Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1480/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və X12 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Məhkum müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CMnin) 221.3-cü maddəsi ilə bəraət verilməsinə və onun CM-nin 120.1-ci maddəsi və Təqsirləndirilən şəxs isə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli, 1(103)-63/2022 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 185 ünvanında pasport qeydiyyatında olan və ünvan 2 ünvanında yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 03 ıevral 2019-cu il tarixdə ad gününü qeyd etmək üçün dostu Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 3 ünvanda yerləşən “Kabinet” kafesində spirtli içki qəbul edib alkoqol sərxoşluğu vəziyyətində həmin gün, saat 20 radələrində hesabı ödəyib kafedən çıxmağa hazırlaşan zaman Təqsirləndirilən şəxs yüksək səslə nalayiq ifadələr işlətməsinə həmin kafeni işlədən və sonuncunun dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Təqsirləndirilən şəxsla birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vuraraq sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi tə yin edilməyən xəsarətlər yetirməsindən sonra, xuliqanlıq hərəkətlərini davam etdirərək istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs fiziki zor tətbiq edəcəyi hədəsi ilə psixi təsir göstərməklə təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmiş, sonra isə silah qismində istifadə etdiyi həmin bıçaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs boyunun səthi kəsilmiş yarası kimi dərəcəsi təyin edilməyən bir ədəd, eləcə də sonuncunun ölümünə səbəb olan döş qəfəsinin sağ ön səthinin qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, bununla da bir qrup şəxs halında silah qismində əşyadan istifadə edərək qərəzli xuliqanlıq hərə kətləri etmiş, həmçinin qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir.
3. Həmçinin, Təqsirləndirilən şəxs 03 fevral 2019-cu il tarixdə dostu Məhkum ilə birlikdə sonuncunun ad gününü qeyd etmək üçün ünvan 3 ünvanda yerləşən “Kabinet” kafesində spirtli içki qəbul edərək alkoqol sərxoşluğu vəziyyətində həmin gün saat 20 radələrində hesabı ödəyib kafedən çıxmağa hazırlaşan zaman yüksək səslə nalayiq ifadələr işlətməsinə həmin kafeni işlədən və dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs bildirdiyi iradı cüzi səbəb kimi bəhanə edərək sonuncuya qarşı zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Məhkum ilə birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib ona sağ bazunun cızıqları, alının və sağ çiyinüstü nahiyənin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişdir.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 1(101)-116/2020 nömrəli hökmü ilə (hakimlər X18 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə) Məhkum CM-nin 120.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 120.1-ci maddəsi ilə 12 (on iki) il 06 (altı) ay müddətə, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 14 (on dörd) il 0 6 (altı) ay müddətə, Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə, 05 fevral 2019-cu il tarixdən 06 fevral 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün həmin cəzadan çıxılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
5. Hökmdən dövlət ittihamçısı X15 tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi5, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
6. Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli, 1(103)110/2021 nömrəli qərarı ilə (hakimlər X16 (sədrlik edən və məruzəçi), X23 və X3 ibarət tərkibdə) apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü Məhkum münasibətdə dəyişdirilmiş, ona CM-nin 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ilədək, CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti isə 02 (iki) ilədək endirilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılaraq sonuncuya qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
7. Qərardan Dövlət ittihamçısı5 tərəfindən kassasiya protesti, Mə hkum müdafiəçisi Müdafiəçi5 tərəfindən isə kassasiya şikayəti verilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 avqust 2021-ci il tarixli, 1(102)-1013/2021 nömrəli qərarı ilə (hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X19 və X5 ibarət tərkibdə) kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli, 1(103)63/2022 nömrəli hökmü ilə (hakimlər X9 (sədrlik edən və məruzəçi), X14 və X6 ibarət tərkibdə) apellyasiya protesti və Təqsirləndirilən şəxs müdafiəçisi Mü dafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməmiş, Məhkum və müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmü ləğv edilərək iş üzrə yeni hökm çıxarılmış, həmin hökmlə Məhkum əməlində CM-nin 221.3-cü maddəsinin tərkibi olmadığından ona bu maddə ilə bəraət verilmiş, onun törətdiyi cinayət əməli CM-nin 120.2.2-ci maddəsindən CM-nin 120.1-ci maddəsinə tövsif edilərək o, həmin maddə ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Eyni zamanda həmin yeni hökmlə məhkum Təqsirləndirilən şəxs cinayət əməli CM-nin 221.2.1-ci ma ddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif edilmiş, o, CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 fevral 2019-cu il tarixdən 06 fevral 2019-cu il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində tutulması, həmçinin 09 sentyabr 2020-ci il tarixdən həbsdə saxlanıldığı və cəza çəkdiyi müddətlər nəzərə alınaraq, o, cəzasını çəkmiş hesab olunmuşdur.
10. Həmin hökmdən Dövlət ittihamçısı6 kassasiya protesti vermişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 1(102)-1608/2022 nömrəli qərarı ilə (hakimlər X17 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə) kassasiya pr otestinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməsinə və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli, 1(103)-63/2022 nömrəli hökmündən eyni zamanda Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar və proses iştirakçılarının çıxışla rı:
13. Kassasiya şikayətinin müəllifi şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına və cinayət işi materiallarında olan işin faktiki hallarına istinadlar edərək qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi əməlin tövsifi ilə bağlı istintaq orqanının, birinci və apellyasiya instansiya məhkəmələrinin yol verdiyi səhvi qismən aradan qaldırsa da, əməli düzgün tövsif etməmişdir. İstintaq orqanının verdiyi ittiham Məhkum əməlinə uyğun deyildir. Məhkum münasibtədə cinayət qanununun təqsirə görə məsuliyyət prinsipi pozulmuşdur. Məhkum əməli AR CM-in 123.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası həddində məsuliyyət daşımalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin hökmünün dəyişdirilərək, Məhkum ittiham olunduğu AR CM-in 120.1-ci maddəsini AR CM-in 123.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində ədalətli və humanist qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, AR CPM-in 419.14-cü maddəsinə əsasən kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması nəticəsində məhkəməyədək, birinci və ya apellyasiya instansiyası məhkəməsində icraat zamanı cinayət prosesi iştiraçılarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntuları müəyyən etdikdə, kassasiya instansiyası məhkəməsi bu Məcəllənin 406-cı maddəsində göstərilənlərə uyğun olaraq xüsusi qərar çıxara bilər. İndiki halda məhkəməyədək icraat zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilmədiyindən, iş üçün həlledici əhəmiyyəti olan, ən mötəbər sübut – TŞK-nin görüntülə rinin yararsız vəziyyətə salındığından iş üzrə istintaqı aparmış müstəntiq və prosessual rəhbərliyi həyata keçirən prokuror barəsində xüsusi qərar çıxarılmaqla aidiyyəti üzrə AR Baş prokuroruna göndərilməsini xahiş etmişdir.
14. Verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən müdafiəçi kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, kollegiyadan şikayətinin təmin edilməsini xahiş etdi.
16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şiikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etdi. III. Hüquqi məsələlər
17. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya mü raciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
18. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
19. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, ka ssasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
21. Məhkəmə kollegiyası hazırkı kassasiya şikay ətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi qəbul edib və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli, 1(103)-63/2022 nömrəli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
22. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikası nın apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
23. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qal dırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
24. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə birinci instansiya məhkəməsinin qərarından müvafiq olaraq apellyasiya protesti və apellyasiya şikayətləri nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin hökmündə müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır.
25. Həmçinin, müdafiəçi tərəfindən kassasiya şikayətinin dəlilləri qismində göstərilən məsələlər bundan öncəki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, həmin dəlillər Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarında tədqiq edilərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi ilə nəticələnmişdir. Bunun nəticəsində də, apellyasiya icraatı zamanı təkrar araşdırma aparılaraq yeni hökm çıxarılmışdır.
26. Kassasiya şikayətinin müəllifi hazırda mübahisələndirdiyi hökmün nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
27. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr iş materiallarının obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətində qaldırılan məsələlərlə bağlı qənaətini şübhə altına almaq üçün əsas görmür.
28. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
29. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli, 1(103)-63/2022 nömrəli hökmü verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
31. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli, 1(103)-63/2022 nömrəli hökmü Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.