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs təxminən 7 ildir ki, tanıdığını, Vəfa və Müşfiq adlı şəxslə şərik işlədiyini, 2019-cu ilin avqust ayından 2020-ci ilin fevral ayına qədər İran İslam Respublikasından şərikli kimyəvi maddə olan «Soda Aş» gətirməyə başladıqlarını, aralarında həmin vaxtlarda heç bir narazılıq olmadığını, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs İrandan yenə kimyəvi maddə gətirmək məqsədi ilə 20.000 ABŞ dolları borc aldığını, həmin gün Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixədək borcu qaytaracağı barədə söz verdiyini, lakin qeyd etdiyi tarixdə satdığı malın pulunu ala bilmədiyinə görə Zərərçəkmiş şəxs pulunu qaytara bilmədiyini, Zərərçəkmiş şəxs aldığı 20.000 ABŞ dollarının qaytarmamağının səbəbi Covid-19 pandemiyası ilə əlaqədar dövlətlərarası sərhədlərin bağlanması olduğunu gö stərmişdir. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində Məhkum adlı şəxsi bir neçə ildir tanıdığını, bir neçə dəfə onun vasitəsi ilə İran İslam Respublikasından kimyəvi məhsullar gətirib satmaqla məşğul olduğunu, xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən "Life Center” ticarət mərkəzinin 2-ci mərtəbəsində Məhkum icarəyə götürdüyü ofisində ona 20.000 ABŞ dollarını tam şəkildə İran İslam Respublikasından «Soda Aş» kimyəvi məhsulunu gətirmək məqsədi ilə sonuncuya verdiyini, Mehdinin kimyəvi maddə gətirilmədiyi halda xx.xx.2020-ci il tarixdə ona verdiyi məbləği qaytarmağı vəd etdiyini, qeyd olunan vaxtda Mehdidən vəd verdiyi kimyəvi maddəni, ya da ki, aldığı pulu tələb etdiyini, Mehdinin pulu qaytarmaqdan və gətirdiyi malı verməkdən imtina etdiyinə görə ondan şikayətçi olduğunu, keç ən müddət ərzində Mehdi tərəfindən ona sadəcə 5.000 manat məbləğində pul ödədiyini göstərmişdir. Şahid X5 ifadəsində göstərmişdir ki, Məhkum 7-8 ildir ki, tanıyır, onunla ticarət münasibətləri olmuş, Mehdi ilə ticarət əlaqələri olduğu müddətlərdə aralarında heç bir narazılığı olmamış, 06 fevral 2020-ci il tarixdə Mehdinin Nərimanov rayonu ərazisində yerləşən ofisində Zərərçəkmiş şəxs 20.000 ABŞ dollarını onun iştirakı ilə Mehdiyə vermiş, həmin pulun müqabilində X10 Respublikasından Bakı şəhərinə Vəfa üçün «Soda Aş » məhsulu gətirməyi vəd etmiş, aradan bir neçə gün keçdikdən sonra Mehdi aldığı pulun müqabilində «Soda Aş» kimyəvi məhsulunu Bakı şəhərinə gətirmiş, O, Vəfa ilə birlikdə Xırdalan qəsəbəsində vaqonda həmin malı görmüşlər. Mehdi onlara demişdir ki, müştəri tapıb malı satsınlar. On lar müştəri tapmışlar. Lakin həmin malın yoxa çıxdığını görmüşlər. Mehdi onlara bildirmişdir ki, malı Sahil adlı şəxsin anbarına boşaltmışdır. Sahil adlı şəxsi müəyyən edib onunla mobil telefon əlaqəsi yaratdıqdan sonra Sahil ona bildirmişdir ki, Mehdi ona mal verməmişdir. O, Vəfa ilə birlikdə Mehdinin oturduğu Nərimanov rayonunda olan ofisinə gəlmişlər. Mehdi pulu qaytarmaq barədə iltizam yazaraq Vəfaya təqdim etmişdir. xx.xx.2020-ci il tarixdə Vəfa ilə o, Mehdinin işlədiyi ofisə gəlmişlər. Mehdi vədinə əməl etməyərək aldığı pulu qaytarmamışdır. Göründüyü kimi həm zərərçəkmiş Zərərçəkmiş şəxs, həm də şahid X7 Tabrizi Mehdi adlı şəxsi bir neçə ildir tanıdıqlarını, bir neçə dəfə onun vasitəsi ilə İran İslam Respublikasından kimyəvi məhsullar gətirib satmaqla məşğul olduqlarını, 20.000 ABŞ d ollarında məbləğin İran İslam Respublikasından «Soda Aş» kimyəvi məhsulunu gətirmək məqsədi ilə verildiyini, hətta Xırdalan qəsəbəsində vaqonda həmin malın gəldiyini (Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə Şahid1 isə həm ibtidai istintaq, həm də məhkəmədə vermiş olduqlar ifadələrlə), Məhkum xx.xx.2020-ci il tarixdə verdiyi məbləği qaytarmağı vəd etdiyini qeyd etməklə faktiki olaraq Məhkum sonuncularla daha əvvəl işgüzar münasibətdə olması, həmçinin xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs İrandan yenə kimyəvi maddə gətirmək məqsədi ilə 20.000 ABŞ dolları borc alması, həmin gün Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixədək borcu qaytaracağı barədə söz verdiyini, lakin qeyd etdiyi tarixdə satdığı malın pulunu ala bilmədiyinə görə Zərərçəkmiş şəxs pulunu qaytara bilmədiyi kimi ifadəsini tə sdiq etmişlər. Göstərilən hal həmçinin Mehdi Dibaei, Arşiya Dibaei və Müşfiq Qasımov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli iltizamla da təsdiq olunur. Belə ki, iltizamın surətindən görünür ki, “X9 Paşayevadan 20.000 (iyirmi min) dollar pul aldım. Soda aş İrandan gələn mala görə bu pulu aldım və imzalandığı gündən etibarən on beşi ikinci ay iki min iyirminci ildə pulun tam qaytarılmasını öz imzamla təsdiq edirəm. Pulu verərkən şahid qismində Arşiya Dibaei və Müşfiq Qasımov iştirak edirlər və bütün cavabdehliyi Mehdi Dibaei daşıyır.”. Məhz göstərilən hallardan çıxış etməklə ibtidai istintaqın ilkin mərhələsində 06 mart 2020-ci il tarixdə və 19 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-c ü maddəsinin tərkibinin olmaması əsası (mülki xarakterli olduğundan) ilə sonuncu barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Qeyd olunan (iş üzrə toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlardan irəli gələn) halların fonunda cinayət təqibi orqanının və onunla razılaşan məhkəmələrin nəyə əsasən Məhkum verdiyi məlumatların, o cümlədən Zərərçəkmiş şəxs ittihamda qeyd olunan 20.000 ABŞ dolları götürərkən onda həmin məbləğin əvəzsiz olaraq ələ keçirmək niyyətinin olmaması, ümumiyyətlə belə məqsəd güdməməsi, qeyd etdiyi tarixdə satdığı malın pulunu ala bilmədiyinə görə Zərərçəkmiş şəxs pulunu qaytara bilməməsi, Zərərçəkmiş şəxs aldığı 20.000 ABŞ dollarının qaytarmamağının səbəbi Covid19 pandemiyası ilə əlaqədar dövlətlərarası sərhədlərin bağlanması barədə iddiasının kifayət qədər təkzib olunması haqqında nəticəyə gəlmişlər – bu məhkəmə kollegiyasına aydın deyil. Belə olan halda ittihamda və məhkəmə aktlarında verilmiş cinayətin təsvirində Məhkum Zərərçəkmiş şəxs məxsus Azərbaycan manatı ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pulu ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olması və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsi barədə nəticə, bunu təsdiq edən sübutlarla əsaslandırılmadığından, əsası olmayan mülahizə - ehtimal kimi görsənir. Təsvir olunanlardan görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nətic əyə gələrkən həmin ittihama hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144, 145 və 146-cı maddələrinin tələblərini pozmaqla məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən cinayət-prosessual qanunun 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Bu pozuntular qeyd olunan ittihama aid işin faktiki hallarının inandırıcı şəkildə müəyyən edilməsi üçün apellyasiya baxışının təkrarən keçirilməsini, onun gedişində təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs dindirilməklə, habelə digər sübutlar tədqiq edilməklə işin mühüm əhəmiyyətli hallarının tam, hərtərfli və obyektiv araşdırılmasını, bu araşdırmanın nəticələrinə görə (gerçək faktlar əsasında) hüq uqi məsələlərin yenidən həll edilməsini tələb edir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 fevral 2022-ci il tarixli, 1(103)-484/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məh kum barəsində olan 17 fevral 2022-ci il tarixli, 1(103)-484/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar