Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1479/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 04 mart 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin (sədrlik edən hakim Mübariz Məmmədov) 1(018)92/2020 nömrəli 17 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi ev 43, mənzil 8-də qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi döngə 11-də yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə qaldığı 2 (iki) gün müddət ona təy in olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədi ilə 30 dekabr 2019-cu il tarixdə ünvan 1 ünvanında yaşayan əvvəllər qonaq olduğu tanışı X3 yaşadığı evə növbəti dəfə qonaq gələrək, evdə azyaşlı uşaqları ilə birlikdə olan sonuncunun bacısı X4 mətbəxdə yemək hazırlamasından istifadə edərək, yataq otağında olan yorğanın altından bir ədəd ağ rəngli sellofanın içərisində olan 2500 manat dəyərində bir ədəd qızıl boyunbağ komplektini, 2500 manat dəyərində bir ədəd sırğa üzük komplektini, 1000 manat dəyərində bir ədəd sallanma uzunsov dairəvi sırğanı, 1000 manat dəyərində bir ədəd üzərində kulon olan qızıl sepi, 300 manat dəyərində bir ədəd üzərində ALLAH yazısı olan qızıl kulonu, 1000 manat dəyərində bir ədəd üzərində kəpənək formalı brilyant qaşlı üzüyü, 600 manat dəyərində bir ədəd qızıl kişi üzüyünü, 500 manat dəyərində bir ədəd “sfetofor” qızıl üzüyü, 200 manat dəyərində bir ədəd tək qaş üzüyü oğurlayaraq zərərçəkmiş şəxs X5 xeyli miqdarda ümumilikdə 9600 (doqquz min altı yüz) manat ziyan vurub, özgə əmlakını gizli talamaqla oğurlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Kamil Bəşirov, hakimlər Etibar Camalov və Elşad Əliyevdə n ibarət tərkibdə) 1(106)97/2021 nömrəli 04 mart 2021-ci il tarixli qərarı ilə Astara Rayon Məhkəməsinin 1(018)92/2020 nömrəli 17 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Astara RPŞ-nin saxlanc kamerasına saxlanılan bir ədəd üzərində kulon olan qızıl sep, bir ədəd üzərində “ALLAH” yazısı olan qızıl kulon, bir ədəd üzərində kəpənək formalı brilyant qaşlı üzük, bir ədəd qızıl qaşlı üzük zərərçəkmiş şəxs X5 qaytarılsın, “Zərərçəkmiş şəxs X5 dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki iddia qaldırmaq hüququnun olması izah edilsin” müddəası hökmdən xaric edilmiş, Məhkum apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kas sasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2021-ci il tarixli qərarı ləğv edilsin və məhkuma təyin edilmiş cəza müddətinin təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində müəyyən olunması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəlillərini onunla əsaslandırır ki, məhkəmə tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmişdir. Digər tərəfdən Məhkum kassasiya şikayətində ona təyin olunmuş cəzanın ağır olmasını bildirir və qeyd edir ki, ona cəza təyin edilərkən onun törətdiyi cinayətin, ictimai təhlükəsizlik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar sırasında könüllü hüquqmühafizə orqanlarına gəlib təqsirini boynuna alması, işin açılmasına bilavasitə köməklik etməsi, əməlini etiraf etməklə səmimi peşman olmağı, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində biri əlil olmaqla iki övladının olması, himayəsində xəstə valideynlərinin olması nəzərə alınmadan ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı ol mayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum ilkin başlıca dəlili məhkəmə istintaqı zamanı təqsirin sübuta yetirilməməsidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM- in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin qeyd olunmalıdır ki, məhkum kassasiya şikayətinin başlığında təqsirinin sübuta yetirilməməsini qeyd etsə də, kassasiya şikayətinin sonunda həmin dəlilini istisna edən dəlilləri gətirərək ona təyin edilmiş cəzanın yüngüləşdirilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü tam təqsirli bilmiş və bu barədə geniş ifadə vermişdir. Həmçinin onun qeyd olunan CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinməsi iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər sübutlarla tam təsdiq edilir. Məhkum kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən ona təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cə zanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cinayət əməlini etiraf etməklə, peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş ziyanın bir hissəsini ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki az yaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, cinayətin residivini isə cəzanı ağırlaşdıran hal kimi (CM-in 61.1.1) nəzərə alaraq ona CM-in 177.2.4cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Kollegiya qeyd edir ki, həmin maddənin sanksiyasında 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Məhkum qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətləri n residivini yaradır. Cinayət işindən görünür ki, əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Beləliklə Məhkum cəza təyin edilərkən həm cəzanı yüngülləşdirən hallar, həm də əməlində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğundur. Ona görə də kollegiya kassasiya şikayətinin bu barədə dəlili ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəm əsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilm əsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə, cinayət işi üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2021-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbayca n Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2021-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1479/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1479/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver