Məhkəmə qərarları › İş №1(102)-1475/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1475/2019

20.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1475/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakları ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.4- cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Vitiya oğlu barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2018-ci il tarixli qərarından Məhkum Vitiya oğlunun müdafiəçisi Rəcəbov Səbuhi Tapdıq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ramazanov Camal Cümar oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) xx.xx.1982-ci ildə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla tutulan günə kimi həmin ünvanda yaşamış Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, sərxoş vəziyyətdə ehtiyatsızlıqdan iki nəfər zərərçəkmiş şəxsin ölümü ilə, iki nəfər zərərçəkmiş şəxsin isə sağlamlıqlarına yüngül zərər vuran xəsarətlər alması ilə nəticələnən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayət əməllərini törətmişdir. Belə ki, o, 19 mart 2018-ci il tarixdə saat 23 radələri ndə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddənin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yol şəraitini, hərəkəti istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı halda buna riayət etməyib, Şəki rayonu Aşağı Küngüt kəndinin mərkəzindən keçən yolda rayonun Fazıl kəndi istiqamətində etibarnamə ilə idarə etdiyi «Vaz-21 061» markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə orta dərəcəli alkaqol sərxoşluğu vəziyyətində hərəkətdə olan zaman hərək əti istiqamətində sola istiqamətlənmiş döngəyə çatmazdan əvvəl avtomobilin sürətini azaltmadan yoluna davam etmiş, döngəyə çatdıqdan sonra əyləci basmış, lakin avtomobil dayanıqsız vəziyyətə düşərək hərəkətinə davam edib yolun sağ ehtiyat hissəsinin kənarında yetişmiş ağaca dəymiş, onun ehtiyatsızlığı nəticəsində avtomobildə olan sərnişin X3 aldığı ağır kəllə-beyin travması, sifət nahiyəsinin əzilmiş-cırılmış-sıyrılmış yaraları, kəllə əsas və üz skelet sümüklərinin, alt və üst çənə sümüklərinin çoxsaylı, basılmış, dağılmış sınıqları, baş beyin maddəsinin, baş beyin qişalarının əzilməsi və qansızması xəsarətləri və X7 aldığı həyatla bir araya sığmayan travma, açıq kəllə beyin travması, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, kəllə tağı, kəllə əsası və üz skelet sümüklərinin çox saylı bas ılmış, dağılmış sınıqları, baş beyin maddəsinin və baş beyin qişalarının əzilib dağılması xəsarətlərdən hadisə yerində ölmüş, avtomobildə olmuş sərnişinlər Zərərçəkmiş şəxs2 təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və döş qəfəsinin yumşaq toxumaların əzilməsi ilə nəticələnən və Zərərçəkmiş şəxs1 isə sağ ənsə-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın və sağ baldırın sıyrıqları ilə nəticələnən sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olan sağlamlıqlarına yüngül zərər vurmaya aid xəsarətlər alaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olmuşlar. Hökmdən Məhkum müdafiəçisi Rəcəbov Səbuhi Tapdıq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Rəfiyev Rövşən Rafiq, Abbasov Gündüz Qasım oğlu və H üseynov Elçin Şirin oğlundаn ibаrət tərkibdə) 14 avqust 2018-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin olunmuş əsas cəzasının müddəti azaldılaraq, 08 il müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Rəcəbov Səbuhi Tapdıq oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum Azərbaycan Respublikası CMnin 263-1.4-cü maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: M əhkum müdafiəçisi Rəcəbov Səbuhi Tapdıq oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14.08.2018-ci il tarixli qərarı ilə hüquqlarını müdafiə elədiyi Məhkum barəsində təyin olunmuş cəza əsassız və qanunsuzdur. İşin hallarından görünür ki, təqsirləndirilən şəxs cinayətin açılmasına fəal kömək etmiş, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə tibbi və ya digər yardım göstərilməsinə çalışmış, zərərçəkmiş şəxslərlə və zərərçəkmişlərin hüquqi varisləri ilə barışıq əldə edilməsinə nail olmuş, cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına çalışmışdır. Təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hər hansı hal yoxdur. İşin hallarından görünür ki, təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağı vardır, ailədə yeganə qazanc gətirən şəxsdir, himayəsində azyaşlı uşaqlarından başqa ağır dərəcəli şəkər xəstəliyindən əziyyət çəkən anası vardır, həyat yoldaşı və anası heç yerdə işləmir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir, əvvəllər məhkum olunmamışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən cəzanın həddi müəyyən olunarkən göstərilən halların heç biri nəzərə alınmamışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin əməlində CM-nin 59.1.10—59.1.13-cü maddələrinin hər birində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar vardır və əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Lakin, məhkəmə cəza təyin edərkən, yuxarıda sadalanan təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə almamış, açıq-aşkar sərt cəza təyin etmişdir ki, bu da cəzanın qanunla mü əyyən olunan islahedici təsir tədbiri olması kimi hala xidmət edə bilməz. Tərəfindən apellyasiya şikayəti verilərkən təqsirləndirilən şəxs barəsində göstərilən xüsusatlar nəzərə alınmaqla CM-nin 62-ci maddəsi tətbiq edilərək sanksiyanın aşağı həddindən də az cəzanın təyin olunması xahiş olunsa da, apellyasiya instansiyası məhkəməsi göstərilən halları nəzərə almamış, yalnız CM-nin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını az həddə endirmişdir ki, bununla da razılaşmaq mümkün deyildir. Yəni ki, apellyasiya instansiyası məhkəməsi cəzanın həddini müəyyən edərkən CM-nin 60.1-ci maddəsində göstərilən imperativ xarakterli göstərişdən başqa qeyd olunan cəzanı yüngülləşdirən halları və bu halların məcmusunu nəzərə almamış, CM-nin 62-ci maddəsinin tətbiqinin mümkünlüyünü nəzərə almam ışdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 8-ci bəndinə əsasən CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Odur ki, göstərilənləri nəzərə almaqla, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14.08.2018-ci il tarixli qərarı dəyişdirilərək, Məhkum Vitiya oğluna Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla sanksiyanın aşağı həddindən də az həddə cəza təyin edilməklə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər pros es iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdak ıları qeyd edir: Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkumun təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci i nstansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum Vitiya oğlunun törətdiyi əmələ hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 2631.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun təqsirli bilinməsi və əməlin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətdə də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində Məhkum Vitiya oğluna aşağı həddən də az cəza təyin edilməsi xahiş olunur və bunlarla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsin də araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmış, birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Vitiya oğluna təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq, apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını, apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməlidir. Be lə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Məhkum CM-in 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Məhkumun ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi onun özü və müdafiəçisi tərəfindən mübahisələndirilməsə də, məhkəmə kollegiyаsının qənaətincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən şəxs Məh kumun CM-in 2631.4-cü maddələrində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinməsi hаqdа mötəbər nəticəyə gəlmək üçün kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxs Məhkumun əməli CM-in 263-1.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Apellyasiya şikayətinin təqsirləndirilən şəxs Məhkum barədə seçilmiş cəza tədbirinin sərt olması məsələsinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşır və hesab edir ki, birinci instаnsiyа məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Vitiya oğluna təyin edilmiş cəza onun şəxsiyyətinə və cinаyət əməlinin ictimаi təhlükəlilik dərəcəsinə tam uyğun olmama qla yanaşı, mütənasiblik və cəzanın məqsədlərinin təmin edilməsi baxımından bir qədər sərt olmuşdur. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası C M-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmçinin, həmin qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş ver miş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-in 8-ci maddəsində qeyd olunmuşdur ki, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normasının və adı çəkilən qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bu ndan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi in sanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipini n tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız on un islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respubl ikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədini təmin etməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinay ətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılm asının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləc ək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Həm apellyasiya şikayətindən, həm də Məhkumun məhkəmə kollegiyasının iclasında verdiyi ifadədən görünür ki, o, törətdiyi əməli səmimi olaraq etiraf etmiş və ondan çox peşmаn olduğunu bildirmişdir. Məhkumun əməlindən çox peşman olduğunu bildirməsi onu göstərir ki, o törətdiyi cinayət əməlinin mahiyyətini anlayaraq başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşmışdır. Kriminal hesab olunan əmələ bu cür yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının göstəricisi kimi qəbul edilə bilər. Bundan əlavə, Məhkum yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunaraq göstərilmişdir. Bundan başqa, iş materia llarından görünür ki, Məhkum zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi variləri ilə barışıq əldə etmiş və sonuncuların ondan heç bir şikayət və tələbi, habelə iş üzrə təqsirləndirilən şəxs Məhkum cəzasını ağırlaşdıran hallar yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, CM-in 2631.4-cü maddəsində göstərilən cinayət əməlinin törədilməsinə görə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi imkanı nəzərə alınarsa, onda təqsirləndirilən şəxs Məhkum həmin maddə ilə təyin olunmuş 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılaraq 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) ilə endirilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpelyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, təqsirləndirilən şəxs X1 CM-in 263-1.4-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, Məhkuma qəti olaraq təyin olunmuş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi şikayətin həmin dəlillərinə münasibət bild irmiş, nə səbəbdən onlarla qismən razılaşmasını qərarda göstərmiş, buna dair nəticəni işin hallarına, qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenumunun qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakte ri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən, kassasiya şikayətində göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum Vitiya oğlunun islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə istinad edilir. Azərbaycan Respubli kası CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu m üstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası bu normaların tələblərini də nəzərə almaqla qeyd edir ki, iş üzrə belə hallar və ya Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Kassasiya şikayətində istinad edilən hallar da Məhkum Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas vermirlər. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar