Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1482/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Vidadi Cəfər oğlu Cəfərov və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 14 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavələrə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Faiq Qəniyev, hakimlər İlham Mahmudov və Səbuhi Hüseynov ibarət tərkibdə) 1(101)-1794/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1, 182.2.4 və 309.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 182.2.1 və 182.2.4-cü maddələri ilə 6 (altı) il müdd ətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 309.1-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, həm də əsas cəzaya əlavə cəza birləşdirilməklə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçin in Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmiş, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə sonuncunun əmlakını tələb edərək hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs2 intim görüntülərini çəkərək barəsində rüsvayedici məlumatları yaymaqla hədələyib xeyli miqdarda əmlak əldə etmək məqsədilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu nəqliyyatında Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili kimi öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxmaqla 03 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 vahid məlumat-axtarış sistemindən şəxsiyyətinə dair məlumatların əks olunduğu portal sənədini əldə edərək Təqsirləndirilən şəxs vermiş, cinayətkar niyyətinə çatmaq üçün özünü guya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edən və inandırıcı olması üçün ona verilmiş portal sənədindən istifadə edən Təqsirləndirilən şəxs 08 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaşayış binaları yaxınlığında, Xəzər dənizinin sahili ndə dayanmış “Mercedes A 160” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobildə intim münasibətdə olan Zərərçəkmiş şəxs2 və Şahid4 videosunu videokamerası işlək vəziyyətə gətirilmiş özünə məxsus mobil telefon vasitəsi ilə çəkib Zərərçəkmiş şəxs2 həmin videogörüntünü sosial şəbəkələrdə nümayiş etdirəcəyi ilə, habelə diskə köçürdüb ailə üzvlərinə göndərəcəyi ilə hədələyib 7000 manat pul verməsini tələb etdikdən sonra Təqsirləndirilən şəxslə aralarında olan razılaşmaya əsasən özünü polis əməkdaşı kimi təqdim edib Şahid4 əxlaqsız hərəkətlərinə görə polislər tərəfindən tutulduğunu və buraxılmadığını bildirərək Zərərçəkmiş şəxs2 tələb edilən pulu verməyə təhrik etmiş, Təqsirləndirilən şəxs 08 aprel 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Poli si Şöbəsinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs2 üzərində olan 100 manatı, 20 aprel 2020-ci il tarixdə ünvan 5 ünvanında yerləşən mərasimin evinin qarşısında “Mitsubishi” markalı avtomobilin içində 3300 manat, 27 aprel 2020-ci il tarixdə ünvan 6 ünvanının qarşısında “Mitsubishi” markalı avtomobilin içində 1500 manat, 30 aprel 2020-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi 14 ünvanında yerləşən binanın arxasındakı yolda 200 manat, ümumilikdə vahid niyyətlə 5100 manat pul almış, bununla da o, Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 5100 manat pulunu hədə-qorxu ilə tələb etmiş, beləliklə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək Zərərçəkmiş şəxs2 hüquqlarına və qa nuni mənafelərinə mühüm zərər vurmuş, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə xeyli miqdarda özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Vaqif Mursaqulov) 1(103)577/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Müdafiəçi1 və Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işini yeni apellyasiya baxışına t əyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlilləri: Müdafiəçi1 kassasiya şikayəti və kassasiya şikayətinə əlavəni, Məhkum isə kassasiya şikayətinə əlavələri onunla əsaslandırmışlar ki, istintaq orqanı və məhkəmələr tərəfindən Məhkum əməli düzgün tövsif edilməmiş, hökm və qərar Azərbaycan Respublikası CPM-in, Azərbaycan Respublikası Cinayət və digər qanunların tələblərinə riayət edilməməklə çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2022-ci il tarixli, 1(103)-577/2022 nömrəli qərarından görünür ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan hallar araşdırılmamışdır. Ona görə də apellyasiya məhkəməsinin qərarı ləğv edili b, Məhkum barəsində olan cinayət işi yenidən apellyasiya baxışına təyin edilməlidir. İbtidai istintaqın nəticəsindən, habelə məhkəmə istintaqından görünür ki, təqsirləndirilən şəxs Məhkum ittiham olunduğu əməllərdə özünü qəti şəkildə təqsirli bilməmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 portal məlumatını Məhkum tərəfindən verilmədiyini Məhkum ümumiyyətlə ilk dəfə hazırki iş üzrə məhkəmədə gördüyünü bildirdiyi halda, dəqiqləşmə üçün verdiyi suala cavabında Məhkumla heç vaxt hər hansı ünsiyyətdə olmadığı, onu tanımadığını bildirdiyi halda birinci instansiya məhkəməsi hökmdə tamamilə Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı vermədiyi ifadələri yazmışdır. Göründüyü kimi Məhkum hazırki cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyi halda, onun barəsində hər hansı şikayət olmadığı halda istintaq yekunlaşan zaman onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi kobud qanun pozuntusudur. Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, 2020-ci ilin avqust ayında Mübariz özü ona yaxınlaşaraq Arzu ilə avtomobildə dəniz kənarında sevişən zaman Vüsalın onları video çəkilişlə qeydə aldığını bildirmişdir. Lakin o özü bu barədə Vüsaldan soruşmamış, onunla arasında bu mövzuda söhbət olmamışdır. Hadisənin baş vermə mexanizmi barəsində baş rolda Şahid4 özü olmuş, istintaq orqanı maşın sürücüsünü, habelə Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə, həmçinin üzləşdirmə istintaq hərəkətindən göründüyü kimi plan qurmuş Şahid4 istintaqa cəlb edilməmişdir. İşin faktiki hallarından görünür ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətmək təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Birinci instansiya məhkəməsi qeyd olunan hallara formal yanaşaraq təqsirləndirilən şəxs barəsində CM-in 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərə görə cəza verməklə Azərbaycan Respublikası CM-in 41-ci maddəsində göstərilmiş məqsədlərə nail olması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası həmin hökmü qüvvədə saxlayaraq verilmiş ittiham üzrə günahı olmayan şəxsin cəzalandırılmasına göz yummuşdur. Halbuki, hazırki iş üzrə təyin edilmiş cəza nə sosial ədalətin bərpası, nə də məhkumun islah edilməyi üçün heç də təsirli vasitə hesab edilə bilməz. Bundan başqa, təqsirləndirilən şəxs heç bir zaman məhkum olunmamış, himayəsində bir azyaşlı övladı, habelə ahıl yaşda anası olmaqla ailə nin yeganə dolanışığını təmin edəndir. Kassasiya şikayətinə əlavənin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi1 onunla əsaslandırmışdır ki, ilkin kassasiya şikayətindən sonra iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ərizə yazaraq bildirmişdir ki, Məhkum qarşı onun hər hansı bir şikayəti yoxdur. Bundan başqa, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə ünvanlayaraq bildirmişdir ki, Məhkum hadisə baş verdiyi ərazidə görməmiş, portaldan çıxarışı Təqsirləndirilən şəxs Məhkum təqdim etməyib, eyni zamanda Məhkum ona qarşı hədə-qorxu gəlməmiş, ondan pul tələb etməmiş və ona pul verməmişdir. Məhkum ilk dəfə məhkəmədə gördüyünü bildirmişdir. Bundan başqa, dəymiş maddi ziyanın da bir qismi Məhkum tərəfindən ödənilmişdir, ifadənin sübut kimi qiymətləndirilməsi ni xahiş etmişdir. Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin dəlillərini Məhkum onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı onunla birgə hadisə yerinə baxış keçirilməmiş, zərərçəkmiş şəxslə üzləşdirmə keçirilməmiş, hadisənin video görüntüsünə onunla birgə baxış keçirilməmiş, məhkəmələrdə şahid və zərərçəkmiş şəxsin ifadələri təhrif edilərək dəyişdirilmişdir. Apellyasiya instansiyasında şahid və zərərçəkmiş şəxs dindirilməmiş, çox saylı vəsatətlər təmin edilməmişdir. İbtidai istintaq zamanı psixoloji təzyiqlərə məruz qalmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, müdafiəçinin kassasiya şikayətini və ona özü və Məhkum tərəfindən verilmiş əlavələrin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti və ona əlavələr təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul e dilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum elan edilmiş ittihamda təqsiri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, lakin birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət had isəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqay isə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutlar araşdıraraq nəticəyə gəlmişdir ki, Məhkum özünü elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, onun həmin ittihamda təqsirli olması, yəni onun öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətləri və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 əmlakını hədə-qorxu ilə tələb etmə ci nayətini törətməsi, digər məhkumun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərin protokolları və işin digər materialları ilə təsdiq olunur. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum cinayət törətməməsinə dair məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Göründüyü kimi məhkəmələr həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.4 və 309.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunları nın tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun t əqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhkum əməli CM-in 182.2.1, 182.2.4 və 309.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq ed ilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştira kçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq orqanı sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvaf iq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.4 və 309.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1482/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1482/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver