Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1481/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 9 aprel tarixli, 1(103)-15/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X20 Sabir oğlunun sədrliyi ilə, hakimlər X19 və X4 ibarət tərkibdə) 01 sentyabr 2020-ci il tarixli 1(101)-734/2020 saylı hökmü ilə 11 mart 1971-ci il tarixdə Qusar rayonunun Hil kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, ali təhsilli, əvvəllər məhkum olunmamış, Qusar rayo nunun Hil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3-ci maddələri ilə 10 (on) il 6 (altı ) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6-ci maddələri ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3, 214-3.1 -ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3, 214-3.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 02 oktyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətləri və apellyasiya şikayətlərinə əlavə vermişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X8 və X6 ibarət tərkibdə) 12 fevral 2021-ci il tarixli, 1(103)-112/2021 nömrəli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya şikayətlərinə əlavə təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-9/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2021-ci il tarixli, 1(103)112/2021 nömrəli qərarı ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyası məhk əməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X18 və X11 ibarət tərkibdə) 2024-cü il 9 aprel tarixli, 1(103)-15/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum ilə əvvəllər bir sıra xüsusilə ağır cinayətlər törətdiyinə görə axtarışda olan Qusar rayonunun Əvəcuq kənd sakini X12 2002-ci ilin may ayının ortalarında Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhəddinin Dağıstan Respublikası ərazisinin dağlıq hissəsindən qanunsuz keçib Əvəcuq kəndinə gəlib gizli yaşayaraq həmi n kəndin sakinləri X31, X15, Şahid1, Qusar şəhər sakinləri Şahid2, X13 və Məhkum ilə birlikdə müəssisələrə, idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə məqsədilə Azərbaycan Respublikasının qanunverciliyi ilə nəzərdə tutulmayan silahlı qrup- banda yaratmış və onları silahla, döyüş sursatı və sair ilə təchiz etmişdir. 2002-ci ilin sentyabr ayının əvvəllərində banda başçısı V.V.Muradov banda üzvləri Şahid2 və R.X.Salmanova məktub verib Dağıstan Respublikasının Xasavyurt şəhərində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan "İslam” adlı şəxsdən odlu silah, döyüş sursatları və pul alıb gətirməyi tapşırmışdır. R.X.Salmanov Şahid2lə birlikdə öz arvadının qardaşı X7 ilə danışıb cinayət əlaqəsinə girərək onu bandanın cinayət fəaliyyətinə cəlb etmiş və V.V.Muradovun məktubunu ona veri b Dağıstan Respublikasının Xasavyurt şəhərinə göndərmişlər. 2002-ci ilin sentyabr ayının əvvəllərində E.H.Məmmədov həmin məktubu Dağıstan Respublikasının Xasavyurt şəhərinə aparıb silahlı qrupun-bandanın Xasavyurt şəhərində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan "İslam” adlı şəxsə çatdırmış və ondan 1.000 ABŞ dolları, 1 ədəd "Samsung” markalı videokamera və 2 ədəd ratsiya alıb Qusar rayonuna gətirib Şahid2 vasitəsilə videokameranı və ratsiyaları V.V.Muradova çatdırmışdır. E.H.Məmmədov ikinci dəfə 19 sentyabr 2002-ci il tarixdə silahlı qrupun-bandanın Dağıstan Respublikasının Xasavyurt şəhərində yaşayan üzvü "İslam” adlı şəxsdən Dağıstan Respublikasının ərazisində istintaqa məlum olmayan mənbədən əldə etdikləri 3 ədəd, 1 ədəd 1984-cü ildə istehsal olunmuş "AKSU-74” markalı 939600 nömrəl i 5,45 mm çaplı, 1 ədəd 1984-cü ildə istehsal olunmuş "AK-74” markalı ******* nömrəli 5,45 mm çaplı, 1986-cı ildə istehsal olunmuş "AK-74” markalı ******* nömrəli 5,45 mm çaplı avtomat silahları, həmin avtomat silahlar üçün nəzərdə tutulmuş 16 ədəd sandıqçaları və döyüş sursatı olan 180 ədəd 5,45 mm çaplı patronları özünə məxsus olan "QAZ-3102” markalı "A 524 XT 05/RUS” dövlət nömrə nişanlı avtomaşını ilə daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhəddinə gətirib avtomaşını "Samur” gömrük nəzarət məntəqəsi yaxınlığında saxlayaraq 10 ədəd boş avtomat silahının sandıqçalarını Azərbaycan Respublikasının gömrük sərhəddindəki gömrük nəzarətindən gizli olaraq sellofan torbada keçirib yaxınlıqdakı kolların arasında gizlətmiş, geri qayıdıb təkrarən 6 ədəd avtomat silahının sandıqçalarını içəri sində 180 ədəd 5,45 mm çaplı avtomat patronları ilə birlikdə Azərbaycan Respublikasının gömrük sərhəddindəki gömrük nəzarətindən gizli olaraq keçirmək istəyərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən yaxalanmış və onun avtomaşınından qanunsuz olaraq daşıyıb saxladığı 3 ədəd yuxarıda göstərilən avtomat silahlar aşkar edilərək götürülmüşdür. 2002-ci ilin sentyabr ayının axırı oktyabr ayının əvvəllərində V.V.Muradov özündə olan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edərək saxlayıb gəzdirdiyi 1989-cu ildə istehsal olunmuş "AKSU” markalı 588177 nömrəli 5,45 mm çaplı avtomat silahla və 2 ədəd nömrəsiz "Makarov” tipli tapançalarla banda üzvləri X31, X15 və Şahid1 ilə Qusar rayonunun Xürel kəndi yaxınlığında meşədə təlimlər keçərək həmin təlimləri "Samsung” markalı videokamera ilə çəkmiş və həmin videokameranı, keçdikləri təlimi lentə aldığı videokaseti və 2 ədəd ratsiyaları saxlamaq üçün Şahid1 vasitəsilə ilə banda üzvü Şahid2 vermişdir. Məhkum V.V.Muradovun təşkil etdiyi bandaya üzvlər cəlb edilməsinə və cinayətlərin törədilməsi üçün vasitə olan silah-sursat əldə edilməsinə köməklik etmiş, banda başçısı V.V.Muradova Qusar şəhəri, T İsmayılov küçəsi 24-də yerləşən Azərbaycan "Zərgərsənaye” İstehsalat Birliyinin "Aygün” firma mağazasına silahlı basqın etməyi məsləhət görmüşdür. 27 noyabr 2002-ci il tarixdə saat 11:00 radələrində X12 banda üzvü Şahid1 Əvəcuq kəndində onları gözləməyi tapşırıb banda üzvləri X31 və X15 ilə birlikdə "AKSU” markalı avtomat silahla, 2 ədəd "Makarov” tipli tapançalarla və həmin silahlara u yğun döyüş sursatı olan patronlarla silahlanmış vəziyyətdə Xaçmaz rayonunun Yalama qəsəbəsində Xaçmaz rayonunun Xudat qəsəbəsinə getmək adı ilə Xudat qəsəbə sakini X9 idarə etdiyi "VAZ-2106” markalı "AZ **-BE-***” dövlət nömrə nişanlı avtomaşına əyləşib bir xeyli getdikdən sonra yolda özlərində olan odlu silahlarla V.V.Qasımova həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək onu sükanın arxasından düşürüb əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq avtomaşının arxa yük yerinə uzadıb yük yerinin örtüyünü bağlamaqla onu qanunsuz azadlıqdan məhrum edərək V.V.Muradov avtomaşının sükanı arxasına, M.M.İsayev onun yanında, N.Q.Əhmədov isə avtomaşının arxa oturacağına əyləşib hər üçü birlikdə V.V.Qasımovun idarə etdiyi avtomaşını talama məqsədi olmadan qanunsuz ələ keçi rib gizli yollarla təxminən saat 13:00 radələrində Qusar şəhərinə gəlib özgənin əmlakını ələ keçirmək məqsədilə Tİsmayılov küçəsi 24-də yerləşən Azərbaycan "Zərgərsənaye” İstehsalat Birliyinin "Aygün” firma mağazasına silahlı basqın edərək tamah niyyəti ilə qəsdən öldürmək məqsədilə xüsusi amansızlıqla mağazada satıcı kimi işləyən X23 özlərində olan "Makarov” tipli tapançadan 2 dəfə atəş açaraq ona baş beyin toxumasının və sağ ağciyərin toxumasının zədələnməsi ilə müşayiət olunan ağır zərər vurmaqla qətlə yetirib mağazadan külli miqdarda - 171.090.831 manat məbləğində 334 sayıda müxtəlif çeşidli qızıl-zinət əşyalarını ələ keçirib gəldikləri avtomaşına əyləşərək sürüb hadisə yerindən getmiş və həmin avtomaşının arxa yük hissəsində V.V.Qasımovu əlləri, ayaqları və ağzı yapışqanlı lentlə ba ğlı vəziyyətdə Qusar rayonunun Hil kəndi yaxınlığında meşəlikdə atıb qaçmışlar. Həmin gün axşam saat 21:00 radələrində V.V.Muradov, M.M.İsayev və N.Q.Əhmədov Əvəcuq kəndinə banda üzvü Şahid1 evlərinə gələrək əvvəlcədən razılaşdıqları kimi onu bayıra çağırıb törətdikləri cinayətlər barədə ona bildirərək "Aygün” firma mağazasından ələ keçirdikləri qızıl-zinət əşyalarını əvvəlcə Şahid1 evlərinin həyətyanı sahəsində, sonra isə sonuncunun qardaşı X10 məxsus Əvəcuq kəndinin kənarında heç kimin yaşamadığı evin həyətyanı sahəsində torpağa basdırıb gizlətmişlər. Bundan başqa, o, ağır və xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə yaradılmış cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olub Azərbaycan Respublikasının hüdudlarından kənarda həmin cinayətkar birliyin tərkibində terrorçuluq m əqsədi ilə terror aktlarının törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən, qurğulardan, digər ümumi təhlükəli üsullardan istifadə hazırlığı üzrə təlim alıb və eyni məqsədlə belə təlimləri təşkil edib keçirməklə odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayışlar və digər hərəkətləri (terror aktları) təkrarən törətmiş, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin Azərbaycan Respublikasının hüdudlarından kənarda apardığı silahlı münaqişələrdə, ayrı-ayrı müəssisələrə, idarələrə, təşkilatlara və şəxslərə təşk il etdiyi hücumlarda iştirak etmiş, cinayət sayılan bu əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, Məhkum Birləşmiş Millətlər Təşkilatının 16 yanvar 2002-ci il tarixli 1390 saylı qətnaməsi ilə terror təşkilatı kimi tanınmış "Əl-Qaidə” adlı cinayətkar birlikdə (təşkilatda) iştirak etmək məqsədi ilə 2003-cü ilin sonunda Azərbaycan Respublikasının ərazisini tərk edərək Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gəlib həmin cinayət cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan "Dağıstan” adlı qanunsuz silahlı birləşmənin tərkibinə "X33” dini təxəllüsü ilə daxil olmuş, cinayətkar birliyin üzvlərindən ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsi r göstərmək məqsədilə terror aktlarının törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən, qurğulardan, digər ümumi təhlükəli üsullardan istifadə hazırlığı üzrə təlim alıb 2014-cü ilin sentyabr ayından 2017-ci ilin sonunadək olan müddət ərzində cinayətkar birliyə daxil olmuş yeni üzvlərə eyni məqsədlə belə təlimləri təşkil edib şəxsən keçirməklə Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətində və Əfqanıstan İslam Respublikasının həmin vilayətlə həmsərhəd bölgələrində müxtəlif vaxtlarda təkrarən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə qəsdən insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayışlar və digər hərəkətlər (terror aktları) törətmiş, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin həmin dövlətlərin ərazilərində apardığı silahlı münaqişələrdə, ayrı-ayrı müəssisələrə, idarələrə, təşkilatlara və şəxslərə təşkil etdiyi hücumlarda, həmin silahlı birləşmələrin partlayıcı qurğularla təchiz edilməsində iştirak etmiş, cinayət əməllərini davam etdirərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Suriya Ərəb Respublikasının ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 2017ci ilin dekabr ayında Pakistan İslam Respublikasının ərazisini tərk edərkən həmin dövlətin təhlükəsizlik orqanları tərəfindən qanunsuz miqrant qismində saxlanılmışdır. KASSASİYA ŞİKAYƏ TİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum iş üzrə məhkəmə araşdırmaları insan hüquq və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinin açıq-aşkar pozuntuları, CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularla həyata keçirilmiş, məhkəmələr müdafiə tərəfinin sübutlarını araşdırmaqdan əsassız olaraq imtina etmiş, məhkəmələrin iclas protokolları saxtalaşdırılmış, müdafiə tərəfinin bir sıra vəsatətləri gizlədilmiş, proses süni olaraq uzadılmışdır. Apellyasiya məhkəməsinin qərarında müdafiə tərəfinin dəlilləri təkzib olunmayıb, onlara qiymət verilməyib, bu isə deməyə əsas verir ki, ittiham tərəfinin və məhkəkmənin əks dəlilləri olmayıb. Apellyasiya baxışı zamanı işdə iştirak edən dövlət ittihamçılarından heç biri ittiham tərəfinin sübutları olmadığına görə onları təqdim etməmiş və tədqiq etmək üçün vəsatət qaldırmamışdır. Hökmdə və apellyasiya məhkəməsinin qərarında qeyd olunmuş istisnasız olaraq bütün məlumat, sənəd və əşyalar sübut qismində qəbul oluna bilməzlər, belə ki, işgəncələr, falsifıkasiya, saxtakarlıq, yalan, konstitusion hüquq və azadlıqlarının pozulması, prosessual hərəkətlərin icra edilməsi qaydalarının kobud pozuntuları və Azərbaycan Respublikası CPM-nin digər tələblərinin pozulması ilə əldə edilmişdir. İşdə Məhkum təqsirinin bir dənə də olsun mümkün subutu mövcud deyil, və onun qohumlarının hökmdə qeyd edilən ifadələrinin iş üzrə sübut predmetinə heç bir aidiyyəti yoxdur. Müdafiəçi bildirmişdir ki, 3 oktyabr 2019-cu i l tarixdə Məhkum ağır xəstə vəziyyətində olaraq, 8 saat ərzində yuxusuz və istirahətsiz DTX-də dindirilmiş, işgəncələrə, qanunsuz fiziki və psixi zorakılıqlara, ləyaqəti alçaldan rəftara məruz qalaraq öz-özunu günahlandırmaqa məcbur edilmişdir. Məhkum işgəncələr verilməsinin “metodikası” onun birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi çoxsaylı ərizə və ifadələrində, BMT-nin İşgəncələrə qarşı Komitəsinə verilmiş 4117/2022 saylı şikayətdə qeyd edilmişdir. Bundan başqa, həbs olunan Məhkum şəxsi işində onu 3 oktyabr 2019-cu il tarixində müstəntiq Vüqar Quliyevin yanma dindirmə çağırışı ilə bağlı heç bir sənəd yoxdur. Lakin 03 oktyabr 2019-cu il tarixli protokola əsasən saat 10:40-da müstəntiq V.Quliyev Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair 18 sentyabr 2019c u il tarixli qərarı ilə tanış etmişdir, həmin gün Məhkum saat 11:15-dən 19:30-dək müstəntiq tərəfindən dindirilmişdir. Lakin protokolun özündə qeyd olunur ki, dindirmə videoyazıya baxmaqla birlikdə, saat 15:30-da başa çatmışdır. Saat 15:30-dan saat 19:30-dək, yəni 4 saat ərzində Məhkum harada olduğunu, bu müddət ərzində onun iştirakı ilə nə baş verməsini müstəntiq Vüqar Quliyev tərəfindən protokolda qeyd edilməmişdir. Məhkum şəxsi işində 03 oktyabr 2019-cu il tarixində dindirməyə çağırışı ilə bağlı sənədlərin olmaması onun 2 oktyabr 2019-cu il saat 23:00-dan 3 oktyabr 2019-cu il saat 10:40-dək işgəncələrə, qeyri-qanuni psixi və fiziki zorakılığa məruz qalması, insan ləyaqətini alçaldan rəftarlıq barədə verdiyi ifadələrini təsdiq edir. Bu qeyri-qanuni hərəkətlər 3 oktyabr 2019-cu il tarixdə saat 15:30-dan saat 19:30dək davam etmiş, dindirmə protokolunun saxtalaşdırılması başa çatdıqdan sonra da davam etdirilmişdir. Bu cinayətdə Məhkum qarşı irəli sürülən ittiham bütünlüklə Valeh Muradov və digər dəstə üzvlərinin silah əldə etmək, zərgərlik mağazasına basqın etmək, satıcı Asəf Şərifovu öldürmək kimi hərəkətlərinin təsvirindən ibarətdir, lakin ittiham aktında Məhkum əməlləri barədə heç nə deyilmir, çünki o, heç bir cinayət əməli törətməyib. Lakin həmin ittiham aktında qeyd olunur ki, Məhkum yox, Valeh Muradov dəstə üzvlərini silah və sursatla təmin etmişdir. İttiham aktında və müvafiq olaraq məhkəmənin hökmündə Məhkum dəstə fəaliyyətində, zərgərlik mağazasına basqında və satıcı Asəf Şərifovun qətlində təqsirli olduğuna dair hər hansı mümkün ola bilən sübutlar göstərilməmişdi r. Xüsusilə qeyd edək ki. Məhkum qarsı zərgərlik mağazasına basqın və satıcı Asəf Şərifovun qətlində ittiham Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 sentyabr 2020-ci il tarixli hökmü ilə ziddiyyət təşkil edir, harada ki, dəstənin təşkilatçısı və rəhbəri, zərgərlik mağazasına basqın təşəbbüskarı Məhkum yox, Valeh Muradov kimi göstərilir. Beləliklə, eyni fakt üzrə sübutların saxtalaşdırılması nəticəsində iki ziddiyyətli hökm çıxarılıb ki, bu da ədalət mühakiməsinə ziddir. Daha sonra Məhkum ekstradisiya olunmazdan əvvəl DTX-nın əməkdaşlarının Pakistanda ona iki dəfə baş çəkməsi barədə sənədlər işdən qeyri-qanuni olaraq götürülərək gizlədilmişdir. Məhkum iş materialları ilə təsdiq edilmiş ifadələrinə əsasən, 2019-cu ilin 3 və 7 oktyabr tarixlərində işgəncələr yolu ilə əvvəlcədən hazırlanmış, məzmu nu uydurma və həqiqətə zidd olan dindirmə protokollarını imzalamağa onu məcbur etmişdilər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 2019-cu il 3 və 7 oktyabr tarixli protokollarda qeyd edilmiş hallar Azərbaycan Respublikası DTX-nin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda DTX-nın icraatında olmuş cinayət işlərindəki məlumatlar əsas kimi götürülüb saxtalaşdırmaqla uydurulmuşdur. Eyni zamanda, yol verilmiş sui-istifadələrlə bağlı Məhkum iddialarını təsdiqləyən kobud məntiqi və zaman əlaqəli səhvlərə yol verilmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 9 aprel tarixli, 1(103)-15/2024 nömrəli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iş tirak edən Müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 9 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışın ın nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrin dən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 -ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillə rini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onu n dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarak teri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9.4.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli 1(101)-734/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 9 aprel tarixli, 1(103)-15/2024 nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1481/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1481/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver