Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1484/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs, Məhkum və Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Zeynal Ağayev, hakimlər Azad Məcidov və Səbuhi Hüseynovdan ibarət tərkibdə) 1(101)-1338/2022 nömrəli 06 oktyabr 2022-ci il tarixli hökmü ilə, xx xxxxxx 1982-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 3 (üç) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 2 (iki) ay 20 (iyirmi) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla müəyyən olunmuş 1 (bir) il 1 (bir) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 01 aprel 2022-ci il tarixdən hesablanmış; xx xxxxxx 1992-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 01 aprel 2022ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Azərbayca n Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyri-rəsmi nikah münasibətində olduğu Məhkum, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Mehdi» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxs iyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Mehdi» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Mehdi» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 9270 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Məhkum məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələ ri istintaqa məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələrin qoyulduğu ünvandan «Mehdi» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən külli miqdarda 9270 qram çəkidə narkotik vasitə heroini ümumi razılıq əsasında Təqsirləndirilən şəxs bir ədəd qara rəngli sellofan torbada əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdə saat 05:15də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 25-ci kilometrliyində əlində olan bir ədəd qara rəngli sellofan torba ilə piyada hərəkət edən zaman saxlanılaraq sol əlində olan bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilmiş, baxış zamanı həmin torbanın içərisində olan bir ədəd şəffaf rəngli sellofan torbadakı sarı rəngli yapışqan lentlə bağlanmış böyük bir bağlamanın içərisində olan üzəri sarı rəngli yapışqan lentlərlə bağlanmış 05 ədəd bükümdə Məhkum ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etdiyi külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1139 qram, 1938,9 qram, 1838 qram, 2392,8 qram və 1961,3 qram olmaqla ümumi çəkisi 9270 qram olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vas itə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Məhkum satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyri-rəsmi nikah münasibətində olduğu Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaq la araşdırılan İran İslam Respublikasının vətəndaşı «Mehdi» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Mehdi» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu İlə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Mehdi» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar v ə ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 9270 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə ona və Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələrin qoyulduğu ünvandan «Mehdi» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən külli miqdarda 9270 qram çəkidə narkotik vasitə heroini ümumi razılıq əsasında Təqsirləndirilən şəxs bir ədəd qara rəngli sellofan torbada əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında A zərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdə saat 05:15də Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan yolunun 25-ci kilometrliyində əlində olan bir ədəd qara rəngli sellofan torba ilə piyada hərəkət edən zaman saxlanılaraq sol əlində olan bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilmiş, baxış zamanı həmin torbanın içərisində olan bir ədəd şəffaf rəngli sellofan torbadakı sarı rəngli yapışqan lentlə bağlanmış böyük bir bağlamanın içərisində olan üzəri sarı rəngli yapışqan lentlərlə bağlanmış 05 ədəd bükümdə Təqsirləndirilən şəxs ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etdiy i külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1139 qram, 1938,9 qram, 1838 qram, 2392,8 qram və 1961,3 qram olmaqla ümumi çəkisi 9270 qram olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Cavid Hüseyn) 1(103)-2169/2022 nömrəli 22 dekabr 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilməsini, ona təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2022ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarının Məhkum münasibətdə ləğv edilməsi və əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən barəsində bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı irəli sürülən ittiham ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı prosessual pozuntularla müşahidə edilmişdir. Lakin, barəsində cəza təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində təyin edilə bilərdi, əlavə olaraq bildirir ki, əməlindən səmimi peşmandır və ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi ona cəza təyin edərkən onun ilk məhkumluğunu, qadın olmasını, himayəsində azyaşlı övladının olmasını nəzərə almamış, ona həddindən artıq cəza təyin etmişdir. O, nə ibtidai istintaqın, nə də İ və İİ instansiya məhkəmələrinin qərarları ilə razı deyil və hesab edir ki, o qərarlar ədalətsiz və qeyri-obyektivdir. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırır ki, Bakı Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməsinə əsas olmuş iş üzrə digər Təqsirləndirilən şəxs içərisində 9 kiloqram narkotik vasitənin olduğu qara sellofan torba ilə saxlanılması iş üzrə mövcud olan sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxs Məhkum elan olunmuş ittihamda onun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı Məhkum təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutlar ziddiyyətli olduğundan şəxsin əməli CM-in həmin maddələri ilə deyil, yalnız Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Bundan əlavə, birinci instansiya və apellyasiya instansi yası məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddələri ilə tövsif edilməsi zamanı düzgün hüquqi nəticəyə gəlməmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, İran İslam Respublikası vətəndaşı olan “Mehdi” adlı şəxsin kimliyi müəyyən edilmədən, şəxslər arasında razılığın nə vaxt, harada, hansı məqsədlə əldə edildiyi, cinayətin iştirakçıları arasında rol bölgülərinin nədən ibarət olması, həmin narkotik vasitələrin gömrük sərhədindən kim tərəfindən və hansı vasitələr və üsullarla keçirilməsi, qaçaqmalçılıq cinayətinin icraçısının kimliyi müəyyən edilmədən, yalnız ehtimallar əsasında şəxslər arasında qabaqcadan razılığın əldə olunması və qaçaqmalçılıq cinayətinin törədilməsində şəxsin təqsirli bilinməsi absurddur. Məhkum iş üzrə digər Təqsirləndirilən şəxsla faktiki nikah münasibətlərində olduğundan onların narkotik vasitəni götürmək üçün həmin ünvana birlikdə getməkləri onların qabaqcadan əlbir olan bir qrup şəxs hesab olunması üçün əsas ola bilməz. Məhkum və Təqsirləndirilən şəxs artıq Azərbaycan Respublikası ərazisinə keçirilmiş narkotik vasitə əldə etmək üçün həmin ünvana getməsi onların Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsas vermir. Məhkum başqaları tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra həmin şəxslərdən satış məqsədi olmadan narkotik vasitəni əldə etmə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirildiyindən, Məhkum həmin narkotik vasitələrin satışı ilə məşğul olması da istisna olunduğundan onun hərəkətlərində də yalnız CM-in 234.1-c i maddəsinin tərkib əlamətləri yaranmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcu d sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cinayət işi üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı prosessual pozuntulara yol verilmiş və ona həddən artıq ağır cəza təyin edilmişdir. Məhkum kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmələr onun şəxsiyyətini, ilk məhkumluğunu, himayəsində azyaşlı uşağının olmasını nəzərə almadan ona həddən artıq ağır cəza təyin edilmiş, ona görə də məhkəmənin qərar ları ədalətsiz və qeyri-obyektivdir. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır, həmin qərar qanun pozuntusu ilə əldə edilmiş, mümkün olmayan sübutlara əsaslanır. Kassatorun fikrincə Məhkum CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrin nəzərdə tutulmuş əməllərin törətməsi cinayət işində olan sübutlarla təsdiq olunmur, onun əməli CM-in 234.1ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət v ə ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-cü maddəsi ilə tövsif edilməsi üçün narkotik maddələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən keçirilməsində köməklik etmə, CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlanma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutul muş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özünü Mehdi adı ilə təqdim etmiş İran İslam Respublikasının vətəndaşına Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçiriləcək külli miqdarda narkotik vasitələri qəbul e dib, onların lazım olan yerə daşınmasına və satılmasına əvvəlcədən vəd verməklə razılığa gəlmiş və həmin razılığa uyğun olaraq Mehdi adlı şəxs tərəfindən göndərilmiş külli miqdarda - yəni ümumi çəkisi 9270 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışlar. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi məhkumlar Məhkum və Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi ifadələrlə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası məhkumlar Məhkum və Təqsirləndirilən şəxs əməlinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. İş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtin a etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum və Təqsirləndirilən şəxs əməli CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum olunmuş şəxslər Məhkum və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və ya onların əməllərinin CM-in 32.5,206.3. 2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə ilə tövsif edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə məhkumlar Məhkum və Təqsirləndirilən şəxs kassasiya şikayətlərinin digər dəlili məhkəmələr tərəfindən onların şəxsiyyətini və cəzasını yüngülləşdirici halları nəzərə almadan onlara ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edil ən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsir i nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları i slah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum və Təqsirləndirilən şəxs cəza təyin edərkən onların himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Bununla da, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Təqsirləndirilən şəxs CM-in 32.5,206.3.2-ci maddəsi ilə 07 il müddətinə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası, həmçinin Məh kum CM-in 32.5,206.3.2-ci maddəsi ilə 5 il müddətinə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs təqsirli bilindikləri CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 206.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası məhkumların törətdiyi cinayətin xarakterini nəzərə alaraq qeyd edir ki, bu kateqoriya cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi birbaşa qanunsuz olaraq əldə edilmiş narkotik vasitə və ya psixotrop maddənin növü və miqdarı ilə bağ lıdır. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum və Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə olan heroinin miqdarı 9 kiloqram 270 qram olmuşdur. Bu hal Məhkum və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini daha yüksək ictimai təhlükəlilik dərəcəsinə görə digər analoji cinayət əməllərindən fərqləndirir. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə məhkumlar Məhkum və Təqsirləndirilən şəxs təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onların şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə alınmışdır. Belə ki, Məhkum və Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halların olmas ını müəyyən etməsə də, kollegiya qeyd edir ki, məhkumların törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətlərinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum və Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, məsuliyyəti ağ ırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum və Təqsirləndirilən şəxs barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilmə dən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1484/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1484/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver