Məhkəmə qərarları › İş №1(102)-1481/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1481/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1481/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Ələsgərov Novruz Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və zərərçəkmiş şəxs Quliyeva Balanisə Balış qızının iştirakları ilə, İmişli Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: İmişli Rayon Məhkəməsinin (hakim: X5) 25 noyabr 2020-ci il tarixli hökmü ilə 29 iyul 1995-ci il tarixdə İmişli rayonu, anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, İmişli qeydiyyatda olan və yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdı rılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 03 avqust 2020-ci il tarixdən 25 noyabr 2020-ci il tarixədək “həbs”də saxlanıldığı 3 (üç) ay, 22 (iyirmi iki) gün müddətin azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə 7 (yeddi) ay, 14 (on dörd) gününə bərabər hesablanmaqla, Məhkum qəti olaraq 2 (iki) il, 4 (dörd) ay, 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət tərkibdə) dövlət itti hamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 03 avqust 2020-ci il tarixdən 25 noyabr 2020-ci il tarixədək “həbs”də saxlanıldığı 03 (üç) ay, 22 (iyirmi iki) gün müddət hazırki qərarla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, Məhkum qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza çəkməsinin əvvəli 11 mart 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum özgənin əmlakını talama məqsədi ilə 01 avqust 2020-ci il tarixdə, saat 03:00 radələrində Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi Otuziki X14 Məktəbinin saxlanc yeri hesab olunan məktəb direktorunun otağına qanunsuz daxil olaraq, məktəbə məxsus hər birinin ayrı-ayrılıqda dəyəri 846.88 (səkkiz yüz qırx altı, səksən səkkiz) AZN məbləği olmaqla, ümumilikdə 5081.28 (beş min səksən bir, iyirmi səkkiz) AZN məbləği dəyərində 06 (altı) ədəd “CHAO RUİ T45” markalı noutbuku və məktəbin direktoru Quliyeva Balanisə Balış qızına məxsus 120 (yüz iyirmi) AZN məbləği dəyərində 01 (bir) ədəd “JVC” markalı rəqəmsal televizoru gizli yolla talayaraq, zərərçəkmiş şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi Otuziki X14 Məktəbinə 5081.28 (beş min səksən bir, iyirmi səkkiz) AZN məbləğində və Quliyeva Balanisə Balış qızına 120 (yüz iyirmi) AZN məbləği ziyan vurmaqla, oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Apellyasiya məhkəməsi tərəfindən qanunsuz və əsassız qərar qəbul edilmiş, nəticədə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Apellyasiya m əhkəməsi tərəfindən mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, Məhkum əvvəllər də analoji cinayət törətməsinə görə məhkum olunmasını cəzanın növünü müəyyən edərkən nəzərə almış, lakin lazimi hüquqi qiymətləndirmə həyata keçirməmiş, əsassız olaraq ona törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi təqsirkarın şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin etmişdir, nəticədə də təyin edilmiş cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə və ailə şəraitinə uyğun olmamışdır. Müdafiə tərəfi apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanunsuz, əsassız və ədalətsiz olduğunu vurğulayaraq onun əvvəllər məhkum olunmamasını, səmimi peşmançılıq hissi keçirməsini, törədilmiş cinayət nəticəsində vurulmuş maddi ziyanın tam ödənilməsinin nəzərə alınmadığını və məhkumun cəzasının əsass ız yerə ağırlaşdırıldığını qeyd etmişdir. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, məhkumun barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab olunmasına və ya CM-nin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə lər tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin x arakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkə n törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqs irkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayəti n xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq, Məhkum əməli etiraf etməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətinin olmamasını, “həbs”də saxlanıldığı müddət ərzində öz səhvini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli tö rətməyəcəyi, qanunlara əməl edəcəyi barədə söz verməsini və eləcə də, gələcəyə nikbin baxışlarını və planlarını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən Məhkum cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi təyin olunmuş cəzanın cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəza kimi hesab edərək məhkuma 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, məhkumun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qərara almışdır. Apellyasiya instansiyası bu qərara gələrkən qeyd etmişdir ki, məhkum edilmiş şəxs Məhkum tərəfindən əvvəl də analoji cinayət törətməsinə görə məhkum ol unması və bundan nəticə çıxarmaması, həmçinin cinayətin saxlanc yerinə qanunsuz daxil olmaqla cinayətin törədilmə üsulu onun şəxsiyyətinin və törətmiş olduğu cinayətlərin ictimai təhlükəliliyinin daha da artırmış olduğundan ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədinə xidmət etməsi qənaətinə gəlinməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlil ik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin hallarını-törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb qeyd edir ki, Məhkum cəza çəkmədən islah olunacağına əsas verə biləcək hallar mövcud olunmadığından onun barəsində şərti məhkum etmə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmədi. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar