Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1483/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X14 qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234. 4.3 və 306.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 20223-cü il tarixli, 1(104)-461/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx.xx.1982-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 47, mənzil 15-də qeydiyyatda olmaqla, Bərdə şəhəri, Səttarxan küçəsində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyy ən edilmiş işin faktiki hallarına görə, Məhkum qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və saxlama cinayət əməllərini törətmişdir. Belə ki,o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(051)-557/2010 nömrəli qətnaməsinə əsasən ondan xx.xx.2010-cu il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 40,00 manat sabit pul məbləğində alimentin, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(051)-557/2010 nömrəli qətnaməsi üzrə alimentin miqdarı artırılaraq ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü Səbutər Əhmədovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021)-4105/2017 nömrəli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(021)-615/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə ba xmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 8320,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir.
3. Bundan başqa, o, satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsihaqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqd arına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İ siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 25,661 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 02 ədəd iç-içə sellofan bükümün içərisində qanunsuz əldə edərək üzərində saxlamış, 22 oktyabr 2022-ci il tarixdə saat təxminən 01:30 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Səttarxan küçəsində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş, Bərdə RPŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən 02 (iki) ədəd iç-içə sellofan bükümdə təmiz çəkisi 25,661 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.
4. Gəncə Ağır Cinayətlər Məhkəməsin in (hakimlər: X4 (sədrlik edən), X8 və X1 ibarət məhkəmə tərkibində) 22 iyun 2023-cü il tarixli, 1(100)-226/2023 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.3 və 306.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə, CM-in 306.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəlinin şübhəli şəxs q ismində tutulduğu 22 oktyabr 2022-ci il tarixdən hesablanması, narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və onun yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
5. Hökmdən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət məhkəmə tərkibində) 06 oktyabr 20223-cü il tarixli, 1(104)-461/2023 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(100)-226/2023 nömrəli hökmünün təqsirləndirilən şəxs tərəfindən verilmiş apellya siya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
8. Məhkum kassasiya şikayətinin dəlilləri qismində qeyd etmişdir ki, o narkotik vasitə aludəçisi deyildir. Ona verilmiş ittihamla, nə birinci instansiya məhkəməsinin, nə də apellyasiya instansiya məhkəməsinin nəticəsi ilə razı deyil, qeyd etdiklərinə əsasən məhkəmədən işinə yenidən baxılmasını və ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassa siya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun şəkildə çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X14 qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliy i, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassas iya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
18. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 06 oktyabr 20223-cü il tarixli, 1(104)-461/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə, yəni qanunsuz olaraq 25,661 qram heroin narkotik vasitəsini məhz satış məqsədi ilə əldə edib üzərində daşıması və saxlaması barədə nəticəyə gəlmələrinə həlledici şəkildə həmin narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi və onun 1 bükümə qablaşdırılması səbəb olmuşdur.
20. Lakin, məhkəmələr Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması haqqında nəticəyə gələrkən Azərba ycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarında (hazırkı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2024-cü il 14 iyun tarixli 8 nömrəli qərarı) ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərlərindən qaçırmışlar.
21. Plenumun həmin qərarında (9-cu bəndinin 2-ci abzasında) isə məhkəmələrə izah olunmuşdur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”.
22. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur.
23. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi və yaxud onun bir neçə bükümdə olması narkotikin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzəri ndən qaldıran hallar kimi şərh edilə bilməz.
24. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Məhkum götürülmüş 25,661 qram heroinin külli miqdar və 1 bükümdə olduğu müəyyən edilsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, onda narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir.
25. Belə ki, hətta cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihama görə Məhkum heroini əldə edərkən artıq həmin narkotik vasitə 1 bükümdə olmuşdur.
26. Məhkəmələrin Məhkum satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması haqqında yekun qənaətləri onların istinad etdikl əri sübutlarla da uzlaşmır.
27. Belə ki, Məhkum istər məhkəmə istintaqı zamanı, istərəsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində heç vaxt satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddə əldə etmədiyini, saxlamadığını və daşımadığını bildirmişdir. Hətta cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2023-ci il tarixli, 27 nömrəli rəyinin təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Məhkum aşkar edilən narkotik vasitədən xəbəri olmadığını bildirmişdir. 28. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 oktyabr 2022-ci il tarixli protokola əsasən Məhkum aşkar edilib-götürülmüş narkotik vasitə (heroin) 1 bükümdə olsa da, Məhkum həmin vəziyyətdə narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini bildirmişdir.
29. İş üzrə şahid qi smində dindirilmiş polis əməkdaşlarından heç biri (Şahid1, Şahid2 və Şahid3) Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar əməliyyat-axtarış tədbirinin gedişində baş verənlərə dair məlumatlar verməklə müstəsna olaraq Məhkum üzərindən heroinin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər.
30. Məhkum ilə bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi barədə polis əməkdaşının xidməti raportunda və yuxarıda adları qeyd olunan polis əməkdaşlarının ifadələrində Məhkum narkotik vasitələrin satışı ilə də məşğul olması qeyd edilsə də, ibtidai istintaq zamanı müstəntiq tərəfindən müvafiq məlumatların əldə edilməsi barədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıq verilmiş, lakin Bərdə RPŞ-nin rəisinin 19 dekabr 2022-ci il tarixli ********* nömrəli məktubundan da göründüyü kimi Məhkum gerçəkdən də narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edə biləcək məlumatlar əldə edilməmişdir.
31. Kollegiya eyni zamanda qeyd edir ki, Məhkum üzərindən aşkar edilərək götürüldüyü istinad edilən narkotik vasitə heroinin miqdarı ona elan edilmiş ittihamda təmiz çəkisi 25,661 qram göstərilsə də, bu çəki cinayət işi materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 oktyabr 2022-ci il tarixli protokolda 30,56 qram, həmin tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsində “tədqiqata təqdim olunmuş... təmiz çəkisi 27,331 qram” və həmçinin xx.xx.2023- cü il tarixli “Sübutların qiymətləndirilməsi” Qərarının qərara aldı hissəsinin 5-ci bəndində təmiz çəkisi 25,661 qram olmaqla, tədqiqatdan sonrakı qalığı 25,561 qram olaraq qeyd edilmişdir.
32. Göründüyü kimi Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin çəkisində belə ibtidai istintaq orqanı tərəfindən konkret müəyyənləşdirilmiş mövqey sərgilənməmişdir.
33. Bununla yanaşı, məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2023-ci il tarixli, 27 nömrəli rəyinə görə Məhkum narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.
34. Göründüyü kimi, Məhkum satış məqsədinin olmas ına dair məhkəmələrin qənaətləri onda aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi və 1 bükümdə olması kimi xüsusatlardan irəli gələn ehtimal, subyektiv xarakterli mülahizədir.
35. Təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri isə ehtimal üzərində qurmaq olmaz (CPM, maddə 351.2).
36. Təsvir olunanlardan görünür ki, məhkəmələr Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməklə mübahisələndirilən məhkəmə qərarlarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər.
37. Odur ki, (Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması, daşıması müəyyən edilmədiyindən) onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmaması, habelə Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində - 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Məhkum CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək təyin edilmiş cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən tamamilə toplamaq yolu ilə üzərində qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır.
38. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməli, onun barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 20223-cü il tarixli, 1(104)-461/2023 nömrəli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir.
39. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktya br 20223-cü il tarixli, 1(104)-461/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CMin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək təyin edilmiş cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən tamamilə toplamaq yolu ilə üzərində qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 20223-cü il tarixli, 1(104)-461/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilsin.