Məhkəmə qərarları › İş №1(102)-148/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-148/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-148/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ramil Allahverdi oğlunun və onun nümayəndəsi Nümayəndə İsgəndər oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli, 1(105)-433/2024 nömrəli qərarından Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ramil Allahverdi oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə, həmçinin Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 1(060)-198/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim Z.Hacıyev) xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkməklə cəzaçəkmə müddətinin əvvəli məhkumun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmışdır. Hökmlə həmçinin mülki iddia qismən təmin edilmiş, Məhkum dəymiş maddi ziyanın əvəzi olaraq 16040 manat, mənəvi zərərə görə 4000 manat və 210 manat ödənilmiş dövlət rüsumu tutularaq Allahverdiyev Ramil Allahverdi oğluna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Hökmdən Məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ramil Allahverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən: E.M.Əhmədov, hakimlər E.G.Rəhimov və M.Ə.Rzayevadan ibarət tərkibdə) 14 avqust 2024-cü il tarixli, 1(105)-433/2024 nömrəli qərarı ilə apellyasiya şikayətl əri və apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarından Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ramil Allahverdi oğlu tərəfindən kassasiya şikayətləri, həmçinin Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində "BC” kateqoriyalı, AE 053758 №-li sürücülük vəsiqəsi ilə, 7E-6424 №-li etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Opel Astra» minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı a vtomobillə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu küçəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozmaqla Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu küçəsində yerləşən "Ən ucuz” marketin yaxınlığında öz hərəkəti istiqamətində yolu sağ tərəfdən sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin sağ qabaq hissəsi ilə vurub ehtiyatsızlıqdan ona "Qapa lı kəllə beyin travması, baş beyin əzilməsi, hər iki beyin yarımkürəsinin alın paylarının bazal hissəsində kontuziya sahələri, sol beyin yarım kürəsinin maddəsinə qansızma, sol maksilyar sinusun ön və bayır divarında, sol göz yuvasının aşağı divarında yerdəyişmiş sınıq xətləri, burun sümüklərinin sınığı, sol bazu sümüyünün boynunun, mil sümüyünün tipik yerinin qapalı sınığı, sol baldır sümüyünün açıq ikiqat yerdəyişən sınığı, sol tərəfli pnevmotoraks, alnın, çənəaltı nahiyyənin yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər nəticəsində baş beyin əzilməsi və beyin maddəsinə qansızmadan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətlərinin və kassasiya protestinin də lilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən törətmiş olduğu əmələ düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, onun yol nəqliyyat hadisəsinin baş verməsində heç bir günahı yoxdur, piyada qəflətən onun yoluna çıxdığından qeyd olunan bədbəxt hadisə baş vermişdir. Məhkum kassasiya müraciətində zərərçəkmiş şəxsi öz maşını ilə xəstəxanaya çatdırdığını, sonuncunun xilas olunması və baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması üçün bütün tədbirləri gördüyünü qeyd etməklə yanaşı, birinci və apellyasiya instansiya məhkəmələri heç bir sübuta istinad etmədən zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı qanunsuz olaraq təmin etdiklərini göstərmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən həddindən artıq yüngül cəza təyin etmiş, bununla da məhkəmə tərəfindən cinayət qanununun cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi də birinci i nstansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamaqla eyni pozuntulara yol vermişdir. Kassasiya protestində xüsusilə ona istinad olunur ki, Məhkum əməlindən peşman olmamış, zərərçəkmiş şəxslə barışıq əldə olunmamış, zərərçəkmiş şəxsə hadisədən sonra heç bir diqqət göstərməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini və işin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasını xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ramil Allahverdi oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onu qane etmir. Hesab edir ki, məhkum törətdiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ən yuxarı həddində cəzaya məhkum edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən təqsirləndirilən şəxs tərəfindən onlara heç bir yardım göstərilməməsini, üzürxaqlıq etməməsini, hadisədən peşmançılıq hissinin keçirməməsini, etinadsız yanaşma nümayiş etdirməsini və onun şikayətçi olmasını nəzərə alınmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi verdiyi apellyasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini və ona 5 ildən artıq cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlaman ın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzr ə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ramil Allahverdi oğlu kassasiya şikayətində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Odur ki, Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ramil Allahverdi oğlunun kassasiya şikayətlərini, eyni ilə dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görərək, bu şikayətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yal nız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayəti n tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidi r”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarının pozulması haqqında ittihamın mübahisələndirilməsi üzrə dəlilləri - məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu – o cümlədən Şahid ifadəsi, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol, yol-nəqliyyat hadisələri ekspertizasının 8/2314 saylı, xx.xx.2023-cü il tarixli rəy, tibbi ekspertizasının 107 saylı, xx.xx.2023-cü il tarixli rəy, maddi sübutlar və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun a pellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tər əfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən ətraflı təsvir və şərh edilməsini zəruri saymır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Həmçinin Məhkum mülki iddianın maddi ziyanla bağlı hissəsi heç bir sübut olmadan məhkəmələr tərəfindən iddianı təmin etməsinin qanunsuz olması barədə dəlilləri əsassız hesab ediməlidir. Belə ki, məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ramil Allahverdi oğlu tərəfindən təqdim edilmiş qəbzlərə əsasən dəymiş maddi ziyan 16040 ma nat məbləğində hesablanmışdır. Belə olan halda zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən maddi ziyanla bağlı irəli sürülmüş tələbin məhz sübuta yetirilmiş hissədə yəni 16040 manat məbləğində təmin edilməsinə dair məhkəmələrin gəldiyi nəticə əsasız və qanunsuz nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hadisənin ehtiyatsızlıq nəticəsində baş verməsi nəzərə alınaraq 4000 manat məbləğində iddia tələbinin mənəvi hissəsinin (mənəvi zərərin dəyərinin müəyyən edilməsi zamanı Məhkum davranışını, uzun müddət xəstəxanada qalmasına, sonra dəfn və yas mərasimlərində iştirak etməməsinin hüquqi varisi olan oğlunun keçirdiyi iztirab və sarsıntıya təsiri nəzərə alınmış) təmin edilməsini ağlabatan və ədalətli hesab edir. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı oldu ğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsi ilə bağlı iddialara cavab olaraq aşağıdakıları bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bili nən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalard an daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törə tməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlı ğına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin istinad etdikləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-c ü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqa yisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olması barədə nəticəyə gəlmək üçün əsas vermədikləri müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozma cinayəti Cinayət Məcəlləsinin 15.3cü maddəsində az ağır cinayət kimi təsbit edilmiş təqsirin ehtiyatsızlıq formasında törədilən əməldir. Həmin maddənin sanksiyasında əsas cəza kimi 2 (iki) ildən 6 (altı) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və əlavə cəza kimi 3 (üç) ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum isə CM-in 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası, yə ni sanksiyada müəyyən edilmiş azadlıqdan məhrum etmənin aşağı həddindən 2 (iki) il 10 (on) ay çox, yuxarı həddən 01 (bir) il 02 (iki) ay az cəza təyin edilmişdir (eynilə əlavə cəzanın da müddəti sanksiyada göstərilən yuxarı həddən bir il azdır). Məhkum təqsirli bilindiyi cinayətin törədilmə hallarından görünür ki, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilən nəticəyə (zərərçəkən şəxsin ölməsinə) səbəb olmuş yol-nəqliyyat hadisəsi Məhkum cinayətkarcasına etinasızlığı nəticəsində baş vermişdir. Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Məhkum əvvəllər məhkum olunmamış, himayəsində azyaşlı övladı var, törətdiyi əməldən səmimi peşmandır, İİ Qarabağ Müharibəsinin iştirakçısı olmaqla “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcə əlildir. Bundan başqa, o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etmişdir. Sadalanmış halları birinci instansiya məhkəməsi Məhkum cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, apellyasiya instansiyası məhkəməsi də bununla razılaşmışdır. Qeyd olunan hallardan zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa səy göstərməsi Məhkum öz əməlinə tənqidi münasibətini ifadə etməklə, onu müsbət cəhətdən xarakterizə edən, eyni zamanda onu belə davranış nümayiş etdirməyən cinayət törətmiş şəxslərdən fərqləndirmək üçün ciddi əsas lardır. Eynilə Məhkum ilk dəfə ehtiyatsızlıqdan cinayət məsuliyyətinə cəlb olunması, onun İİ Qarabağ Müharibəsinin iştirakçısı olmaqla “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcə əlilliyini olması cəzanın təyin edilməsinə təsir göstərən mühüm hallardır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsi CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, məhkəmələrə belə halları (təqsirkarın ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmaq üçün səy göstərməsini, təltif olunmasını və əlililiyini), cəzanı yüngül ləşdirən hallar qismində nəzərə almağa hüquq verir. Məhkum himayəsində azyaşlı uşağının olması isə CM 59.1.4-cü maddəsinin tələbləri baxımından mütləq nəzərə alınmalı yüngülləşdirici haldır. Həmçinin işdən görünür ki, Məhkum barəsində ibtidai istintaq dövründən azadlıqdan məhrum etmə ilə bağlı olmayan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həmin tədbirin şərtlərini pozmamış, ibtidai istintaq orqanının, məhkəmələrin çağırışlarına vaxtlı-vaxtında gəlmişdir. Qeyd olunan hallar müvafiq sübutlara əsaslanır. Bu səbəbdən məhkəmələrin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına d air qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar bu maddənin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və onun tərəfindən həmin xüsusiyyətlərlə törədilmiş əməllə rə görə nəinki 04 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hətta bundan da az müddətə (02 il azadlıqdan məhrum etmədən və 01 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmədən başlayan) cəzanın təyin edilməsi mümkün görülmüşdür. Qeyd olunan halların fonunda (həmçinin, cinayətin törədilmə halları nəzərə alındıqda) Məhkum təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsi nin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bütün bunlar kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətlərin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ramil Allahverdi oğlunun və onun nümayəndəsi Nümayəndə İsgəndər oğlunun, dövlət ittihamçının kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin təmin edilməsinə dair işdə iştirak etdiyi şəxslərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 14 avqust 2024-cü il tarixli, 1(105)-433/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən və zərərçəkmiş şəxsin hüquqi varisi Allahverdiyev Ramil Allahverdi oğlu tərəfindən verilmiş kassasiya şikayətləri və Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli, 1(105)-433/2024 nömrə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar