Məhkəmə qərarları › İş №1(102)-1483/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1483/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1483/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1 v ə 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən İ.Q.Abdullayev, hakimlər: M.V.Məmmədov və C.C.Nəbiyevdən ibarət tərkibdə) 15 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1997-ci ildə Sabirabad rayonu doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu qeydiyyatda olan Məhkum2, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azad lıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 mart 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin hökmü ilə Məhkum2 və Məhkum1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona görə təqsirli bilinib məhkum edilmişlər ki, onlar qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəldikdən sonra, məlum olmayan vaxtda və mənbədən külli miqdarda – üç ədəd bağlamada ayrı-ayrılıqla təmiz çəkiləri 2700 qram, 248 0 qram və 2430 qram olmaqla ümumi təmiz çəkisi 7610 qram olan narkotik vasitə – heroin və külli miqdarda – iki ədəd bağlamada ayrı-ayrılıqla təmiz çəkiləri 2000 qram və 2005 qram olmaqla ümumi təmiz çəkisi 4005 qram olan psixotrop maddə metamfetamini əldə edib “Hyundai Azera” markalı 000 dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 22 mart 2020-ci ildə saat 01.30-da Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ələt – Astara avtomobil yolunun Cəlilabad rayonu Göytəpə şəhəri ərazisindən keçən 142-ci kilometrliyində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum2 idarə etdiyi “Hyundai Azera” markalı 000 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılaraq polis şöbəsinin inzibat binasının həyətinə gətirilmiş və orada avtomobilə baxış keçirilən zaman arxa oturacağın döşəmə hissəsindən içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan qeyd olunan bağlamalar aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə) Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum2 barəsində olan cinayət işi üzrə icra ata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum2 tərəfindən verilmiş ərizə məhkəməyə daxil olmuşdur. Məhkum ərizədə müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq kassasiya şikayətinin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar