Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1476/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: “Azərbaycan Respublikası CM”) 126.2.3 və 128-c i maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2025-ci il tarixli, 1(106)-86/2025 nömrəli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxx 2003-cü ildə Lənkəran rayonunun Tükəvilə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonun Tükəvilə kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2022-ci ilin ap rel ayının əvvəllərində Lənkəran rayonun Separadi kəndi ərazisində yerləşən, həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus fermanın otlaq sahəsini pul müqabilində kol-kosdan təmizləmə işlərini görməsi ilə əlaqədar sonuncu ilə tanışlıq münasibətləri yarandığına görə 17 aprel 2022-ci il tarixdə, saat 13 radələrində əvvəlcədən “Whatsapp” mobil tətbiqi vasitəsi ilə razılaşdıqları kimi Valeh Məmməzadəyə məxsus həmin fermaya gedib, orada söhbətləşib, aralarında heç bir narazılıq və münaqişə olmadan mehriban şəkildə ayrıldıqdan sonra Zərərçəkmiş şəxs1 həmin gün saat 14 radələrindən etibarən “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona fermadan oğurluq etməsi, pulunu götürməsi, buna görə onu danlaması və oğurladığı pulu geri ala biləcəyi məzmununda səsli mesajlar göndərib, onu oğurluqda ittiham etməsini və aralarında olmuş telefon danışığı zamanı günün sonunadək oğurladığı pulu qaytarmadığı təqdirdə, vəfat etmiş anasının ünvanına nalayiq ifadələr işlətməsini özünə təhqir kimi qəbul edib, Zərərçəkmiş şəxs1 dediyi həmin sözlərə görə cəzalandırmaq üçün ondan qisas almaq məqsədi ilə həmin tarixdə saat 23 radələrində piyada Zərərçəkmiş şəxs1 məxsus olub, Lənkəran rayonun Separadi kəndinin ərazisində yerləşən fermaya gedərək, fermanın həyətində yerləşən yaşayış evinə yaxınlaşmış, Zərərçəkmiş şəxs1 anasının da evdə olduğunu görüb, həyətdə olan sanitar qovşaqda gizlənərək, sonuncunun anasının evdən getməsini gözləmiş, saat 23:30 radələrində sanitar qovşağa kiminsə gəldiyini hiss edib, gizlənmək üçün divara sığınmış, qapını açan şəxsin Zərərçəkmiş şəxs1 olduğunu güman edib sonuncunun, qaranlıq hava şəraitində sanitar qovşağa daxil olmaq istəyən anası Zərərçəkmiş şəxs2 qəsdən sifət nahiyəsinə həmin vaxt üzərində olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı ülgüclə bir dəfə zərbə vurub, Zərərçəkmiş şəxs2 sanitar qovşaqdan çıxmaq istədikdə səs-küy salmasının qarşısını almaq üçün əlləri ilə sifət nahiyəsindən qəsdən tutub sıxaraq və sonuncu əlləri ilə onu itələdiyinə görə əlindəki ülgüc yerə düşdükdən sonra cibində saxladığı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən, məişət təyinatlı qatlanan səyahət bıçağı ilə Zərərçəkmiş şəxs2 kürək nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid-döş qəfəsi və vaxt keçdikdə öz gedişi boyu və qeyri-cərrah i vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən olduğu üçün silinən hesab edilən sol yanaq (ord) nahiyələrində kəsilmiş yaralar, burun, sol üst göz qapağı nahiyələrində sıyrıqlar və sağ alt çənə, hər iki əl nahiyələrində qançırlardan ibarət xəsarətlər yetirib Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, bu vaxt qışqırıq səslərinə evdən həyətə çıxmış Zərərçəkmiş şəxs1 həyətdə Məhkum üzərinə hücum edib, əlindəki bıçağı almaq istəyərkən sonuncu özü və ölmüş anası barədə dediyi sözlərə görə Zərərçəkmiş şəxs1 cəzalandırmaq məqsədi ilə yaxını olan anası Zərərçəkmiş şəxs2 gözləri qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, yəni xüsusi amansızlıql a əlində tutduğu eyni bıçaqla Zərərçəkmiş şəxs1 qarın boşluğuna qəsdən bir dəfə zərbə endirib, əlbəyaxa olarkən isə əlindəki bıçaqla sol bazu, sol əl və baş nahiyələrinə hərəsinə bir dəfə qəsdən zərbə endirərək Zərərçəkmiş şəxs1 insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qarın boşluğuna nüfuz edib, mədəni zədələyən, daxili və xarici qanaxma ilə müşaiyət olunan qarının bir ədəd kəsilmiş-deşilmiş yarası və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid sol bazu, sol əl və başın təpə nahiyəsində kəsilmiş yaralardan ibarət xəsarətlər yetirməklə, qəsdən Zərərçəkmiş şəxs1 sağlamlığına xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (ha kimlər: X13 (sədrlik edən), X10 və X6 ibarət məhkəmə tərkibində) 17 sentyabr 2024-cü il tarixli, 1(099)-238/2024 nömrəli hökmü ilə Məhkum CM-in 126.2.3 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsi və ona CM-in 126.2.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün cəza təyin edilməməsi, Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 aprel 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən təqsirləndirilən şəxs Məhkum və Zərərçəkmiş şəxs1 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət məhkəmə tərkibində) 13 mart 2025-ci il tarixli, 1(106)-86/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması, zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququnun izah edilməsi, Məhkum CM-in 128-ci və 126.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair c inayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-238/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli hökmünün təqsirləndirilən şəxsin apellyasiya şikayətinə və zərərçəkmiş şəxsin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. X7 Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2025-ci il tarixli, 1(106)-86/2025 nömrəli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 tərəfindən birgə qaydada kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Zərərçəkmiş şəxs1 və X3 tərəflərindən birgə qaydada verilmiş kassasiya şikayətində cinayət işi materiallarında olan işin faktiki hallarına, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin nəticələrinə və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə, vəsatətlərə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
8. Kassasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, həm istintaq orqanı, həm də birinci instansiya və apellyasiya instansiya məhkəmələri təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etməmişdir. Belə ki, məhkumun niyyəti onun qəsdən həyatdan məhrum edilməsinə yönəlmiş, müqavimət göstərməsi səbəbindən öz niyyətini tam icra edə bilməmiş və məqsədinə çatmamışdır. Həmin orqanlar təqsirləndirilən şəxsin əməlini AR CM-in 126.2.3 və 128-ci maddələri ilə tövsif etməklə demək olar ki, onu məsuliyyətdən azad etmişlər.
9. Kassasiya şikayə tinin müəllifləri məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2025-ci il tarixli, 1(106)-86/2025 nömrəli qərarının ləğv edilməsini, məhkuma CM-in 29, 120.1 və 128-ci maddələri ilə ittiham verilməsindən ötrü prokurorluğa qaytarmaqla bağlı işin Lənkəran Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasından ötrü, Şirvan Apellyasiya Məhkəməsində şikayətinə yenidən baxılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
11. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, məhkum tərəfindən isə kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 verilmiş kassasiya şikayətini müdafiə edərək, onun dəl illərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi.
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X11 zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in) 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətində Məhkum törətmiş olduğu əməlin məhkəmələr tərəfindən əsassız olaraq Azərbaycan Respublikası CM-in 126.2.3 və 128-ci maddələri ilə tövsif edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, əməlin düzgün olmayaraq CM-nin 126.2.3 və 128-ci maddələri ilə tövsif edilməsi nəticəsində məhkuma yüngül cəza təyin edildiyi iddia etsələr də, mə hkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirilməmişdir.
19. Bununla belə, kollegiya zərərçəkmiş şəxslərin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2025-ci il tarixli, 1(106)-86/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud ol duğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
21. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə ed ilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
24. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma və qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır.
25. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 126.2.3 və 128ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu c inayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir.
26. Məhkəmə kollegiyası məhkumun hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu haqqında kassasiya şikayətinin dəlillərinin əsaslılığını yoxlayarkən qeyd edir ki, məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.
27. Qanunverici tərəfindən məhkəmə baxışının hədlərinə qoyulan belə məhdudiyyət onu ehtiva edir ki, kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin kassasiya şikayətinə əsasən təqsirkarın əmə lində ona qarşı irəli sürülmüş və aşağı məhkəmələrdə baxılmış ittihamla müqayisədə daha ağır cinayətin tərkibinin olub-olmaması kimi məsələnin araşdırılmasına yol verilmir.
28. Bununla yanaşı, həmin norma apellyasiya instansiyası məhkəməsinin qərarının qeyd olunan əsasla (təqsirkarın əməlində daha ağır cinayətin əlamətlərinin olması dəlili ilə) ləğv edilməsinin, şəxsin əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olub-olmamasının aşağı instansiya məhkəməsində araşdırılması üçün işin yeni apellyasiya baxışına qaytarılmasının qarşısını alır.
29. Cinayət-Prosessual Məcəlləsinin istər apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına, istərsə də ilkin baxışa aid normalarında məhkumun əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağ ır cinayətin əlamətlərinin olması kimi əsasdan irəli gələn (işin daha ağır ittihamın irəli sürülməsi üçün apellyasiya instansiyası məhkəməsindən birbaşa ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və yaxud son nəticədə həmin məqsədlə prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə) qərarların qəbul edilməsi imkanının nəzərdə tutulmaması da məhkəmə kollegiyasının yuxarıda təsvir olunmuş qənaətində haqlı olduğunu göstərir (Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsi daha ağır ittihamın irəli sürülməsi məqsədilə işin prokurora qaytarılması məsələsinin həlli üçün cinayət işinin apellyasiya icraatının ilkin baxış mərhələsindən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi imkanını müstəsna olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının prokurorunun apellyasiya protestlərinə münasibətdə nəzərdə tutmuşdur).
30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir.
31. Zərərçəkmiş şəxslərin birgə verdiyi kassasiya şikayətinə münasibətdə təsvir edilənlər həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhində qəbul edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mən asına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).
32. Nəticə etibarilə, istinad edilən prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin irəli sürdüyü, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməməsi, sonuncunun əməlinin Azərbaycan Respublikası CM-nin daha ağır maddəsi ilə tövsif edilməli olduğunun mübahisələndirilməsi üzrə dəlillərini ona görə əsassız hesab edir ki, cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı yalnız Azərbaycan Respublikası CM-in 126.2.3 və 128ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürülmüşdür. Bu vəziyyətdə məhkəmələr Məhkum qarşı irəli sürülməyən ittihama baxa bilməzdilər.
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəb ul edilmişdir.
34. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2025-ci il tarixli, 1(106)-86/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 128-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2025-ci il tarixli, 1(106)-86/2025 nömrəli qərarı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 tərəfindən b irgə qaydada verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.