Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1477/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Təqsirləndirilən şəxs1, Müdafiəçilər – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Hüseynov Şaiq Yusif oğlunun və “Qanunçulu q” Vəkil Bürosunun vəkili Rüstəmov Ramil Litvin oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Hüseynov Şaiq Yusif oğlu və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Rüstəmov Ramil Litvin oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyun 2022-ci il tarixli 1(101)-492/2022 nömrəli (hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət məhk əmə tərkibində) hökmü ilə 8 noyabr 1984-cı il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 29 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş; 9 noyabr 1984-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, XXX-də müvəqqəti qeydiyyatda olan, faktiki olaraq X XX evdə yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 16 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum olunmuşdur. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi Rüstəmov Ramil Litvin oğlu, təqsirləndirilən Məhkum müdafiəçisi Hüseynov Şaiq Yusif oğlu, təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri nə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli 1(103)-44/2023 nömrəli (hakimlər: Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Əyyubov Fərid İlham oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmiş, müdafiəçilər Rüstəmov Ramil Litvin oğlu, Hüseynov Şaiq Yusif oğlu və təqsirləndirilən Məhkum apellyasiya şikayətləri təmin edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası y üngülləşdirilərək hər birinə münasibətdə 8 (səkkiz) il müddətə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Hüseynov Şaiq Yusif oğlu və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Rüstəmov Ramil Litvin oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 14 avqust 2021-ci il tarixdə saat 16 radələrində tanışları Təqsirləndirilən şəxs2, Məhkum və istintaqa məlum olmayan şəxslə birlikdə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, aralarınd a olan cinayətkar sövdələşməyə əsasən basqın edib talayacaqları Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ramana-Zabrat yolunda yerləşən əlvan metal qəbul məntəqəsinin yaxınlığında o pusquda dayanıb qrupun digər üzvlərinə işarə verməklə, qrupun digər üzvü Məhkum məntəqənin qapısının qarşısında dayanıb məntəqənin qapısını bağlayıb içəriyə daxil olan və çıxan şəxslərin hərəkət etməsinə imkan verməməklə, qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan şəxslə birlikdə əlvan metal qəbul məntəqəsinə daxil olaraq həmin metal qəbulu məntəqəsində işləyən Zərərçəkmiş şəxs yumruq və təpiklə döyüb ona alt dodağın selihli qişa səthinin əzilmiş yarası, alt çənədə sol İİ kəsici dişin tac hissəsinin travmatik sınığı və diş dibi yumşaq toxumalara qansızma, sol gözyüvasıaltı nahiyəni n qançırı və həmin gözün ağlı qişasına qansızma, sol diz oynağının sıyrığı ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirib sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorun tətbiq ediləcəyi hədəsi ilə hədələyib üzərinə basqın edib silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirməklə metal qəbulu məntəqəsində masanın üzərində olan dəmir qutunun içərisindən 900 manat nağd pulu və Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərində «Samsung A 40» markalı mobil telefonu talamaqla quldurluq etmişlər. Məhkum 14 avqust 2021-ci il tarixdə saat 16 radələrində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan şəxslə birlikdə özgənin əmlakını ələ keçirmək məqsədi i lə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən basqın edib talayacaqları Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ramana-Zabrat yolunda yerləşən əlvan metal qəbul məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs1 pusquda dayanıb qrupun digər üzvlərinə işarə verməklə, o məntəqənin qapısının qarşısında dayanıb məntəqənin qapısını bağlayıb içəriyə daxil olan və çıxan şəxslərin hərəkət etməsinə imkan verməməklə, qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan şəxslə birlikdə əlvan metal qəbul məntəqəsinə daxil olaraq həmin metal qəbulu məntəqəsində işləyən Zərərçəkmiş şəxs yumruq və təpiklə döyüb ona alt dodağın selihli qişa səthinin əzilmiş yarası, alt çənədə sol İİ kəsici dişin tac hissəsinin travmatik sınığı və diş dibi yumşaq toxumalara qansızma, sol gözyüvasıaltı nahiyənin qançırı və həmin gözün ağlı qişasına qansızma, sol diz oynağının sıyrığı ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirib sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorun tətbiq ediləcəyi hədəsi ilə hədələyib üzərinə basqın edib silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirməklə metal qəbulu məntəqəsində masanın üzərində olan dəmir qutunun içərisindən 900 manat nağd pulu və Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərində «Samsung A 40» markalı mobil telefonu talamaqla quldurluq etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Hüseynov Şaiq Yusif oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, onun bu əməllərlə heç bir əlaqəsi olmamışdır. Belə ki, məhkəmə iclasında “Hadisə baş verən bıçağı şəxsən gördünmü” sualına zərərçəkmiş şəxs “Bıçağı gözlərimlə görməmişəm” deyə cavab vermişdir. Beləliklə, həmin hadisənin yeganə şahidi zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə orada bıçağın olması istisna olunur. Bundan başqa, Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixdə dəftərxana vasitəsilə öz xətti ilə yazılmış ərizə verərək, həmin ərizəsində göstərmişdir ki, “bildirirəm ki, mənə dəymiş ziyan Məhkum tərəfindən tam ödənilmişdir. Ona görə də, təqsirləndirilən şəxslər ilə barışmışam, onlara qarşı heç bir şikayətim, tələbim və iddia m yoxdur. Həmçinin bildirirəm ki, hadisə baş verən zaman mənə hücum edənlərin əlində bıçaq olmamışdır. Həmin vaxt Məhkum orada olmamışdır. Ərizədə göstərdiklərim düzgündür. Xahiş edirəm nəzərə alasınız”. Göründüyü kimi, baxmayaraq ki, Məhkum faktiki olaraq heç bir cinayət əməli törətməmişdir, bununla belə, Zərərçəkmiş şəxs dəymiş ziyan məhz Məhkum tərəfindən ödənilmişdir. Belə olan halda, təqsirləndirilən şəxs Məhkum Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham verilməsi tamamilə qanunsuz və əsassızdır. Bundan Məhkum ağır xəstədir, Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə dəfələrlə müalicə və əməliyyat olunmuş, ailəni dolandıran, ailədə qazanc gətirən yeganə şəxsdir, eyni zamanda himayəsində yaşlı və xəstə anası vardır, qeydiyyatda olmaqla daimi yaşayış yeri vardır, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkum əgər təqsirliliyi sübuta yetirilərsə (halbuki, müdafiə tərəfi hesab edir ki, onun heç bir təqsiri yoxdur), cəzanın məqsədlərinə onun cəmiyyətdən təcrid etmədən nail olmaq üçün barəsində azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəza təyin edilə bilərdi və bu zaman Azərbaycan Respublikasının Prezidentinin Sərəncamında və Fərmanında göstərilmiş tövsiyələr və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun tövsiyələri nəzərə alınmalı idi. Ona görə də, hökmün ləğv edilməsi və Məhkum barəsində həmin maddələr ilə məhkəməyə verildiyi ittiham üzrə cinayət hadisəsi olmadığına və əməlində cinayət tərkibi olmadığına görə aparılmış məhkəmə baxışının nəticələrinə dair bəraət hökmü çıxarılmalıdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 1 fe vral 2023-cü il tarixli qərarının Məhkum aid hissədə ləğv edərək Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə verilmiş ittiham üzrə CPM-nin 391.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadığına və əməlində cinayət tərkibi olmadığına görə cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Rüstəmov Ramil Litvin oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək bildirir ki, başqaları birgə icraçılığı eləcə də onun bu cinayətlərdə iştirakı təsdiq edilməmişdir, yalnız onlar həbs olunan zaman onlara qarşı edilən işgəncə və ləyaqətin alçaldılması ilə onun əleyhinə sübut toplamağa çalışmışlar və ona dövlət tə rəfindən təyin edilmiş vəkil formal müdafiəçi olmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə istintaqı keçirilən zaman digər təqsirləndirilən şəxslərdən biri olan Təqsirləndirilən şəxs2 və digər təqsirləndirilən şəxslər də bildirmişlər ki, onlar həbs olunan zaman 12 saylı polis bölməsində onlara işgəncə verərək təhqiqatçı tərəfindən öncədən hazırlanmış ifadələrə imza atdırmışlar və bu barədə Kürdəxanı təcridxanasına getdikdən sonra işgəncə faktı ilə bağlı prokurorluğa şikayət vermişdir və bu günə qədər araşdırılmamışdır. Təqsirləndirilən şəxslərdən biri olan Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı bildirmişdir ki, hadisəni özü tək icra etmişdir və Nahid, Vüsalla bu barədə əvvəlcədən hər hansı bir danışıq və ya planı olmamışdır. Bildirmişdir ki, onu da həbs olunan zaman 12 saylı polis bölməsində ona işgəncə verərək təhqiqatçı tərəfindən öncədən hazırlanmış ifadələrə imza atdırmışlar və həmin ifadələr CPM-in 125-ci maddələrinə əsasən mümkün hesab edilməməlidir. Bildirmişdir ki, məhkəmə istintaqı zamanı verdiyim ifadəni əsas götürülməklə Nahid və Vüsal barəsində bəraət verilməlidir. Bakı Apellyasiya Məhkəməsində məhkəmə istintaqı zamanı vəsatət verilmişdir ki, cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı həmin dəmir yığma sexinin girişində çəkilmiş video görüntüyə baxış keçirilsin və həmin video görüntüyə foto-texniki və foto-portret ekspertizası keçirilsin və müəyyən olunsun ki, Təqsirləndirilən şəxs1 həmin günü həmin sexdə olmuş və cinayət əməlinin törədilməsində iştirak edib, lakin hakim tərəfindən əsassız olaraq bir c ümlə ilə vəsatəti təmin etməmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı cinayət işi üzrə zərərçəkən bildirdi ki, onu 12-ci bölməyə aparan zaman bölmədə Nahidə işgəncə verildiyini görmüşdür və Nahidin qan içində olduğuna şahid olmuşdur və o, da qorxmuşdur. Hakim tərəfindən qərar qəbul edilərkən məhkəmə istintaqında qeyd edilən sübutlar tədqiq edilməli olsa da, lakin hakim bunu etməmişdir. Bununlada hakim CPM-in 349-cu maddəsinin tələblərini pozmaqla qərar qəbul etmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 1 fevral 2023-cü il tarixli qərarının Təqsirləndirilən şəxs1 aid hissədə ləğv edilərək Təqsirləndirilən şəxs1 barəsində bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi və ya yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkum müdafiəçisi vəkili Hüseynov Şaiq Yusif oğlu və Təqsirləndirilən şəxs1 müdafiəçisi vəkili Rüstəmov Ramil Litvin oğlunun kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisinin söylədiklərinə əlavəsinin olmadığını bildirib kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxu d dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində Təqsirləndirilən şəxs1 barəsində bəraətverici əsasların olmasına baxmayaraq, Məhkum isə əməlində cinayət tərkibi olmadığı, o cümlədən cinayət hadisəsi olmadığı halda məhkəmələr tərəfindən barələrində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş halla əlaqələndirilmişdirlər. Odur ki, məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetin in (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutu lmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun və müdafiəçilərin kassasiya şikayətlərinin təmin olunması, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarı isə qeyd edilən məhkumlara aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum və Təqsirləndirilən şəxs1 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşya tətbiq edilməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq ilə bağlı ittihamlar birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq bu hissədə birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum və Təqsirləndirilən şəxs1 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CMnin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 №-li qərarının 23-cü bəndində qeyd edilir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qal mış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin Qərarın 7-ci bəndində isə qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəs inin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsi fi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumların barələrində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və məhkumlara bəraət verilməli olduğu iddia edilir. Kasassiya şikayətlərində Məhkum və Təqsirləndirilən şəxs1 törədilmiş cinayətlə heç bir əlaqəsinin olmadığı, onların tərəfindən həmin cinayət əməlinin törədilmədiyinə dair müvafiq dəlillərə istinad olunsa da, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə həmin dəlillər təkzib olunmaqla, Məhkum və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətməsi öz təsdiqini tapır. Belə ki, apellyasiya məhkəmə baxışı qismən məhkəmə istintaqı aparmaqla iş üzrə əldə olunmuş sübutları təkrar olaraq tədqiq və təhlil edilərək keçirilmiş, məhkəmə Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, məhkum edilmiş şəxs Məhkum və Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan şəxslə birlikdə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən basqın edib talayacaqları yerin yaxınlığında Təqsirləndirilən şəxs1 pusquda dayanıb qrupun digər üzvlərinə işarə verməklə, Məhkum məntəqənin qapısının qarşısında dayanıb məntəqənin qapısını bağlayıb içəriyə daxil olan və çıxan şəxslərin hərəkət etməsinə imkan verməməklə, qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan şəxslə birlikdə əlvan metal qəbul məntəqəsinə daxil olaraq həmin yerdə işləyən Zərərçəkmiş şəxs yumruq və təpiklə döyüb sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorun tətbiq ediləcəyi hədəsi ilə hədələyib üzərinə basqın edib silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirməklə metal qəbulu məntəqəsində 900 manat nağd pulu və Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərində «Samsung A 40» markalı mobil telefonu talamaqla quldurluq etmişdirlər. Hadisələrin gedişatına nəzər yetirdikdə əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan şəxs yaranmış əlverişli şəraitdən istifadə edərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə basqın etməli və sonuncuya məxsus pul vəsaitini və mobil telefonu ələ keçirmiş, Məhkum və Təqsirləndirilən şəxs1 qeyd edilən fəal hərəkətlərin rahat və sərbəst şəkildə edilməsi üçün şərait yaratmışdırlar. Cinayət işinin materiallarında olan baş vermiş hadisə ilə bağlı olaraq əlvan metal qəbulu məntəqəsinin yaxınlığında olan müşahidə kamerasında olan görüntüləri əks etdirən 1 ədəd DVD diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin video müşahidə kamerası Bakı şəhəri Sabunçu rayonu S abunçu qəsəbəsi Zabarat-Ramana avtomobil yolunun yaxınlığında yerləşən «əlvan metal qəbulu» məntəqəsinin qarşısında olan yolu görüntüləyir, görüntüyə baxarkən 14 avqust 2021-ci il tarixdə saat 16 radədələrində üç nəfər oğlan sakit yerişlə məntəqəyə doğru yaxınlaşması görüntüyə gəlir. Həmin üç nəfərdən irəlidə olan iki oğlandan biri uzunboylu qara rəngli qısaqol köynəkdə olan şəxs isə məntəqənin qarşısında dayanaraq əlində kisə ilə yerdə yır-yığış edən şəxslə məntəqəyə daxil olurlar. Həmin şəxslər məntəqəyə daxil olduqdan sonra qısaqol ağ köynəkdə olan arıq bədən quruluşlu oğlan qəfildən onların arxasınca məntəqəyə daxil olur. Həmin iki nəfərin arxasınca gələn qara rəngli qısaqol köynəkdə olan dolu bədən quruluşlu bir nəfər oğlan isə metal qəbulu məntəqəsinin qapısını çöldən bağlayıb arxada n sıxaraq qarşısında dayanır, bir neçə dəqiqədən sonra məntəqəyə daxil olan şəxslər birlikdə məntəqədən çıxırlar. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 avqust 2021ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs alt dodağın selihli qişa səthinin əzilmiş yarası, alt çənədə sol İİ kəsici dişin tac hissəsinin travmatik sınığı və diş dibi yumşaq toxumalara qansızma, sol gözyüvasıaltı nahiyənin qançırı və həmin gözün ağlı qişasına qansızma, sol diz oynağının sıynğı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2021-cil tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xarakterinə və lokalizas iyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi və müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işi materiallarına əlavə edilmiş və cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə Məhkum Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir bir olan bir qrup şəxs halında 14 avqust 2021-ci il tarixində, saat 16:00 radələrində Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə təsdiq edir. Odur ki, kassasiya məhkəmə kollegiyası da məhkəmələrin Məhkum və Təqsirləndirilən şəxs1 quldurluq etməməsi barədə verdiyi ifadələrinə tənqidi yanaşması və özünü müdafiə üsulu kimi qiymətləndirməsi barədə gəldiyi nəticələr ilə razıla şır və hesab edir ki, onlar, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadəsindən imtina edir. Belə ki, təqsirləndirilən şəxslər ibtidai istintaqda hər biri ayrıayrılıqda ifadə verərək, bildirmişdirlər ki, onlar birgə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Ramana-Zabrat yolunda yerləşən əlvan metal qəbul məntəqəsinə basqın edərək, orada işləyən Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorun tətbiq ediləcəyi hədəsi ilə hədələyib quldurluq etmişdirlər. Beləliklə, kasassiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası he sab edir ki, Məhkum və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşya tətbiq edilməklə quldurluq ilə bağlı ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs1 müdafiəçisi Rüstəmov Ramil Litvin oğlu kassasiya şikayətinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətlərdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun işgəncə və qanunsu z psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi v ə işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən ya yınmaq məqsədi daşıyır. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək ibtidai istintaq zamanı verdiyi ifadənin obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadəni sübut növü kimi qəbul edilməli olması, Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və əda lətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirlir. Bütün instansiya məhkəmələrində aparılan icraatlara, o cümlədən apellyasiya müraciətləri üzrə icaata şamil edilən bu prinsip hər bir tərəfin məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər imkanlara malik olmasını ehtiva edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə i craatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdır malı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məh kəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsəl ə üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Kassasiya araşdırması zamanı müəyyən olundu ki, müdafiə tərəfi işgəncə faktının araşdırlması və iddia etdikləri halların müəyyən edilməsi üçün vəsatətlər qaldırmaqla apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini apellyasiya məhkəməsindən xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına sorğu göndərmiş və sorğu ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş 21 oktyabr 2022-ci il tarixli 17/387517 nömrəli məktubda həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə Bakı istintaq təcridxanasına gətirilməsi və ilkin tibbi müayinələrdən keçirilməsi qeyd edilmiş, baxış keçirilən zaman yeni xəsarət aşkar olunmamış, ya lnız döş qəfəsinin sol nahiyəsində köhnə çapıq toxuma müşahidə edilmişdir. Həmin məktubda, həmçinin, həbs edilmiş şəxs Məhkum xx.xx.2021-ci il tarixdə Bakı istintaq təcridxanasına gətirilməsi və ilkin tibbi müayinələrdən keçirilməsi, baxış keçirilən zaman yeni xəsarət aşkar olunmaması, yalnız sağ bud və sol dirsək nahiyəsində köhnə çapıq toxuma müşahidə edilməsi göstərilmişdir. İstər Bakı Ağır Cinayətlər Məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq məhkum edilmiş şəxslərin təzyiq altında işgəncə nəticəsində onlardan etirafedici ifadələr alınması barədə mübahisələndirdiyi dəlilləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 21 oktyabr 2022-ci il tarixli 17/387517 nömrəli sorğuya cavab məktubunu əsas götürərək mötəbər hesab etməmişdir. Məhkum və Təqsirləndirilən şəxs1 onlara hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətmələri kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum və Təqsirləndirilən şəxs1 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət gö rmür. Müdafiə tərəflərinin kassasiya şikayətlərində məhkumlara bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum və Təqsirləndirilən şəxs1 bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Qeyd edilənl ərə əsasən müəyyən olunur ki, müdafiəçiləri kassasiya şikayətlərində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətlərinin qeyd edilən hallar ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçilərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdiyi faktiki hallardan çı xış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən halların olmasını (zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi, zər ərçəkmiş şəxslə barışıq əldə edilməsi), ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum və Təqsirləndirilən şəxs1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün b unları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum və Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Hüseynov Şaiq Yusif oğlu və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Rüstəmov Ramil Litvin oğlu tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Hüseynov Şaiq Yusif oğlu və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Rüstəmov Ramil Litvin oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən Məhkum və Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1477/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1477/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver