Məhkəmə qərarları › İş №1(102)-148/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-148/2019

30.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-148/2019 30.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 148/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "30" yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şə xs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. HəmidovƏliSuddayoğlu 2.005 qram çəkidə narkotik vasitə heroini könüllü təqdim etdiyinə görə, həmin narkotik vasitə ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilmiş və o, həmin maddələr üzrə cinayət məsuliyyətindən azad olunmuşdur. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 30 yanvar 2018-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, İ.Rəhmanov küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PB-nə aparılmış və orada hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üstündə saxladığı bir ədəd şəffaf sellofana bükülmüş xalis çəkisi 0,818 qram olan narkotik vasitə - kustar üsulla hazırlanmış heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının məlumatı olmadığı halda onlara könüllü surətdə məlumat verərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Ramana qalasının” yaxınlığında yerləşən kolluq ərazidə 2 kiloqram çəkidə narkotik vasitə olan heroini gizlədib saxlamasını və həmin narkotik vasitəni könül lü surətdə təhvil vermək istəyini ifadə etdikdən sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxsla birlikdə həmin əraziyə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əməliyyat orqanının məlumatı olmadığı yerdə gizlədib saxladığı bir ədəd sellofan paketin içərisində olan külli miqdarda - ümumi xalis çəkisi 2.005 qram (2 kq 5 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroini polis əməkdaşlarına könüllü surətdə təhvil vermişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Bayramov Əmir Novruz oğlu, hakimlər Qasımov Əflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 13 sentyabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəm əsinin 20 iyun 2018-ci tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə məhkəmə sübutlara qeyri-obyektiv və birtərəfli qiymət verərək cinayət və cinayətprosessual qanunvericiliyinin normalarının tələblərini pozmuş, nəticədə Təqsirləndirilən şəxs törətdiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətindən kənarda qalmışdır. Məhkəmələrin hökm və qərarı ilə Təqsirləndirilən şəxs 2.005 qr am çəkidə narkotik vasitə - heroini könüllü təqdim etməsi əsası ilə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə aparılan cinayət təqibinə həmin Məcəllənin 234-cü maddəsinin «Qeyd» hissəsinə əsasən xitam verilməsinə, üzərindən aşkar edilmiş satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,818 qram çəkidə narkotik vasitə - heroinin əldə edilib saxlanılmasına görə əməli CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə təqsirli bilinib məhkum edilməsinə dair, yəni ictimai təhlükəli əməlin tövsifinə və ittihamın həcminə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir edən gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Bundan əlavə, protestdə göstərilmişdir ki, iş materiallarından göründüyü kimi, İran İslam Respublikasının vətəndaşı X1 adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmış və Təqsirləndirilən şəxs barəsində eyni maddələrlə aparılan cinayət təqibinə bəraətverici əsasla xitam verilməsi, həmin əsasla X1 adlı şəxsin də məsuliyyətdən kənar qalmasına zəmin yaradır. Beləliklə, məhkəmələr iş üzrə toplanılmış sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə artıq formalaşmış təcrübədən fərqli olan nəticəyə gəlmişdir. Bundan başqa, protestdə qeyd edilmişdir ki, məhkəmələr Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə aparılan cinayət təqibinə xitam verərkən, Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsi (cinayət qanunu müddəalarının qüvv əsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda) ilə yanaşı, həmin Məcəllənin 39.1.2-ci maddəsinə (əməldə cinayət təkibinin olamaması) əsaslanmışdır. Bu da, bəraətverici əsas olmaqla Təqsirləndirilən şəxs əməlində ümumiyyətlə həmin maddələrlə cinayət tərkibinin olmaması kimi qiymətləndirilməklə ona bəraət verilməsi səbəb olmalı idi, hansı ki, bu əsaslar mövcud olmamışdır. Halbuki, məhkəmələrin hökm və qərarında bir tərəfdən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və saxlamasını, lakin sonradan könüllü təqdim etməsini göstərmiş, digər tərəfdən isə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə əsaslanaraq onun digər şəxslə əlbir olaraq həmin narkotik vasitəni satış məqs ədi ilə əldə etməsinin sübut olunmadığını göstərmişdir. Göründüyü kimi, toplanmış obyektiv sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs X1 adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda bir ədəd sellofan paketdə ümumi xalis çəkisi 2005,818 qram (2 kq 5,818 qram) olan narkotik vasitə - heroini əldə edib, daşıyaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana qalasının yaxınlığında kolda saxlamış və onun üzərində qanunsuz olaraq narkotik vasitə daşıması barədə məlumat əsasında Sabunçu RPİ-nin 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 30 yanvar 2018-ci il tarixdə saat 12 radələrində saxlanılaraq üstünə keçirilən baxış zamanı onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən üstündə saxladığı bir ədəd şəffaf sellofana bükülmüş xalis çəkisi 0,818 qram olan narkotik vasitə - kustar üsulla hazırlanmış heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra isə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtara bilməyəcəyini və polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri qarşısında aciz qalaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana qalasının yaxınlığında yerləşən kola gizlədib saxladığı ümumi xalis çəkisi 2.005 qram (2 kq 5 qram) olan narkotik vasitə - kustar üsulla hazırlanmış heroinində yeri barədə məlumat vermiş və həmin narkotik vasitə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu əməllər narkotik vasitənin könüllü təqdim edilməsi kimi qiymətləndirilə bilməz və CM-nin 234-cü maddəsinin “Qeyd” hissəsinin təsiri altına düşmüş əməl kimi qiymətləndirilməməl idir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarım qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqmda» Azərbaycan Respublikası Ali məhkəməsinin 4 mart 2011-ci il tarixli qərarının 23-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunsun ki, şəxs tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədi ilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar təqsirkarın narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində narkotik vasitələrin təhvil verilməsi təqsirkara CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə əsas vermir. Məhkəmələrin Təqsirləndirilən şəxs əməlinə verdiyi bu hü quqi qiymət əsassız olub, bu sahədə səhv istiqamətdə vahid məhkəmə təcrübəsinin yaranmasına zəmin yaratmaqla yuxarıda qeyd edilən Ali Məhkəmə Plenumunun qərarının müəyyən etdiyi təcrübə ilə uyğunluq təşkil etmir. Hazırkı cinayət işi üzrə məhkəmələr qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirərək obyektiv nəticəyə gəlməyərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə aparılan cinayət təqibinə guya Təqsirləndirilən şəxs 2.005 qram çəkidə narkotik vasitəni könüllü təqdim etməsi kimi qiymətləndirməklə CM-nin 234-cü maddənin “Qeyd” hissəsinə əsasən xitam verməklə onu cinayət məsuliyyətindən azad etmişdir. Göstərilənlərə əsasən dövlət ittihamçısı apellyasiya məhkəməsinin qəra rın ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassa siya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini, qərarda göstərilənləri və iş materiallarında olan məlumatları birlikdə təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bir sıra halları araşdırmamış və nəzərə almamışdır. Kassasiya protestində iddia edilir ki, birinci instansiya məhkəməsi düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri cinayət işi üzrə icraat a xitam vermiş və əsassız olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edərək onu məhz həmin maddə ilə təqsirli bilmişdir. Kassasiya protestində ittiham tərəfinin yuxarıda göstərilən mövqeyini əsaslandırmaq üçün qeyd olunur ki, narkotik vasitənin bir hissəsinin könüllü təhvil verilməsi təsdiq edilmir. Protestin bu dəlili ilə əlaqədar qeyd olunmalıdır ki, məhkəmələrin narkotik vasitənin bir hissəsinin könüllü təhvil verilməsi ilə əlaqədar mövqeyi işin faktiki halları, iş materialları ilə təsdiq olunur, həmin mövqeyin qanuniliyini şübhə altına almağa əsas yoxdur, protestin dəlilləri də buna əsas vermir. Protestdə istinad edilən sübutlardakı məlumatlar da heroinin böyük hissəsinin yerini polis əməkdaşlarına məhz Təqsirləndirilən şəxs özü göst ərdiyini təsdiq edir. Kassasiya protestində həm də iddia edilir ki, “...Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtara bilməyəcəyini və polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri qarşısında aciz qalaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana qalasının yaxınlığında yerləşən kola gizlədib saxladığı ümumi xalis çəkisi 2.005 qram (2 kq 5 qram) olan narkotik vasitə - kustar üsulla hazırlanmış heroinində yeri barədə məlumat vermiş və həmin narkotik vasitə polis əməkdaşları tərəfindən götürülmüşdür..”. Protestin bu dəlili ilə əlaqədar qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində yalnız 0,818 qram narkotik vasitə aşkar etmişlər, bu miqdarda narkotik vasitənin sonuncunun X1 adlı şəxsdən əldə etdiyi narko tik vasitənin (2005,818 qram) yalnız bir hissəsi olduğunu isə polis əməkdaşlarına məhz Təqsirləndirilən şəxs özü bildirmiş və həmin narkotik vasitənin yerini könüllü olaraq özü təqdim etmişdir. Bu baxımdan Təqsirləndirilən şəxs 2005 qram miqdarda narkotik vasitəni təhvil verməsi ilə bağlı hərəkətləri Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin “Qeyd”inə uyğundur və məhkəmələr tərəfindən həmin “Qeyd” əsaslı olaraq tətbiq edilmişdir. Protestin yuxarıda göstərilən dəlili ilə əlaqədar məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, əmələ hüquqi qiymət verilməsi məsələsində birinci instansiya məhkəməsi bir biri ilə kəskin şəkildə ziddiyyət təşkil edən nəticəyə gəlmişdir. İttihamdan göründüyü kimi, Təqsirləndirilən şəxs 2005,818 qram narkotik vasitəni digər şəxslə qabaqcadan əlbir olmaqla sa tış məqsədi ilə əldə edib saxlamasına görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir (ona hər hansı bir digər maddə ilə ittiham verilməmişdir). Hökmdən isə görünür ki, cinayət işinin icraatına məhz həmin maddələrlə xitam verilmişdir (məhkəmənin gəldiyi bu nəticəyə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin hər hansı bir maddəsi ilə təqsirli bilinməsinə əsas qalmır). Buna baxmayaraq, həmin məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyası həm də vurğulayır ki, 2005 qram narkotik vasitənin könüllü sürətdə təhvil verilməsi və bu səbəbdən Təqsirləndirilən şəxs həmin miqdarda narkotik vasitənin əldə edib saxlamasına görə məsuliyyətdən azad edilməli olduğu nəticəsinə gələn məhkəmə nəzərə almalı idi ki, bu hal həmin miqdarda narkotik vasitənin əldə edilib saxlanılmasının ittihamdan yalnız xaric edilməsinə (çıxarılmasına) əsas verir (CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməsinə yox), ittihamın qalan hissəsi, yəni qalan 0,818 qram miqdarında narkotik vasitənin əldə edilib saxlanılmasına hüquqi qiymət verilməli, belə əməlin yuxarıda göstərilən maddələrin tərkibini yaradılıb-yaratmadığı məsələsi həll edilməli (zərurət yaransa əməl digər maddələrə tövsif olunmalı) idi. Məsələyə məhz belə yanaşılmalı olduğu Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin tələblərindən irəli gəlir. Bundan başqa, hökmdə belə bir fikir əks etdirilmişdir: “... mövcud vəziyyətdə Təqsirləndirilən şəxs təqdim etd iyi 2.005-qram çəkidə narkotik vasitə heroini könüllü təqdim etmə kimi qiymətləndirilməklə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 30-cu maddəsinə, həmin Məcəllənin 234-cü maddəsinin «Qeyd» hissəsinə və Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 39.1.11-ci maddələrinə əsasən xitam verilməli, CMnin 234.4.1, 234.4.3-cü maddələri ilə ona verilmiş ittiham ümumi ittihamdan xaric edilməli, üzərindən aşkar edilmiş satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0.818 qram çəkidə narkotik vasitə heroinin əldə edilib saxlanılması tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilin ib cəzalandırılmalıdır...”. Göründüyü kimi, birinci instansiya məhkəməsi bir cümlədə bir-bir ilə kəskin ziddiyyət təşkil edən fikirlər söyləmiş, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə həm cinayət təqibinə xitam verilməli olduğunu, həm də həmin maddələrin ümumi ittihamdan xaric edilməli olduğunu göstərmişdir. Halbuki, bunlar ayrı-ayrı hüquqi anlayış olmaqla, bir-birindən fərqli hüquqi nəticələri əks etdirir. Bundan başqa, ittihamın özü yalnız həmin maddələrdən ibarət olduğu halda, aydın deyildir ki, həmin maddələr hansı ümumi ittihamdan xaric edilir (bu maddələr ittihamdan xaric edildikdə hər hansı bir maddə ilə ittiham artıq qalmır). Yuxarıda göstərilən fikirdən həm də aydın olur ki, birinci instansiya məhkəməsi 0,818 qram narkotik vasitənin satış məqsədi olmada n əldə edilməsi qənaətindədir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, belə nəticəyə gəlmiş məhkəmə özünün bu mövqeyini bir cümlə ilə də olsun əsaslandırmamış, özünün gəldiyi bu nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, iş üzrə sübutlarda olan məlumatları nəzərə almamışdır. Apellyasiya məhkəməsi də bu nöqsanları aradan qaldırmamış, onlara əhəmiyyət belə verməmişdir. Əksinə, həmin məhkəmənin özü də özü də bir-biri ilə ziddiyyət təşkil edən nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qərarında bir tərəfdən məhkəmədə verilən ifadələrlə əlaqədar qeyd olunur ki, “... Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən narkotik vasitənin onu üzərinə qoyulması və onda narkotik vasitə olmadığı halda bu haqda ona sənədlərə imza etdirilməs i işin hallarına uyğun deyil və təqsirləndirilən şəxsin məsuliyyətdən yayınması ilə bağlı olmuşdur...”. Digər tərəfdən isə, həmin məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadələrə tənqidi yanaşır. İş materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda onda aşkar edilmiş 0,818 qram narkotik vasitənin X1 adlı şəxsdən əldə etdiyi narkotik vasitənin bir hissəsi olduğunu göstərmiş və bu işdə olan bir çox sübutlarla, o cümlədən ekspert rəyi ilə təsdiq edilir. Belə olan halda, narkotik vasitənin bir hissəsi təhvil verilsə də, təhvil verilməmiş 0,818 qram narkotik vasitənin satış məqsəd ilə və ya belə məqsəd olmadan əldə edilməsi məsələsi həll olunarkan həmin narkotik vasitənin məhz Təqsirləndirilən şəxs eyni mənbədən, ümumilikdə bir dəfəyə əldə etdiyi narkot ik vasitənin bir hissəsi olduğu, yəni, ümumilikdə 2005,818 qram narkotik vasitənin əldə edildiyi nəzərə alınmalıdır. Çünki, qeyd olunan miqdarda vasitə əldə edilərkən cinayət artıq başa çatmışdır (hələ narkotik vasitənin ümumi miqdarından 0,818 qramı ayrılmazdan əvvəl). Apellyasiya məhkəməsi isə qərarında bunun nəzərə alınıb-alınmadığını göstərməmiş, bir dəfəyə əldə edilmiş narkotik vasitənin miqdarına (şəxsi istehlak miqdarından 13.000 dəfə, külli miqdar təşkil edən miqdardan isə 1.000 dəfə çox) münasibət bildirməmiş (narkotik vasitənin əldə edilməsinin məqsədi müəyyən edilərkən), gəldiyi nəticəni faktiki olaraq heç cür əsaslandırmamışdır (mübahisəsizdir ki, bu zaman yalnız 0,818 qram narkotik vasitənin satış məqsədi və ya belə məqsəd olmadan əldə edilib saxlanılmasından söhbət gedə bilər, Təqsirləndirilən şəxs bu miqdardan artıq miqdarda narkotik vasitəni əldə edib saxlamağa görə təqsirli hesab edilə bilməz). Göründüyü kimi, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi nöqsanları aradan qaldırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Mübahisəsizdir ki, belə çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən ilk növbədə Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3. 146.1 və 351.3.4-cü maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində ara dan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsində də bu məzmunda norma göstərilmişdir. Qeyd olunan normaların həm məzmununa, həm də mənasına görə ittihamın sübut edilməsində yaranmış şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməli və yalnız bu mümkün olmadıqda onlar təqsirlənd irilən şəxslərin xeyrinə təfsir edilməlidir. İş materiallarından isə görünür ki, apellyasiya məhkəməsi tərəfindən onun mülahizəsinə görə mövcud olan şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən normalarla yanaşı həm də Azərbaycan Respublikası CPM-nin 349.5.3, 399.1.2, 399.1.3, 401.1.2, 401.2.1, 401.2.2, 401.2.4, 402.0.1-ci maddələrinin tələblərinə də əsaslanır. Azərbaycan Respublikası CPM-nin 349.5.3-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 399.1.2 və 399.1.3-cü maddələrində göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməs i tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 401.1.2-ci maddəsində təsbit edilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi yalnız ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir Azərbaycan Respublikası CPM-nin 401.2.1, 401.2.2 və 401.2.4-cü maddələrində nəzərdə tutulmuşdur ki, məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə; birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda; birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqdaməhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir Azərbaycan Respublikası CPM-nin 402.0.1-ci maddəsində qeyd edilmişdir ki, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında qanunda göstərilən sübutlarla təsdiq edilmədikdə;birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yet irilməmiş hesab edilir. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya məhkəməsi qeyd olunan normalarda göstərilən əsasların olub-olmadığını kifayət qədər ətraflı yoxlamamış və onun tərəfindən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, kassasiya protesti isə qismən təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan R espublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya protesti qismən təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar