Məhkəmə qərarları › İş №1(102)-1483/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1483/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1483/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan2 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 və Məhkum müdafiəçisi Müdafiəçi4 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 178.2.3, 311.3.2, 311.3.3, 32.4, 312.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X19 (sədrlik edən), X14 və X13 ibarət tərkibdə) 24 noyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxxx 1957-ci ildə Sabirabad rayonu Minbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Sabirabad rayonu Minbaşı bələdiyyəsinin sədri vəzifəsində işləmiş, hazırda işləməyən, Sabirabad rayonu, Qarağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Mə hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 311.3.2, 311.3.3, 32.4, 312.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə ona Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilməklə 1 (bir) il müdd ətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə Cinayət Məcəlləsinin 32.4, 312.1 -ci maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə Cinayət Məcəlləsinin 313-cü maddəsilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edil mişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 3 iyun 2021-ci il tarixdən hesablanması, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X28 (sədrlik edən və məruzəçi), X25 və X8 ibarət tərkibdə) 06 aprel 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 311.3.2, 311.3.3, 32.4, 312.1 və 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 8 fevral 2020-ci il tarixdən Sabirabad rayonu Minbaşı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən təşkilati- sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona torpaq sahəsinin satılmasında köməklik göstərilməsi ilə əlaqədar 2021 -ci ilin may ayının əvvəllərində özünə müraciət etmiş Şahid1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə- bilə qanunsuz hərəkətə, yəni "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli № 160-İİQ nömrəli Qanununun 6.2, 6.6 və 9.1-ci maddələrinin, yəni bələdiyyə mülkiyyətində olan tor paqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi, bələdiyyə torpaqlarının alqı-satqısının bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə həmin Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları v ə ya müsabiqələri vasitəsilə əldə edilməklə bağlı tələblərinə əməl etmədən 0,12 ha torpaq sahəsinin mülkiyyətinə verilməsinə görə külli miqdar təşkil edən 50.000 manat məbləğində maddi nemət olan pul vəsaitini özü üçün birbaşa yolla Sabirabad rayonu Qarağac kəndi ərazisində görüşləri zamanı rüşvət qismində istəmiş, habelə, həmin görüşləri zamanı Şahid1 məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə ona guya ərazi üzrə ekologiya idarəsinin, yol idarəsinin və rayon polis şöbəsinin özünün yaxın münasibətdə olduğu vəzifəli şəxslərinə həmin torpaq sahəsində aparılacaq tikintiyə hər hansı maneə yaratmamaları ilə əlaqədar Şahid1 xeyrinə xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkətə görə birbaşa yolla öz ü vasitəsilə müəyyən məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək, Şahid1la razılaşmaqla sövdələşmişdir. Bundan sonra, o, 18 may 2021-ci il tarixdə Sabirabad rayonu, Yaxadəllək kəndində yerləşən restoranda Şahid1la görüşərək ondan 0,12 ha torpaq sahəsinin satışı ilə əlaqədar rüşvət qismində istədiyi 50.000 manat pul vəsaitindən ilkin olaraq maddi nemət olan 5.000 manat pulu özü üçün birbaşa yolla rüşvət qismində alıb, rüşvət qismində aldığı pul müqabilində verdiyi vədi yerinə yetirmək üçün vəzifəli şəxs kimi Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan ço xu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X2»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə müsabiqə yolu ilə satılması üçün lazımı sənədlərin hazırlanması və həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlanması ilə bağlı rəsmi sənəd olan iclas protokolunun kompüterdə məzmununa guya həmin protokolun bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı ilə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair Sabirabad rayonu, Minbaşı kəndində yerləşən Sabirabad r ayon Minbaşı bələdiyyəsinin inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar, yəni bələdiyyə üzvlərinin adından rəsmi sənəd olan bələdiyyə iclas protokoluna bilə-bilə yalan çıxışlar daxil etməklə guya bələdiyyə iclasında iştirak edən 6 nəfər bələdiyyə üzvünün hər birinin razılığı əsasında Şahid1 Şirvan-Noxudlu-Salyan yolunun sağ hissəsindən 0,12 ha və yaxud 1200 m2 torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə müsabiqə yolu ilə satılması üçün lazımı sənədlərin hazırlanması və həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlanması ilə bağlı qərar qəbul edilməsinə dair 25 may 2021 -ci il tarixli 09 nömrəli "Minbaşı bələdiyyəsinin iclas protokolunu” tərtib edərək Minbaşı bələdiyyəsinin dairəvi möhürü ilə m öhürləyərək şəxsən imzalayıb vəzifə saxtakarlığı edərək, hazırladığı həmin protokolu 1 iyun 2021-ci il tarixdə Sabirabad rayonu Yaxadəllək kəndində ərzaq mağazasında görüşləri zamanı Şahid1 göstərib, bundan sonra həmin görüşləri zamanı sonuncunun əmlakını, onu rüşvət verməyə təhrik etməklə, dələduzluq yolu ilə ələ keçirməyə dair əvvəlcədən formalaşmış cinayətkar niyyətinə uyğun olaraq Şahid1 həmin torpaq sahəsində aparılacaq tikintiyə hər hansı maneə yaratmamaları ilə əlaqədar özünün yaxın münasibətdə olduğu ərazi ekologiya idarəsinin vəzifəli şəxsinə 1.000 manat, yol idarəsinin vəzifəli şəxsinə 1.500 manat və rayon polis şöbəsinin vəzifəli şəxsinə 500 manat olmaqla, ümumilikdə 3.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, onunla razılaşmaqla sövdələşərək, həmin vəzifəli şəxslərə çatdırmaq adı ilə Şahid1 həmin görüşləri zamanı 3.000 (üç min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təhrik etmiş, bundan sonra, həmin tarixdə qeyd edilən görüşləri zamanı 0,12 ha torpaq sahəsinin satışına görə əvvəlcədən rüşvət qismində istədiyi 50.000 manat puldan qalan 2.000 manat məbləğində maddi nemət olan pul vəsaitini Şahid1 almaqla, ümumilikdə qeyd edilən qaydada cəmi külli miqdar təşkil edən 7.000 (yeddi min) manat məbləğində maddi nemə t olan pul vəsaitini sonuncudan özü üçün birbaşa yolla vahid niyyətlə rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi həmin bələdiyyənin ərazisindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun icarəsinə verilməsində köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin may ayının əvvəllərində özünə müraciət etmiş Şahid1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli № 160-İİQ nömrəli Qanununun 6.2, 6.6, 9.1 və 19.4-cü maddələrinin, bələdiyyə torpaqları üzərində icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə torpaq sahəsi ni icarəyə götürmək istəyən şəxsin rəsmi müraciəti əsasında bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməklə bağlı tələblərinə əməl etmədən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 60 ha torpaq sahəsinin icarə müqaviləsi əsasında istifadəsinə verilməsinə görə torpağın hər hektarına görə 2.000 manat olmaqla külli miqdarda maddi nemət olan pul vəsaitini Şahid1 Sabirabad rayonu Qarağac kəndi ə razisində görüşləri zamanı özü üçün birbaşa yolla təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 3 iyun 2021-ci il tarixdə Sabirabad rayon, Qarağac kəndi ərazisində maddi nemət olan 2.000 manat pulu Şahid1 özü üçün birbaşa yolla təkrarən rüşvət qismində almaqla şəxsi ehtiyaclarına sərf edib, verdiyi vədi yerinə yetirmək üçün təkrarən vəzifəli şəxs kimi Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X2»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına b axmayaraq, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, bələdiyyə üzvlərinin məlumatı olmadan, torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə subicarəyə verilməsinə dair müqavilə bağlanması ilə əlaqədar iclas protokolunun kompüterdə məzmununa guya həmin protokolun bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı ilə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair Sabirabad rayonu, Minbaşı kəndində yerləşən Sabirabad rayon Minbaşı bələdiyyəsinin inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar, yəni bələdiyyə üzvlərinin adından rəsmi sənəd olan bələdiyyə iclas protokoluna bilə-bilə yalan çıxışlar daxil etməklə guya bələdiyyə iclasında iştirak edən 6 nəfər bələdiyyə üzvünün hər birinin razılığı əsasında cinayətdən xəbərsiz olan qardaşı X9 ilə Şahid1 arasında 60 ha torpaq sahəsinin 29 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə subicarəyə verilməsinə dair müqavilə bağlanması ilə bağlı qərar qəbul edilməsinə dair 01 iyun 2021-ci il tarixli 11 nömrəli "Minbaşı bələdiyyəsinin iclas protokolunu” tərtib edərək Minbaşı bələdiyyəsinin dairəvi möhürü ilə möhürləyərək şəxsən imzalayıb, rəsmi sənədlərin məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, Məhkum zərərçəkmiş şəxs Şahid1 qarşısında öhdəliyini tam yerinə yetirmiş, buna görə də onun CM-in 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Zərərçəkmiş şəxs Şa hid1 istintaqa təqdim etdiyi audioyazılar təqsirləndirilən şəxsin xəbəri olmadan yazılmış və qanunvericiliyin tələbləri pozulmuşdur. Əgər Baş Prokurorluq tərəfindən təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirləri keçirilirdisə, onda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə telefon danışıqlarının dinlənilməsi və həmin telefon danışıqlarının audiodiskə yazılması yalnız məhkəmə qərarı əsasında mümkün ola bilərdi. Lakin cinayət işinin materiallarında belə bir məhkəmə qərarının olduğuna rast gəlinmir. Belə bir halda nə ibtidai istintaq orqanı, nə də məhkəmə həmin audiodiskləri sübut kimi qəbul edə bilməzdi. Cinayət işinin materiallarında əlavə hər hansı bir tutarlı sübut olmadığı halda, məhkəmə əsassız olaraq təqsirləndirilən şəxs barəsində ittihamedici hökm çıxarmışdır. Həmçinin cinayət işinin materiallarından görünür kı, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında Minbaşı bələdiyyəsi ərazisində yerləşən 60 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi təqsirləndirilən şəxsin qardaşı X5 məxsus olmuşdur və qardaşının razılığı ilə həmin torpaq sahəsi zərərçəkmiş şəxsin istifadəsinə verilmişdir. Cinayət işinin materiallarında Məhkum CM-in 178.2.3, 311.3.2, 311.3.3, 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübut edən heç bir dəlil yoxdur. Həm istintaq orqanı, həm də məhkəmə X15 tərəfindən vətəndaşa torpaq sahəsi ayrılarkən “Bələdiyyə torpaqlarının darə edilməsi haqqında” AR Qanununun və “Bələdiyyələrin statusu haqqında” AR Qanununun tələblərini pozmaqla qərar qəbul edildiyini göstərmişdir. Təbii ki, hər bir insan və vəzifəli şəxs kimi X15 da bütün qanunvericiliyi oilməyə bilər. Qocayev Urfulla həmin qanunvericilik normalarını yaxşı bilmədiyi üçün bələdiyyə torpalarının ayrılmasının yalnız bələdiyyə qərarı əsasında mümkün olduğunu düşünərək belə hərəkət etmişdir. Lakin cinayət işinin materiallarından da görünür ki, onun apardığı bu sənədləşmə işi heç kimin hüquqlarını pozmamışdır. Yalnız əksinə, sənədləşmə işinin daha çevik və tez yekunlaşmasına şərait yaratmışdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən də onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, yaşlı, təhsilli, ictimaiyyət arasında müsbət xarakterizə olunması, istintaqda səmimi və düzgün ifadələr verməsi yüngülləşdirici hal kimi nəzərə alınmamış və əsassız olaraq onun barəsində ağır cəza tətbiq edilmişdir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən həm təqsirləndirilən şəxs tərəfindən törədilən əməlin tövsifində, həm də ona cəzadan təyin olunması qanun pozuntularına yol verilmişdir. Müdafiəçi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında dəyişiklik edərək X10 CM-in 178.2.3, 311.3.2, 32.4, 312.1-ci maddələri ilə bəraət verilməsi və ya həmin maddələrin ittihamdan xaric olunması və CM-in 313-cü maddəsi ilə şərti məhkumetmə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyas iya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edi r. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şə kildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüng ülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əmə linin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair mə hkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.2.3, 311.3.2, 311.3.3, 32.4, 312.1 və 313-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum Cinayət Məcəlləsinin 178.2.3, 311.3.2, 311.3.3, 32.4,312.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində verdiyi qismən etirafedici ifadəsi, birinci instansiy a məhkəməsində şahidlərin ifadələri, üzləşdirmə protokolları, baxış keçirilməsi və götürmə aparılması haqqında protokol, Məhkum, Şahid1 və Şahid4 arasında olan səs yazılarına dair CD disklərə baxış keçirilməsi haqqında protokol, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: CM-in 178.2.3-cü maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hü quqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əml akın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyə n edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik e dən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülk iyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Sözügedən qərarın 23-cü bəndində qeyd edilir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxs lərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Şəxsin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətməsini təşkil etmiş, yaxud onu bu əməli törətməyə təhrik etmiş və ya ona kömək göstərmiş digər şəxslərin əməlləri müvafiq olaraq CM-nin 32.3, 32.4 və 32.5-ci madələrinə istinad edilməklə CM-nin 178.2.3-cü maddəsi ilə tövsif edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 iyun 2021-ci il tarixli «Baxış keçirilməsi və axtarış aparılması haqqında» protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli müvafiq qərarı əsasında 03 iyun 2021-ci il tarixdə Sabirabad rayonu, Minbaşı bələdiyyəsinin sədri Məhkum üzərinə, istifadəsində olan avtomobilinə və yaşadığı evinə baxış keçirilmiş, Məhkum üzərinə baxış keçirilərkən sonuncunun şalvarının sağ cibindən 100 AZN əskinasında 13 ədəd olmaqla ümumi məbləği 1300 manat, sol cibindən 4 ədəd 200 AZN əskinasında, 12 ədəd 100 AZN əskinasında, 1 ədəd 10 AZN əskinasında və 1 ədəd 5 AZN əskinasında olmaqla ümumi məbləği 2015 manat, köynəyinin sol döş cibindən 5 ədəd 200 AZN əskinasında və 10 ədəd 100 AZN əskinasında olmaqla ümumi məbləğ i 2000 manat pul vəsaiti olmuş, xüsusi işıqlandırma vasitəsilə Məhkum köynəyinin sol döş cibində aşkar edilmiş 2000 manat pul vəsatinə baxış keçirilərkən 03 ədədC55517312, C52882241, C94720939 nömrəli 100 AZN və 03 ədəd A07384519, A06885876, A15184375 nömrəli 200 AZN əskinaslarda “Rüşvət 2021” sözlərinin yazılması müəyyən edilmişdir. Məhkum idarə etdiyi “Mersedes” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən oradan 3 nüsxədə 3 vərəqdən ibarət “bələdiyyə torpaqlarının subicarəyə verilməsinə dair” X9 ilə Şahid1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01 nömrəli müqavilə, 03 nüsxədə 02 vərəqdən ibarət Minbaşı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 11 nömrəli iclas protokolunun əslinə bərabər surəti və 1 ədəd üzərində əlyazma ilə “yol-1500”, “polis-500”, “E kologiya 1000” sözləri yazılan vərəq aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sabirabad rayonu, Minbaşı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolunun əslinə bərabər surətindən görünür ki, qeyd edilən iclasda bələdiyyə üzvləri Məhkum, Şahid7, Şahid3, Şahid5 Sətdar qızı, X17 və Şahid6 iştirakı göstərilmiş, iclasda “gündəlik məsələ” kimi Minbaşı bələdiyyəsinin ehtiyat fond torpaqlarından 0,03 ha və ya 300 kv.m. torpaq sahəsinin sahibkarlıq məqsədi ilə Qarağac kənd sakini X1, 0,12 ha və ya 1200 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə Azadakənd kənd sakini Şahid1, 0,12 ha və ya 1200 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə Şirvan şəhər sakini X7, 0,12 h a və ya 1200 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qarağac kənd sakini X11 xüsusi mülkiyyətinə satılması barədə sənədlərin hazırlanması və 21 may 2021-ci il tarixli 02 saylı iqtisadi inkişaf daimi komissiyasının qərarının təsdiqi ilə bağlı qərarlar qəbul edilmişdir. Protokola qeyd edilən gündəlik məsələlər barədə bələdiyyə üzvləri L.Babalıyeva, Şahid7a, Şahid3 adından çıxışlar qeyd edilmiş, protokolun sonunda Məhkum imzası və “Azərbaycan Respublikası Sabirabad rayonu Minbaşı Bələdiyyəsi”nin möhürü vardır. İş materiallarında olan Sabirabad rayonu, Minbaşı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 11 nömrəli iclas protokolunun əslinə bərabər surətindən görünür ki, qeyd edilən iclasda bələdiyyə üzvləri Məhkum, Şahid7, Şahid6, Şahid5, Şahid3, və Babalıyeva L.A.- nın iştirakı göstərilmiş, iclasda “gündəlik məsələ” kimi torpaq icarəçisi Sabirabad rayonu Qaraağac kənd sakini X3 icarəsində olan 60 ha torpaq sahəsini 29 il müddətinə Sabirabad rayonu Azadakənd kənd sakini Şahid1 subicarəyə verməsi ilə bağlı xx.xx.2021-ci il tarixli müraciətinə baxılması olmuş, Protokola qeyd edilən gündəlik məsələ barədə bələdiyyə üzvləri Şahid6 və Şahid7 adından çıxışlar qeyd edilmişdir. Protokolun sonunda 6 nəfər lehinə olmaqla Sabirabad rayonu Qaraağac kənd sakini X3 xx.xx.2021-ci il tarixli ərizəsinin nəzərə alınması və X9 ilə Şahid1 arasında 60 ha torpaq sahəsinin 29 il müddətinə subicarəyə kənd təsərrüfatı istehsalı məqsədilə müqavilə bağlanmasına razılıq verilməsi qərara alınmış, Sabirabad rayonu, Minbaşı bələdiyyəsinin sədri Məhkum tərəfindən imzalanmış və “Azər baycan Respublikası Sabirabad rayonu Minbaşı Bələdiyyəsi”nin möhürü vurulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Bələdiyyə torpaqlarının subicarəyə verilməsinə dair” xx.xx.2021-ci il tarixli 01 nömrəli müqavilədən görünür ki, Sabirabad rayonu, Qaraağac bələdiyyəsinin 04 iyul 2000-ci il tarixli 07 saylı iclasının qərarı əsasında fəaliyyət göstərən, icarəçi X9 bir tərəfdən, gələcəkdə subicarəçi adlandırılacaq Sabirabad rayonu, Azadakənd kənd sakini Şahid1, digər tərəfdən Sabirabad rayonu Minbaşı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 11 saylı iclasının qərarı əsasında “bələdiyyə torpaqlarının subicarəyə verilməsinə dair” müqavilə bağlanmış, müqaviləyə əsasən subicarəçi torpaq sahəsindən istifadəyə görə bələdiyyəyə 50 manat və icarəçiyə 100 m anat illik subicarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilədən görünür ki, müqavilə xx.xx.2021-ci il tarixdən xx.xx.2050-ci il tarixədək bağlanır. Müqavilənin sonunda icarəçi-X3, subicarəçi-Şahid1 imzaları, müqaviləni təsdiq edən Sabirabad rayon Minbaşı bələdiyyəsinin sədri Məhkum imzası və “Azərbaycan Respublikası Sabirabad rayonu Minbaşı Bələdiyyəsi”nin möhürü vardır. 22 iyul 2021-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrə Məhkum adına qeydə alınmışdır. ***-***-**-** saylı mobil nömrə heç kəsin adına qeydə alınmışdır. 18 may 2021-ci il tarixdən 03 iyun 2021-ci il tarixə kimi Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasın da 55 danışıq qeydə alınmışdır. Məhkum qeyd edilən nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında isə xx.xx.2021-ci ildə bir dəfə, xx.xx.2021-ci ildə iki dəfə, xx.xx.2021-ci ildə bir dəfə, xx.xx.2021-ci ildə bir dəfə olmaqla cəmi 5 danışıq qeydə alınmışdır.22 iyul 2021-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrə Şahid1 adına qeydə alınmışdır. Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2021-ci ildə bir dəfə, xx.xx.2021-ci ildə iki dəfə, xx.xx.2021-ci ildə bir dəfə, xx.xx.2021-ci ildə bir dəfə olmaqla cəmi 5 danışıq olmuşdur. 23 avqust 2021-ci il tarixli qərarla Şahid1 könüllü olaraq təqdim etdiyi Məhkum ilə arasında olan danışıqların əks olunduğu 1 ədəd “CD” daşıyıcısı, əməliyyat çəkilişi zamanı Şahid1 Yadulla oğlunun Məhkum xx.xx.2021-ci ildə 5.000, xx.xx.2021-ci ildə 3.000 və 2.000, xx.xx.2021-ci ildə isə 2.000 manat pul verməsi ilə bağlı aparılmış videoçəkilişi özündə əks etdirən 2 ədəd “CD” daşıyıcı, 3 nüsxədə 3 vərəqdən ibarət “bələdiyyə torpaqlarının subicarəyə verilməsinə dair” xx.xx.2021-ci il tarixli, 01 nömrəli müqavilə, 05 vərəqdən ibarət Minbaşı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 09 nömrəli iclas protokolunun əslinə bərabər surəti, 03 nüsxədə 02 vərəqdən ibarət Minbaşı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 11 nömrəli iclas protokolunun əslinə bərabər surəti və 1 ədəd üzərində əlyazma ilə “yol-1500”, “polis-500”, “Ekologiya 1000” sözləri yazılan v ərəq maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. 07 iyul 2021-ci il tarixli qərarla 03 iyun 2021-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Məhkum şalvarının sağ cibindən götürülmüş 13 ədəd 100 manatlıq və sol cibindən götürülmüş 4 ədəd 200 manatlıq, 12 ədəd 100 manatlıq, 1 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq, ümumilikdə 3315 (üç min üç yüz on beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüşdür. Cinayət Məcəlləsinin 311.2.3, 311.3.3-cü maddələrii vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə təkrar və külli miqdarda rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutur. Cinayət Qanununun mənasına görə rü şvət alma dedikdə, vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi üçüncü şəxsin xeyrinə göstərdiyi “xidmət” müqabilində ona verilən pulu, qiymətli kağızı, əmlakı və ya əmlak mənfəətini istəməsi, alması və ya maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsi başa düşülür. Rüşvət vəzifəli şəxsin səlahiyyətlərinə daxil olan, yaxud xidmət üzrə ümumi himayədarlıq və laqeydliyə görə verilir. Vəzifəli şəxsin səlahiyyətlərinin icrası ilə əlaqədar hər hansı hərəkəti (hərəkətsizlik) dedikdə, qanunla və ya əmək müqaviləsinə əsasən vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilmiş hərəkət və ya hərəkətsizlik başa düşülür. Beləliklə, rüşvət almaya CM-in 311-ci maddəsində verilən anlayışdan görünür ki, o, aşağıdakı əlamətlərlə xarakterizə o lunur: -xidməti vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətlərinə aid hesab edilən hərəkətlərin (hərəkətsizliyin) yerinə yetirilməsinə görə rüşvət alma; -xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq və laqeydliyə görə rüşvət alma; Ümumiyyətlə vəzifəli şəxsin rüşvət verənin mənafeyi üçün hərəkət etdiyi hərəkət (hərəkətsizlik) həm qanuni, həm də qanunsuz ola bilər. Qanunsuz hərəkət dedikdə, vəzifəli şəxsin öz qulluq səlahiyyətlərinə aid olmayan və ya xeyrinə iş görülən şəxs barəsində edilə bilməyən, yaxud qanunvericiliyə zidd olan fəaliyyəti nəzərdə tutulur (CM-in 311.2-ci mad.). Rüşvət vermə isə obyektiv cəhətdən bu cinayət xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə, onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunmasında, vəd edilməsində və ya verilməsində ifadə olunur (CM-in 312-ci mad). Cinayət işi üzrə müəyyən edilər hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona torpaq sahəsinin satılmasında köməklik göstərilməsi ilə əlaqədar 2021 ci ilin may ayının əvvəllərində özünə müraciət etmiş Şahid1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə- bilə qanunsuz hərəkətə görə külli miqdar təşkil edən 50.000 manat məbləğində maddi nemət olan pul vəsaitini özü üçün birbaşa yolla r üşvət qismində istəməsi, pul vəsaitindən ilkin olaraq maddi nemət olan 5.000 manat pulu özü üçün birbaşa yolla rüşvət qismində alıb, rüşvət qismində aldığı pul müqabilində verdiyi vədi yerinə yetirmək üçün vəzifəli şəxs kimi vəzifə saxtakarlığı etməsi, vəzifəli şəxslərə çatdırmaq adı ilə Şahid1 zamanı 3.000 (üç min) manat məbləğində pul vəsaitini alaraq qulluq mövqeyindən istifadə edərək dələduzluq etməsi, 50.000 manat puldan qalan 2.000 manat məbləğində maddi nemət olan pul vəsaitini Şahid1 almaqla, ümumilikdə qeyd edilən qaydada cəmi külli miqdar təşkil edən 7.000 (yeddi min) manat məbləğində maddi nemət olan pul vəsaitini sonuncudan özü üçün birbaşa yolla vahid niyyətlə rüşvət qismində alması, həmçinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 60 ha torpaq sahəsinin icarə müqaviləsi əsasında istifadəsinə verilməsinə görə torpağın hər hektarına görə 2.000 manat olmaqla külli miqdarda maddi nemət olan pul vəsaitini Şahid1 Sabirabad rayonu Qarağac kəndi ərazisində görüşləri zamanı özü üçün birbaşa yolla təkrarən rüşvət qismində istəyib, həmin niyyətlə 2.000 manat pulu Şahid1 özü üçün birbaşa yolla təkrarən rüşvət qismində alması, rəsmi sənədlərin məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsi şz təsdiqini tapışdir və bu barədə aşağı məhkəmələrin gəldiyi nəticə əsaslıdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.2.3, 311.3.2, 311.3.3, 32.4, 312.1 və 313-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillər in baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpo zmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstəril ən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməllərinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməllərinə görə təqsirli bilmiş, müdafiəçinin kassasiya şikayətinin iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə dəlilləri əsassızdır. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı ir əli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı CM-in 178.2.3, 311.3.2, 311.3.3, 32.4, 312.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xa rakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəri cisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ai ləsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayəti n xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbi q edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum münasibətdə cəza tə yini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, həmçinin cəzasını yüngülləşdirilən halların olmadığını, cəzanı ağırlaşdıran halı (CM-in 313-cü maddəsinə münasibətdə təqsirləndirilən şəxs Məhkum tərəfindən cinayət əməlinin təkrarən törədilməsini) nəzərə alaraq onun Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma azadlıqdan məhrumetmə cəzası təyin edərkən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanı n onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcud deyil və onun cəza çəkmədən islah olunmasının mümkünlüyü halları müəyyən edilməmişdir. Məhkum təyin olunmuş cəzanın şərti tətbiq olunması onun islah olunması məqsədinə cavab vermir və onun cəzanı real çəkməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət et məli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırma sı hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 311.3.2, 311.3.3, 32.4, 312.1 və 313-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar