Məhkəmə qərarları › İş №1(102)-1476/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1476/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1476/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-404/2023 nömrəli, 14 dekabr 2023-cü tarixli qərarından zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəx s tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 1969-cu il tarixdə Yevlax rayonu, Balçılı kəndində anadan olmuş, ailəli, orta təhsilli, məhkumluğu olmayan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşamış, 04 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. 2. 13 iyun 2022-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 29,186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 29 iyun 2022-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, ünvan 3 ünvanda yerləşən 30.000 (otuz min) manat dəyərində təmirsiz 4 otaqlı fərdi yaşayış evini tamamilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla yandıraraq məhv etmək məqsədilə 07 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində həmin evdə heç kimin olmamasından istifadə edib evin mətbəx, dəhliz və yataq otağında olan plastik pəncərələrinin şüşələrini sındırıb, digər yataq otağının döşəməsinə, tavanına, plastik pəncərəsinin çərçivəsinə, taxta materiallarına və sair tikinti materiallarına istintaqa məlum olmayan alışdırıcı maddədən istifadə etm əklə od vurmuş, yaratdığı yanğın zamanı ümumilikdə evə 4162 (dörd min yüz atmış iki) manat məbləğdə ziyan dəysə də, hadisə yerinə gəlmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Mühafizə Xidməti Mingəçevir şəhər X10 Dəstəsinin əməkdaşları tərəfindən yanğın söndürüldüyü üçün özgəyə yəni, Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda, yəni 30.000 (otuz min) manat miqdarında əmlakı yandırmaqla məhv etməkdə ifadə olunan niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək cinayət törətməyə cəhd etmişdir.

5. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-4/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CPM”) 39.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünə görə ona cəza təyin edilməməsi, mülki iddianın qismən təmin edilməsi, mülki cavabdehlər – hüquqi varislər X2 və X1 maddi zərərə görə 5843 (beş min səkkiz yüz qırx üç) manat və mənəvi zərərə görə 2000 (iki min) manat olmaqla cəmi 7843 (yeddi min səkkiz yüz qırx üç) manat məbləğində pulun alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə mülki cavabdehlərə aid edilməsi, mülki cavabdehlər X2 və X1 ödənilmiş dövlət rüsumunun əvəzi olan 98.43 (doxsan səkkiz manat qırx üç qəpik) manat məbləğdə pulun alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması, mülki iddiaçıya iddianın təmin edilməmiş hissəsinə münasibətdə mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququnun olmasının izah edilməsi hökm edilmiş, həmçinin məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, X4 təqsirləndirilən şəxs qismində cəlb edilib işin yenidən araşdırılması üçün ibtidai araşdırmanı həyata keçirən prokurora göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

7. Hökmdən həmçinin mülki cavabdehlər Şahid2 və X3 nümayəndəsi X9 apellyasiya şikayətləri verib, hökmün mülki iddiaya münasibətdə ləğv edilməsini və iddianın rədd edilməsini xahiş et mişlər.

8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-404/2023 nömrəli, 14 dekabr 2023-cü tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-4/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində apellyasiya şikayətinin təkrar ekspertiza keçirilmədən apellyasiya şikayətinin təmin edilmədiyi, mənzilinin yenidən əvvəlki vəziyyətinə gətirilməsi üçün tərəfindən 30000 manat məbləğində xərc çəkildiyi bildirilməklə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 1(107)-404/2023 nömrəli, 14 dekabr 2023-cü tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və y a qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassa siya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Zərərçəkmiş şəxs (mülki iddiaçı) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsində səhvə yol verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-404/2023 nömrəli, 14 dekabr 2023-cü tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs mülki cavabdehlər X7 və X5 qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək mərhum Təqsirləndirilən şəxs hüquqi varisləri olan həmin şəxslərdən 20000 (iyirmi min) manat maddi və 10000 (on min) manat mənəvi ziyan olmaqla, cəmi 30000 (otuz min) manat məbləğində pul vəsaitinin və 180 (yüz səksən) manat dövlət rüsumunun ona ödənilməsi barədə qə rar qəbul edilməsini xahiş etmiş, mülki iddia icraata qəbul edilmiş və Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Mülki iddianın icraata qəbul edilməsi birinci instansiya məhkəməsinin 24 iyun 2023-cü il tarixli məhkəmə iclasının protokolunda öz əksini tapmışdır.

19. Cinayət işinin materiallarından həmçinin müəyyən edilir ki, ibtidai istintaq dövründə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2021-ci il tarixli, 10/706 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Mingəçevir şəhəri, Gəncə şosesi, 10-cu döngə 42A ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqri bən 4162 (dörd min yüz altmış iki) manat məbləğini təşkil edir. Məhz həmin rəyə istinadən verilmiş ittiham üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği 4162 (dörd min yüz altmış iki) manat məbləğində müəyyən edilmişdir.

20. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin vəsatətinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-102/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qərarı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həmin qərarın icrası ilə bağlı verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/7844 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən Mingəçevir şəhəri, Gəncə şosesi, 10-cu döngə 42A ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünü saxlayan daşıyıcı dirəklərinə yan ğın zamanı dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 373 (üç yüz yetmiş üç) manat məbləğində, həmin evin daxilində yerləşən istifadə edilməmiş tikinti materiallarının hal-hazırki bazar qiymətlərinə uyğun dəyəri təqribən 252 (iki yüz əlli iki) manat məbləğində, baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 5218 (beş min iki yüz on səkkiz) manat məbləğində, cəmi 5843 (beş min səkkiz yüz qırx üç) manat məbləğində müəyyən olunmuşdur. Ekspert tərəfindən ilkin ekspertiza ilə həmin ekspertiza tədqiqatı zamanı yaranmış qiymət fərqi 2021-2023-cü illər ərzində tikinti materiallarının və təmirə çəkilmiş əmək haqqının qiymətlərində artım olduğu ilə izah olunmuşdur.

21. Buna görə də birinci instansiya məhkəməsi mülki iddianın həlli üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləğinin ittihamda göstərilən 4162 (dörd min yüz altmış iki) manat məbləğində deyil, daha artıq olan 5843 (beş min səkkiz yüz qırx üç) manat məbləğində olduğu və mülki iddianın maddi zərərin tutulması hissəsində qismən təmin olunaraq, 5843 (beş min səkkiz yüz qırx üç) manat məbləğdə maddi ziyanın mülki cavabdehlərdən tutularaq zərərçəkmiş şəxsə (mülki iddiaçıya) ödənilməli olması qənaətinə gəlmişdir. Həmçinin, mülki iddia tələbi üzrə mənəvi ziyanın tutulmasına dair hissədə də iddiaçının tələbi qismən təmin edilmiş, məhkəmə hətta zərərçəkmiş şəxs tərəfindən ödənilmiş dövlət rüsumunun taleyinə öz mü nasibətini bildirmişdir.

22. İşin müəyyən edilmiş halları ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə təsbit edilmiş qaydada görə, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.

23. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia veril məsini istisna edir.

24. Eyni Məcəllənin 180.2-ci maddəsinə görə, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.

25. Azərbaycan Respublikası CPM-nin 181.1 və 181.1.1-ci maddələrinin ümumi məzmunu ilə müəyyən edilir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır.

26. Eləcə də həmin Məcəlləsinin 187.2-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir.

27. Baxılan cinayət işinin yuxarıda müəyyən edilən hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi verilən mülki iddia tələbinə bütövlükdə münasibətini bildirib iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Bununla belə, məhkəmə eyni zamanda hökmün təsviri-əsaslandırıcı və nəticəvi hissələrində mülki iddianın təmin edilməmiş hissəsində baxılmamış saxlanılmasını qərara almış və həmin hissədə zərərçəkmiş şəxsə (mülki iddiaçıya) mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququnun olmasını izah etmiş, nəticə etibarilə hökmdə mülki iddianın həlli ilə bağlı iki fərqli - bir hissədə iddianın mahiyyəti ilə həll olunması, digərində isə işin mahiyyəti üzrə həll olunmaması barədə nəticəyə gəlinmişdir.

28. Bu məqamda məhkəmə kollegiyası xatırladır ki, məhkəmənin hökmündə mülki iddianın həlli qaydası Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsi ilə tənzimlənir. Həmin normanın tələblərinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsasları nın və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilməlidir.

29. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216.1 və 263.1-ci maddələrində əksini tapmış qaydaya görə qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi göstərilməli, iddia ərizəsinin baxılmamış saxlanmasının əsaslarını və qaydasını müəyyən edən eyni Məcəllənin 259 və 260.1-ci maddələrinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarmalıdır.

30. Mülki iddia tələbinin qismən təmin edilməsi, təmin edilməyən hissəyə münasibətdə iddianın rədd edilməsi deməkdir. Hazırki halda isə birinci instansiya məhkəməsi tərəfindən müvafiq araşdırma aparılmaqla tam həll edilmiş mülki iddia tələbinin qismən əsaslı hesab edilməsinə baxmayaraq, təmin edilməyən hissənin baxılmamış saxlanması istər mülki, istərsə də cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə ziddir.

31. Mülki iddiaya dair verilmiş apellyasiya şikayətlərinə baxan apellyasiya instansiyası məhkəməsi də öz qərarında həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hökmü qanuni və əsaslı hesab etmişdir.

32. Halbuki, apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırıb obyektiv qiymət versin və baxdığı işdə qanunçuluğa əməl o lunmasını ciddi yoxlasın. Belə ki, ədalətli məhkəmə araşdırılması ziddiyyətli halların aradan qaldırılmalı olmasını, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəaların olmamasını qaçılmaz edir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müda fiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (“Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 12 aprel 2017-ci il).

33. Bununla belə, aşağı instansiya məhkəmələri tərəfindən prosessual hüquq normalarının tətbiqində yol verilmiş pozuntunun cinayət təqibinin hazırki mərhələsində aradan qaldırılması qeyri-mümkündür ona görə ki, qəbul edilmiş qərarların mülki iddianın baxılmamış saxlanmasına dair hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsi zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs vəziyyətinin ağırlaşmasına gətirib çıxarır, belə hüquq isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərindən kənardır.

34. Bu səbəbdən məhkəmə kollegiyası hesab edi r ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-404/2023 nömrəli, 14 dekabr 2023-cü tarixli qərarı qismən - mülki iddiaya dair hissədə yol verilən nöqsanın aradan qaldırılması məqsədilə həmin hissədə ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.

35. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-404/2023 nömrəli, 14 dekabr 2023-cü tarixli qərarı qismən, mülki iddiaya aid hissədə ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstəri lənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-404/2023 nömrəli, 14 dekabr 2023-cü tarixli qərarı qismən - mülki iddianın həllinə dair hissədə ləğv edilsin, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar