Məhkəmə qərarları › İş №1(102)-1477/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1477/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1477/2025 30.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, x xxx 1992-ci il ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 də yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası C inayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə bəraət verilməsi, CM-in 32.3, 29, 318.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2025-ci il tarixli 1(106)-22/2025 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Beyləqan Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 1(020)-5/2024 nömrəli hökmü ilə (hakim Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi) Təqsirləndirilən şəxs1 - Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-in 32.3, 29, 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 2 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2025-ci il tarixli 1(106)-22/2025 nömrəli qərarı ilə (hakimlər: P.V.Hacıyev (sədrlik edən), E.İ.Xasməmmədov və A.N.Novruzova) apellyasiya protesti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli 1(020)-5/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs1 ittiham olunmuşdur ki, o, təmiz halda çəkisi 0,93 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən, vaxtda və yerdən satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etməklə saxlamış, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində istintaqı aparılan cinayət işi ilə bağlı 4 aprel 2023-cü il tarixdə onun yaşadığı ünvan 1 də yerləşən fərdi yaşayış evində axtarış keçirilərkən qeyd edilən narkotik vasitə həmin evin ikinci mərtəbəsindəki pilləkən meydançasından qalxdıqda soldakı yataq otağına daxil olduqda üzbəüz olan çəkməcəsinin yuxarı rəfində gizlədilmiş halda aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası vətəndaşları Məhkum və Təqsirləndirilən şəxs2 q abaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisində yerləşən 20-ci sərhəd zastavasının 31-ci sahəsinin xidməti ərazisindən Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq İran İslam Respublikasına keçmələrini təşkil edərkən 2 aprel 2023-cü il tarixdə, saat 09:00 radələrində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şi rvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmiş və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanmışdır. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Tə qsirləndirilən şəxs1 cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Belə ki, ibtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona heç bir təsirtəzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində cinayət əməlini etiraf edərək göstərmişdir ki, təxminən 2-3 aydır ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmiş, həmin narkotik vasitəni aldığı şəxsləri xatırlamamış, yaşadığı evdən aşkar edilərək götürülmüş həmin narkotik vasitəni təxminən 1 ay öncə tanışlarının vasitəsilə götürmüş, həmin narkotik vasitəyə görə pul verməmiş, ona həmin narkotik vasitəni pay vermişlər, lakin ondan istifadə etməmiş, nə qədər vermişdilərsə, hamısını olduğu kimi aşkar edilmiş yerə qoymuş, narkotik vasitə satmamış, son 2-3 ay ərzində, yəni özü narkotik vasitə istifadə etməyə başladıqdan sonra tanışlarının vasitəsilə ondan narkotik vasitə istəyən şəxslərə bir dəfə çəkmək üçün nəzərdə tutulan miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı vermiş, bunun müqabilində hər hansı məbləğdə pul almamış, necə ki, ona pay vermişlər, o da kiməsə pay vermişdir. (cild 1, sah. 186-187) Təqsirləndirilən şəxs1 əlavə ifadəsində isə göstərmişdir ki, yaşadığı X yerləşən fərdi yaşayış evində aparılmış axtarış zamanı bir qədər həyəcanlı olmuş, ona görə də müstəntiqin həmin vaxt verdiyi "narkotik vasitənin satışı ilə məşğul olmusunuzmu?" sualına "çox elə satmağı ilə məşğul olmamışam, bir-iki dəfə amma belə satmışam" cavabı vermiş, narkotik vasitə satdığını bildirmiş, lakin əslində heç vaxt heç kimə narkotik vasitə satmamış, evdən aşkar olunaraq götürülmüş narkotik vasi təni öz istifadəsi üçün nəzərdə tutmuşdur. (cild 2, səh.184-185) Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ondan aşkar edilərək götürülmüş bir ədəd bükümdə 0,93 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyini, daşıdığını, yaşadığı evdə saxladığını və həmin narkotik vasitə olan qurudulmuş marixuananın, eləcə də bir ədəd elektron tərəzinin yaşadığı evdən aşkar edilərək götürüldüyünü təsdiq edən iş üzrə kifayət qədər sübutlar toplanmışdır. Lakin, məhkəmə kollegiyası isə işin hallarını müəyyən edərkən yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında iltizamı imzalayan və xidməti vəzifələrini icra edən sərhəd xidməti əməkdaşlarının və digər şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələrini, Təqs irləndirilən şəxs1 özünün ibtidai istintaq zamanı verdiyi ifadələrini, evdə axtarış, götürmə və digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, əməliyyat məlumatlarını, eləcə də yuxarıda qeyd olunan digər sübutları nəzərə almamış, sadalanan həmin sübutlara səthi yanaşmış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən, yalnız yalan ifadə verməyə görə heç bir məsuliyyəti olmayan Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadəsinə, eləcə də onun yaşadığı evdə axtarış aparılarkən prosessual normaların pozulmasına əsaslanmaqla və məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə etdiyinə, daşıdığına və saxladığına dəlalət edən sübutun əldə olunmaması qənaətinə gəlməklə, eləcə də iş materiallarında olan sübutların Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etməməsi, yaşadığı evdə axtarış və götürmə aparılması zamanı müdafiəçisinin iştirak etməməsi, onun evindən aşkar olunmuş elektron tərəzinin üzərində narkotik vasitə izlərinin olmaması və həmin tərəzinin işləməməsi kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslar ını hökmdə göstərməmişdir. Həmçinin, cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 nə ibtidai istintaq dövrünün başlanğıcında, nə də ibtidai istintaqın kifayət qədər uzun müddət təşkil etmiş sonrakı gedişində “müstəntiqin onu məcbur etməsi" səbəbindən CM-in 234.2ci maddəsi ilə özünü təqsirli bilməsi barədə prokurorluğa və digər dövlət orqanlarına heç bir şifahi və ya yazılı müraciət etməmişdir. Habelə, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilərkən və həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə tərəfindən qərar qəbul edilərkən də, onun “müstəntiqin onu məcbur etməsi” nəticəsində özünü CM-in 234.2-ci maddəsi ilə təqsirli bilməsi barədə heç bir müraciəti olmamışdır. Bundan əlavə, məhkəmə öz hökmündə göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini, dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda qanunsuz keçməyə cəhd göstərərkən tutulduqdan sonra yaşadığı X yerləşən və saxlandığı vaxtadək yaşadığı həmin evdə narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qanunla qadağan edilmiş digər predmetlərin olmasını müəyyən etmək üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat idarəsinin müstəntiqi X4 tərəfindən 04 aprel 2023-cü il tarixdə axtarış və götürmə aparılması zamanı cinayət prosssual qabunvericiliyin tələbləri kobud surətdə pozulmuş, vəkilin iştirakı təmin edilməmişdir. İşin halları ilə də müəyyən edilmişdir ki, müstəntiq Təqsirləndirilən şəxs1 evində axtarış aparılması ilə bağlı vəkilə məlumat vermiş, vəkilin iştirakının təmin edilməsi üçün müvafiq tədbir görmüş, lakin vəkil buna etiraz edərək, axtarış və götürmədə iştirak etməkdən imtina etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 saxlanılanadək yaşadığı fərdi yaşayış evinin olduğu ünvanda axtarış aparılarkən aşkar edilərək götürülmüş, maddi sübut kimi tanınmış üzərində "SH-131" sözləri olan elektron tərəzinin mövcudluğu da deməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 məhz narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmaması barədə dedikləri işin faktiki hallarına uyğun gəlmir, həqiqəti əks etdirmir, qeyri-mötəbər və əsassız sayılmalıdır. O cümlədən, məhkəmə mübahisələndirilən hökmdə, bəraətin əsası kimi “Təqsirləndirilən şəxs1 yaşadığı evdə narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qanunla qadağan edilmiş digər predmetlərin olmasını müəyyən etmək üçün müstəntiq tərəfindən 04 aprel 2023-cü il tarixdə axtarış və götürmə aparılması zamanı cinayət prosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulmasını, həmin axtarış və götürmə aparılması zamanı vəkilin iştirakının təmin edilməməsini göstərmişdir. Lakin, mübahisələndirilən hökmdə eyni zamanda “məhkəmə hesab edir ki, onun (Təqsirləndirilən şəxs1) bir bükümdə həmin narkotik vasitəni satış məqsədi olmadan əldə edib yaşadığı evdə saxlaması sübut olunur. Lakin onun həmin əməli cinayət tərkibi yaratmır” qənaətinə gəlməklə, ciddi cinayət-prosessual anlaşılmazlıq yaratmışdır, belə ki, hökmdən qətiyyən başa düşmək mümkün deyildir ki, “əgər Təqsirləndirilən şəxs1 yaşadığı evdə narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qanunla qadağan edilmiş digər predmetlərin olmasını müəyyən etmək ü çün müstəntiq tərəfindən 04 aprel 2023-cü il tarixdə axtarış və götürmə aparılması zamanı cinayət prosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulması” baş vermişdirsə, Təqsirləndirilən şəxs1 bir bükümdə həmin narkotik vasitəni satış məqsədi olmadan əldə edib yaşadığı evdə saxlaması, (cinayət tərkibi yaratmasa da) necə sübut oluna bilərdi?! Dövlət ittihamçısı hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun ibtidai istintaq zamanı verdiyi və iş materialları ilə uyğun gələn ifadələri, iş üzrə ibtidai istintaq dövründə keçirilmiş ekspertizalar, cinayət işinin materiallarında olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Lakin məhkəmə tərəfindən iş üzrə ibtidai istintaq dövründə toplanmış tərəfsiz və obyektiv materiallar nəzərə alınmamış, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi etirafedici ifadələrini məhkəmə baxışında dəyişdirməsinin səbəbi aydınlaşdırılmamış, toplanmış sübutlar tərəfsizlik nöqteyi-nəzərdən təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verilməmiş, beləliklə, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəm əsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, Təqsirləndirilən şəxs1 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Protestdə Təqsirləndirilən şəxs1 CM-in 32.3, 29, 318.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qərarını həmin hissədə şərh etməyi zəru ri hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, itti hamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bə raət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq Təqsirlə ndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə olan ittiham üzrə bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İ btidai istintaq orqan tərəfindən görə Təqsirləndirilən şəxs1 ittiham olunmuşdur ki, o, təmiz halda çəkisi 0,93 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən, vaxtda və yerdən satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etməklə saxlamış, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində istintaqı aparılan cinayət işi ilə bağlı 4 aprel 2023-cü il tarixdə onun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən fərdi yaşayış evində axtarış keçirilərkən qeyd edilən narkotik vasitə həmin evin ikinci mərtəbəsindəki pilləkən meydançasından qalxdıqda soldakı yataq otağına daxil olduqda üzbəüz olan çəkməcəsinin yuxarı rəfində gizlədilmiş halda aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, i btidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə ittihamın elan olunmasına əsas kimi ittiham aktında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə əsaslanmışdır ki, bu ifadələrin də əsasən şübhəli şəxsin tutulmasının vaxtı, səbəbi və halları barədə hissələrinin, məhkəmə iclasında araşdırılmış digər sübutlarla ziddiyyət təşkil etməsi müəyyən edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, təxminən 2-3 aydır ki, müxtəlif tanışlarının tanışları vasitəsilə narkotik vasitə qurudulmuş marixuana istifadə etmiş, həmin narkotik vasitəni aldığı şəxsləri xatırlamamış, yaşadığı evdən aşkar edilərək götürülmüş həmin narkotik vasitəni təxminən 1 ay öncə tanışlarının tanışları vasitəsilə götürmüş, həmin narkotik vasitəy ə görə pul verməmiş, ona həmin narkotik vasitəni pay vermişlər. Lakin ondan istifadə etməmiş, nə qədər vermişdilərsə, hamısını olduğu kimi aşkar edilmiş yerə qoymuş, narkotik vasitə satmamış, son 2-3 ay ərzində, yəni özü narkotik vasitə istifadə etməyə başladıqdan sonra tanışlarının vasitəsilə ondan narkotik vasitə istəyən şəxslərə bir dəfə çəkmək üçün nəzərdə tutulan miqdarda narkotik vasitə qurudulmuş marixuananı vermiş, bunun müqabilində hər hansı məbləğdə pul almamış, necə ki ona pay vermişlər, o da kiməsə pay vermişdir. Saxlanılanadək yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən fərdi yaşayış evində aparılmış axtarış zamanı bir qədər həyəcanlı olmuş, ona görə də istintaq qrupunun üzvü, müstəntiq ədliyyə kapitanı X3 həmin vaxt verdiyi “narkotik vasitənin satışı ilə məşğul olmusunuzmu?” sualına cavab olaraq “çox elə satmağı ilə məşğul olmamışam, bir-iki dəfə amma belə satmışam” sözləri ilə müşayiət olunan cavabı vermiş, narkotik vasitə satdığını bildirmiş, lakin əslində heç vaxt heç kimə heç bir miqdarda narkotik vasitə satmamış, evdən aşkar olunaraq götürülmüş narkotik vasitə sırf öz istifadəsi üçün nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmir, 04 aprel 2023-cü il tarixdə kirayə yaşadığı evdə axtarış keçirilən zamanı nə evin sahibi, nə onun vəkili, nə də ki, şahidlər olmamış, evdə 3 saat axtarış aparıldıqdan s onra evin 2-ci mərtəbəsində guya 0,93 qram narkotik vasitə olan qurudulmuş marixuana tapılmış, o, müstəntiqə vəkili və ev sahibi olmadan evdə axtarış aparılması barədə etirazını bildirmiş, narkotik vasitə daşıyıb satmaq məqsədi olmamışdır. Apellyasiya baxışı zamanı da məhkəmə kollegiyası tərəfindən dindirilmiş Təqsirləndirilən şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, aşkar olunan narkotik vasitə ona məxsus olmamış, həmin narkotik polislər tərəfindən evinə qoyulmuşdur. Polislər narkotik vasitənin miqdarını çəkmək üçün elektron tərəziyə qoyduqda onun da işləməməsi müəyyən olunmuşdur. Əgər narkotik vasitə özünə məxsus olsaydı, onu əl altına qoymazdı. Həmçinin ibtidai istintaq zamanı ona təzyiqlər göstərildiyi üçün narkotikin özünün olduğunu etiraf etməyə məcbur olmuşdur. Cinayət işinin mater iallarına əlavə edilmiş 4 aprel 2023-cü il tarixli evdə axtarış istintaq hərəkətlərinin aparılması haqqında protokola əlavə edilmiş videogörüntülərdən görünür ki, müstəntiq, Təqsirləndirilən şəxs1 saxlanılanadək yaşadığı həmin evin yerləşdiyi ərazidən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna 04 aprel 2023-cü il tarixdə 15:50 radələrində zəng etmiş və Təqsirləndirilən şəxs1 yaşadığı, Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən evində təqsirləndirilən şəxsin özünün razılıq ərizəsinə əsasən axtarış keçiriləcəyini və həmin axtarışda iştirak etmək istəyib istəmədiyini soruşmuş, lakin vəkil Leyla İsgəndərova axtarışda iştirak etmək arzusunda olmadığını bildirmişdir. Bunda n sonra evdə axtarış aparılmağa başlanılmış, axtarış zamanı evin 2-ci mərtəbəsində yerləşən yataq otağının çəkməcəsinin 1-ci siyirtməsində 1 ədəd üzərində "spiçki" sözləri yazılmış kibrit qutusunun içərisində qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin marixuananın kimə məxsus olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin ona məxsus olduğunu, cəmi bircə bükümdə olduğunu, həmin narkotik vasitədən istifadə etmədiyini, əvvəllər bir-iki dəfə narkotik vasitə satdığını göstərmişdir. Bundan sonra qurudulmuş marixuanaya bənzər maddə həmin kibrit qutusu ilə birlikdə 1 ədəd ağ rəngli kağız zərfin içərisinə müvafiq qaydada qablaşdırılmış və istintaq hərəkətlərinin iştirakçıları tərəfindən imzalanmışdır. Eyni zamanda yataq ota ğındakı həmin siyirtmədən üzərində "SH 131" sözləri və rəqəmləri yazılmış 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq axtarış və götürmə aparılması zamanı vəkilin iştirakının təmin edilməsi üçün müvafiq tədbir görülməməklə cinayət prosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə bağlı qənaətə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinə əsasən müdafiəçiyə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq qadağan olunur. Həmin Məcəllənin 92.10.3-cü maddəsinə əsasən isə müdafiəçiyə özbaşına müdafiədən imtina etmək və ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək, habelə təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək qadağan olunur. CPM-nin 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur”. Həmin Qərarda, həmçinin qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz”. Bundan başqa, həmin Qərarda göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən h ər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir. Cinayət-Prosessual Məcəlləsinin 92.10.3cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz”. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq xx.xx.2023-cü il tarixli istintaq hərəkəti protokolunu, yəni evdə axtarış aparılması protokolunu mənbəyi və əldə edilməsi üsulunda yaranan şübhələrə görə sübut kimi qəbul etməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsinin əsaslarından biri kimi onun evindən aşkar olunmuş elektron tərəzinin üzərində hər hansı narkotik vasitə izlərinin aşkar edilməməsi, o cümlədən həmin tərəzinin işləməməsi göstərilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizanın 19 may aprel 2023-cü il tarixli, 7/691 nömrəli ekspert rəyindən də görünür ki, tədqiqata təqdim edilmiş üzərində “SH 131” yazılar olan gümüşü rəngli elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri, narkotik vasitə və psixotrop maddə izləri yoxdur. Həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı evdə axtarış aparılarkən müəyyən edilmiş narkotik vasitə həmin elektron tərəzidə çəkilərkən tərəzinin işləməməsi müəyyən edilmişdir. Məhkəmələr haqlı olaraq hesab etmişlər ki, təqsirləndirilən şəxsin evindən ele ktron tərəzinin aşkar edilməsi hələ sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq belə hesab edir ki, aşkar edilmiş narkotik vasitənin Təqsirləndirilən şəxs1 aid olması qəbul edilsə belə, yuxarıda qeyd olunduğu kimi, qanunvericiliyin tələblərinin pozulması ilə aparılmış istintaq hərəkəti nəticəsində əldə olunmuş sübutlar təqsirləndirilən şəxsin ittiham olunduğu sözügedən cinayət əməlinin törədilməsində onun təqsirliliyini sübuta yetirən mötəbər dəlillər kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin “evindən aşkar olunmuş” narkotik vasitə marixuananın miqdarının 0,93 qram olmaqla şəxsi istehlak miqdarından da az olmasını nəzərə alaraq həmin narkotik vasitənin sonuncu tərəfindən məhz satış məqsədilə əldə edilməsini inandırıcı hesab etmir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun İ Siyahısında narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 50000 qram nəzərdə tutulmuşdur. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotr op maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəlmiş hərəkətlərdir. Bununla yanaşı «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarda həmçinin göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlid irlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatın ın obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur dax ilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəx s tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirlənd irilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaş araq qeyd edir ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr Təqsirləndirilən şəxs1 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, Təqsirləndirilən şəxs1 özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqs irləndirilən şəxs1 satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib və üzərində daşıması cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əməlində h əqiqətən satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib və üzərində daşıması cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlili k, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Təqsirləndirilən şəxs1 satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib və üzərində daşıması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya p rotesti təmin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2025-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar