Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1475/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2021-ci i l tarixli 1(106)-756/2021 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aqil Musayev (sədrlik edən və məruzəçi), Nizami Quliyev və Cavid Səfərli) 08 iyun 2021-ci il tarixli 1(099)-245/2021 nömrəli hökmü ilə xx xxxxxx 1978-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsin də çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 4,564 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan heroin, təmiz çəkisi 0,352 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən psixotrop maddə olan metamfetamin və təmiz çəkisi 0,58 qram, yəni şəxsi istehlak miqdarından artıq olmayan miqdar təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, Kürdəmir rayonu, Atakişili kəndində yaşadığı evə daşımış, orada saxlamış, həmi n heroinin təmiz çəkisi 0,516 qram təşkil edən hissəsini 13 sentyabr 2020-ci il tarixdə yaşadığı kənddə Təqsirləndirilən şəxs müəyyən məbləğdə pula satmış, heroinin iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 4,048 qram təşkil edən qalan hissələrini, göstərilən metamfetamin və qurudulmuş marixuananı yaşadığı evdə saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Elşad Əliyev) 07 oktyabr 2021-ci il tarixli 1(106)-756/2021 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 1(099)-245/2021 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Akif oğlu kassasiya şik ayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2021-ci il qərarının dəyişdirilərək, əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında daxilində cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Akif oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsizdir. Apellyasiya instansiyası məhkəməsi qanun pozuntusu ilə keçirilmiş, müdafiə tərəfinin təqdim etdiyi faktlar nəzərə alınmamış və dəlillərə məhəl qoymadan birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlanılmışdır. Kassator qeyd edir ki, o, saxlanıldığı vaxt onun üzərində şəxsi istifadəsi üçün, yəni narkotik maddə külli miqdarda ol mamışdır. O, narkomaniya xəstəliyindən əziyyət çəkir. Bundan başqa onun himayəsində bir azyaşlı övladı vardır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun kassasiya şikayətinin dəlillərinə münasibətini dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansi yası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin ilkin dəlili apellyasiya instansiyası məhkəməsinin qanun pozuntuları ilə keçirilməsi və müdafiəçinin dəlillərinə qiymət verilməməsidir. Məhkum kassasiya şikayətində cinayət işinə baxarkən prosessual pozuntulara yol verilməsi barədə qeyd etsə də, konkret olaraq həmin pozuntuların nədə ifadə olunması göstərməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materialları araşdırarkən məhkəmələrin sübutların araşdırılmasında, proses iştirakçıların ın hüquqlarının riayət edilməsində, cinayət prosesi aparılmasında hər hansı bir qanun pozuntusuna yol verməsini müəyyən etməmişdir. Belə ki, hazırki cinayət işinə məhkəmələrdə baxılarkən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirliliyi məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir. Cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv yoxlanılmış, sübutların mötəbərliyi və mümkünlüyü yoxlanmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarına həm birinci instansiya və həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən cinayət və cinayət prosessual qanunvericiliyinin müddəaları pozulmamış, apellyasiya instansiyası məhkəməsi hər bir dəlilə münasibət bildirərək qərarının təsviri-əsaslandırıcı hissəsində qiymətləndirmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızıdır. Məhkum kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmələr işin halları tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizl iyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi” və “külli miqdar” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nət icəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni təqsirləndirilən şəxs Məhkum özü qismən təqsirli bilsə də, onun ibtidai istintaq zamanı verdiyi ifadə ilə yanaşı, iş üzrə digər Təqsirləndirilən şəxs, şahidlərin ifadələrini, “şəxsi axtarış və götürmə haqqında” və “axtarış aparılması haqqında” protokoları, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Məhkum Azərbaycan Respubli kası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan məhkəmələr tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, o cümlədən Məhkum qanunsuz əldə etdiyi və saxladığı heroinin bir hissəsini yaşadığı kənddə Təqsirləndirilən şəxs satmasını, üzərindən və yaşadığı evdən müxtəlif növ - narkotik vasitə olan heroini və qurudulmuş marixuananı, habelə psixotrop maddə olan metamfetamini saxlamasını, onların satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən hal kimi qiymətləndirmiş və buna əsasən nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotr op maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitə olan heroin və marixuananı, habelə psixotrop maddə olan metamfetamini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün hə lli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkumun apellyasiya şikayətində qaldırıldığı bütün dəlillər apellyasiya məhkəməsi tərəfindən araşdırılmış və onlara qiymət verilmişdir. Apellyasiya məhkəməsi ibtidai istintaq zamanı məhkumun fiziki təsirlərə məruz qalması barədə dəlilin əsassız olması barədə nəticəyə gəlmiş və gəldiyi nəticəni əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi iş üzrə tədqiq edilmiş sübutlara və işin hallarına uyğ un olduğundan razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir, məhkəmələrin məhkumun əməlinin tövsifinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddə lərinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin məhkum X1 təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2021-ci il tarixli 1(106)-756/2021 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2021-ci il tarixli 1(106)-756/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1475/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1475/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver