Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1484/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 0 4 fevral 2025-ci il tarixli 1(103)-538/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ənvər Seyidov (sədrlik edən və məruzəçi), Azad Məcidov və Zeynal Ağayev) 30 iyun 2014-cü il tarixli 1(101)-736/2014 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 mart 2014-cü il tarixdən hesablanmışdır. 11 oktyabr 2024-cü il tarixdə Məhkum ərizə (vəsatət) ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 0 iyun 2014-cü il tarixli 1(101)-736/2014 nömrəli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasını xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Əli Məmmədov) 28 oktyabr 2024-cü il tarixli 1(101)-736/2014 nömrəli qərarı ilə Məhkum həmin məhkəmənin 30 iyun 2014-cü il tarixli 1(101)-736/2014 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əfqan Ələkbərov (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Faiq Qəniyev) 04 fevral 2025-ci il tarixli 1(103)-538/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 1(101)-736/2014 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Məhkum apellyasiya şikayəti təmin edilməmiş dir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2025-ci il tarixli 1(103)-538/2025 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən hüquqları pozulmuş və məhkəməyə müraciət hüququ məhdudlaşdırılmışdır. Hansı ki, təhsil savadsızlığı ucbatından irəli gəlinmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya ins tansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, onun apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə müraciəti ilə əlaqədar qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək ilk öncə onu qeyd edir ki, Məhkum kassasiya şikayətində məhz hansı prosessual və ya digər qanunvericiliyin müddəalarının pozulması nı öz şikayətində bildirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum onun barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2014-cü il tarixli, 1(101)-736/2014 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinin tələblərinə görə həbsdə saxlanılan məhkum tərəfindən it tiham hökmdən apellyasiya şikayəti hökmün sürətinin ona verildiyi andan 20 gün müddətinə verilir. Cinayət işinə əlavə edilmiş qəbzdən görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2014-cü il tarixli, 1(101)-736/2014 nömrəli hökmünün sürətini 07 iyul 2014-cü il tarixdə almışdır. Apellyasiya şikayəti isə məhkum tərəfindən 11 oktyabr 2024-cü il tarixdə verilmişdir. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını onun hüquqi savadsızlığı ilə əlaqələndirmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2014-cü il tarixli hökmünün surəti qəbzə imza etməklə məhkum edilmiş şəxs Məhkum təqdim edilməsi üçün 01 iyul 2014-cü il tarixdə müşayiətedici məktubla Ədliyyə Nazirliyi PX-nin Bakı istintaq təcr idxanasına göndərilmiş və Məhkum hökmün surətini 07 iyul 2014-cü il tarixdə şəxsən almışdır. Hökmün nəticəvi hissəsində hökmdən apellyasiya şikayəti vermək hüququ və qayda izah edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum hüquqlarını Bakı şəhəri 2 saylı Hüquq Məsləhətxanasının vəkili X3 müdafiə etmişdir. Bununla əlaqədar olaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxs Məhkum barəsində olan göstərilən hökmlə razı olmadığı halda cinayət prosessual qanunvericiliyinə əsasən məhkəmə iclası zamanı hüquqlarını dövlət vəsaiti hesabına müdafiə etmiş müdafiəçi A.A.Əliyeva vasitəsi ilə də məhkəməyə apellyasiya şikayətini təqdim edə bilərdi. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətdə göstərdiyi dəlilləri apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirmək olmaz. Ona görə də Məhkum apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan rədd edilməlidir. Apellyasiya məhkəməsi cinayət işinin materiallarına əsaslanaraq, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşıb düzgün nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Məhkumun apellyasiya şikayətini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2014-cü il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 1(103)538/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2014-cü il tarixli 1(101)-736/2014 nömrəli hökmündən apellyasiya şikayət inin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 fevral 2025-ci il tarixli 1(103)-538/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1484/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1484/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver