Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1478/2023 15.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs X28 nümayəndəsi - X37 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iy ul 2019-cu-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 iyul 2019-cu-ci il tarixli, 1(101)-238/2019 nömrəli (hakimlər: F.A.Qəribov (sədrlik edən), R.Ə.Sadıxov və Ə.N.Hacıyevdən ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1956-cı il tarixdə Lerik rayonunun Barzavu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, dul, ali təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda Ədliyyə Nazirliyinin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhku m Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2-ci maddələri ilə olan hissələr üzrə 1 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş 20 oktyabr 2017-ci il tarixli Qanunun keçid müddəalarını tənzimləyən 2.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 11 il müddətə azadlıqdan məhrumetmə cəzasının 10 (on) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü, 66.4-cü maddələrinə müv afiq olaraq əsas cəzanı qismən toplama və əlavə cəzanı birləşdirmə yolu ilə üzərində qəti olaraq 1 il 6 (altı) ay müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2017-ci il tarixli qərarı ilə cinayətlərin məcmusu üzrə Məhkum üzərində saxlanılmış 13 il müddətə azadlıqdan məhrum etmə cəzasının 12 il müddətdə müəyyən edilməsi, həmin cəzanın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5 iyul 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla təyin edilmiş 14 il müddətə azadlıqdan məhrumetmə cəzasının 13 il müddətdə müəyyən edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2 017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə olan hökm üzrə Azərbaycan Respublikası CM-nin 66.3-cü, 66.4cü maddələrinə müvafiq olaraq qismən toplanaraq üzərində qəti olaraq 2 (iki) il müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilm əsində təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə ona qəti olaraq 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 313-cü maddəsi ilə ona Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməməsi, Məhkum hazırki hökmlə tənzimlənən 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 il müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əsas və əlavə cəzaları qismən toplanılmaqla ona qəti olaraq 2 il 6 ay dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 15 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Məhkum Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hökmünə əsasən çəkilən cəzasının onun qəti cəzanın müddətinə hesablanaraq onun cəzaçəkmə müddətinin əvvəlinin 23 iyul 2015-ci ildən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin təqsirləndirilən X22, X38 və X39 da təqsirli bilinib məhkum edilmişdir. Bu hökmlə, zərərçəkmiş Rəfail Rüstəmovun mülki iddiası verilmiş ittihamın həcmində təmin edilməsi, Tovuz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Elxan Əliyevdən 9933 manat pulun tutulub Zərərçəkmiş şəxs13 ödənilməsi barədə olan qətnamə nəzərə alınmaqla ziyanın qalan hi ssəsinin 1454 manat təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsə ödənilməsi, X10, Zərərçəkmiş şəxs7, X29, Zərərçəkmiş şəxs10, X24, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21 və X16 mülki mühakimə icraatı qaydasında Məhkum olduğu yer üzrə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmələri barədə hüquqlarının izah edilməsi qərara alınmışdır. Hökmdən narazı qalan dövlət ittihamçısı İsmayılov Rahil Əliş oğlu tərəfindən apellyasiya protestinə, müdafiəçi X31, təqsirləndirilən X22 və zərərçəkmiş Zərərçəkmiş şəxs25 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət məhkəmə tərkibində) 2 mart 2020-ci il tarixli 1(103)-249/2020 nömrəli qərarı ilə müdafiəçi X31 və təqsirləndirilən X22 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamıçısı tərəfindən verilmiş apellyasiya protesti təqsirləndirilən Məhkum münasibətdə təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün tənzimlənməsi nəticəsində təkrarən qeyd edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il m üddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə olan hökm üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü, 66.4-cü maddələrinə müvafiq olaraq qismən toplanaraq üzərində qəti olaraq 2 (iki) il müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə müddəalar hökmdən xaric edilmiş, hökm Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2020-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 iyul 2019-cu-ci il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxsin köməkliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, qabaqcadan əlbir olduğu bir qrup şəxsin köməkliyi ilə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 25 fevral 2006-cı ildən "xxxx" Mənzil Tikinti Kooperativinin sədri vəzifəs ində işləyərkən Kooperativin xx.xx.2006-cı il tarixli nizamnaməsinə əsasən, həmin Kooperativin təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Kooperativin fəaliyyətinə rəhbərlik edilməsi, kooperativin adından müqavilələrin bağlanması, rəsmi sənədlərin imzalanması və sair səlahiyyətlərindən yararlanaraq özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə niyyəti ilə rəhbərlik etdiyi Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa olunan çoxmərtəbəli yaşayış binasında 1 otaqlı mənzili bina tikilib qurtardıqdan sonra Z ərərçəkmiş şəxs19 satacağını vəd verib onun adına binanın faktiki mövcud olmayan 8-ci mərtəbəsində, sahəsi 60 kv.metr olan 1 otaqlı, 1/28 saylı mənzilin satılması barədə vəzifəli şəxs kimi məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədi – xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsini Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verməklə, ondan 2007-2008-ci illər ərzində müxtəlif vaxtlarda Bakı şəhəri, Yasamal rayonunda 2000 manat və 24371 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 20712 manat olmaqla, cəmi 22712 manat məbləğində pul vəsaitini almaqla sonuncuya məxsus xeyli miqdarda əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən, öz qulluq mövqeyində n istifadə etməklə rəhbərlik etdiyi Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa olunan yaşayış binasında ümumi sahəsi 122 kv.metr olan 3 otaqlı, 60 saylı mənzili xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X2 baxmayaraq mənzilin sonuncuya məxsus olduğunu bildiyi halda bunu alıcıdan gizlətməklə, 2010-cu ilin yanvar ayında 48800 manata Zərərçəkmiş şəxs1 qanunsuz satıb, vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını 2010-cu ilin yanvar ayında tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək rəhbərlik etdiyi Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs1 verməklə, sonuncuya məxsus 48800 manat pul vəsaitini həmin tarixdə almaqla özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə həmin mənzilin əsl sahibi barədə məlumatları alıcıdan gizlədərək cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsilə xx.xx.2013-cü il tarixdə 55000 manata Zərərçəkmiş şəxs2 qanunsuz satılmasına şərait yaradaraq mənzilin sonuncunun qızı - X7 adına rəsmiləşdirilməsi ilə bağlı vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını rəhbərlik etdiyi Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs2 verməklə, sonuncuya məxsus 55000 manat pul vəsaitinin üçüncü şəxsə, yəni Zərərçəkmiş şəxs1 verilməsini təşkil etməklə Zərərçəkmiş şəxs2 külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə tanışı X38 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək rəhbərlik etdiyi Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa olunan yaşayış binasında ümumi sahəsi 62 kv.metr olan 1 otaqlı, 70 nömrəli mənzilin xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs5 oğluna satmasına baxmayaraq mənzilin sonuncuya məxsus olduğunu bildiyi halda bunu alıcıdan gizlətməklə, qabaqcadan əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq həmin mənzilin guya x-ə məxsus ol duğunu, sonuncunun həmin mənzili binanın tikintisi üçün verəcəyi tikinti materialları əvəzində əldə etdiyini alıcıya bildirməklə xx.xx.2012-ci il tarixdə x-ə vasitəsilə X23 14500 ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 11387 manata qanunsuz satıb, göstərilən pul vəsaitinin həmin tarixdə x tərəfindən Kooperativin Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində yerləşən ofisinin yaxınlığında alınmasına nail olmaqla, vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək həmin ünvanda X-a verib özgənin xeyli miqdarda əmlakını qabaqcadan əlbir olduğu X-ə birlikdə aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə Kooperativin idarə heyətinin üzvü və Kooperativ tərəfindən inşa olunan binada xx.xx.2012-ci il tarixdən tikinti işlərinə ümumi nəzarətçi vəzifəsində işləyən X50 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 70 nömrəli mənzilin Zərərçəkmiş şəxs5a məxsus olduğunu bildikləri halda, bunu alıcıdan gizlətməklə, qabaqcadan əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq həmin mənzilin guya X-a məxsus olması görüntüsünü yaratmaq üçün qabaqcadan əlbir olmuş bir qrup şəxs halında vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdikləri saxta rəsmi sənədləri - həmin mənzilin X-a satılması barədə saxta xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək alıcıya nümayiş etdirməklə, X-in vasitəsilə xx.xx.2014-cü il tarixdə 33000 manata Zərərçəkmiş şəxs15 qanunsuz satıb, vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdikləri saxta rəsmi sənədləri-xx.xx.2014cü il tarixli alqı-satqı müqaviləsi, pulun ödənilməsi barədə eyni tarixli maliyyə arayışını tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək rəhbərlik etdiyi Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs15 verməklə sonuncuya məxsus 33000 manat pul vəsaitini rəhbərlik etdiyi Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində həmin tarixdə X vasitəsilə alıb özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə X-la qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 70 nömrəli mənzilin əsl sahibi barədə məlumatları alıcıdan gizlədərək cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs15 vasitəsilə xx.xx.2014-cü il tarixdə 61000 manata Zərərçəkmiş şəxs16 qanunsuz satılmasına şərait yaradaraq mənzilin sonuncunun adına rəsmiləşdirilməsi ilə bağlı vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdikləri saxta rəsmi sənədləri- xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını rəhbərlik etdiyi Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək X vasitəsilə Zərərçəkmiş şəxs16 verməklə, sonuncuya məxsus 61000 manat pul vəsaitinin üç üncü şəxsə, yəni Zərərçəkmiş şəxs15 verilməsini təşkil edib Zərərçəkmiş şəxs16 külli miqdarda əmlakını qabaqcadan əlbir olduğu X-la birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə X-la qabaqcadan əlbir olmuş bir qrup şəxs halında rəhbərlik etdiyi Kooparativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa olunan yaşayış binasında ümumi sahəsi 61 kv.metr olan 1 otaqlı, 28 saylı mənzilin xx.xx.2012-ci il tarixli müqavilə əsasında X25 adına rəsmiləşdirilərək sonuncunun əri Zərərçəkmiş şəxs3 satılmasına baxmayaraq mənzilin Zərərçəkmiş şəxs3 məxsus olduğunu bildikləri halda bunu alıcıdan gizlətməklə xx.xx.2013-cü ildə 39000 manata X18 qanunsuz satıb, mənzilin sonuncunun adına rəsmiləşdirilməsi ilə bağlı vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdikləri saxta rəsmi sənədləri - xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək X-ya verməklə, sonuncuya məxsus 39000 manat pul vəsaitini rəhbərlik etdiyi Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində həmin tarixdə X-la birlikdə alıb X-nın xeyli miqdarda əmlakını qabaqcadan əlbir olmuş bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə X-la qabaqcadan əlbir olmuş bir qrup şəxs halında həmin mənzilin əsl sahibi barədə məlumatları alıcıdan gizlədərək cinayətdən xəbərsiz olan X vasitəsilə xx.xx.2014-cü il tarixdə 60000 manata Zərə rçəkmiş şəxs4 qanunsuz satılmasına şərait yaradaraq mənzilin sonuncunun adına rəsmiləşdirilməsi ilə bağlı vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdikləri saxta rəsmi sənədləri - xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını rəhbərlik etdiyi Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək X vasitəsilə Zərərçəkmiş şəxs4 verməklə, sonuncuya məxsus 60000 manat pul vəsaitinin üçüncü şəxsə, yəni X verilməsini təşkil etməklə Zərərçəkmiş şəxs4 külli miqdarda əmlakını qabaqcadan əlbir olduğu X-la birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, eləcə də X-la birlikdə törətmiş olduqları cinayət əməlini gizlətmək məqsədilə, Zərərçəkmiş ş əxs4 həmin mənzil xx.xx.2014-cü il tarixdə satılmasına baxmayaraq, sonuncunun həmin mənzilin ilkin alıcısı olmasını sübüt etmək üçün, X-un köməyi ilə, Zərərçəkmiş şəxs4 adına vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri -xx.xx.2007-ci il tarixli 28 saylı müqavilə və mənzilə görə borcunun olmaması barədə xx.xx.2008-ci il tarixli maliyyə arayışını 2015-ci ilin sentyabr ayında imzası və cəmiyyətin möhrü ilə təsdiq edib, həmin saxta rəsmi sənədləri X-un vasitəsilə Zərərçəkmiş şəxs4 verməklə, cinayət əlaqəsində olduğu X-un cinayət törədilməsinə məlumatı ilə, cinayətin törədilməsi üçün vasitələr verərək, maneləri aradan qalıdırmaqda ifadə olunan köməkliyindən istifadə edərək, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə rəhbərlik etdiyi Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa olunan yaşayış binasında ümumi sahəsi 96 kv.metr olan 2 otaqlı, 44 saylı mənzili xx.xx.2007-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs8 satmasına baxmayaraq mənzilin sonuncuya məxsus olduğunu bildiyi halda bunu alıcıdan gizlətməklə, xx.xx.2013-cü il tarixdə 42000 manata Zərərçəkmiş şəxs9 qanunsuz satıb, sonuncunun arvadı - X1 adına rəsmiləşdirilməsi ilə bağlı vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs9 verməklə, sonuncuya məxsus 42000 manat pul vəs aitini rəhbərlik etdiyi Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində həmin tarixdə almaqla özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə rəhbərlik etdiyi Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa olunan yaşayış binasında ümumi sahəsi 61 kv.metr olan 1 otaqlı, 51 saylı mənzili xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs10 oğluna satmasına baxmayaraq mənzilin sonuncuya məxsus olduğunu bildiyi halda bunu alıcıdan gizlətməklə, 2013-cü ildə 36000 manata X4suz satıb, vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə ar ayışını 2013-cü ildə tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək rəhbərlik etdiyi Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində X-ya verməklə, sonuncuya məxsus 36000 manat pul vəsaitini həmin tarixdə almaqla özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə həmin mənzilin əsl sahibi barədə məlumatları alıcıdan gizlədərək cinayətdən xəbərsiz olan X vasitəsilə xx.xx.2014-cü il tarixdə 70000 manata Zərərçəkmiş şəxs11 qanunsuz satılmasına şərait yaradaraq mənzilin sonuncunun adına rəsmiləşdirilməsi ilə bağlı vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını rəhbərlik etdiyi Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs11 verməklə, sonuncuya məxsus 70000 manat pul vəsaitinin üçüncü şəxsə, yəni X-ya verilməsini təşkil etməklə Zərərçəkmiş şəxs11 külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə rəhbərlik etdiyi Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa olunan yaşayış binasında ümumi sahəsi 62 kv.metr olan 1 otaqlı, 52 saylı mənzili xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs5 oğluna satmasına baxmayaraq mənzilin sonuncuya məxsus olduğunu bildiyi halda bunu alıcıdan gizlətməklə, xx.xx.2013-cü il tarixd ə 33000 manata Zərərçəkmiş şəxs6 qanunsuz satıb, vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək rəhbərlik etdiyi Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs6 verməklə, sonuncuya məxsus 33000 manat pul vəsaitini həmin tarixdə almaqla özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə həmin mənzilin əsl sahibi barədə məlumatları alıcıdan gizlədərək cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs6 vasitəsilə xx.xx.2013-cü il tarixdə 50000 manata Zərərçəkmiş şəxs7 qanunsuz satılma sına şərait yaradaraq mənzilin sonuncunun adına rəsmiləşdirilməsi ilə bağlı vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını rəhbərlik etdiyi Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs7 verməklə, sonuncuya məxsus 50000 manat pul vəsaitinin üçüncü şəxsə, yəni Zərərçəkmiş şəxs6 verilməsini təşkil etməklə Zərərçəkmiş şəxs7 xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə rəhbərlik etdiyi Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa olunan yaşay ış binasında ümumi sahəsi 96 kv.metr olan 2 otaqlı 68 saylı mənzili xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs12 satmasına baxmayaraq mənzilin sonuncuya məxsus olduğunu bildiyi halda bunu alıcıdan gizlətməklə, xx.xx.2014-cü il tarixdə 45000 manata Zərərçəkmiş şəxs13 qanunsuz satıb, vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək rəhbərlik etdiyi Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs13 verməklə, sonuncuya məxsus 45000 manat pul vəsaitini həmin tarixdə almaqla özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə rəhbərlik etdiyi Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa olunan yaşayış binasında ümumi sahəsi 86 kv/m sahəsi olan qeyri-yaşayış sahəsini xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs17 satmasına baxmayaraq, qeyri-yaşayış sahəsinin sonuncuya məxsus olduğunu bildiyi halda bunu alıcıdan gizlətməklə, həmin sahə də daxil olmaqla cəmi 192 kv/m qeyriyaşayış sahəsini xx.xx.2014-cü il tarixdə 136000 manata Zərərçəkmiş şəxs18 qanunsuz satıb, vəzifəli şəxs kimi təkrarən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını tərtib edib imzası və cə miyyətin möhürü ilə təsdiq edərək rəhbərlik etdiyi Kooperativin ünvan 2 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs18 verməklə, sonuncuya məxsus 136000 manat pul vəsaitini həmin tarixdə almaqla özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə tanışı X32 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "xxxx" MTK tərəfindən ünvan 3 ünvanda inşa olunan yaşayış binasının 133 kv.m sahəsi olan 3 otaqlı 48 saylı mənzilinin həmin kooperativlə olan razılaşmaya əsasən guya "xxxx" MTK tərəfindən X-ə satıldığına dair məzmununa tamah niyyəti ilə biləbilə yalan məlumatlar daxil edərək hazırladığı saxta rəsmi sənədləri- xx.xx.2013-cü il tarixli podrat müqaviləsi, həmin tarixli alqı-satqı müqaviləsi və mali yyə arayışı tərtib edib alıcıya nümayiş etdirməklə, X-in ərizəsi və "xxxx" MTK-nın adından məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə hazırladığı saxta rəsmi sənədlər -xx.xx.2015-ci il tarixli 48 saylı alqı-satqı müqaviləsi və həmin tarixli maliyyə arayışına əsasən qeyd olunan mənzili Zərərçəkmiş şəxs21 adına rəsmiləşdirib həmin tarixdə ondan 58000 manat, yenidən məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək hazırladığı saxta rəsmi sənədlər - "xxxx" MTK tərəfindən inşa olunan həmin binanın 133 kv.m olan 3 otaqlı 55 saylı məznilin özünə məxsus olması barədə xx.xx.2015-ci il tarixli podrat müqaviləsi, həmin tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışına əsasən qeyd olunan mənzili Zərərçəkmiş şəxs20 adına rəsmiləşdirib ondan 50000 manat, eyni qaydadaməzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək hazırladığı saxta rəsmi sənədlər - "xxxx" MTK tərəfindən inşa olunmuş göstərilən binanın 103 kv.m olan 2 otaqlı 55 saylı mənzilin özünə məxsus olması barədə xx.xx.2015-ci il tarixli podrat müqaviləsi, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışına əsasən qeyd olunan mənzili X5 sonuncunun anası X12 adına rəsmiləşdirərək, X-İ X26 55000 manat olmaqla, ümumilikdə 163000 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, “Üç tac” adlanan yaşayış binasının yaxınlığında və Mətbuat prospektində “Ovçular evinin” yaxınlığında X vasitəsilə alıb vahid qəsdlə özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən öz qulluq mövqeyindən istifadə etmək lə tanışı X39 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək hazırladığı saxta rəsmi sənədlər - "xxxx" MTK tərəfindən ünvan 3 ünvanda inşa olunan 12 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki ümumi sahəsi 103 kv.m olan 2 otaqlı 50 №-li mənzilin qanunsuz olaraq X13 anası X19 adına rəsmiləşdirilməsi barədə xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışını tərtib edib, imzası və rəhbərlik etdiyi "xxxx" MTK-nın möhrü ilə təsdiq edərək, həmin tarixdə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən klinikanın həyətində X-a məxsus 40000 manat pulu Ramil Şükürov vasitəsilə alıb özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, təkrarən öz qulluq mö vqeyindən istifadə etməklə tanışı X39 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək hazırladığı saxta rəsmi sənədlər – "xxxx" MTK tərəfindən inşa olunan həmin yaşayış binasının 12-cimərtəbəsindəki ümumi sahəsi 61 kv. olan 1 otaqlı 63 №-li mənzilin qanunsuz olaraq Zərərçəkmiş şəxs22 adına rəsmiləşdirilməsi barədə xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışını tərtib edib, imzası və rəhbərlik etdiyi "xxxx" MTK-nın möhrü ilə təsdiq edərək, 07 may 2015-ci il tarixdə ünvan 4 ünvanında yerləşən ev alqı-satqısı ofisində Zərərçəkmiş şəxs22 məxsus 30500 manat pulu X vasitəsilə alıb özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, tamah niyyət i ilə təkrarən vəzifə saxtakarlığı törətmiş, eləcə də cinayət əlaqəsində olduğu X27 X14 qarşısında olan öhdəliyin icra olunması görüntüsü yaratmaq üçün, "xxxx" MTK tərəfindən ünvan 3 ünvanda inşa olunan 12 mərtəbəli yaşayış binasında 85 kv/m olan 2 otaqlı 70a №-li mənzilin guya sonuncuya satılması barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək rəhbərlik etdiyi "xxxx" MTK-nın ünvan 2 ünvanında yerləşən ofisində hazırladığı saxta rəsmi sənədlər xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını imzası və rəhbərlik etdiyi "xxxx" MTK-nın möhrü ilə təsdiq edilərək, həmin saxta rəsmi sənədləri X-un vasitəsilə X-a verməklə, habelə cinayət əlaqəsində olduğu X27 X28 qarşısında olan öhdəliyin icra olunması görüntüsü yaratmaq üçün,"xxxx" MTK tərəfindən inşa oluna n həmin binada sahəsi 103 kv. olan 2 otaqlı 65 №-li mənzilin guya sonuncunun qohumu X3 barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək rəhbərlik etdiyi "xxxx" MTK-nın ünvan 2 ünvanında yerləşən ofisində hazırladığı saxta rəsmi sənədlər – xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını imzası və rəhbərlik etdiyi "xxxx" MTK-nın möhrü ilə təsdiq edilərək, həmin saxta rəsmi sənədləri X-ə verməklə tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmiş, bundan əlavə, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz olaraq üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində X20, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 oğlu, X40, Zərərçəkmiş şəxs10 Hafis oğlu, Zər ərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs17 mənzil və digər əmlak hüquqlarını mütləq şəkildə pozaraq ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən barəsində cəza təyini zamanı törətdiyi cinayət əməlinə görə iki dəfə cəzalandırıldığını və barəsində olan bir sıra yüngülləşdirici halların nəzərə alınmadığını qeyd edir. Odur ki, Məhkum vermiş olduğu kassasiya şikayəti ilə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansi yası məhkəməsində Zərərçəkmiş şəxs25 və zərərçəkmiş şəxs X28 nümayəndəsi X53 ayrı-ayrılıqda çıxış edərək, onlara dəymiş ziyanın ödənilmədiyini bildirib, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məh kəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə alm aqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhk əməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2020-ci il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyl i və külli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmə, qabaqcadan əlbir olduğu bir qrup şəxsin köməkliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurma, qabaqcadan əlbir olduğu bir qrup şəxsin köməkliyi ilə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 14 3-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqı nda tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi halların a və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (bir qisim ziyanın könüllü olaraq ödənilməsi) olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 iyul 2019-cu-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2020- ci il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1478/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1478/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver