Məhkəmə qərarları › İş №1(102)-148/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-148/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-148/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü m addəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X5 (məruzəçi hakim) və X3 ibarət tərkibdə) 13 aprel 2022-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1977-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri 18-ci mikrorayon, ev 31, mənzil 18-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağları ərazisində olan nömrəsiz fərdi evdə faktiki yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə t utulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 01 may 2021ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə) 06 iyul 2022 il tarixli qərarı ilə Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-43/2022 saylı, 13 aprel 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Məhkum və Müdafiəçi1 apellyasiya şikayətləri təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2022 il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət K ollegiyasında kassasiya şikayətlərinə baxılması 1 fevral 2023-cü il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna mal ikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar