Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1480/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxx 1996-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda həbsdə olan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmü ilə (hakimlər: C.Ş.Səfərli (sədrlik edən), N.F.Quliyev və A.Ə.Musayev) X4 - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 29 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), K.S.Bəşirov və M.Ə.Bağırov) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, satış məqsədi ilə külli miqdarda, narkotik vasitə olan ümumi təmiz çəkisi 3,7 qram tiryəkdən kustar üsulla hazırlanmış heroini əldə edərək saxlamış və üzərində daşımış, 29 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin Post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən onun üzərində narkotik vasitələri qanunsuz saxlamasında şübhəli bilinərək Cəlilabad şəhəri,Səttarxan küçəsində saxlanılıb, Cəlilabad RPŞ-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış aparılarkən, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövl ət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, nəticədə təqsirləndirilən şəxs X2 əməlinin tövsifində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan 3,7 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış heroinin külli miqdarda olması onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Lakin bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasə n kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkum X2 əməlinin tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkot ik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM -in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret ci nayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vas itələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyy ətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM- nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün süb utların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi ilə razılaşmış və Məhkum həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, X4 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, bir müddət olar ki, heroini yandıraraq tüstüsünü udmaq yolu ilə qəbul etmiş, 29 sentyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Cəlilabad şəhəri, Xətai küçəsində özünə məxsus avtomobildə heroini falqa kağızın üzərində yandırmaqla tüstüsünü qəbul edən zaman polis əməkdaşları yaxınlaşaraq onu şöbəyə aparıb cibinə narkotik vasitə əlavə edərək məsuliyyətə cəlb olunmuşdur. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, narkotik vasitəni satış məqsədilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Əməlindən peşmandır. Məhkum həmçinin, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 28 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən “dairə” adlanan ərazidə tanışı X10 20 manata bir büküm heroin almış, 29 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində Cəlilabad şəhəri, Səttərxan küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib üzərində qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuşlar. O, isə üzərində heroin olduğunu bildirmişdir. Bunda n sonra onu şübhəli şəxs kimi Cəlilabad rayon polis şöbəsinə gətirmişlər, orada axtarış zamanı heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq, fiziki güc tətbiq edilməmişdir. Cinayət işinin ibtidai araşdırılması zamanı verdiyi ifadələrində də Məhkum üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu etiraf etsə də, bildirmişdir ki, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad RPŞ-nin Post patrul xidməti bölüyündə polis nəfəri kimi xidmət edir. 29 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələri ndə Cəlilabad şəhəri, Səttarxan küçəsində iş yoldaşı Şahid2la xidmətdə olarkən sonradan adını bildiyi Məhkum özünü şübhəli apardığını görmüşlər. Yaxınlaşıb özlərini təqdim edərək Məhkum üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuşlar. Sonuncu da üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə üzərinə baxış keçirilən zaman üzərində narkotik olduğu halda təqdim edilməsi təklif olunmuş, Məhkum də şalvarın sol yan cibindən bir ədəd bükülü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün əldə etdiyini, hər hansı bir şəxsə satmadığını bildirmişdir. Həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və protokol tərtib olunmuş dur. Məhkum narkotik vasitəni satış məqsədilə əldə etməsi və ya satışı ilə məşğul olması barədə onda hər hansı bir məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin Post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 29 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərində şəxsi axtarış keçirilən zaman o, əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, bundan başqa üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı Məhkum narkotik istifadəçisi olduğunu və aşkar olunan na rkotiki 20 manata aldığını bildirmişdir. Həmçinin, iş materiallarında olan istintaq orqanının 05 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Məhkum barəsində olan hazırki cinayət işindən ona narkotik vasitəni satmış X6 barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq və aşağı instansiya məhkəmələrində şahid qismində dindirilmiş şəxslərdən heç biri, o cümlədən Məhkum ətrafında əməliyyat tədbirlərini həyata keçirmiş polis əməkdaşları onun narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə ifadə verməmiş və eyni zamanda heç bir şahid onun narkotik vasitəni satması, bəxşiş verməsi, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi və ya digər şəxsi maraq məqsədilə yayması barədə onlarda hər hansı bir məlumatın olduğunu göstərməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübut əldə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansi yası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəy işiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. X4 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2022ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1480/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1480/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver