Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1483/2023 20.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının və Zərərçəkmiş şəxs müdafiəçisi Müdafiəçi4 Elçin oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1( 103)-115/2023 saylı, 02 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. X1 08 avqust 1984-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 52 inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamışdır.
2. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X9 özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona məxsus olmayan və üzərində heç bir mülkiyyət hüququ daşımadığı ünvan 2 ünv anında yerləşən mərhum bibisi X6 yaşadığı fərdi yaşayış evini sonuncunun və həmin evdə yaşayan Şahid5 məlumatı və razılığı olmadan, Zərərçəkmiş şəxs guya bibisinin həmin evi satmaq niyyətində olmasına inandırıb, sərfəli qiymətə ona satacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixdə ünvan 3 ünvanında 500 manat, daha sonra həmin vədlə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, A.İsmayılov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında 2500 manat pul almış daha sonra həmin vədlə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus “Fiat Punto” minik markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini 8000 manat qiymətləndirilməsinə aralarında razılaşaraq, ünvan 4 ünvanda yerləşən «ASAN» xidmət mərkəzində sonuncunun arvadı X2 adından öz adına baş etibarnamə alaraq, avtomobili sonuncunun oğlu Şahid3 Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, A.İsmayılov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında təhvil almış, daha sonra həmin vədlə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs ona tanışı Şahid1 vasitəsi ilə göndərdiyi 1500 manat pulu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə ifadə olunan cinayət əməlini başa çatdırıb, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxsə ümumilikdə 12500 (on iki min beş yüz) manat məbləğində yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim F.A.Axundov) 15 sentyabr 2022-ci il tarixli, 1(011)-193/2022 saylı hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir.
4. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protestinə və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən A.F.İbrahimov, hakimlər M.Ə.Abbasov və R.A.Qaraqurbanlıdan ibarət tərkibdə) 02 mart 2023-cü il tarixli, 1(103)-115/2023 saylı qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəmə sinin 1(011)-193/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Emil Mirzəyev tərəfindən kassasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri
7. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, iş üzrə hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz olmuşdur. İş üzrə təqsirləndirilən şəxs Ramin Qənbərov və Şahid5 ifadələri ilə R.İ.Qənbərovun cinayət əməli tam sübuta yetirilir. Belə ki, Ramin Qənbərovun, eləcə də iş materiallarından görünür ki, sonuncu evi alıcı Zərərçəkmiş şəxs göstərərkən, onunla danışarkən, pulu alarkən heç bir vaxt nə Şahid5, nə də bibisi Gülxar Quliyevanı görüşə çağırmamış, tərəfləri tanış etməyə belə cəhd göstərməmişdir. Bundan başqa, Ramin Qənbərovun ifadəsindən görünür ki, alqı-satqı həyata keçirildikdən sonra alıcı Zərərçəkmiş şəxs evi Şahid5 və bibisi Gülxar Quliyevadan təhvil almalı imiş, halbuki yuxarıda qeyd olunduğu kimi, tərəfləri tanış etməmiş, Şahid5lə bu barədə danışmamış, evin təhvil-təsliminin hansı formada həyata keçirilməsi barədə proseduru müəyyən etməmişdir. Əksinə, Zərərçəkmiş şəxs pulun qalan hissəsini verib evi təhvil almaq istədikdə Ramin Qənbərov bundan yayınmış, telefon zənglərinə cavab vermədən və pulun qalan hissəsini almadan Şahid5 də götürüb İİR-ya yola düşmüşdür. Bundan əlavə, R.Qənbərovla Zərərçəkmiş şəxs a rasında olan razılaşmaya əsasən ev 14.000 manata qiymətləndirilmişdir. İş materiallarından göründüyü kimi, Ramin Qənbərov 500 manat beh, daha sonra isə 2500 manat ödəniş kimi qəbul etdikdən sonra Zərərçəkmiş şəxs özünün “Fiat Punto” markalı avtomobilini satmaq istədiyini bildikdə həmin avtomobilin qiymətinin 8000 manat olması barədə razılaşaraq həmin avtomobili etibarnamə əsasında təhvil almış və həmin gün 7.300 manata onu tanışı Şahid1 satmışdır. Həmçinin, Ramin Qənbərov evi Şahid5 xahişi ilə satdığını göstərərkən, satışdan sonra Şahid5 və bibisinin harada yaşamaları barədə bir məlumat verməmişdir. Bu hal da onun cinayətkar niyyətini bir daha təsdiq edir.
8. Dövlət ittihamçısı kassasiya protestində məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixl i qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin olunmasını xahiş etmişdir.
9. Zərərçəkmiş şəxs kassasiya şikayətində iddia irəli sürmüşdür ki, iş üzrə hökm və apellyasiya məhkəməsinin qərarı ədalətsiz və əsassız olmuşdur. Belə ki, Gülxar Quliyeva evin sahibi olduğu halda, evinə dair R.Qənbərova heç bir formada etibarnamə verməmişdir. Hətta iş materialı ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs evi ondan icazəsiz satmış və G.Quliyeva bunu bildikdən sonra öz etirazını bildirmişdir. Apellyasiya məhkəməsi kollegiyası guya G.Quliyevanın evinin satılmasına razılıq verməsini onun əri Şahid5 ilkin izahatı ilə əlaqələndirməyə çalışsa da, lakin bir faktı nəzərdən qaçırmışdır ki, Ramin Qənbərova bu barədə heç bir etibarnamə və ya razılıq ərizəsi veri lməmişdir.
10. Kassasiya şikayətinin müəllifi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-115/2023 saylı, 02 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, X4 CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüksək həddə cəza verilməsini xahiş etmişdir. III.Hüquqi məsələlər
11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sü butlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya in stansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində və zərərçəkmiş şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə X7 əsassız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qa ydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)115/2023 nömrəli, 02 mart 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübh əli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
18. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu i lə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
21. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
22. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsi n xeyrinə təfsir edilir.
23. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.
24. Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayət prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatın ın prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, bəraət almış şəxs X9 CMnin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, ittihamın əsasını ehtimallar təşkil etmişdir. Belə sübutlar cinayət işinin materiallarında da olmadığından, məhkəmə haqlı olaraq həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında təhlil etdiyi halları, eləcə də bəraət almış şəxs X4 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcud olduğunu nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – təqsirliliyi sübuta yetirilməməsi və X7 CinayətProsessual Məcəllənin 42.1.4-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.
27. Kassasiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etm ə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlak a olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.
28. Dələduzluq cinayətinin dizpozisiyasında qeyd olunur ki, dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibard an sui-istifadə yolu ilə dələduzluq. Burada aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması (aktiv aldatma), həm də həqiqət haqqında susma (passiv aldatma) başa düşülür. Həqiqətin təhrif edilməsi dedikdə, təqsirkarın müəyyən faktların movcud olması və ya olmaması barədə yalan məlumat verməklə zərərçəkmişi aldadaraq ondan əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə, təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Bu baxımdan əgər məlumatların saxtalaşdırılmasının və ya xəbər verilməsi zəruri olan məlumatların gizlədilməsinin təqsirkar tərəfindən qabaqcadan düşünülərək edilməsi m üəyyən olumazsa, onda dələduzluq cinayəti olmayacaqdır.
29. İşin faktiki hallarından görünür ki, X4 əməlində cinayət tərkibi olmamışdır. Odur ki, onun qeyd edilən hərəkətlə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi yolverilməzdir.
30. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
31. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının verdiyi kassasiya protesti və zərərçəkmiş şəxs X3 verdiyi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2023-cü il tarixli, 1(103)-115/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X9 barəsində olan 02 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.