Məhkəmə qərarları › İş №1(102)-1484/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1484/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1484/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Müdafiəçi iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fev ral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən və məruzəçi), Xaliq Məmmədov və Tural Əfəndizadə) 04 dekabr 2023-cü il tarixli, 1(091)279/2023 nömrəli hökmü ilə xx xxxx 1972-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağdaş rayonunun Pirəzə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 15 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin olunan cəzadan çıxılması və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində və fərdi yaşayış evində saxlayıb daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq kül li miqdarda, yəni ümumi təmiz çəkisi 1326,61 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evində saxlamış, 15 iyul 2023-cü il tarixdə saat 12:02-dən saat 12:36-dək yaşadığı Ağdaş rayonunun Pirəzə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin birinci mərtəbəsində anbar kimi istifadə olunan otaqdakı masanın üzərindən 01 ədəd şəffaf sellofan bağlamada, təmiz çəkisi 58,22 qram, 01 ədəd sarı rəngli sellofan bağlamada təmiz çəkisi 38,92 qram, 01 ədəd şəfaf plastik qabın içərisində təmiz çəkisi 18,67 qram, 01 ədəd göy rəngli sellofan bağlamada təmiz çəkisi 1210,0 qram olmaqla, ümumilikdə təmiz çəkisi 1325,81 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi Məhkum ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 14:14-dən saat 14:35-dək üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,64 qram və 0,16 qram olmaqla, ümumi təmiz çəkisi 0,80 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), İmanverdi Şükürov və Xəqani Səmədov) 06 fevral 2024-cü il tarixli 1(107)-126/2024 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 1(091)-279/2023 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində maddi sübutlara, yəni narkotik vasitə olan 1210 qram qurudulmuş marixuanaya baxış keçirilməmiş, həmin sübutlar məhkəmə i stintaqı zamanı tədqiq edilməmişdir. Hesab edir ki, maddi sübutların tədqiq edilməsi Azərbaycan Respublikası CPM-in 333-cü maddəsinə əsasən məhkəmənin hüququ deyil vəzifəsidir. Lakin məhkəmə bu barədə müdafiə tərəfinin vəsatəti təmin etməmişdir. Apellyasiya şikayətinin predmeti məhz həmin sübuta baxış keçirilməsi və onun məhkəmə iclasında tədqiq edilməsi barədə olmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya tələbini təmin etməmiş, yəni ittiham aktında çəkisi 1210 qram göstərilmiş narkotik vasitə marixuanaya əyani baxışın keçirilməsindən imtina etmişdir. Sellofan torbada olmaqla çəkisi 1210 qram göstərilmiş qurudulmuş marixuananın məhkəmə prossesində tədqiq edilməsinə zərurət ondan yaranmışdır ki, ibtidai istintaq zamanı, həm də narkotik vasitənin çəkisinin ekspertizada müəyyən ed ilərkən prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Ona görə də sellofan torbada olan qurudulmuş marixuananın çəkisinin 1210 qram olması əsaslı şübhə doğurur. Hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi 1210 qram kimi göstərilmiş sellofan torbada olan qurudulmuş marixuananın tədqiqindən əsassız olaraq imtina etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumdan aşkar edilmiş narkotik vasitənin miqdarı istintaq orqanı tərəfindən qanunsuz və əsassız olaraq artırılaraq hazırkı ittiham ona elan edilmiş, nəticədə Məhkum barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilli araşdırmış və onun əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respubl ikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublika sı Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid1 və Şahid2 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə g əlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Kassasiya şikayətində məhkumun əməlinin tövsifi, yalnız onda aşkar edilmiş narkotik maddə olan marixuananın miqdarı ilə əlaqədar mübahisələndirilir. Belə ki, müdafiəçi hesab edir ki, cinayət işi üzrə məhkumun yaşadığı evdə aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananın külli miqdarda olması mötəbər sübutlarla təsdiq olunmur, məhkəmələr həmin halın araşdırılması üçün zəruri tədbir görməmiş, hətta müdafiə tərəfinin maddi sübut olan narkotik vasitəyə baxış keçirilməsi barədə vəsatəti də əsassız olaraq təmin etməmişdir. Ona görə də məhkəmələr tərəfindən məhkumun əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Məhkəmə kollegiyası ka ssasiya şikayətinin bu dəlillərlə əlaqədar qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il № 8 qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün is tifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında CM-in yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Hazırki cinayət işi üzrə məhkumun yaşadığı evdə aşkar edilmiş narkotik vasitənin növünü və miqdarını dəqiq müəyyən edilməsi üçün cinayət işi üzrə məhkəmə-bioloji ekspertizası keçirilmişdir. Ekspert tərəfindən müəyyən edilmişdir ki, mə hkumun yaşadığı evində aşkar edilmiş iri (şikayətdə mübahisələndirən) torbada 1210 qram qurudulmuş marixuana olmuşdur. Narkotik vasitənin çəkisinin ekspertizada müəyyən edərkən prosessual qanunvericiliyinin tələbləri ciddi şəkildə pozulması barədə kassasiya şikayətində qeyd edilsə də, həmin pozuntunun nədə ifadə olunması göstərilməmiş, məhkəmə kollegiyası ekspertizanın aparılmasında hər hansı bir prosessual qanunun pozuntusu müəyyən edilməmişdir. Həmçinin, iş materiallarından göründüyü kimi maddi sübut (narkotik vasitə) ekspertizaya qablaşdırılmış və möhürlənmiş şəkildə təqdim edilmiş, ekspertiza tədqiqatına təqdim edilmiş maddi sübutların qablaşdırması və üstündə olan möhürlər həmin maddi sübutların götürülməsi barədə protokola uyğun gəlir. Ekspert maddi sübutları ekspertiza aparılması qa ydalarına uyğun tərtib edilmiş akt əsasında qəbul etmiş və təhvil vermişdir. Təqdim edilmiş narkotik vasitənin çəkisi ekspert tərəfindən onları təqdim etmiş polis nəfərinin iştirakı ilə elektron tərəzidə çəkmə yolu ilə müəyyən edilmişdir. Beləliklə cinayət işi üzrə ekspert tərəfindən tərtib edilmiş məhkəmə-bioloji ekspertizasının rəyinə şübhə gətirən heç bir hal müəyyən edilməmişdir. Məhkəmələr isə məhkumda aşkar edilmiş narkotik vasitənin miqdarını Ali Məhkəmə Plenumunun yuxarıda göstərilən qərarında verilmiş tövsiyələrə uyğun ekspert rəyinə əsasən müəyyən etmişlər. Bundan başqa, müdafiə tərəfindən mübahisələndirilən torbada olan qurudulmuş marixuananın çəkisi axtarış və götürmə zamanı da ölçülmüş və bu barədə protokolda qeyd edilmişdir. Axtarış zamanı istifadə edilmiş tərəzinin dəqiq işl əməməsi ilə əlaqədar torbada marixuananın çəkisinin ekspert tərəfindən müəyyən edilmiş miqdarından da daha çox - 1290 qram olması göstərilsə də, məhkumun və onun müdafiəçisinin heç bir qeyd və ya şikayəti daxil olmamışdır. Sübutların kifayət edilməsi anlayışını ehtiva edən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göründüyü kimi Məhkum külli miqdarda narkotik vasitəni əldə edib saxlamasını təsdiq edən hallar - narkotik vasitənin növü və miqdarı hazırki iş materialları ilə birmənalı olaraq təsdiq edilir, işin bu halı müəy yən edən ekspert rəyini şübhə altına almaq üçün heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum dəlilləri ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları v ə videogörüntülər, ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkum onun yaşadığı evdə aşkar olunmuş narkotik vasitənin miqdarının daha az, yəni külli miqdarda olmayan həcmdə olması barədə ifadəsi ekspertiza rəyi ilə yanaşı, onun evində aparılmış axtarış və götürmə haqqında protokolla təkzib olunur. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzəri ndən və yaşadığı evdən ümumi təmiz çəkisi 1326,61 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş yuxarıda qeyd olunan sübutlarla təsdiq olunmasına baxmayaraq, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və həmin ittiham üzrə ona bəraət verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar