Məhkəmə qərarları › İş №1(102)-1476/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1476/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1476/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 mart 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mirzə Xankişiyev (sədrlik edən və məruzəçi), Şəkər Məmmədova və Faiq Qəniyev) 26 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan mə hrum etmə cəzası təyin edilmiş, Məhkum həbsdə və ev dustaqlığında saxlandığı 02 (iki) il 20 (iyirmi) gün ona təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 11 (on bir) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X5 ibarət tərkibdə) 14 sentyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum haqqındakı 1(101)-135/2018 saylı, 26 dekabr 2018-ci il tarixli hökmü cəza təyini, məhkəmə xərclə rinin ödənilməsi və iş üzrə maddi sübutlar məsələsinin həll edilməsi hissəsində dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum həbsdə və ev dustaqlığında saxlandığı 02 (iki) il 20 (iyirmi) gün ona təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 05 (beş) ay 10 (on) gün müddə tə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 402 (dörd yüz iki) manatın Məhkum tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD-210005, VÖEN **********, m/hAZ41 NABZ013601**********3944, S.W.İ.F.T. BikCTREAZ22 hesaba keçirilməsi, iş üzrə maddi sübutlar - 05 ədəd kitabçanın saxlanılması üçün Məhkum təhvil verilmiş olmasının nəzərə alınması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2021-ci il tarixli qərarından 31 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş və baxılması üçün cinayət işi ilə birlikdə Ali Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Al i Məhkəməsinin (hakimlər: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə) 7 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1085/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılmış və cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Zərərçəkmiş şəxs1 kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət verərək, prosessual müddətin bərpa edilməsini və kassasiya şikayətinin cinayət işi ilə birlikdə Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X1 ibarət tərkibdə) 9 mart 2023-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 1(103)-1085/2021 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Zərərçəkmiş şəxs1 verdiyi vəsatət təmin edilməsin, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa olunmamışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 mart 2023-cü il tarixli qərarını ləğv edərək müddətin bərpa edilməsi barədə qərar edilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını d inləyib cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şi kayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayəti vermək üçün müəyyən olunmuş müddətiin ötürülməsinin üzürlü səbəbi zərərçəkmiş şəxs tərəfindən göstərilmədiyini müəyyən etmiş və bu səbəbdən vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, iş materiallarına əsasən zərərçəkmiş şəxsin kassasiya şikayəti verə bilməsinə mane ola biləcək hər hansı bir halın mövcudluğu barədə sübut yoxdur. Qanunvericiliklə müəyyən edilmiş müddət daxilində zərərçəkmiş şəxsin kassasiya şikayəti verilməsinə mane ola biləcək heç bir hal mövcud olmamış və onun həmin müddət ərzində kassasiya şikayəti verməsi üçün imkanı olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.3-cü maddəsinə əsasən Kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini pisləşdirən digər əsaslar üzrə ittiham hökmündən, habelə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 6 (altı) ay müddətində verilə bilər. Sadalanan qa nunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs1 apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilmə müddətini 6 (altı) ay nəzərdə tutmuş və bu müddət həmin qərarın çıxarıldığı vaxtdan hesablanmalıdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayəti vermək üçün müddətin bərpasına dair vəsatətdə buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəb göstərilməmiş, zərərçəkmiş şəxs buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini, yaxud onun vaxtında kassasiya şikayəti verməsini çətinləşdirən və ya mümkünsüz edən digər maneələrin və ya obyektiv amillərin ortaya çıxaraq uzun müddət davam etməsini t əsdiq edən sübutlar əlavə etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin sözügedən qərarı 14 sentyabr 2021-ci il tarixdə çıxarılmış, həmin qərardan kassasiya şikayətini CPM-in 410.1.3-cü maddəsinin müddəalarına əsasən 6 (altı) ay müddətində verməli olduğu halda, kassasiya şikayətini 31 avqust 2022-ci il tarixdə verərək həmin müddəti ötürmüşdür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Zərərçəkmiş şəxs1 tərəfindən üzrsüz səbəbdən ötürülmüş və bu müddətin ötürülməsini üzrlü hesab etməyə əsas olan heç bir səbəb göstərilməmişdir.. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan bu raxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Cinayət-Prosessual Məcəlləsinə görə cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə həmçinin bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları m üəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib-etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayə t və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X10rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair Apellyasiy a məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2021-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 mart 2023-cü il tarixli qərarı dəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar