Məhkəmə qərarları › İş №1(102)-1480/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1480/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1480/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından Məhkumnın müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmi ş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-2299/2023 saylı hökmü ilə (sədrlik edən Şəlalə Həsənova, hakimlər Vüqar Quliyev və Siyavuş Hacıyevdən ibarət tərkibdə) xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küşəsi 2 ünvanında yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəlinin 07 iyul 2023-cü il tarixdən hesablanması, Məhkum narkomaniyadan məcburi müalicə təyin edilməsi, ondan 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməsi, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 3504,4 qram (3kq 504,4qr) narkotik vasitə olan heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sü but kimi tanınmış Məhkum üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı video görüntülər olan 01 ədəd CD diskin iş materiallarında saxlanılması hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Elmar Rəhimovun sədrliyi və məruzəsi, Fərid Əyyubov və Emin Mehdiyevdən ibarət tərkibdə) 13 mart 2024cü il tarixli, 1(103)-482/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-2299/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitən i əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 iyul 2023-cü il tarixdə, saat 23:40-da Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb ünvan 4 ünvanında yerləşən Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə gətirilərək hal şahidlərinin, müdafiəçinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış-götürmə zamanı sağ əlində saxladığı qəhvəyi rəngli kağız paketdəki bir ədəd açıq rəngli sellofan bağlamanın içərisində külli miqdarda, təmiz çəkisi 3504,6 qram olan qəhvəyi rəng li tozşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hazırki işdə həm ibtidai istintaq, həm də məhkəmələr ittiham tərəfin gətirdiyi, doğruluğuna kifayət qədər böyük şübhə olan sübutları əsas götürmüş, müdafiə tərəfin gətirdiyi dəlilləri heçə sayaraq heç birinə əhəmiyyət verməyərək nəticədə qanunsuz və əsassız sayılan qərarlar qəbul etmişlər. Apellyasiya məhkəməsi zamanı işin əsl hallarını dəqiq öyrəndikdən sonra dəfələrlə məhkəməyə vəsatət vermişdir ki, işi istintaqla aparsınlar və əsl həqiqətləri üzə çıxarsınlar. Bunun üçün kifayət qədər əsaslar var idi və bu əsaslar məhkəməyə təqdim etdiklər i vəsatətlərdə öz əksini tapırdı. Lakin vəsatətlər təmin edilməmişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, araşdırma qismən də olsa istintaqla aparılsaydı cinayət işinin ilk izahatından sona kimi adı çəkilən, lakin nə ibtidai istintaq orqanının, nədə ki, birinci instansiya məhkəməsinin dindirmədiyi "Mehdi" adlı şəxsin dindirilməsi işin sirrini açaçaqdır. Hazırki iş üzrə müdafiə tərəfi iddia etmişdir ki, Məhkum 3 gün qanunsuz olaraq 36-cı polis bölməsində saxlanılmış, o tutulduğu yerdə deyil, 36-cı polis bölməsində axtarışa məruz qalmışdır. Məhkumun müdafiəçisi bildirmişdir ki, məhkəmə hökmdə yalnız məhkəmə iclasında bilavasitə tədqiq edilən sübutları araşdırmaq və onlara qiymət vermək əvəzinə zərərçəkənlərin şahidİərin və təqsirləndirilən şəxsin ifadələrini istintaq orqanının araşdırması zamanı gəldiyi nəticələri ittiham aktında olduğu kimi hökmə köçürmüş məhkəmə istintaqında topİanmış sübutlara qiymət verilməsinə cəhd belə göstərilməmişdir. Məhkumun müdafiəçisi məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmasını və Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini və yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək müdafiəçinin kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin və kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qəna ətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi məhkuma bəraət verilməli olmasını mübahi sələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2, 416.1.3416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictim ai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tə rkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin c inayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası h esab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, cinayət işinin materiallarında olan və apellyasiya instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, ibtidai istintaq zamanı məhkum əməlini etiraf etmiş, səmimi ifadə vermiş, eyni zamanda, ibtidai istintaq zamanı ona işgəncə verilməsi ilə bağlı hər hansı məlumat verməmişdir, müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçiri lmiş və üzərindən narkotik vasitə heroin aşkar edilmiş, məhkum birinci instansiya məhkəməsində də etiraf xarakterli ifadə vermiş, birinci instansiya məhkəməsinin hökmünün əməlin tövsifi hissəsi ilə razılaşaraq həm məhkumun özü, həm də müdafiəçisi hökmü yalnız cəza hissəsində mübahisələndirərək məhkuma yüngül cəza təyin edilməsini xahiş etmişlər. Məhkumun müdafiəçisi kassasiya şikayətində apellyasiya baxışı zamanı vəsatət verərək ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində dindirilməmiş şahid X4 şahid qismində dindirilməsini xahiş etdiyini, lakin əsassız olaraq vəsatətinin təmin edilmədiyini göstərmişdir. Kassasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Mehdi Nəbiyev ibtidai istintaq zamanı dind irilməmiş və işə birinci instansiya məhkəməsində baxılarkən nə ittiham, nə də müdafiə tərəfi həmin şəxsin məhkəmə istintaqı zamanı dəvət edilərək dindirilməsinə dair vəsatət verməmiş və həmin şəxs şahid qismində tanınaraq məhkəmə iclasına dəvət edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, müdafiə tərəfinin bütün vəsatətləri təmin edilmiş, hərtərəfli, tam və obyektiv məhkəmə araşdırılması aparılmışdır. Kassasiya instansiya məhkəməsi M.Nəbiyevin əlavə şahid qismində dəvət edilərək dindirilməsi barədə müdafiə tərəfinin vəsatətinin təmin edilməməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edilməsini zəruri hesab edir ki, CPM-in 397.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı zamanı aşağıdakı hallardan ən azı biri mövcud olduqda apellyasiya instansiya məhkəməsi tərəfindən yeni sübutlar tədqiq edilir: 397.3.1.cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda; 397.3.2. birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə. Göründüyü kimi, Qanun apellyasiya instansiyası məhkəməsində sübutların tədqiqi ilə bağlı məhdudiyyət müəyyən etmişdir və CPM-də nəzərdə tutulmuş iki hal mövcud olmadığı təqdirdə yeni sübutların araşdırılması qanunsuzdur. Bu iki haldan heç birinin olmadığı təqdirdə apellyasiya instansiya məhkəməsinin həmin vəsatəti təmin etməməsi qanuni və əsaslı, bununla bağlı kassasiya şikayətinin dəlilləri ilə əsassızdır. Kassasiya şikayətinin növbəti dəlili Məhkum faktiki olaraq xx.xx.2023-cü il tarixdə tutulması, lakin tutulma haqqında protokolun xx.xx.2023-cü il tarix yazılmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Məhkum 07 iyul 2023-cü il tarixdə saat 23:40-da tutulmuşdur. (bax: cild 1, i.v. 20). Məhkum nə ibtidai istintaq zamanı, nə də işə birinci instansiya məhkəməsində baxılarkən özünün tutulma müddətini mübahisələndirməmişdir. Cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən məhkumun anası X5 şahid qismində dindirilmiş və məhkumun müdafiəçisinin suallarına cavab verərkən göstərmişdir: “ - 07 iyul 2023-cü il tarixdə gecə saatlarında Dünyaxanım Qədirlə birlikdə evdən çıxan z aman hara getdiyini soruşdum, Qədir mənə bazarlıq edib gələcəklərini dedi.” (bax: cild 2, i.v.69). Göründüyü kimi Məhkum xx.xx.2023-cü il tarixdə tutulmasını təsdiq edən heç bir sübut mövcud deyil, əksinə onun məhz cinayət işinin materiallarında olduğu kimi xx.xx.2023-cü il tarixdə tutulması kifayət qədər sübutlarla təsdiq edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Məhkum saxlanırarkən üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edilməsini zəruri bilir ki, Məhkum saxlanıldıqdan dərhal sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı onun sağ əlində olan bir ədəd açıq rəngli sellofan bağlamada bükülmüş vəzi yyətdə toz şəkilli kütlənin çəkisi qablaşdırma ilə birlikdə 3,825 kiloqram olmuş, ekspertiza nəticəsində isə narkotik vasitə-heroinin təmiz çəkisinin 3504,6 qram olduğu müəyyən edilmişdir. Lakin cinayət işinin materiallarında Məhkum üzərindən daha az miqdarda narkotik vasitənin aşkar edilməsi ilə bağlı heç bir sübut mövcud deyil. Müdafiəçinin kassasiya şikayətinin Məhkum üzərindən çıxmış telefonla bağlı dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası bildirir ki, cinayət işinin materiallarından görünür ki, məhkum saxlanılarkən onun üzərinə baxış keçirilmiş və onun üzərindən mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin telefona müstəntiq tərəfindən baxış keçirilmiş, lakin telefonda olan məlumatlar içərisindən iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir. (bax: cild 1. i.v. 166-168.) Telefondan hər hansı bir məlumatın müstəntiq və ya digər şəxs tərəfindən silinməsini isə cinayət işinin materialları əsasında müəyyən etmək mümkün deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum bəraət verilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri əsasızdır və bu səbəbdən kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünü və həddini müzakirə edərək qeyd etməyi zəruri hesab edir ki, Məhkum təyin edilmiş cəza həm növü, həm də həddi baxımından qanuni, əsaslı və ədalətli olmaqla bərabər onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə tam uyğundur və bu səbəbdən təyin edilmiş cəza dəyişdirilməməlidir. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan R espublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda təhlil edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Məh kumnın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli,1(103)-482/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar