Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1475/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X16 və Novruzov X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X13, mülki iddiaçının nümayəndəsi X10 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1528/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarından məhkum X2 müdafiəçisi Müda fiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum X14 xx xxxxxxxx 1972-ci il tarixdə Qax rayonu, Turaclı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Qax rayonu, Turaclı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Dərə massivində fərdi yaşayış evində yaşamışdır. 2. 22 noyabr 2019-cu il tarixli ittiham aktına görə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X22 cinayət törətmək məqsədi ilə vahid niyyətlə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə, tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə, 2015-2018-ci illər ərzində cinayətkar fəaliyyətlə məşğul olaraq, Yaşar Allahverdiyevin tapşırığına əsasən "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), “SƏBUHİ-QROUP" MMC (VÖEN:**********) və “ELİT-21" MMC-nin (VÖEN:**********) təsis olunmasını və alışını həyata keçirərək, həmin müəssisələrə müvafiq olaraq X17, X24, X5, X25, X11, X15, X6, X12 və X7 direktor vəzifəsinə təyin olunmalarını təşkil etmiş, Yaşar Allahverdiyevin tapşırığına əsasən adları qeyd olunan bütün cəmiyyətlərin adından alqı-satqı əməliyyatlarını faktiki özü həyata keçirmiş, cəmiyyətləri n nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparılaraq rəsmiləşdirməsini təşkil etmiş, bununla əlaqədar faktiki rəhbər kimi qeyd olunan vergi ödəyicilərinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 103.1, 105.1, 107-110, 123, 155, 157, 168, 173, 174, 177, 180.1, 218221-ci maddələrinin tələblərini pozaraq həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə biləbilə təhrif olunmuş məlumatlar daxil edərək və bəyannamə təqdim etməməklə, vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 1014712,64 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Belə ki, X14 tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə, hüquqi ünvanı ünvan 1icisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin (VÖEN **********) adından 2017-ci ildə aparılmış əməliyyatlara görə cəmiyyətin ümumi gəliri 1616161,20 manat, gəlirin əldə olunması ilə bağlı xərcləri 1346801,00 manat, vergiyə cəlb olunan 269360,20 manat mənfəətindən 20% dərəcə ilə 53872,04 manat mənfəət vergisi hesablamalı olduğu halda, həmin ilin yekunlarına dair vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsinə təhrif olunmuş məlumatlar daxil edərək 53872,04 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, X14 tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə, hüquqi ünvanı ünvan 2isi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin (VÖEN **********) adından müxtəlif malların idxalı və satışı fəaliyyəti üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsinə təhrif olunmuş məlumatlar daxil edərək, 2018-ci ilin mart ayı üzrə 142000,00 manat ƏDV tutulan dövriyyəsindən, dövlət büdcəsinə ödənilməli ƏDV-ni 26984,55 manat; həmçinin, 2016-cı ildə aparılmış əməliyyatlara görə cəmiyyətin ümumi gəliri 2256350,67 manat, gəlirin əldə olunması ilə bağlı xərcləri 1896265,77 manat, vergiyə cəlb olunan 360084,90 manat mənfəətindən 20% dərəcə ilə 72016,98 manat mənfəət vergisi hesa blamalı olduğu halda, həmin ilin yekunlarına dair vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsinə təhrif olunmuş məlumatlar daxil edərək 72016,98 manat, 2017-ci ildə aparılmış əməliyyatlara görə cəmiyyətin ümumi gəliri 3975441,13 manat, gəlirin əldə olunması ilə bağlı xərcləri 3312867,63 manat, vergiyə cəlb olunan 662573,50 manat mənfəətindən 20% dərəcə ilə 132514,70 manat mənfəət vergisi hesablamalı olduğu halda, həmin ilin yekunlarına dair vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsinə təhrif olunmuş məlumatlar daxil edərək 132514,7 manat və 2018- ci ildə aparılmış əməliyyatlara görə cəmiyyətin ümumi gəliri 277453,99 manat, gəlirin əldə olunması ilə bağlı xərcləri 231211,69 manat, vergiyə cəlb olunan 46242,30 manat mənfəətindən 20% dərəcə ilə 9248,46 manat mə nfəət vergisi hesablamalı olduğu halda, həmin ilin yekunlarına dair vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsinə təhrif olunmuş məlumatlar daxil edərək, 9248,46 manat mənfəət vergisini, ümumilikdə 240764,69 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, X14 tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə, hüquqi ünvanı ünvan 3əyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMCnin (VÖEN **********) adından 2017-ci ildə aparılmış əməliyyatlara görə cəmiyyətin ümumi gəliri 5977248,05 manat, gəlirin əldə olunması ilə bağlı xərcləri 4981040,05 manat, vergiyə cəlb olunan 996208,00 manat mənfəətindən 20% dərəcə ilə 199241,60 manat mənfəət vergisi hesablamalı olduğu halda, həmin ilin yekunlarına dair vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsinə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edərək 199241,60 manat mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, X14 tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə, hüquqi ünvanı ünvan 2isi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMCnin (VÖEN **********) adından müxtəlif malların idxalı və satışı fəaliyyəti üzrə vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsinə təhrif olunmuş məlumatlar daxil edərək, 2017-ci ilin 4-cü rübü üzrə 829184,5 manat məbləğində dövriyyədən 4% dərəcə ilə dövlət büdcəsinə ödənilməli 33167,38 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, X 14 tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə, hüquqi ünvanı ünvan 4i kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin (VÖEN **********) adından 2016-cı ildə aparılmış əməliyyatlara görə cəmiyyətin ümumi gəliri 2335744,56 manat, gəlirin əldə olunması ilə bağlı xərcləri 1868595,64 manat, vergiyə cəlb olunan 467148,92 manat mənfəətindən 20% dərəcə ilə 93429,78 manat mənfəət vergisi hesablamalı olduğu halda, həmin ilin yekunlarına dair vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsinə təhrif olunmuş məlumatlar daxil edərək cəmi 18876,40 manat mənfəət vergisi ödəməklə 74533,38 manat mənfəət vergisini az, 2015-ci il üzrə isə 39156,02 manat mənfəət vergisini artıq hesablamaqla, 35377,36 manat mənfəət vergisini; bununl a yanaşı, vergi orqanına bəyannamələr təqdim etməməklə 2016-cı ilin 1-4-cü və 2017-ci ilin 1-ci rübü üzrə 210,0 manat ödəmə mənbəyində tutulan vergini, ümumilikdə 35587,36 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, X14 tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə, hüquqi ünvanı ünvan 5si kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən “SƏBUHİ-QROUP" MMC-nin (VÖEN: **********) adından 2016-cı ildə aparılmış əməliyyatlara görə cəmiyyətin ümumi gəliri 1569984,54 manat, gəlirin əldə olunması ilə bağlı xərcləri 1255987,63 manat, vergiyə cəlb olunan 313996,91 manat mənfəətindən 20% dərəcə ilə 62799,38 manat mənfəət vergisi hesablamalı olduğu halda, həmin ilin yekunlarına dair vergi orqanına təqdim etdiyi mən fəət vergisinin bəyannaməsinə təhrif olunmuş məlumatlar daxil edərək 62799,38 manat mənfəət vergisini, bununla yanaşı, vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə 2016-cı ilin avqust, oktyabrnoyabr ayları üzrə 652000,88 manat dövriyyədən 117360,16 manat ƏDV-ni az, həmin ilin may, iyul və sentyabr ayları üzrə 83906,16 manat ƏDV-ni artıq hesablamaqla 33454,0 manat ƏDV-ni ümumilikdə, 96253,35 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, X14 tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə, hüquqi ünvanı ünvan 5si kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən “ELİT-21" MMC-nin (VÖEN: **********) adından 2016-cı ildə aparılmış əməliyyatlara görə cəmiyyətin ümumi gəliri 2674924,10 man at, gəlirin əldə olunması ilə bağlı xərcləri 2229103,42 manat, vergiyə cəlb olunan 445820,68 manat mənfəətindən 20% dərəcə ilə 119468,65 manat mənfəət vergisi hesablamalı olduğu halda, həmin ilin yekunlarına dair vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsinə təhrif olunmuş məlumatlar daxil edərək 59114,64 manat mənfəət vergisini, 2017-ci ildə aparılmış əməliyyatlara görə cəmiyyətin ümumi gəliri 2384042,70 manat, gəlirin əldə olunması ilə bağlı xərcləri 1986702,25 manat, vergiyə cəlb olunan 397340,45 manat mənfəətindən 20% dərəcə ilə 79468,09 manat mənfəət vergisini; bununla yanaşı, vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ƏDV tutulan dövriyyəsi 4704541,35 manat, d övriyyənin ƏDV-si 846817,44 manat, əvəzləşdirilən ƏDV 595109,77 manat, büdcəyə çatası ƏDV 251707,67 manat olduğu halda, təqdim etdiyi bəyannamələrdə ƏDV tutulan dövriyyəni 3498123,06 manat, dövriyyənin ƏDV-ni 629662,15 manat, əvəzləşdirilən ƏDVni 595109,77 manat, büdcəyə çatası ƏDV-ni 34552,38 manat göstərərək 217155,29 manat ƏDV-ni az, 2017-ci ilin 2-4-cü rübləri üzrə dövlət büdcəsinə ödənilməli ödəmə mənbəyində tutulan vergini 88,20 manat az göstərməklə, ümumilikdə külli miqdar təşkil edən 355826,22 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-147/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli hökmü ilə X14 Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilini b, 02 il (iki) müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il (beş il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 02 il (iki) sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi hökm edilmiş, həmçinin maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və X14 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək, təqs irləndirilən şəxs X14 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi barədə müddəanın hökmdən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1528/2022 nömrəli, 16 noyabr 2022-ci tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, apellyasiya protesti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-147/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən X14 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, hökmlə müəyyən edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 16 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum X2 müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində məhkum X2 törədilmiş cinayətə aidiyyətinin olmadığı və təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1528/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səla hiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi b irinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Kassasiya şikayətində məhkum X2 törədilmiş cinayətə aidiyyətinin olmadığı və təqsirliliyinin sübuta yetirilmədiyi iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əsaslandırılmışdır.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1528/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü ma ddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası müdafiəçinin məhkum X2 Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmədiyinə dair dəlillərini əsassız hesab edir.
22. Belə ki, müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasi ya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, məhkum X2 Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi onun və şahidlərin bir-biri ilə uzlaşan ifadələri, maddi sübutlar, ekspert rəyləri, eləcə də digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düz günlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə məhkum X2 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddədə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəld iyi nəticə müdafiəçinin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum X2 cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkü n imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünü yalnız məhkum edilmiş şəxsə təyin edilən cəza hissəsində dəyişdirilməsi barədə qərar qəbul etmişdir.
26. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1528/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum X2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1528/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.