Məhkəmə qərarları › İş №1(102)-1474/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1474/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1474/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Həsənov Bəkir Sabir oğlunun iştirakları ilə xx xxxxxx 1962-ci il tarixdə Sabirabad rayonu, Vladimirovka (indiki Nizamikənd kəndi) kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli 1(106)-158/2025 nömrəli qərarından məhkum və onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Həsənov Bəkir Sabir oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 1(032)-65/2024 nömrəli hökmü ilə (sədrlik edən C.M.Mustafayev) Məhkum - Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 noyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli 1(106)-158/2025 nömrəli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), Y.X.Həşimov və H.X.Bəhmənov) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli 1(032)-65/2024 nömrəli hökmü dəyişdiril mədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, qəsdən, 23 noyabr 2023-cü il tarixdə saat 12:50 radələrində ünvan 3 ünvanında yerləşən Şirvan ŞPŞ-nin giriş qapısının qarşısında qızı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə ictimai qaydanı kobud surətdə pozaraq, səs-küy salıb, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə, ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına qarşı etinasızlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ətrafda olan çox sayda insanların gözü qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə, özünün şəxsiyyətini başqa şəxsin fövqində qoyub, Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir edərək əlində olan evinə məxsus açar toplusundan silah qismində istifadə etməklə qəsdən Zərərçəkmiş şəxs saçından tutub baş nahiyəsinə 1 (bir dəfə) vuraraq ona “qapalı kəllə-beyin travması baş beyin silkələnməsi” xəsarəti ilə müşaiyət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarəti, Təqsirləndirilən şəxs isə əlində olan əl çantasından silah qismində istifadə etməklə qəsdən Zərərçəkmiş şəxs boyun nahiyəsinə 1 (bir dəfə) vuraraq ona “boyunun sağ yan səthində cızıq” xəsarəti ilə müşaiyət olunan sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, bu səbəbdən hadisə yerinə çoxlu sayda vətəndaşların söyüş-dalaşma səslərini eşidib toplaşmasına, həyəcanlanmasına, təhlükədə qalmasına gətirib çıxaran, Şirva n ŞPŞ-nin iş fəaliyyətinin və ictimai qaydanın ümumilikdə 10 dəqiqə müddət ərzində pozulmasına səbəb olan qərəzli hərəkətlərə yol verməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında xuliqanlıq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli qərarın ləğv edilməsi və Məhkum barəsində olan işin bəraətverici əsaslarla xitam edilməsinə dair və ya bu mümkün olmaqdıda ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayətlərdə qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin iclas protokoluna və video yazılarına baxılması kifayətdir ki, işə baxan hakimlər etiraf etmişlər ki, hadisən in video görüntülərinə baxış keçirilib və video görüntülərdən məlum olmuşdur ki, Məhkum əlində açar dəsti olmamışdır. Ona görə də işə baxan hakim hadisəni əks etdirən video görüntülərə baxış keçirilməsi barədə vido görüntülərə baxış keçirilməsinə lüzum bilməmiş və bu barədə vəsatəti qəbul edilmiş hesab etmişdir. Bu hal məhkuma bəraət verilməsi üçün əsasdır. Məhkum Məhkum ilə Zərərçəkmiş şəxs arasında münaqişə şəxsi intiqam zəmnində başlamış və təxminən 5 saniyə davam etmiş və başa çatmışdır. Burada polisin iş rejiminin pozulmaması video görüntüdən məlum olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum və müdafiəçi B.Həsənovun, kassasiya şikayətlə rinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilibedilməməsi məsələsini yoxlayır. Kassasiya şikayətlərində Məhkum barəsində olan işin bəraətverici əsaslarla xitam edilməsinə dair və ya bu mümkün olmaqdıda ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifad ə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər”ə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanl ıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qor xu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini tə sdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb ol an cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası bildirir ki, şəxsin CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması ba rədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Maddi və prosessual normaları, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarını cinayət işinin materialları, o cümlədən kassasiya şikayəti dəlilləri ilə müqayisə etməklə yoxladıqda, Məhkum tərəfindən cinayətkar hərəkətlərin məhz xuliqanlıq motivi ilə törədilməsinin sübutlar vasitəsi ilə müəyyən edildiyi görünür, yəni həmin əlamətin mövcudluğu barədə məhkəmə qənaətinin araşdırılmış sübutlardan irəli gəldiyi aşkarlanır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun q ərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişdir. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Belə ki, Məhkum elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, Zərərçəkmiş şəxs ifadələri, şahidlər Şahid5, Şahid6, Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş götürmə və baxış keçirilməsi haqqında protokoldan, videoçəkiliş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 23 noyabr 2023-cü il tarixli, 609 nömrəli rəyi, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən arqument, yəni məhkumun heç bir cinayət törətməməsi iş materialları ilə təsdiq olunmur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəza sını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyekt iv araşdırmış və onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud dey il və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli qərarı məhkum və onun müdafiəçisi tərəfindən ayrı-arılıqda verilmi ş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar