Məhkəmə qərarları › İş №1(102)-1485/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1485/2021

25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1485/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X24 və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X39 qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X30, məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2021-ci il tarixli, 1(106)-10/2021 nömrəli q ərarından məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxxx 1993-cü il tarixdə Ağcabədi rayonu, Aşağı Avşar kəndində anadan olmuş, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmayan, Ağcabədi rayonu, Aşağı Avşar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Məhkum2 09 dekabr 1992-ci il tarixdə Ağcabədi rayonu, Hacıbədəlli kəndində anadan olmuş, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmayan, Ağcabədi rayonu, Aşağı Avşar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış. 3. 17 dekabr 2019-cu il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 144.2. 3 və 150.1-ci maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 4. 22 yanvar 2020-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və X18 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Nağıyev X14 şəhər sakini X9 ilə evlənmək üçün onu oğurlamaq məqsədilə dayısı oğlu Məhkum2 və bibisinin gəlini X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib razılığa gələrək əvvəlcədən öz aralarında vəzifə bölgüsü aparmaqla 01 sentyabr 2019-cu il tarixdə, saat 17 radələrində o, X8 məxsus “VAZ 2107” markalı, **BP -*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək birlikdə X4 yaşadığı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən 115 nömrəli evin qarşısına getmiş, vəzifə bölgüsünə əsasən bundan sonra Lamiyyə Məhərrəmova avtomobildən düşərək Gülüstan Mirzəyevanın yaşadığı evin həyətinə daxil olub sonuncu ilə görüşmüş və Məhkum1lə evlənməyə razı olub-olmadığını soruşmuş, X27 Nağıyevlə evlənmək istəmədiyini bildirdikdə Lamiyyə Məhərrəmova avtomaşında olan mobil telefondakı fotoşəkili ona göstərəcəyi adı ilə aldadıb onu həyətdən bayıra çıxarmış, Gülüstan Mirzəyeva həyətdən yola çıxarkən Lamiyyə Məhərrəmova onun səs-küy salmasının qarşısını almaq məqsədilə qəfildən ağız nahiyəsindən əli ilə tutaraq saxlamış, bu zaman yolda gözləyən Bəhrəmov X15 Mirzəyevanın əl-qolunu tutub onu zorla yaxınlıqda sa xladıqları avtomobilə tərəf apararkən sağ bazuda bir ədəd, sol bazuda iki ədəd qançır ilə müşayiət edilən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək onu zorla avtomobilin arxa oturacağına əyləşdirmiş, o avtomaşını idarə edərək Gülüstan Mirzəyevanı iradəsinə zidd olaraq daimi yaşadığı yerdən qanunsuz olaraq Ağcabədi rayonu, Avşar kənd sakini X5 evinə aparmaqla oğurlamış, bundan sonra Gülüstan Mirzəyevanı yaxın qohumlarından və hüquqmühafizə orqanlarından gizlətmək məqsədilə saxladığı ünvandan yerini dəyişərək X1 Ağcabədi rayonu, Avşar kəndində yerləşən evinə, daha sonra isə Ağcabədi rayonu “Harami düzündə” yerləşən X25 məxsus fermaya aparmaqla gizlətmiş, fermada yerləşən evdə olarkən Gülüstan Mirzəyevaya könüllü olaraq ona qoşulub qaçması barədə ərizə yazma sını təkidlə tələb etmiş, sonuncu bundan imtina etdiyi üçün ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edəcəyi ilə hədələmiş, sonuncu ərizə yazmadığı üçün onun iradəsini sındırmaq və cinsi ehtirasını təmin etmək məqsədilə ona qarşı fiziki zor tətbiq edərək əl-qolunu tutub üzü üstə çarpayıya uzatmış və cinsiyyət üzvünü arxa keçəcək dəliyinə (anus) yeritməyə çalışarkən sağrı nahiyəsinin yuxarı iç hissəsində incə çapıq toxuma xəsarətləri yetirib ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir.

6. Məhkum2 bibisi oğlu Məhkum1 və əvvəlcədən tanıdığı X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Ağcabədi şəhər sakini X6 bibisi oğlu Məhkum1lə evlənməsi məqsədilə oğurlamaq barədə razılığa gəlib, əvvəlcədən öz aralarında vəzifə bölgüsü apararaq 01 sentyabr 2019-cu il tarixdə saat 17 radələrində birlikdə Məhkum1 idarə etdiyi atası X8 məxsus “VAZ 2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə X4 yaşadığı Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində yerləşən 115 nömrəli evin qarşısına gəlmiş, vəzifə bölgüsünə əsasən Lamiyyə Məhərrəmova avtomobildən düşərək Gülüstan Mirzəyevanın yaşadığı evin həyətinə daxil olub sonuncu ilə görüşmüş və Məhkum1lə evlənməyə razı olub-olmadığını soruşmuş, X27 Nağıyevlə evlənmək istəmədiyini bildirdikdə Lamiyyə Məhərrəmova avtomaşında olan mobil telefondakı fotoşəkili ona göstərəcəyi adı ilə aldadıb onu həyətdən bayıra çıxarmış, Gülüstan Mirzəyeva həyətdən yola çıxarkən Lamiyyə Məhərrəmova onun səs-küy salmasının qarşısını almaq məqsədilə qəfildən ağız nahiyəsindən əli ilə tutaraq saxlamış, bu zaman yolda o, Gülüstan Mirzə yevanın əl-qolunu tutub zorla yaxınlıqda saxladıqları avtomobilə tərəf apararkən sağ bazuda bir ədəd, sol bazuda iki ədəd qançır ilə müşayiət edilən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək zorla avtomobilin arxa oturacağına əyləşdirib onun iradəsinə zidd olaraq daimi yaşadığı yerdən qanunsuz olaraq Ağcabədi rayonu Avşar kənd sakini X5 evinə, bundan sonra Gülüstan Mirzəyevanı yaxın qohumlarından və hüquq-mühafizə orqanlarından gizlətmək məqsədilə saxladığı ünvandan yerini dəyişərək X1 Ağcabədi rayonu, Avşar kəndində yerləşən evinə, daha sonra isə Ağcabədi rayonu “Harami düzündə” yerləşən X25 məxsus fermaya aparmaqla oğurlamışdır.

7. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 1(099)52/2020 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Resp ublikası CM-nin 144.2.3 və 150.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətə, Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla Məhkum1 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin başlanğıcının 25 sentyabr 2019-cu il tarixdən hesab edilməklə, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi hökm edilmişdir.

8. Həmin hökmlə Məhkum2 CM-nin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəza çəkməsinin başlanğıcının 22 sentyabr 2019-cu il tarixdən hesab edilməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından dərhal həbsə alınmaqla, ona qarşı seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi hökm edilmişdir.

9. Həmin hökmlə həmçinin X3 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, L.E.Məhərrəmovanın barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsi tətbiq olunmaqla, təyin olunmuş cəzanın çəkilməsi himayəsində olan 22 aprel 2018-ci il tarixdə doğulmuş oğlu Sərxan Məhərrəmovun 14 yaşına çatanadək, yəni 2032-ci ilin aprel ayının 22-dək təxirə salınmışdır. Hökmlə həmçinin maddi sübut məsələləri də həll edilmişdir.

10. Hökmdən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi X12 apellyasiya şikayəti verərək göstərmişdir ki, Məhkum1 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə təqsirli bilməməsə də, məhkəmə əsaslı sübutların əldə olunması üçün araşdırmalar aparmadan ibtidai istintaqın gəldiyi son nəticəyə əsaslanmaqla Məhkum1 Azərbaycan Respublikası CMnin 144.2.3-cü maddəsindən əlavə onu zərərçəkmiş şəxs Gü lüstan Mirzəyevaya qarşı seksual xarakterli zorakılıq hərəkətlər etməkdə, yəni Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə təqsirli bilib, həmin maddə ilə ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bu xüsusat məhkəmə istintaqı zamanı kifayət qədər öz təsdiqini tapmadığına görə, Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə verilən ittiham üzrə Məhkum1 barəsində bəraət hökmü çıxarılmalıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində ittihamedici hökm çıxararkən yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların olmamasını formal olaraq sadalasa belə, təyin olunan cəzanın onun şəxsiyyətinə uyğun, ailə vəziyyətinə təsirinin olub-olmamasını, həmin cinayətə görə əməlinə Azərbaycan Respublikası CMnin 62 və ya 70-ci maddələrinin tətbiqi m əsələsini müzakirə etməmiş, cinayət qanunun normasının tətbiqində səhvə yol vermişdir. Buna görə də hökm Məhkum1 münasibətdə cəzanın sərtliyinə və məhkumun şəxsiyyətinə uyğun olmamasına görə dəyişdirilməli, Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə verilən ittiham öz təsdiqini kifayət qədər sübutla tapmadığından həmin maddə üzrə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə onun təqsirli bilinib, əməlində yüngülləşdirici halların kifayət qədər olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə almaqla, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül həddə cəza növü təyin olunması barədə hökm çıxarılmasını xahiş etmişdir.

11. Lənkəran Ağır Cinay ətlər Məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi X21 apellyasiya şikayəti verərək, hökmünün təsviri-əsaslandırıcı hissəsinin abzaslarında həm təqsirləndirilən şəxslər, həm şahidlər X19, X10, X34, X13, həm də zərərçəkmiş şəxsin özü qaçırılan zaman əvvəlcə təqsirləndirilən şəxs Məhkum1lə evlənməyə razılığının olmamasını, lakin daha sonra razılıq verməsi bildirmişdir. Zərərçəkmiş şəxs G.Mirzəyeva Məhkum1 hədiyyə şəklində yeni donu (paltarı) qəbul etmiş, onun əlindən tutaraq “Haramı düzü”ndəki fermada birlikdə gəzişmiş, yelləncəkdə yellənmiş, at belinə oturmuş, həmçinin üzündə razılıq və sevinc ifadələri əks olunan müxtəlif rakurslarda tək və N.Tağıyevlə birlikdə fotolar çəkdirmişdir. Məhkəmə araşdırması zamanı həmin fotolar təqsirləndirilən şəxs Lamiyyə Məhər rəmova tərəfindən məhkəməyə təqdim edilmiş, həmin fotolarla əlaqədar olaraq zərərçəkmiş şəxsin yenidən sorğu-sual edilməsi barədə müdafiə tərəfi vəsatətlər vermişdir. Həmin vəsatətlər məhkəmə tərəfindən təmin edilməmiş, təqsirləndirilən şəxslərə münasibətdə Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin qeyd hissəsinin tədbiq edilməsi və təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi imkanının və zərurətinin olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən tam aydınlaşdırılmamışdır. Həmin hallara hüquqi qiymət verilməsi birinci instansiya məhkəməsi tərəfindən tərtib edilmiş hökmdə əks olunmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Gülüstan Mirzəyeva ilə ailə qurmaq məqsədilə onu qaçırmış, Gülüstan Mirzəyevanın onunla evlənməyə razılıq verməsi səbəbindən onu valideynlərinə tə hvil verməyə zərurət olmadığından bunu etməmişdir. Daha sonra G.Mirzəyevanın qohumunun polisə müraciət etdiyini nəzərə alaraq onu şəxsi təşəbbüsü ilə İbadət Rəfiyevin telefon zəngi vasitəsilə dərhal polisə təhvil verilməsinə çalışmış və bunu İ.Rəfıyevin vasitəsilə etmişdir. Məhkum1 və onunla qabaqcadan razılaşmış bir qrup şəxs halında hesab edilən digər təqsirləndirilən şəxslərin əməlinin birmənalı olaraq Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin “Qeyd” hissəsinin təsiri altına düşməsi səbəbindən, hökmün ləğv edilməsi, Məhkum2 və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin “Qeyd” hissəsini tətbiq edilməklə, barələrində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

12. Hökmdən həmçinin zərərçəkmiş şəxs X9 apellyas iya şikayəti verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin əməlləri düzgün tövsif edilməmişdir. O, Məhkum1 ilə ailə həyatı qurmaq məqsədi ilə qaçırılmış, ilk olaraq ailə həyatı qurmaq məqsədində olmadığından təqsirləndirilən şəxslərə etirazını bildirmişdir. Lakin sonradan fikrini dəyişərək Məhkum1 ilə ailə həyatı qurmaq fikrində gəlmiş, bu səbəbdən Ağcabədi Rayon Polis Şöbəsində ifadə verərkən zorla qaçırılmadığını və Məhkum1 ilə ailə həyatı qurmaq niyyətində olduğunu şifahi bildirmişdir. Sonradan kənar şəxslərdən utandığı üçün yazılı şəkildə verdiyi izahat və ifadələrində zorla qaçırıldığını bildirmişdir. Göstərilənlərə əsasən hökmün ləğv edilərək təqsirləndirilən şəxslərə bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

13. Şirvan Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 25 iyun 2020-ci il tarixli ilkin baxış iclasının qərarı ilə verilmiş apellyasiya şikayətinə məhkəmə baxışı açıq məhkəmə iclasında məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən 09 iyul 2020-ci il tarixə təyin edilmişdir.

14. Apelyasiya instansiyasında məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X9 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, həmçinin təqsirləndirilən şəxs Məhkum1 və digər təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığınıqeyd etmişdir. Məhkum1 ilə artıq evləndiyini bildirərək, bu halı nəzərə almaqla tərəfindən verilmiş apellyasiya şikayətinin və təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi X12 və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi X21 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini v ə təqsirləndirilən şəxslər barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı Məhkum2 müdafiəçisi Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 17 noyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ № 400382 nömrəli nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, Məhkum1 ilə X9 arasında 17 noyabr 2020-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 noyabr 2020-ci il tarixdə 96 nömrə ilə qeyd edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, zərərçəkmiş şəxs X4 Məhkum1 ilə 17 noyabr 2020-ci il tarixdə qanuni nikaha daxil olması halı, müdafiə tərəfinin təqsirləndirilən şəxslərin müdafiəsinə yönələn və işin faktiki halları ilə uzlaşmay an, işin apelyasiya icraatı zamanı formal şəkildə quraşdırılmış mənbəyə əsaslanır. Bunun məqsədi təqsirləndirilən şəxslərin ictimai təhlükəli xarakter daşıyan cinayətkar əməllərinə qanuni don geyindirmək olmuş, həmin hal təqsirləndirilən şəxslər haqqında, onların əməlləri ilə bağlı bəraət hökmünün çıxarılmasına əsas vermir və bu səbəblərdən rədd edilməlidir.

17. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2021-ci il tarixli, 1(106)-10/2021 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi X12, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi X21 və zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir.

18. X20 Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2021-ci il tarixli, 1(106)10/2021 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 müdafiə çisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və şikayətə qarşı etirazlar

19. Məhkumların müdafiəçisi kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum1 zərərçəkmiş şəxs X6 evlənmək niyyəti ilə qaçırmış, digər Məhkum2 isə ona sürücü kimi köməklik etmişdir. İş materialları ilə tam sübuta yetirilir ki, zərərçəkmiş şəxs əvvəlcə evlənmək məqsədilə qoşulub qaçmağa razı olmasa da, lakin daha sonra razılıq vermiş, Məhkum1 anası və özü tərəfindən ona hədiyyə edilmiş müxtəlif geyim və bəzək əşyalarını, hədiyyələri qəbul etmiş, Məhkum1lə birlikdə könüllü olaraq sərbəst şəkildə gəzintilərə getmiş, birlikdə dincəlib əylənmişlər. Bütün bunlar fotoaparat vasitəsilə yaddaşa köçürülmüş, zərərçəkmiş şəxs qohumları və yaxınları ilə telefon əlaqəsi saxlamış və ondan n arahat olmamalarını, könüllü olaraq Məhkum1lə ailə qurma məqsədilə gəldiyini, yaxın zamanlarda ailə qurmaq istədiklərini və bu addımı valideynləri razı olmadığı üçün atdığını bildirmişdir. Zərərçəkmiş şəxs öz qardaşına zəng etmiş, ondan nigaran qalmamasını bildirmişdir. Bütün bunları zərərçəkmiş şəxs və onun anası məhkəmə istintaqı zamanı bir daha təsdiq etmişlər. Həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində dindirilmiş bütün şahidlərin hər biri zərərçəkmiş şəxs X17 Nağıyevlə evlənmək istəyib-istəmədiyi barədə soruşduqda o, cavabında Məhkum1lə ailə qurmağa etiraz etmədiyini bildirmişdir. İş materialları ilə sübuta yetir ki, Məhkum1 həbsdə olmasına baxmayaraq 17 noyabr 2020-ci il tarixdə Gülüstan Mirzəyeva ilə nikaha daxil olmuşdur. Bu isə onu sübut edir ki, onlar e vlənmək niyyəti ilə birlikdə qaçmışlar. Lakin apellyasiya məhkəməsi hökmdə qeyd etmişdir ki, “müdafiə tərəfinin bununla yanaşı həm də zərərçəkmiş şəxsin özünün təqsirləndirilən şəxslər barəsində bəraət hökmünün çıxarılması haqqında vəsatətinə münasibətdə qeyd edir ki, həmin xüsusat müdafiə tərəfinin təqsirləndirilən şəxslərin müdafiəsinə yönələn və işin faktiki halları ilə uzlaşmayan, işin apelyasiya icraatı zamanı formal şəkildə quraşdırılmış mənbəyə əsaslanır.” Apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin nikaha daxil olmasını “formal şəkildə quraşdırılmış mənbə” adlandırsa da, öz qərarında bunu əsaslandırmamış, bir cümlə ilə əsassız olaraq bəraət verilməsinə dair vəsatəti rədd etməklə kifayətlənmişdir. Bundan əlavə iş materialları və məhkəmə istintaqı za manı bunu əsaslandıracaq hər hansı sübut aşkar edilməmiş, əksinə məhkəmə istintaqı zamanı sübut olunmuşdur ki, hadisədən öncə Nicat ilə Gülüstan bir-birini sevmiş, telefonla danışmışlar, lakin Gülüstanın atası razı olmadığı üçün onlar birlikdə qaçmışlar. Apellyasiya instansiya məhkəməsinin razılaşdığı birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilən işin faktiki halları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsi oğurladıqdan sonra könüllü olaraq azad etmişlər, yəni Azərbaycan Respublikası CMnin 144-cü maddəsinin qeyd hissəsinə əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün qanuni əsasların olmasına baxmayaraq məhkəmələr cinayət qanununun normalarını əsassız olaraq tətbiq etməkdən imtina etmişlər. Apelyasiya məhkəməsi gəldiyi nə ticəni təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxs X6 zorla qaçırdıqdan sonra bir neçə dəfə onun saxlandığı yeri dəyişdirmələri, bu yolla niyyətlərini başa çatdırmağa çalışmaları ilə izah etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, qanunun mənasına görə adam oğurluğu cinayəti törətmiş şəxsin zərərçəkmişi hansı mərhələdə könüllü olaraq azad etməsinin cinayət məsuliyyətindən azad edilməsi üçün hər hansı bir əhəmiyyət yoxdur. Əsas odur ki, azad etmə könüllü həyata keçirilsin. Adam oğurluğu cinayətində “könüllü azad etmə” təqsirkarın bu cinayəti uzatmaq, yəni zərərçəkmiş şəxsi saxlamaq real imkanı olduğu halda onu sərbəst buraxması kimi başa düşülür. Təqsirkar oğurladığı şəxsi saxlamağa real imkanı olduğu halda sərbəst buraxarsa, onun bu cür davranmasının hansı motivlə şərtləndirilməsi əhəmi yyətli deyil. Hətta təqsirkarın cinayət məsuliyyətinə cəlb olunacağından ehtiyat etdiyi üçün zərərçəkmiş şəxsi sərbəst buraxması belə azadetmənin bütünlüyünü, müvafiq olaraq da cinayət törətmiş şəxsin Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməsini istisna etmir. Bu həm Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin “qeyd” hissəsinin məzmununa və mahiyyətinə, həm formalaşmış vahid məhkəmə təcrübəsinə, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsində cəzanı yüngülləşdirən hal qismində nəzərdə tutulmuş könüllü gəlib t əqsirini boynuna alma”nın təfsir edilməsi ilə əlaqədar “könüllülük” anlayışına verdiyi izaha tam uyğundur. Apelyasiya məhkəməsi cinayət qanununun normasını, yəni Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin “qeyd” hissəsini düzgün şərh etməmiş, həmin normanı, onunla əlaqəli tətbiq edilməli olan Azərbaycan Respublikası CM-nin 39.1, 39.1.11, 43.1, 43.1.2-ci maddələrini tətbiq etməmişdir. Məhkəmə Məhkum1 ilə zərərçəkmiş şəxs X9 arasında bağlanmış nikahı, yəni onların ər-arvad olmasını, əməlin ictimai təhlükəliliyinin itməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin olmamasını, iki ilə yaxın həbsdə saxlanılmaqla islah olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almamışdır. Məhkumların müdafiəçisi göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bunda n sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.11-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2021-ci il tarixli, 1(106)-10/2021 nömrəli qərarının ləğv edilməsini, təqsirləndirilən şəxs Məhkum2 və Məhkum1 barəsində olan cinayət işinə Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin “Qeyd” hissəsi tətbiq edilməklə xitam verilməsi, Məhkum1 barəsində olan cinayət işinə Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsinə münasibətdə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi ilə nəzərdə tutulan müstəsna hallar tətbiq edilməklə qanunla nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az həddə cəza təyin etməklə, həmçinin Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə sınaq müddəti müəyyən e tməklə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

21. Zərərçəkmiş şəxs X9 13 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 25 sentyabr 2019-cu il tarixdə özü könüllü surətdə Məhkum1 ailə qurmaq məqsədilə qoşulub getmişdir. X22 hədələməsindən qorxaraq sonradan məhkumlara qarşı şikayət vermişdir. Atası rəhmətə getdikdən sonra 17 noyabr 2020-ci il tarixdə Məhkum1lə nikaha daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsində Nicatın azad edilməsini özü də videokamera qarşısında xahiş etmişdir. O, hal-hazırda Nicatın evində yaşayır. Onların gələcək həyatlarının qurmaları üçün Məhkum1 azadlığa buraxılmasını xahiş etmiş dir. III. Hüquqi məsələlər

22. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

23. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

24. Qanunun bu tələbindən g öründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

25. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

26. Məhkumların müdafiəçisi kassasiya şikayətində təqsirləndirilən şəxs Məhkum1 Umuvar oğlu ilə zərərçəkmiş şəxs X9 arasında nikah bağlanmasına baxmayaraq, Məhkum1 və Məhkum2 əsassız olaraq məhkum edilməsini, məsuliyyətlərini yüngülləşdirən halların düzgün olmayaraq müəyyən edilib nəzərə alınmadığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

27. Odur ki, kollegiya məhkumların müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu mürac iətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

28. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, bu əməlin törədilməsində şəxsin təqsirliliyinin və cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların sübutlara əsasən müəyyən edilməsini tələb edir.

29. Cinayət-Prosessual Məcəlləsinin 144-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutla r təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

30. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

31. Nəticə olaraq, Cinayət-Prosessual Məcəlləsinin 353.2.2-ci maddəsi məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir.

32. Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı yoxlanıldıqda, həmin məhkəmə aktlarının təsvir edilən cinayət-prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına, eləcə də CPM-in 349.5.3-cü maddəsində təsbit olunmuş məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur.

33. Belə ki, zərərçəkmiş şəxs X4 Məhkum1 ilə rəsmi nikaha daxil olması barədə xüsusatla bağlı müdafiə tərəfinin, bununla yanaşı həm də zərərçəkmiş X4 özünün təqsirləndirilən şəxslər barəsind ə bəraət hökmünün çıxarılması haqqında vəsatətinə münasibət bildirən apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “həmin xüsusat müdafiə tərəfinin təqsirləndirilən şəxslərin müdafiəsinə yönələn və işin faktiki hallarıı ilə uzlaşmayan, işin apelyasiya icraatı zamanı formal şəkildə quraşdırılmış mənbəyə əsaslanır. Təqsirləndirilən şəxslərin ictimai təhlükəli xarakter daşıyan cinayətkar əməllərinə qanuni don geyindirmək məqsədi daşıyır, təqsirləndirilən şəxslər haqqında, onların müzakirə olunan əməlləri ilə bağlı bəraət hökmünün çıxarılmasına əsas vermir və rədd edilməlidir”.

34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, X9 zərərçəkmiş şəxs olmaqla ittiham tərəfində çıxış edən cinayət prosesinin tərəflərinə aid edildiyindən, real həqiqətə uyğun olmadığı halda, məhkumların müdafiəsinə yönələn hər hansı hərəkətlərin edilməsində maraqlı şəxs deyildir.

35. Digər tərəfdən, apellyasiya məhkəməsi Məhkum1 ilə X4 rəsmi nikah münasibətlərinə daxil olmasını işin faktiki halları ilə uzlaşmayan, apellyasiya icraatı zamanı formal şəkildə quraşdırılmış mənbə adlandırsa da, nikahın formal xarakter daşıması qənaətinə gəlməsini əsaslandıracaq hər hansı sübuta istinad etməmişdir. Əksinə iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin məhkəmə iclas protokollarından görünür ki, Məhkum1 ilə X4 rəsmi nikaha daxil olmaları barədə nikah haqqında şəhadətnamənin əsli Müdafiəçi tərəfindən məhkəməyə təqdim edildikdən sonra, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət əsasında məhkəmə tərəfindən zərərçəkmiş şəxs G.Mirzəyevanın məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası təxirə salınmışdır. Məhkəmənin 06 may 2021-ci il tarixli iclasında iştirak edən zərərçəkmiş şəxs G.Mirzəyeva öz çıxışında Məhkum1 tərəfindən ailə həyatı qurmaq məqsədi ilə qaçırıldığını, ilkin olaraq sonuncu ilə ailə qurmaq niyyəti olmasa da, sonradan fikrini dəyişdiyini, hazırda Məhkum1lə rəsmi ailə həyatı qurduğunu məhkəmə qarşısında təsdiq etmişdir.

36. Bununla yanaşı, apellyasiya instansiya məhkəməsinin tam, hərtərəfli və obyektiv yoxlama aparmadan, rəsmi qeydə alınmış və barəsində etibarsız hesab edilməsi ilə bağlı hər hansı mübahisə olmayan nikahdan irəli gələn nikah münasibətini formal şəkildə quraşdırılmış mənbə kimi qiymətləndirilməsi ailə qanunvericiliyinin tələbləri ilə də uzlaşmır.

37. Belə ki, Azərbaycan Re spublikası Ailə Məcəlləsinin 2.3 və 11.1-ci maddələrinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır və onun bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığının təqdim edilməsi zəruridir.

38. Ailə Məcəlləsinin 25.1-ci maddəsinə görə, digər şərtlərlə yanaşı həmçinin tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.

39. Ailə qanunvericiliyinin müddəalarından göründüyü kimi, nikah münasibətlərinin dövlət tərəfindən tanınaraq qeydə alınması yalnız kişi ilə qadının könüllü ittifaq yaratmağa niyyətləri olduğu halda mümkündür, nikahın saxta hesab edilməsi üçün tərəflərdən birinin və ya hər ikisinin ailə qurmağa niyyətinin olmadığının məhkəmə qaydasında təsdiqlənməsi mütləq şərtdir.

40. Belə olan halda, heç bir sübut növünü qeyd etmədən, hər hansı əsaslandırma vermədən, ümumi şəkildə cinayət işinin hallarına istinad etməklə, apellyasiya instansiya məhkəməsinin Məhkum1 ilə X4 nikahlarının formal, yəni hüquqi baxımdan etibarsız hesab etməsi, cinayət-prosessual qanunvericiliyinin sübutetmə vəzifələrinə aid tələblərinə uyğun olan qanuni və əsaslı nəticə hesab edilə bilməz.

41. Müvafiq əsaslandırmanı təmin etmədən mühüm məsələ üzrə nəticənin verilməsi, Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) yanaşmasına da ziddir. Belə ki, Avropa Məhkəməsinin presedent hüququna görə, məhkəmələrin və tribunalların qərarlarında həmin qərarların əsasları mütənasib şəkildə göstərilməlidir (bax, X2rşı [BP], № 19867/12, § 84, 11 iyul 2017). Şikayətçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərinə konkret və aydın cavab alacağının təmin edilməsini nəzərdə tutur (bax, Aslan İsmayilov Azərbaycana qarşı, № 18498/15, § 42, 12 mart 2020). Konkret olaraq Mehdiyev Azərbaycana qarşı iş üzrə qəbul etdiyi qərarında (№ 59090/12, § 41, 31 oktyabr 2019) Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin təqdim etdikləri vəsatət, dəlil və sübutların lazımi qaydada tədqiq və onlarla bağlı qəbul edilən qərarlarda müvafiq əsaslandırmanın təmin edilməsi haqda ümumi vəzifəsinə uyğun olaraq, birinci instansiya məhkəməsi qarşısında qaldırılmış iddiaların rədd edilməsi barədə qərarında bunun edilməsinin ə sasını göstərməli idi. Birinci instansiya məhkəməsinin bunu etməməsi nəticəsində qaldırılmış şikayətə baxan yuxarı instansiya məhkəməsinin həmin şikayətə münasibətdə hər hansı mövqeyini bildirməməsini Avropa Məhkəməsi ədalətli məhkəmə araşdırma hüququnun pozuntusu kimi müəyyən etmişdir.

42. Təsvir olunanlardan görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü və 150.1-ci və Məhkum2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinib onların məsuliyyətinə dair hökm üzrə yekun nəticəyə gələrkən, cinayət işinin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyib, Azərbaycan Respublikası CPM-nin 144, 145 və 146-cı maddələrinin tələblərini pozmaqla, məhkəmə qərarının kassasiya q aydasında ləğv edilməsini tələb edən cinayətprosessual qanunun 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir.

43. Kassasiya şikayətində Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 150.1-ci maddəsi üzrə ona Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi ilə nəzərdə tutulan müstəsna hallar tətbiq edilməklə qanunla nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az həddə cəza təyin etməklə, həmçinin Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edib sınaq müddəti müəyyən etməklə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına təyin edilməsinə dair qərar qəbul edilməsi ilə bağlı göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan – Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində təsbit olunmuş əsaslara görə apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi sübutların yenidən araşdırılması, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülüb nəzərə alınması kimi məsələlərə apellyasiya məhkəməsi tərəfindən münasibətin bildirilməsini tələb etdiyindən, kollegiya hazırki mərhələdə həmin dəlillərin araşdırılmasını və bu dəlillər üzrə kassasiya şikayətinin təmin olunmasını mümkün hesab etmir.

44. Odur ki, məhkəmə kollegiyası iştirak etmiş tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Müdafiəçi kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 06 may 2021-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 06 may 2021-ci il tarixli, 1(106)-10/2021 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar